LAÇINIM, LAÇINIM, LAÇINIM MƏNİM! - Aqil ABBAS yazır
Qarabağ
Oxunub: 2829
04 Jun 2024 | 09:46
LAÇINIM, LAÇINIM, LAÇINIM MƏNİM! - Aqil ABBAS yazır
Deməli, belə. Mən və xanımım mayın 24-də Laçında keçiriləcək Xalça sərgisinə dəvət olunmuşduq. Qərara gəldim ki, həmişə getdiyim, ənənəvi yolla – Ağdam-Şuşa-Laçın yolu ilə gedim. Təbii ki, bu yoldan keçməyə icazə aldım. Ayın 23-də Quzanlıdan çıxdım üzü güləbədinə, yəni Laçına.
 
İşğaldan azad olunandan sonra haçan Ağdama yolum düşürsə mütləq olmayan həyətimizə bir baş çəkirəm. Bu dəfə ənənəni pozdum. Bu 45 ildə xanımıma bu şəhər haqqında, bu şəhərin camaatı haqqında, igidləri haqqında o qədər danışmışam ki, indi Ağdamı mənim qədər tanıyır. Buna baxmayaraq, yenə danışıram. O da xətrimə dəyməmək üçün diqqətlə qulaq asır. Şəhərdəki yeni tikilən binalara baxıram, ürəyim açılır, elə onun da.
 
Deyir:
 
- Prezident Ağdamda öz şəhərini tikir. Tayı-bərabəri olmayan bir şəhər.
 
Və bilir ki, bu sözdən xoşum gəlir.
 
Azərbaycanda və dünyada harda olursa-olaq, gedəcəyimiz şəhərə neçə kilometr qaldığını xanımım məndən soruşur:
 
1.jpeg (138 KB)
 
- Batuma nə qədər qalıb? Gəncəyə nə qədər qalıb? Tiflisə nə qədər qalıb?
 
Və sair və ilaxır. Mənim üçün də dünyanın mərkəzi və istinad nöqtəsi Ağdam olduğuna görə həmin məsafələri Ağdamdan hesablayıram.
 
- Ağdamdan Füzuliyə qədər, yəni əlli kilometr, Ağdamdan Şuşaya qədər, yəni otuz yeddi kilometr, Ağdamdan Ağcabədiyə qədər, yəni qırx səkkiz kilometr…
 
Və sair və ilaxır.
 
İndi Ağdamın özündəyik, deyirəm burdan Şuşaya 37 kilometrdi, Laçına 75 kilometr, Xankəndinə də 25 kilometr.
 
2.jpeg (203 KB)
 
Olmayan Qarağacı qəbiristanlığının yanından keçirik. Bu qəbiristanlığın tarixini görkəmli arxeoloq, professor Rəşid Göyüşov yazmışdı, təxminən 2000-3000 il yaşı var.
 
Ağdam-Şuşa yolu qəbiristanlığı yarıya bölür. Sol tərəf lap köhnə qəbiristanlıqdı. Ermənilər dağıdıb yerində taxıl əkmişdilər. Sağ tərəfi də dağıdıblar, amma taxıl əkməyə imkanları olmayıb. Dəmir Yumruğun qorxusundan qaçıb gediblər. Qarağacı qəbiristanlığı qurtaran kimi Əsgəran başlayır. Əsgəran qalasında dünyanın düz vaxtı çox olmuşam, hətta uşaq vaxtımda da. «Koroğlu» filmini burda çəkirdilər. Uşaq yaddaşımda qalıb ki, Koroğlunu oynayan aktyor atın belində oturub saz çala bilmədi, sonra çıxartdılar maşının üstündə çaldı. Amma montajda elə eləmişdilər ki, elə bil atın üstündə çalır.
 
Dünyanın düzələn vaxtında da üç-dörd dəfə Əsgəran qalasını ziyarət etmişəm. Qədir Rüstəmovun oğlu Mehdiylə, daha sonra ustad yazıçı Seyran Səxavətlə, gözəl şairimiz Vaqif Bəhmənliylə də Qalanı ziyarət etmişik.
 
Qalanın tarixi uzaq keçmiş deyil, XVIII əsrdi. Tikdirən xan da məlumdu, tikənlər də, ilk qalabəyi də. Amma ermənilər Qarabağı işğal eləyəndən sonra yaxalarını cırırdılar ki, bu Qala onlara məxsusdu və onlar tikdirib.
 
3.jpeg (138 KB)
 
Maşını Qalada saxlayıram. Xanımım ciyər dolusu Qarabağın, Qarqar çayının, Qalanın havası ilə nəfəs alır. İstəyirəm Qala haqqında məlumat verim.
 
Deyir:
 
- Bir dayan, bu Qala haqqında o qədər danışmısan, Batmanqılınc romanında da bu Qaladan yazmısan, qoy bir gözlərim doysun. Ondansa sən də mənim bir şəklimi çək.
 
Yeri gəlmişkən, dünyanın və Azərbaycanın harasında olursa-olaq bütün fotoları mən çəkirəm. O, birin deyir, mən üç-dörd şəklini çəkirəm.
 
Sonra yenə maşına əyləşib çıxırıq yola, üzü güləbədinə, Laçına.
 
Xocalıya çatanda deyir:
 
- Yadına düşür, burda yolun kənarında bir mağaza vardı, ordan sənə yaşıl rəngdə bir kostyum almışdıq?! O mağazanın qarşısında saxlayarsan.
 
Mağaza yadıma düşür, amma kostyum yadıma düşmür.
 
- Rəhmətliyin qızı, indiyə mağaza qalar?
 
4.jpeg (111 KB)
 
Xocalını gəzirik, ürəyimiz açılır. Gözəl bir şəhər tikirlər - səliqəli, yolları gözəl, məktəbi, bağçası, yaşayış evləri. Bizdən üç-dörd gün sonra Xocalıya ilk qayıdış başlayacaqdı və Möhtərəm Prezident İlham Əliyev xocalılılara evlərin açarlarını özü təqdim edəcəkdi. Xanımı, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımla, qızı Arzu Əliyeva ilə xocalılıların qonağı olacaqdı.
 
Xocalını gəzib qurtardıqdan sonra üz tuturuq Xankəndinə. Bu da Xankəndi.
 
Deyir:
 
- Məni apar o vaxtkı Vilayət Partiya Komitəsinin binasına.
 
Bu da üstündə müqəddəs bayrağımız dalğalanan keçmiş Vilayət Partiya Komitəsi, sonra da separatçıların əyləşdiyi bina. Gedir oturur binanın pilləkanlarında.
 
- Orda niyə oturursan?
 
5.jpeg (152 KB)
 
- Atamı yadıma salıram. Bura bir dəfə atamla gəlmişdim. Onda burda oturacaq da vardı. Atam dedi ki, sən gözlə, mən Gevorkovla görüşüb gəlirəm. Beləcə, yarım saat oturdum burda, oturacaqda. Sonra atam çıxdı, Gevorkov şəxsən özü maşına qədər atamı ötürdü və Gevorkovu da gördüm. Deyirdilər ki, arvadı azərbaycanlıdı.
 
Əslində Gevorkovun arvadı azərbaycanlı deyildi. Düzdür, Veteranlar Şurasının sədri Bahadur Rzayevin qızıydı, amma Bahadur kişinin arvadı rus idi, evlənəndə arvadı yanı balalı almışdı. Gevorkovun da arvadı həmin yanı balalı rusun qızıydı.
 
Sonra ona stadionu göstərirəm və yekə-yekə deyirəm ki, bax, mən bu stadionda iki-üç ay əvvəl Cənab Prezidentlə bir yerdə «Qarabağ»ın oyununu izləmişəm.
 
Sonra doyunca Xankəndini gəzirik. Xankəndinin belə demək mümkünsə, Yasamalı olan Kərkicahanı göstərirəm.
 
- Bu kəndə balaca Ağdam deyirdilər. Sona qədər vuruşdular, nə qədər şəhid verdilər.
 
Onu da deyirəm ki, həmin müharibədə bu kəndə 15 min patron göndərmişdim. Xankəndinin Avtovağzalının yanından keçirik.
 
- Bax, burda bir yeməkxana vardı, qəşəng borş bişirirdilər, qiyməti də otuz dörd qəpik. Hərdən gəlirdik burda borş yeməyə. Ağdamda borş bişirən bir yeməkxana yox idi.
 
6.jpeg (119 KB)
 
Sonra da üzü Şuşaya. Dolamaları qalxırıq. Şuşaya çataçatda dağıdılmış Tar fabrikinin yanında maşını saxlayıram. Yadıma bir xatirə düşür.
 
Deməli, Bəxtiyar Vahabzadənin Türkiyədən Oktay Akbal adında məşhur yazıçı-jurnalist qonağı gəlmişdi. O vaxt Bakıya gələn türklərə şəhərdən kənara çıxmağa icazə vermirdilər. Oktay bəy Bəxtiyar müəllimdən xahiş etmişdi ki, onu Şuşaya aparsın. Bəxtiyar müəllim də bir çətinliklə Oktay Akbalı və xanımını Şuşaya aparmağa icazə ala bilmişdi. Öndəki maşında Bəxtiyar müəllim, Oktay Akbal və Oktay Akbalın xanımı, arxadakı maşında da şair və mənim əmim oğlu Şahmar Əkbərzadəylə mən gəlirdim.
 
Bu Tar fabrikinin yanında, ordankı Şuşa gözəl görünür, Bəxtiyar müəllimin maşını dayandı. Təbii ki, biz də dayandıq. Bəxtiyar müəllim, Oktay Akbal və xanımı maşından yendilər…
 
Hörmətli oxucular, deyəsən sizi yordum, elə özüm də yoruldum, ardı qalsın sonraya.
 
(Ardı var)
 
 
Oxşar xəbərlər
18:08, Bu gün
1 stəkanı ilə bədəndə infeksiya qalmır
18:00, Bu gün
Medal qazanan müsəlman ölkələrin SİYAHISI-Azərbaycanın adı siyahıda varmı?
17:50, Bu gün
Küləkli hava şəraiti ilə bağlı SARI xəbərdarlıq
17:45, Bu gün
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTOLAR
17:40, Bu gün
Rusiya Ədliyyə Nazirıiyi Alla Puqaçovanı "xarici agent" kimi tanımaq istəyir, lakin...
17:34, Bu gün
“Məni qayışla döymüsən” - Ramiz Novruzun qızı atasından danışdı - FOTO
17:28, Bu gün
“Tarqovı”da gənc qızdan qəribə hərəkətlər – VİDEO
17:22, Bu gün
Akif Nağının Milli Məclis üzvlüyünə namizədliyi təsdiq olundu...-FOTO
17:17, Bu gün
Ceyhun Bayramov pakistanlı səfiri qəbul etdi - FOTO
17:11, Bu gün
Hava ilə bağlı XƏBƏRDARLIQ -  Avqustun 1-i gündüzdən...
17:05, Bu gün
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
17:00, Bu gün
Tələbələrin köçürülməsi ilə bağlı YENİ QƏRAR
16:55, Bu gün
DSMF “Global Recognition Awards” beynəlxalq müsabiqəsində mükafata laiq görülüb
16:49, Bu gün
Ermənistanın sürətlə silahlanmasında ilginc hədəf – Qarabağ üzərindən…
16:43, Bu gün
Qəzza bölgəsində epidemiya baş qaldırıb - ÜST dərhal atəşkəs tələb edir
16:38, Bu gün
Qərb Venesuelanı itirmək istəmir - Maduro 11 ildən sonra yenə sınaqda - TƏHLİL + FOTO
16:32, Bu gün
Azərbaycanda bu taksi şirkəti bağlandı
16:26, Bu gün
Sürücülərə BƏD XƏBƏR - Bu maşınlar əlinizdə qala bilər
16:19, Bu gün
Universitetlərdə təhsilhaqqı artırılır: Səbəb də odur ki... - Ekspert
16:12, Bu gün
Sərnişinlərin NƏZƏRİNƏ! 300-dən çox avtobus bu prospektə daxil olmayacaq
16:06, Bu gün
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi - Həbs olundu
15:59, Bu gün
"Dünya alovunu söndürmək hələ ki, mümkündür..."
15:56, Bu gün
Dünya Universitetləri sıralamasında Azərbaycanın adı niyə yoxdu? -DETALLAR
15:51, Bu gün
Bərdədə yaşayan kəlbəcərlilər təbiətin qorunması layihəsinə cəlb edildi - FOTO
15:46, Bu gün
TikTok Azərbaycan Əlifbası və Dili Günündə məşhurlarla ədəbi qiraətlər keçirəcək
15:39, Bu gün
“Atlant” sahibinin həbsi üçün zərərçəkənlər AYAĞA QALXDI
15:33, Bu gün
Hidayətin xanımı tanınmış sima imiş - FOTO
15:28, Bu gün
Ermənistan və Türkiyə xüsusi nümayəndələri görüşdü - YENİLƏNİB
15:22, Bu gün
“Ermənistan üçüncü müharibəyə hazırlaşır” - Polkovnikdən XƏBƏRDARLIQ
15:16, Bu gün
"Mehriban Əliyeva 3 geyimini mənə bağışladı"
15:11, Bu gün
Daşınmaz əmlak sektorunda kəskin bahalaşmanın SƏBƏBLƏRİ AÇIQLANDI
15:06, Bu gün
Dilənçilərə qarşı əməliyyat: Gündəlik qazancları heyrətə gətirdi - FOTO
15:00, Bu gün
"Bayden ABŞ prezidentləri üçün immunitetləri məhdudlaşdırmağı planlaşdırır" - "The Washington Post"
14:54, Bu gün
SON DƏQİQƏ! Bakıda TOYLAR TƏXİRƏ SALINIR – Bu tarixdən…
14:47, Bu gün
“Gənclik” stansiyasında iş rejimi gücləndiriləcək
14:41, Bu gün
Mir Cəlal Paşayevin adını daşıyan məktəbdə QALMAQAL: Direktor müəllimi işdən niyə çıxarıb? – ŞİKAYƏT + FOTOLAR
14:34, Bu gün
Şuşaya köçən ailələrə yeni mənzillərinin açarları təqdim olundu
14:28, Bu gün
Erməni ilə öpüşməyən ilk İran prezidenti Pezeşkian oldu – VİDEO
14:22, Bu gün
Qatardan istifadə edənlərin NƏZƏRİNƏ! - 3-4 avqust tarixlərində... 
14:16, Bu gün
Gənc oğlan sevdiyi qıza yuxu dərmanı verdi, cinsi əlaqədə oldu, sonra isə... – TƏFƏRRÜAT
14:14, Bu gün
Millət vəkili, yoxsa zillət vəkili?..
14:10, Bu gün
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olundu - FOTO
14:07, Bu gün
İlham Əliyev “Gənclik”dəki parkda görülən işlərlə tanış oldu - FOTOLAR
14:01, Bu gün
Bu 3 bürc sevgilisindən ayrılacaq: Özləri də nə baş verdiyini anlamayacaqlar
13:56, Bu gün
Roza Zərgərli: "Kişilər var ki, ona münasibət..."
13:50, Bu gün
Əli Əsədov İrana getdi - FOTO
13:46, Bu gün
Ülviyyə Xəlilbəylinin anası ağladı: "Ailə qurandan çox əziyyət çəkmişik" - FOTO/VİDEO
13:42, Bu gün
Qalibdən ilk paylaşım - FOTO
13:39, Bu gün
"Sevgili olsaydıq, heç olmasa birotaqlı ev alardı mənə..."
13:33, Bu gün
"Makron İranın yeni prezidenti qarşısında beş tələb irəli sürüb" - "Reuters"
13:28, Bu gün
Elnur Məmmədli: “Həmin vaxtdan sonra ilk dəfə ağladım”
13:24, Bu gün
Sovet liderinin almanlara əsir düşən oğlu – Xruşov nə onu, nə də ailəsini qoruya bilib
13:18, Bu gün
Azərbaycanda Torpaq Məcəlləsi DƏYİŞDİ
13:13, Bu gün
Qusarda ata oğlunu güllələdi - YENİLƏNİB
13:08, Bu gün
Sabah 35 dərəcə isti olacaq
13:03, Bu gün
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM
12:58, Bu gün
Peşəkar Futbol Liqasının yeni himni hazırlandı - VİDEO
12:53, Bu gün
Ermənistan ilk dəfə bu ölkəyə səfir təyin etdi - FOTO
12:47, Bu gün
Aqil Abbas geri çəkildi? - Özü açıqladı
12:40, Bu gün
Paris-2024: Azərbaycan avarçəkəni 1/4 final mərhələsində mübarizəni dayandırdı - FOTO
12:27, Bu gün
Gövhər Rzayevanın qoluna mil taxılıb
12:21, Bu gün
Rasim Balayev: "Şortik geyinmək istəyərəm, amma..." - VİDEO
12:15, Bu gün
Dişlərini yumayan kişilərə XƏBƏRDARLIQ: Arvada bu qədər cərimə ödəyəcəksiniz
12:10, Bu gün
Hidayət Heydərovdan Elnur Məmmədli ilə bağlı paylaşım – VİDEO
12:05, Bu gün
“Sevincdən ağladım, Hidayəti gələndə də təbrik edəcəyəm” - İlk Olimpiya çempionu Zemfira Meftahətdinova - ÖZƏL+FOTO
12:00, Bu gün
Fransanın daha bir RƏZİLLİYİ: Məktəblərdən başlayan SƏRXOŞLUQ... - ŞOK DETALLAR
11:56, Bu gün
Qərbi Azərbaycan İcması BƏYANAT yaydı
11:52, Bu gün
"Babadağ" ziyarətgahında itkin düşənlər tapıldı
11:48, Bu gün
Binəqədidə yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - VİDEO
11:44, Bu gün
İlham Əliyev Mərakeş Kralını təbrik etdi
11:40, Bu gün
Ağadadaş Ağayevin balta ilə hücum etdiyi mühafizəçi: "Mənə dedi ki, ermənidən əmələ gələn..." - VİDEO
11:36, Bu gün
Hər hansı bir bəyanat imzalamaqla yox, icra etməklə nəticə əldə etməliyik - COP29-un prezidenti
11:31, Bu gün
Hidayət Heydərov kimdir? – Olimpiya çempionumuz haqda DOSYE
11:28, Bu gün
“Evinin yanıdır da, bəlkə elə baltanı ağacı budamaq üçün götürüb?”-Sənətkarın qohumu-ÖZƏL
11:20, Bu gün
Boğulmaların artmasına səbəb Xəzərdəki zəlzələlərdir?-baş seysmoloq AÇIQLADI+ÖZƏL
11:14, Bu gün
Müdafiə Nazirliyinin bölmə müdiri HƏBS OLUNDU
11:08, Bu gün
Ağadadaş Ağayevin balta atdığı gözətçi CANLI YAYNDA VİDEO
11:00, Bu gün
Xızıda istirahət mərkəzində yanğın olub
10:55, Bu gün
Yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı açıqlanıb
10:52, Bu gün
İsveçrədə qatarların 92,5%-i, Almaniyada isə cəmi 64%-i təyinat yerinə vaxtında çatır...
10:50, Bu gün
Hidayət Heydərov Olimpiya kəndində belə qarşılandı - VİDEO
10:47, Bu gün
“Bakcell” ilə “Dream Fest” həyəcanı baş tutdu - FOTO
10:45, Bu gün
Tramp Paris 2024-ün açılış mərasimini biabırçılıq adlandırdı
10:40, Bu gün
Bakıda gənc oğlan 2 nəfəri bıçaqladı
10:35, Bu gün
Bakının bağlanan məşhur bazarı açılır
10:30, Bu gün
“Can dərmanı” adlandırılan qarpızın 1001 faydası
10:29, Bu gün
TƏBİB “Sağlam həyat - sağlam həyət” layihəsinə başlayıb
10:25, Bu gün
İlk dəfə iyulun 29-da: 2931 gündən sonra
10:20, Bu gün
Qaxda azyaşlı cüclərin suyunu içib zəhərləndi
10:15, Bu gün
Ən çox sevilən bürclər - Hamı onlara heyran olur
10:10, Bu gün
Çay içməyin MƏNFİ TƏSİRLƏRİ: Bunu çox az adam bilir
10:05, Bu gün
Paris-2024: Azərbaycan idmançısının iştirak edəcəyi yarış təxirə salınıb
10:00, Bu gün
Paşinyan İrana gedir
09:55, Bu gün
Kənd sakini özünü asdı
09:51, Bu gün
Hidayət Heydərov Bakıda belə qarşılandı - VİDEO
09:50, Bu gün
Şuşanın 10 yaşlı sakini: Valideynlərim deyirdilər ki, biz mütləq yurdumuza qayıdacağıq
09:45, Bu gün
Bakının mərkəzi qazsız qalacaq
09:40, Bu gün
Bakıda FACİƏ: 17 yaşlı gənci “tok” vurub öldürdü
09:35, Bu gün
Sumqayıt Tibb Mərkəzində yeni təyinat olub
09:30, Bu gün
Paris-2024: Dördüncü günün GÜNDƏLİYİ
GÜNLÜK
06:45, Bu gün
Ağıllı insanların doğum tarixlərində bu nömrə var: YOXLAYIN
29 Jul 2024 | 20:25
“1 dənə qaldı...”- Hidayətin ailəsinin sevinci
29 Jul 2024 | 19:16
Gələcəyimizi Rusiya ilə ittifaqda görən bu yüksək vəzifəli xanım sonda daxili işlər naziri tərəfindən hansı işgəncələrə məruz qaldı?..
29 Jul 2024 | 20:46
Hidayət Heydərov Fransa idmançısına qalib gələrək olimpiya çempionu oldu! - VİDEO
29 Jul 2024 | 20:14
Kapital bank niyə susur?
29 Jul 2024 | 19:08
Hadisədən sonra Ağadadaş Ağayevin xalqa ilk müraciəti – VİDEO
29 Jul 2024 | 18:26
Flora Kərimovanın səbr kasası daşdı: "Dayanan, bağışlayan deyiləm!.."
29 Jul 2024 | 22:55
Anasının sevgilisini öldürdü, həbs olunmadı - Bakıda ailə dramının DETALLARI
29 Jul 2024 | 19:38
Sənədsiz evlərlə bağlı MÜHÜM XƏBƏR
29 Jul 2024 | 21:19
Yer kürəsinin yaşayış üçün yararsız hala düşən bölgələrinin adları AÇIQLANDI
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
AYLIQ
06:45, Bu gün
Ağıllı insanların doğum tarixlərində bu nömrə var: YOXLAYIN
29 Jul 2024 | 20:25
“1 dənə qaldı...”- Hidayətin ailəsinin sevinci
29 Jul 2024 | 19:16
Gələcəyimizi Rusiya ilə ittifaqda görən bu yüksək vəzifəli xanım sonda daxili işlər naziri tərəfindən hansı işgəncələrə məruz qaldı?..
29 Jul 2024 | 20:46
Hidayət Heydərov Fransa idmançısına qalib gələrək olimpiya çempionu oldu! - VİDEO
29 Jul 2024 | 20:14
Kapital bank niyə susur?
29 Jul 2024 | 19:08
Hadisədən sonra Ağadadaş Ağayevin xalqa ilk müraciəti – VİDEO
29 Jul 2024 | 18:26
Flora Kərimovanın səbr kasası daşdı: "Dayanan, bağışlayan deyiləm!.."
29 Jul 2024 | 22:55
Anasının sevgilisini öldürdü, həbs olunmadı - Bakıda ailə dramının DETALLARI
29 Jul 2024 | 19:38
Sənədsiz evlərlə bağlı MÜHÜM XƏBƏR
29 Jul 2024 | 21:19
Yer kürəsinin yaşayış üçün yararsız hala düşən bölgələrinin adları AÇIQLANDI