“Burada ölməyi arzu edirdik...” - Müharibədən bir il sonra Qarabağda nə baş verir... - REPORTAJ
Qarabağ
Oxunub: 18593
20 Oct 2021 | 00:39
“Burada ölməyi arzu edirdik...” - Müharibədən bir il sonra Qarabağda nə baş verir... - REPORTAJ

 

Təxminən bir ildir ki, Qarabağda yeni status-kvo saxlanılır. Azərbaycan 28 il əvvəl itirilmiş ərazilərə nəzarəti qaytardıqdan sonra onları bərpa etməyə hazırlaşır. Gazeta.ru-nun müxbiri Aleksey Qryazev keçmiş qaynar nöqtəni ziyarət edərək Qarabağın əzəli sahiblərinin nəzarəti altında necə yaşadığını, azərbaycanlıların rus sülhməramlıları haqqında nə düşündüklərini və Bakının qondarma Dağlıq Qarabağ Respublikası üçün nə hazırladığını öyrənməyə çalışıb.

 

Moderator.az həmin reportajı oxucularına təqdim edir.

 

Qarabağ Azərbaycandır!

 

Bakıdan Şuşaya maşınla təxminən beş saatlıq yoldu. Bu yolda irəliləyərkən sürücünün hətta naviqatorsuz azması ehtimalı belə azdır: Qarabağın ürəyinə istiqamət verən yol nişanları ilə demək olar ki, paytaxtdan çıxdıqdan sonra hər addımbaşı qarşılaşırsan. Qaya üzərində yerləşən bu şəhərə heç bir azərbaycanlının girə bilmədiyi dövrdə belə bu işarələr öz yerlərində qalmışdı. 28 il ərzində Şuşanın gündəlik havası haqqında verilən proqnozu kimi, işarələr də son illərdə azərbaycanlılar üçün bir xatırlatma olaraq xidmət edirdi: Bu şəhər ölkəmizin bir hissəsidir.

 

Əks təqdirdə insanlar unudardılar”, - deyə  müşayiətçim Riyad bildirdi.

 

Bəlkə də belə xatırlatmalar olmasaydı, 90-cı illərin əvvəllərində itirilmiş ərazilər həqiqətən unudula bilərdi. 30 il az müddət deyil.

 

Bu müddət ərzində Azərbaycanın paytaxtı özünün sovet keçmişini tamamilə unutmuş ​​kimi görünürdü - bu gün Bakının keçmiş SSRİ-nin şəhərləri ilə müqayisədə cənubi Avropanın şəhərləri ilə daha çox ümumi cəhətləri var.

 

Paytaxtın bəzi rayonlarında hələ də tanış və əziz olan beş mərtəbəli “xruşşovka”ları, Brejnev dövrünün binalarını və hətta qaraj kooperativlərini görə bilərsiniz. Yenilənmiş Bakının baş planında onlara yer yoxdur, amma hələlik bu binaların sökülməsi təxirə salınıb: respublika ehtiyat resurslarını Qarabağın azad edilmiş ərazilərinin bərpasına yönəldib.

 

Qarşılaşdığımız sovet dövründən qalmış tikililərlə müqayisədə, Bakıda rus dilində danışan insanlara daha tez-tez rast gəlmək olur. Lakin yaşlılardan fərqli olaraq, gənc nəsillə ünsiyyət qurmaq o qədər də asan deyil.

 

Ancaq dil baryeri Bakıda ən çox yayılmış şüarın başa düşülməsinə mane olmur. Qarabağ Azərbaycandır! - bu şüar Bakı hava limanında təyyarədən enən qonaqları müşayiət edən çoxsaylı reklam lövhələrinin ən məşhur cümləsidir.

 

Millətin yenidən doğulması

 

Postsovet məkanına qayıdış paytaxtdan ayrıldıqdan dərhal sonra hiss olunur. Sovet avtomobilləri ilə yolda getdikcə daha çox rastlaşırıq, bəziləri isə yerli koloritlə bəzədilib. Bir neçə dəfə pikapa çevrilmiş və mal-qara daşıyan klassik Volqanı görürəm.

 

Yol boyu rastlaşdığınız kəndlər və kiçik şəhərlər Rusiyadakı kəndlərə bənzəyir. Yalnız Qarabağ və keçmiş müharibə ilə bağlı xatırlatmalar Azərbaycanda olduğunuzu sübut edir. Və bu xatırlatmalar paytaxtla əyalətin ortaq cəhəti olan yeganə amil kimi görünür.

 

Azərbaycanın demək olar ki, hər bir yaşayış məntəqəsində burada dünyaya gələn şəhidlərin - keçənilki müharibə zamanı həlak olmuş əsgərlərin fotoşəkilləri olan xatirə lövhəsi var. Hərbi geyimli gənclərin portretlərini yol kənarındakı kiçik dükanların qapılarının üstündə və ya yaşayış binalarının eyvanlarında da görmək olar. Dərhal başa düşürsən: bu ailələr oğul itiriblər.

 

Ancaq kədərdən daha çox bu xatirə lövhələrində  valideynlərin və həmkəndlilərinim şəhidlər üçün qürur duyduğunu hiss edirsən.

 

Kişilərimiz ölkəmizin qürur mənbəyidir. Torpaqlarımızın geri qaytarılması uğrunda mübarizə aparan hər bir əsgər, arzularımız üçün canını verən hər bir şəhid öz ölkəsinin və ailəsinin qəhrəmanı və qürurudur”, - deyə yol yoldaşlarım mənə izah edirlər.

 

Rus jurnalist olduğumu öyrəndikdən sonra demək olar ki, hər  həmsöhbətim mənə Bakıda xatirə məzarlığında şərəflə dəfn olunan iki rus şəhidi haqqında hekayə danışdı.

 

Hamımız burada azərbaycanlıyıq. Türklər, ruslar, yəhudilər, ləzgilər və digər xalqlar. Hamımız bir millətik və hamımızın bir məqsədi var”, - deyə onlar bildirirlər.

 

Azərbaycanlılarla nə qədər çox ünsiyyət qurursansa, bir o qədər yaxşı başa düşürsən ki, Qarabağ onlar üçün təkcə ərazilər deyil. Bu torpaqların azad edilməsi və indi onların bərpası 10 milyon insanı bir amalda birləşdirən milli düşüncədir.

 

Xarabalıqlar üzərində tikinti

 

Maşınla təxminən dörd saat getdikdən sonra ilk nəzarət keçid məntəqəsi görünür - Füzuli rayonuna giriş. Bundan sonra yalnız buraxılış vərəqəsi ilə irəliləmək mümkündü. Azad edilmiş ərazilər minalanıb və yalnız hökumət buraların tam təhlükəsizliyinə əmin olduqdan sonra bu yerlər geniş kütlə  üçün açıq olacaq.

 

İlk dayanacaq “Qarabağın hava qapısı” - Füzuli Beynəlxalq Hava Limanıdır.

 

 

Müasir bina boş bir ərazinin ortasında yerləşir. “Dağıntı olan yeri çəkməyin! Tezliklə təmizlənəcək”, - deyə sərt bir səs eşidilir. Bü səs obyekti qəbul etməyə gəlmiş “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərova məxsusdur.

 

Səfərimin məqsədi ilə bağlı sualını cavablandırarkən vurğuda səhv edirəm.

 

ŞUşa yox, ŞuşA! Siz Ermənistanda deyil, Azərbaycandasız! - deyə Əsgərov qəzəblə səhvimi düzəldir.

 

Səhvimdən açıq narazılığına baxmayaraq, məni qısa bir ekskursiyaya aparır. Bəxtim gətirdi.

 

“Hava limanı səkkiz aya tikilib. Yanvar ayında təməli qoyuldu, sonra iki ay ərzində hava səbəbindən işlər dayandı. İlk təyyarə sentyabr ayında qəbul edildi. Bu, dünya rekordudur. Amma... başqa cür ola bilməzdi”, - deyə Əsgərov gülümsəyərək deyir.

 

Hava limanından bir qədər aralıda hərbçilər avtomobilləri saxlayırlar, kiçik bir tıxac əmələ gəlir. Buradan bir neçə kilometr aralıda “sapyorlar” mina tapıblar və onu partlatmağa hazırlaşırlar. Öz-özümə düşünürəm: ilk yoxlama məntəqəsinə çox yaxınıq. Azad edilmiş ərazilərin bütün sahəsi 7,5 min kvadrat metrdən çoxdur. Hər yerin minalardan təmizləməsi nə qədər çəkəcək?!  Məni əmin elədilər ki, bu problemi 3-5 il ərzində həll edəcəklər.

 

Başqa bir dayanacaq - yenə də xarabalığa çevrilmiş sahə.

 

“Bura Füzuli şəhərinin mərkəzi idi, - deyə yol  yoldaşım Ziya mənə məlumat verir. - Sovet dövründə burada 50 min insan yaşayırdı. İşğal illəri ərzində şəhərdən heç nə qalmayıb. Amma biz onu yenidən quracağıq”.

 

 

Azərbaycan ordusunun Şuşaya doğru irəlilədiyi istiqamət  boyunca çəkilmiş yeni yolla gedirik. Bir neçə ay ərzində əvvəllər heç bir şey olmayan və çox çətin relyefi olan ərazidə yüz kilometrdən çox yüksək keyfiyyətli yol yatağı salınıb.

 

Şuşaya qədər “qələbə yolu” yalnız xarabalıqlar, tərk edilmiş kiçik yaşayış məntəqələri, üzüm bağları, tikinti texnikası və təbiətlə əhatə olunmuşdur. Özüm üçün qərar verirəm: bu yol Azərbaycan zəfərinin əsas simvoludur.

 

Şuşa. Şəhərin yenidən qurulması

 

Şuşa Qarabağın gözüdür. Şəhər qayanın üzərində yerləşir -  təbii bir qaladır. Onu canlı görəndən sonra başa düşürsən ki, niyə onun üçün gedən döyüşlər iki Qarabağ müharibəsinin əsas epizodu olub. Şəhər Qarabağın nəzarəti altında qalan bütün ərazilərə, o cümlədən paytaxtı Stepanakertə (azərbaycanlılar bu şəhəri Xankəndi adlandırırlar) açılır - Şuşada yerləşən silahlardan atılan bir neçə raket zərbəsi Qarabağ probleminin tam həll olunmasına kifayət edər.

 

Şəhərin girişində başqa bir keçid məntəqəsi də var - burada çoxlu hərbi qulluqçu var. Postda  Azərbaycan və Türkiyənin bayraqları dalğalanır. Onlardan 10 metr aralıda Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi və Rusiya sülhməramlılarınin postu var. Rusiya bayrağı tək dalğalanır.

 

 

Şəhər müharibədən əziyyət çəkir, amma vəziyyət kritik deyil. Məni əmin edirlər ki, ikinci müharibə zamanı Şuşaya demək olar ki, heç bir ziyan dəyməyib və bütün xarabalıqlar 90-cı illərdəki döyüşlərin əks-sədasıdır. Ətrafda qızğın tikinti işləri gedir.

 

Şəhər DQR tərəfindən nəzarət saxlanılanda burada  təxminən 4 min insan yaşayırdı. İndi təxminən 3 mindir. Onların da üçdə biri hərbçilərdir. Qalanları inşaatçılar, xidmət işçiləri, ilk məskunlaşanlar, şəhər rəhbərliyi - hamısı Şuşanın bərpası ilə məşğul olanlardır.

 

Yerli elektrik Nicar rus dilində çətinliklə də olsa, mənə söyləyir ki, o cəmi altı aylıq olanda ailəsi Şuşadan ayrılmışdı.

 

Şəhər qaytarılandan dərhal sonra bura necə gələcəyimi düşünməyə başladım. Buradan br daha getməyəcəyəm. Bura evimdir”, - deyə o söyləyir.

 

Artıq şəhərdə bir otel, bir neçə restoran, mağaza, sovet opera müğənnisi və əslən şuşalı olan Bülbülün muzeyi fəaliyyət göstərir. Müstəqillik qazandıqdan sonra Azərbaycan tərəfindən ucaldılmış və sonradan ermənilər tərəfindən dağıdılmış bir neçə abidə bərpa edilib. Mərkəzi məsciddə isə möminlər namaz qılırlar.

 

 

Ermənilərin dövründə tikilmiş binalar, məsələn, DQRprezidentinin son andiçmə mərasiminin keçirildiyi mədəniyyət mərkəzi yerlə-yeksan edilib. Məni əmin edirlər ki, bu qərarlar yalnız şəhərin bərpası ilə bağlıdır: Bu qondarma tikili idi, biz Şuşanı əvvəlki tarixi görünüşünə qaytarmaq istəyirik.

 

 

Şəhər rəhbərliyi mənə izah edir ki, Şuşa bərpa edildikdən sonra Azərbaycanın mədəniyyət paytaxtı, turistlərin cazibə mərkəzi olacaq. Şəhərin bütün irsi bizim üçün çox vacibdir. Həmçinin xristian abidələri də”, - deyə həmsöhbətim bildirir.

 

 

Müharibə zamanı Azərbaycan tərəfindən mərmi ilə vurulan Qazançı erməni kilsəsinin ətrafı meşə tikinti materiaları ilə əhatə olunubdu. Amma burada iş getmir. Səbəbini soruşuram.

 

İşləməyə başlamışdıq, amma divarın uçmaq təhlükəsi var. İtalyanları bərpa etməyə dəvət etmişik. Onların gəlməsini gözləyirik”, - deyə mənə cavab verdilər.

 

 

Yerli müəssisələrdən birində nahara gələn bir qrup Azərbaycan əsgəri ilə ünsiyyət qurmağa çalışıram. Yaşları 25-dən çox olmayan bu gənclər şəhərin ələ keçirilsi əməliyyatında iştirak ediblər. Heç biri rus dilində danışmır - mənə onlarla ünsiyyət qurmağa kömək edirlər.

 

- Müharibə olacağını ağlımıza belə gətirə bilməzdik. Hər şey başlayanda təlimə getdiyimizi düşünürdük.

 

- Bu şəhəri, bu torpaqları heç birimiz görməmişdik. Amma inanın ki, hamımız burada ölməyi arzulayırdıq.

 

- Atəşkəs elan olunanda nə hiss etdiniz?

 

- Heç nə. Buna vaxtımız yox idi. Bizə Şuşanı almaq əmri verilmişdi. Və biz onu aldıq. Əmri yerinə yetirə bildiyimiz və sağ qaldığımız üçün çox xoşbəxtik.

 

- Mənim üçün sadəcə, bu torpaqda olmaq özü xoşbəxtlikdir.

 

- Rus sülhməramlılarına münasibətiniz necədir?

 

- Yaxşı münasibət bəsləyirik. Normal uşaqlardı. Hərdən hasarın üstündən ünsiyyət qururuq.

 

- Onlara qarşı münasibətimiz necə olmalıdır ki? Onlar bizim torpaqlarımızda qonaqdılar. Biz həmişə qonağa çox yaxşı münasibət göstərmışikƏsas odur ki, evimizə qayıtmışıq. Ürəyimizi geri qaytarmışıq. Şuşa Azərbaycanın ürəyidir.

 

- Siz özünüz şuşalısız?

 

- Xeyr. Mən Bakıdanam. Amma əslində bütün azərbaycanlılar şuşalıdılar.

 

Ermənilər və Rusiya haqqında

 

Qarabağ səfərindən sonra qalan əsas sual budur: bundan sonra nə olacaq? Yeni bir müharibənin olub-olmayacağı ilə bağlı sualıma Azərbaycan əsgərlərindən biri belə cavab verdi: Bilmirəm və bilə də bilmərəm. Amma hamımız prezidentin istənilən əmrini yerinə yetirməyə hazırıq.

 

 

Azərbaycanlıların əksəriyyəti müharibənin olub-olmayacağının yalnız Ermənistandan asılı olduğunu düşünür: Azərbaycan hər şeyi həll etdi. İrəli getməyə hazırıq. Eyni zamanda tanınmamış “DQR”-in gələcəyi ilə bağlı məsələ də həll edilmiş sayılır: bu ərazi Bakıya məxsusdur və rus sülhməramlıları geri çəkildikdən sonra Bakının tam nəzarətinə keçəcək.

 

Oradan kimisəni qovmağa ehtiyac yoxdur. Azərbaycan ərazisində ermənilər yaşayır - biz onların hüquqlarını tanıyırıq. Azərbaycan pasportlarını alsınlar və hər şey yaxşı olacaq. Bizim ölkəmiz çoxmillətlidir”, - deyə həmsöhbətlərimdən biri bildirdi.

 

Azərbaycanlılardan eşitdiyim ən radikal təklif bu oldu: Qarabağ erməniləri 10-15 il seçki hüququndan məhrum edilməlidir. Amma əksəriyyət bu təklifi çox radikal hesab edir.

 

 

Azərbaycan Xarici İşlər Nazirliyindən olan bir həmsöhbətim mənə deyir ki, bölgənin gələcəyi əsasən Rusiyadan və Moskvanın yaxın illərdə hansı rolu oynamağa qərar verəcəyindən asılıdır: “Közərən münaqişənin davam etdirilməsi təklifi, şübhəsiz ki, nəticə vermədi - nə Ermənistan daha da rusiyapərəst oldu, nə də Azərbaycan. Münaqişənin həllini axtarıb tapmağa cəhd etmək lazımdır. Biz Moskvanın rolunu yüksək qiymətləndiririk və ümid edirik ki, o, tezliklə sülhün qorunması rolunu öz üzərinə götürəcək”.

 

 

Sadə azərbaycanlılar Rusiyaya qarşı bir qədər soyuq münasibət bəsləyirlər: birinci müharibədə Moskvanın Emənistanı dəstəkləyən birtərəfli mövqeyinə olan inciklik hələ də hiss olunur.

 

İkinci müharibədə Rusiyanın rolu da birmənalı qarşılanmır. Xalq arasında Moskva Azərbaycanı tam qələbənin bir addımlığında saxladı fikri hələ də dolaşır.

 

Rusiyapərəst olmaq üçün heç bir səbəbimiz yoxdur. Özünüz bizi Türkiyəyə tərəf itələyirsiniz, - deyə bir Bakı sakini suallarımı cavablandırır. - Rusiyaya qəzəblənmirik. Daha çox məyus olmuşuq”.

 

Bütün azərbaycanlılar məni inandırmağa çalışırlar ki, onlar  kin saxlayan insanlar deyillər: Nə olubsa, artıq keçib. Əsas odur ki, gələcəkdə nə olacaq”.

 

Onlar gələcəklərini aydın görürlər: “Kişi səhv edə bilər. Ancaq səhvini təkrarlaya bilməz. Bu o deməkdir ki, o, özünə, ailəsinə, ölkəsinə və əcdadlarının xatirəsinə xəyanət edəcək. Biz bir daha heç vaxt torpaqlarımızı əldən verməyəcəyik”.

 

Aleksey Qryazev (Bakı - Qarabağ - Moskva)

 

Tərcümə və təqdim etdi: Miraslan

Oxşar xəbərlər
16:27, Bu gün
Hindistanın baş naziri Moskvada Putinlə görüşdən sonra Kiyevə yollanıb
16:20, Bu gün
Bu tarixdə Bakıda 10 günlük karantin olacaq?
16:12, Bu gün
Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi
16:05, Bu gün
Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
GÜNLÜK
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi