Bizi sosial şəbəkələrdən izləyin:
Qarabağda olan şəhərlərin baş planlarının hazırlanmasına yerli şirkətlərlə yanaşı xarici şirkətlər də cəlb edilib.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakıda keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.
A.Quliyevin sözlərinə görə, artıq Ağdamın baş planı bitib: "Artıq Ağdam şəhərinin baş planı hazırlanıb və razılaşdırılıb. Füzuli rayonunun da baş planı hazırlanıb və razılaşdırılması prosesi gedir".