Ermənistana qayıdacaq azərbaycanlılar üçün... - Şərtləri açıqlandı
Qarabağ
501
09:35, Bu gün

Ermənistana qayıdacaq azərbaycanlılar üçün... - Şərtləri açıqlandı

Qərbi azərbaycanlıların ata-baba yurdlarına, yəni indiki Ermənistan ərazisindəki torpaqlara qayıdışı və onların təhlükəsizliyi məsələsi mühüm amildir.
 
Bunun Ermənistan qanunlarında necə əks olunacağı da olduqca maraqlıdır.
 
Faktiki olaraq Azərbaycan dövlət olaraq ermənilərin öz ərazisində yaşaması barəsində rəsmi mövqeyini bəyan edib.
 
Vaxtilə ərazilərimizdə yaşamış ermənilərin hansı şəkildə geri qayıdıb yaşamaları, təhlükəsizlikləri və hüquqlarının təminatı ilə bağlı konkret mövqe var.
 
Bunu teleqraf.com-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
 
“Ermənistan tərəfindən vaxtilə orada yaşamış azərbaycanlıların geri qayıtması fonunda hüquqları və təhlükəsizliyi ilə bağlı heç bir açıqlama verilməyib. Azərbaycan tərəfi bəyan edir ki, biz Qarabağda yaşamış ermənilərlə görüşüb, danışıqlar aparmışıq. Ona görə də erməni tərəfi də Qərbi Azərbaycan İcması ilə görüşüb, danışmalıdır”, - deyə o qeyd edib.
Link kopyalandı!
Son xəbərlər