İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
245
29 Oct 2025 | 13:51

İlham Əliyevin Serbiyaya səfəri gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri gözlənilir.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə Serbiya parlamentinin vitse-spikeri Yovan Yaniç bildirib.

“Son vaxtlar ölkələrimizin liderləri arasında səfərlərin mübadiləsi daha aktiv olub.
 

Mənim məlumatıma görə, biz artıq Prezident İlham Əliyevin Belqrada növbəti səfərini gözləyirik.


Ümid edirik ki, bu səfər yaxın zamanda baş tutacaq, ondan sonra isə Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycanı ziyarət edəcək”, deyə o, əlavə edib.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər