Ötən həftə 1511 partlamamış hərbi sursat zərərsizləşdirilib
Qarabağ
1614
08 Dec 2025 | 13:21

Ötən həftə 1511 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən dekabrın 1-dən 7-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
 
ANAMA-dan Moderator.az-a bildirilib ki, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 273, tankəleyhinə 366 mina və 1511 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
 
Həmçinin 1 693,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər