Daha 19 ailə Xocalıya yola salınacaq
Qarabağ
1896
11 Aug 2025 | 08:38

Daha 19 ailə Xocalıya yola salınacaq

Böyük Qayıdış proqramı çərçivəsində avqustun 12-də Xocalı rayonunun Xanyurdu kəndinə daha 62 nəfərdən ibarət 19 ailə yola salınacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
 
Onlar uzun illər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
 
Qeyd edək ki, hazırda Xocalı şəhəri, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində 340-dan çox ailə yaşayır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər