Ağdam rayonunun Abdal kəndi - FOTO
Qarabağ
3892
22 Feb 2023 | 13:20

Ağdam rayonunun Abdal kəndi - FOTO

Ağdam rayonunun Abdal kəndi Gülablı kənd inzibati ərazi dairəsində, dağ yamacında yerləşir.
 
Kənd Birinci Qarabağ müharibəsi zamanı – 1992-ci il sentyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandallar işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
 
İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu, o cümlədən Abdal kəndi noyabrın 20-də Azərbaycana qaytarılıb.
 
AZƏRTAC-a istinadla işğal dövründə erməni vandalizminə məruz qalmış Abdal kəndinin görüntülərini təqdim edirik.

 

Link kopyalandı!
Son xəbərlər