Azərbaycan Şuşanın Turşsu qəsəbəsindəki erməni postunun yığışdırılmasını tələb etdi...
Qarabağ
11710
27 Aug 2021 | 09:33

Azərbaycan Şuşanın Turşsu qəsəbəsindəki erməni postunun yığışdırılmasını tələb etdi...

10 Noyabr üçtərəfli razılaşmasına əsasən Laçın dəhlizində erməni postlarının yerləşdirilməsi nəzərdə tutulmayıb...
 
Azərbaycan Respublikasının Şuşa rayonundakı hərbçiləri Rusiya hərbi kontingenti komandanlığından rayonun Turşsu qəsəbəsində 10 Noyabr razılaşmasına zidd olaraq qanunsuz  yerləşdirilmiş erməni “polis” postunun yığışdırılmasını tələb edib.
Moderator.az xəbər verir ki, bu haqda məlumat yayan erməni nəşrləri qabaqdangəlmişlik edərək hay-küy qaldırmağa çalışırlar.
 
Ermənilərin məlumatında bildirilir ki, qanunsuz “polis” postu  guya Gorus-Laçın-Şuşa-Xankəndi yolundan keçən maşınları qeydə almaq və sənədləri yoxlamaq üçün qurulub.
 
Halbuki üçtərəfli məlum razılaşmaya əsasən Laçın dəhlizində erməni postlarının yerləşdirilməsi nəzərdə tutulmayıb...
 
Qeyd edək ki, Turşsu qəsəbəsi - 10 Noyabr razılaşmasına əsasən Rusiya hərbi kontingentinin nəzarətinə verilmiş Gorus-Laçın-Şuşa-Xankəndi yolu üzərində, Şuşa şəhərindən hava xətti ilə təxminən 9-10 km məsafədə yerləşir.  Həmin qəsəbədə sovet dövründə də heç bir erməni yaşamayıb...
 
Xatırladaq ki, Moderator.az  hələ 2021-ci ilin martında  Yuxarı Qarabağdakı separatçı rejim tör-töküntülərinin  “fövqəladə hallar xidməti”nin direktoru polkovnik Mehak Arzumanyanın martın 26-da Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin Qarabağdakı humanitar briqadasının rəhbəri general-mayor Vladislav Qadeyevi qəbul(!) etməsindən sonra əldə olunan razılaşmaya əsasən rus və erməni əməkdaşlardan ibarət  əməliyyat və xilasetmə qrupu “dövlət fövqəladə hallar xidməti”nin "Lisaqor"( Şuşa rayonunun Turşsu qəsəbəsi - S.L.) bazasında birgə növbətçilk xidməti aparacağı haqda məlumat yaymışdı(bax://moderator.az/qarabagh/370588/susanin-turssu-kendinde-ruslarla-ermeniler-birge-nvbetcilik-edecek-rusiya-generaliyla-grus/)...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər