Bizi sosial şəbəkələrdən izləyin:
Bu il ərzində Ağdam şəhərinin ətrafında olan 3 kənd və Ağdam şəhərinin özünə 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulub.
Bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ümumilikdə biz gələn il nəzərdə tutulan 5 məhəllədən 4-nə köçə start verməklə, Ağdam şəhərinə 20 mindən çox əhalinin köçürülməsini nəzərdə tuturuq.