Arayik Arutyunyanın yerinə namizəd irəli sürüldü
Qarabağ
3376
06 Sep 2023 | 20:00

Arayik Arutyunyanın yerinə namizəd irəli sürüldü

Separatçı-terrorçu rejim təmsilçiləri sərsəm iddialarından əl çəkmək istəmirlər. Qarabağdakı qondarma “parlament”in üç oyuncaq “müxalifət fraksiyası” terrorçu rejimin “prezident”liyinə “dövlət naziri” Samvel Şahramanyanın namizədliyini irəli sürüb.

Qondarma qurumdan bildirilib ki, “konstitusiya”ya görə, “prezident “deputatların 2/3 səsi ilə seçilir. “Prezident” birinci turda seçilməsə, ən çox səs toplayan iki namizəd ikinci tura keçəcək. Bu halda “prezident” sadə səs çoxluğu ilə seçilir.

Xatırladaq ki, terrorçu rejimin başçısı Araik Arutyunyan sentyabrın 1-də “istefa” verib. Oyuncaq “dövlət naziri” Qurgen Nersisyan da vəzifəsindən azad edilib və bu vəzifəyə “təhlükəsizlik şurası”nın “katibi” vəzifəsindən azad edilən Samvel Şahramanyan təyin edilib.

Link kopyalandı!
Son xəbərlər