Kütləvi qətliamın törədildiyi Qaraqaya: Xocalı soyqırımının şahidləri hadisə yerində - FOTO
Qarabağ
Oxunub: 3599
26 Feb 2024 | 15:29
Kütləvi qətliamın törədildiyi Qaraqaya: Xocalı soyqırımının şahidləri hadisə yerində - FOTO
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdi. Üç istiqamətdən hücuma məruz qalan Xocalıda 2 500 sakin şəhəri tərk edərək, Ağdam istiqamətində qaçmağa məcbur oldu. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək xüsusi qəddarlıqla məhv edildi, əsrin faciəsi törədildi.
 
AZƏRTAC-ın bölgə müxbiri Xocalıda qanlı cinayətlərin törədildiyi ərazilərdən birində - Qaraqaya yaxınlığında faciə şahidləri ilə həmsöhbət olub, 32 il əvvəl baş verən hadisələri onların dilindən dinləyib.
 
 
Taleyin qismətidir ki, 32 il əvvəl qırğından sağ çıxıblar. 32 ildir ki, o dəhşətli gecəni unuda bilmirlər. 32 ildir ki, doğma yurdlarından ayrı düşüblər. Yolboyu o dəhşətli günləri xatırladılar, göz yaşları axıtdılar. Nəhayət, uzun ayrılıqdan sonra Xocalını görəcəkdilər. Bir xeyli yol gəldikdən sonra şəhərin girişində “Xocalı” yazısını görürlər, üzlərində kiçik təbəssüm yaranır. Amma hələ də o qara günün ağrı-acısından danışırlar. Nəhayət, uzun illər sonra həyatlarının qaraldığı Qaraqayadadırlar.
 
Avtomobildən düşdükdən sonra Xocalı sakini, soyqırımı şahidi Hümbət Hümbətov ətrafa nəzər salır, dərindən köks ötürür. Yenidən o dəhşətli gecəni xatırlayır, danışmağa çətinlik çəkir. Birtəhər toxtayıb, özünü ələ alır.
 
“Xocalı işğal olunan zaman Ağdama tərəfə qaçdıq. Ağır, məşəqqətli gün idi. Çaydan keçib dağla, dərə ilə çox çətinliklə Qaraqaya deyilən yerə qədər gəldik. Xilas olmaq üçün yeganə ümid yerimiz Qaraqaya istiqaməti idi. Lakin burada ermənilərin atəşinə məruz qaldıq. Güllələrdən qorunmaq üçün dərəyə endik. Bizi dərədə də atəşə tutdular. Bacım Aynurə, qonşum Savalan kişi qətlə yetirildilər, baldızım və qaynımın yoldaşı yaralandılar. Güllə mənim də sinəmdən girib, kürəyimdən çıxmışdı. O tərəfdə dağın döşündə də xeyli insan öldürülmüşdü. Gecə 2-3 radələrində atəş səngidi. Qaraqaya tərəfdən Ağdam könüllüləri bizə köməyə gəldilər, bizi Şellidən Ağdama apardılar”, - deyir və susur, gözləri dolur...
 
 
Xocalı faciəsi zamanı baş verən dəhşətli hadisələr o zaman 11 yaşı olan Ramil Həsənovun yaddaşında da dərin izlər qoyub. Ramil Həsənov 32 il əvvəl baş verənləri belə xatırlayır:
 
“Erməni silahlıları Xocalıya hücum edəndə biz Qarqar çayını keçib Kətik istiqamətinə getdik. Qar yağmışdı, hava çox soyuq idi. Meşədə azdıq, hara gedəcəyimizi bilmirdik. Ayaqyalın, başıaçıq günlərlə meşədə qaldıq. Nəhayət, gəlib Qaraqaya yaxınlığındakı bu ərazidən keçəndə gördük, burada qətliam olub, camaatı kütləvi qırıblar, uşaq, qadın, qoca demədən insanları öldürüblər. Uşaq olsam da, gördüyüm o dəhşəti heç cür unuda bilmirəm. Misli görünməyən faciədir. Bu dərd biz xocalıların qəlbindən heç vaxt silinməyəcək. Ermənilər bizim qəlbimizə sağalmaz yara vurublar”.
 
Elyana Kərimova meşədə altı yaşlı övladı ilə birlikdə iki gecə qalıb, ermənilərin mühasirəsinə düşüb, sonda azərbaycanlı hərbçilər tərəfindən xilas edilib.
 
“Fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlayanda bizim evdən çaylaq tərəfdə böyük boru var idi, girib orada gizləndik. Sonra fermadan aşağıda olan Kətik yoluna gəldik, dağlara çıxdıq. Elə bildik ki, xilas olmuşuq. Ermənilərin bir zirehli texnikası gəlib camaatı atəşə tutdu, Qulu kişini, Rayanı öldürdülər. Yoldaşım bizi təpədən aşağı ötürüb, özü qayıtdı arxada qalanlara kömək etməyə. Ermənilər bizi çağırdılar, elə bildik, azərbaycanlıdırlar. Bizi mühasirəyə aldılar. Təxminən dörd saat orada qaldıq. Mühasirədə olanda dörd nəfəri öldürdülər. Mənim uşağım anamın kürəyində idi. Anamı da öldürdülər. Uşağı anamın kürəyindən götürdüm. Sonra bizi tikiliyə aparırdılar. Gördüm, kolun dibində gizlənməyə yer var. Uşağı aldım qucağıma, ana-bala orada gizləndik. Qaranlıq düşəndə çıxdıq, Qaraqaya tərəfə getdik. Gecəni də orada qaldıq. Səhər açıldı, üç azərbaycanlı hərbçi gəldi. Biri ayaqqabısını çıxarıb mənim ayağıma geyindirdi, uşağın əlinə corab taxdılar. Bizi apardılar Ağdama”, - deyə Elyana Kərimova o gecə yaşadığı dəhşətləri dilə gətirir.
 
 
Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin böyük rolu olub. Faciənin baş verməsi xəbərini eşidən könüllülər dərhal Əsgəran istiqamətdə hərəkət edərək, Qaraqayadakı erməni silahlılarını zərərsizləşdirib, sağ qalan Xocalı sakinlərini, yaralıları və cəsədləri çıxarıblar.
 
Keçmiş döyüşçü Oruc Cabbarov 32 il əvvəl baş verənlər haqqında danışır:
 
“Xocalı faciəsi baş verən vaxt mən Ağdamın Qarağacı qəbiristanlığının yaxınlığındakı postda idim. Gecə atəş səsləri eşitdik. Digər postlarla əlaqə saxladıq, dedilər, Xocalıdakıları qırırlar. Öyrəndik ki, xocalılar xilas olmaq üçün Şelli istiqamətinə gəlirlər. Gördüyünüz bu Qaraqayada ermənilərin postu var idi. Bu postdan Ağdam istiqamətinə gələn xocalıları qırırdılar. Fikirləşdik ki, Qaraqayanı götürsək, camaatın çıxarılması üçün dəhliz aça bilərik. Biz bir neçə yoldaşla Qaraqayadakı erməni postunu götürdük. Oraya çıxanda qayanın aşağı hissəsində Yaşarla İsgəndəri vurdular. Biz aşağı enəndə dəhşətli mənzərənin şahidi olduq. Qadın, qoca, uşaq demədən öldürmüşdülər. Arxadan köməyə gələnlər cəsədləri, yaralıları götürüb Ağdama aparırdılar. Biz daha çox insanı xilas etmək üçün daha da qabağa gedirdik. Təpənin üstündə bir nəfər qalxıb yıxıldı. Elə bildik, yaralıdır. Sən demə, ermənilər onu bizim gəlməyimiz barədə məlumat vermədiyinə görə vurubmuşlar. Xosrov orada gördüyümüz qadına tərəf gedəndə yıxıldı. Mən yaxınlaşanda qadın qışqırıb, “qardaş, yoldaşını vurdular, səni də vuracaqlar”, - dedi. Mən dönəndə erməni silahlısı ilə üzbəüz olduq. Bir-birimizə silah tuşlamışdıq. Mən cəld tərpənib, onu öldürdüm. Sonra yoldaşlarımız gəldilər, xeyli qadın, uşaq xilas etdik. Bu ərazilərdə olan Xocalı sakinlərini dağın çökək yeri ilə Qaraqayanın arxasına apardıq. Bütün Ağdam camaatı - həm könüllü döyüşçülər, həm də mülki insanlar köməyə gəlmişdilər. Yaralılar xəstəxanaya, meyitlər isə Ağdam məscidinə gətirilirdi”.
 
Qətliamın törədildiyi bu yerlərdə, qışın oğlan çağı olmasına baxmayaraq, açan çiçəklər diqqətimizi çəkir. Xocalı soyqırımı qurbanlarının qanı ilə suvarılan bu torpaqlarda bitən bənövşəyi rəngli çiçəklər sanki bu yerlərin doğma sakinlərini qarşılamaq üçün baş qaldırıblar. Adi bir hal kimi görünsə də, özündə nə qədər ağır yük daşıyır bu mənzərə...
 
Qan yaddaşı
 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduğuna görə ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1 275 nəfər isə girov götürülüb.

 
 
 
 
 
Oxşar xəbərlər
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA