Azərbaycan Rotterdam Konvensiyasına QOŞULDU
240
29 Oct 2025 | 13:32

Azərbaycan Rotterdam Konvensiyasına QOŞULDU

Azərbaycan "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulub.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Milli Məclisin qəbul etdiyi qanunu təsdiqləyib.

Konvensiya 10 sentyabr 1998-ci ildə Niderlandın Rotterdam şəhərində imzalanıb.

Qeyd edək ki, Rotterdam Konvensiyası zərərli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.
 

Rotterdam Konvensiyası ölkələr arasında "əvvəlcədən məlumatlandırılmış razılıq" (Prior Informed Consent – PIC) prinsipi əsasında təhlükəli kimyəvi maddələrin ixracını və idxalını tənzimləyir.


Yəni, hər hansı bir dövlətə zərərli kimyəvi maddə göndərilməzdən əvvəl həmin dövlət bu barədə əvvəlcədən məlumatlandırılır və razılıq verir və ya imtina edə bilir.

Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər