Laçındakı Rusiya hərbçiləri hayların Qarabağa nə daşımasıyla maraqlanmır?..-VİDEO-FAKT
Qarabağ
4014
04 Jan 2022 | 14:02

Laçındakı Rusiya hərbçiləri hayların Qarabağa nə daşımasıyla maraqlanmır?..-VİDEO-FAKT

“Azərbaycan dövlətinin  birbaşa nəzarətində olan ərazilərimizdə isə  “KQB”-“QRU”-korrupsiya şəbəkəsi bizlərin başını çörəyin, unun bahalaşmasıyla qatıb...”
 
“Rusiya sülhməramlı kontingentinin hərbçiləri bütün xristian(!-S.L.) dünyasının böyük bayramı olan Məsihin Mövlud gününün qeyd olunması ərəfəsində müşahidə məntəqələri və Laçın dəhlizi vasitəsilə 2000-ə yaxın texnikanın Dağlıq Qarabağa təhlükəsiz daxil olmasını təmin ediblər”.
 
Moderator.az xəbər verir ki, yanvarın 4-ü Moskva vaxtı ilə gecə saat 03:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış məlumatda belə deyilir.  
 
“Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələri normal rejimdə işləyir, giriş və çıxışda sənədlərin və nəqliyyat vasitələrinin yoxlanılması ilə nəzarət-buraxılış rejimi həyata keçirilir”, - Rusiya sülhməramlı kontingentinin sözçüsü Yevgeni Karataev bildirib.
 
İlk baxışdan belə təəssürat yaranır ki, guya Ermənistan-Azərbaycan sərhədindən keçən minik və yük maşınları Rusiya hərbi kontingentinin Laçındakı postunda dəqiq yoxlanılır. Amma əsl gerçəklik sözügedən xəbərə əlavə edilmiş video-görüntüdən bəlli olur.  Ermənistandan gələn minik avtomobillərinin sürücülərinin sənədləri ötəri yoxlanılır, yük yerləri açılır və aralıdan baxılır. Yük avtomobillərinin, "Kamaz"ların, "tir"lərin və s. isə yalnız sürücülərinin sənədlərinə gözücu baxılır, kuzovları isə qətiyyən yoxlanılmır...
 
Belə çıxır ki, Rusiya hərbçilərini Ermənistandan Azərbaycanın Qarabağ torpaqlarına, Xankəndinə, Xocalıya və s. nə daşınıldığı maraqlandırmır. Deməli, ermənilər torpaqlarımıza nə istəyirlər daşıyırlar. Və təbii ki, belə nəzarətsizlikdən yararlanaraq separatçı-terrorçu haylar Qarabağdakı,  həmçinin Şuşanın  36 kəndi və bir qəsəbəsindəki, eləcə də Kirs zirvələrindəki, Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd və s. ətrafındakı hərbi postlarına silah-sursat da, artilleriya qurğuları da, hətta hissə-hissə sökülmüş vəziyyətdə raket də apara bilərlər...
 
P.S. Azərbaycan dövlətinin  birbaşa nəzarətində olan ərazilərimizdə isə  “KQB”-“QRU”-korrupsiya şəbəkəsi bizlərin başını çörəyin, unun və s. ərzaqların bahalaşmasıyla qatıb...

 

Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər