Naxçıvanda dəmir yolu xətti yenidən qurulur – VİDEO
1247
11 Mar 2026 | 15:34

Naxçıvanda dəmir yolu xətti yenidən qurulur – VİDEO

Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin tikintisi davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

“Layihə çəriçivəsində 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.

Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvan MR ilə birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və Şimal-Cənub marşrutunun mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək”, - deyə məlumatda qeyd olunub.


Bizim.Media

Link kopyalandı!
Son xəbərlər