08:08
14°C
Bakı
Həkəri çayı üzərində tikilən dəmiryol körpüsünün uzunluğu 400, eni isə altı metrdən çoxdur.
Körpü istifadəyə verildikdən sonra öz torpaqlarımızdan keçərək Naxçıvana quru yolla çatmaq mümkün olacaq.
Lakin körpünün mahiyyəti bununla bitmir. Belə ki, Çindən Orta Dəhliz vasitəsilə daşınan yüklər Zəngəzur dəhlizinə daxil olduqdan sonra bu körpüdən keçərək Avropaya çatdırılacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin şöbə rəisi Kənan Rzayev bildirib ki, yaxın həftələrdə körpünün tikinti işləri tam olaraq bitmiş olacaq.
Daha ətraflı İTV-nin süjetində: