Bizi sosial şəbəkələrdən izləyin:
"BMT Təhlükəsizlik Şurasının (BMT) iclasında aksiyamızın başqa səpkidə təqdim olunması bizi narahat etdi".
Bunu "Report"un Şuşadan keçən Xankəndi-Laçın yolundakı aksiyanı işıqlandıran əməkdaşına açıqlamasında aksiya iştirakçısı - Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Qəmzə Yusubova deyib.
Onun sözlərinə görə, BMT TŞ-nin toplantısında, Azərbaycan tərəfinin keçirdiyi dinc aksiya bir neçə ölkə tərəfindən fərqli səpkidə təqdim olunub:
"Aksiyamız bir neçə gündür davam edir. Məsələnin mahiyyəti düzgün çatdırılmadıqda dünya ictimaiyyəti çaş-baş qala bilər. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının iclasında da iki standartlar gördük. Onlar 30 il ərzində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə necə göz yumurdusa, indi də ekoloji terrora göz yumur, bu terrora qarşı çıxanları başqa cür təqdim edirlər. İşğaldan azad edilən torpaqlarımızda sərvətlərimiz talanır, ekologiyaya ziyan vurulur. Bu özbaşınalığa son qoyulmalıdır. Əgər Qarabağdakı erməni əhalinin problemləri varsa, biz onlara dəstək olmağa hazırıq. Onlarla eyni ərazilərdə yaşamağa razıyıq, zatən Azərbaycan tolerant ölkədir. Biz sülhsevər xalqıq".
Q.Yusubova beynəlxalq təşkilatlara müraciət edib: "Bizim aksiyamıza, haqlı səsimizə səs verin!"