Britaniya səfiri:
Qarabağ
2782
22 Nov 2022 | 17:02

Britaniya səfiri: "Ağdamdakı dağıntıların miqyasını gözlərimlə görmüşəm"

"Böyük Britaniya səfirliyi qadınların hüquq və imkanlarının artırılmasını, həmçinin gender bərabərliyi məsələlərini əsas hesab edir və bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığı davam etdirməyə hazırdır".
 
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old ADA Universitetində keçirilən “Davamlı sabah naminə qadınlar” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
 
Diplomat bildirib ki, bu tədbir qadınların sülhün bərqərar olması prosesində iştirakı məsələlərini müzakirə etməyə imkan yaradacaq.
 
"Mən Ağdamdakı dağıntıların miqyasını gözlərimlə gördüm. Biz minalanmış sahələri gördük və mən çox şadam ki, Böyük Britaniya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ilk tərəfdaşı oldu", - səfir əlavə edib.
 
Səfir ərazilərin minalardan təmizlənməsi prosesində ANAMA-ya kömək edəcək qadınlardan ibarət mütəxəssis qrupunun yaradılacağını diqqətə çatdırıb.
 
Link kopyalandı!
Son xəbərlər