Azad edilən ərazilərdə daha 130 mina tapıldı
Qarabağ
443
11:25, Bu gün

Azad edilən ərazilərdə daha 130 mina tapıldı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (13.10.2025-19.10.2025) məlumat açıqlanıb.
 
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Moderator.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 61 piyada əleyhinə mina, 69 tank əleyhinə mina, 2000 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
 
Bildirilib ki, 1587.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
 
Link kopyalandı!
Son xəbərlər