Müdafiə Nazirliyi və Prokurorluq "Tərtər işi" ilə bağlı "qurbağa gölü"nə daş atmağa tələsmir...
Qarabağ
Oxunub: 12217
03 Apr 2021 | 11:55
Müdafiə Nazirliyi və Prokurorluq
Qəribə məmləkətdir. "Bir dəli kor quyuya bir daş atır, min ağıllı o daşı həmin quyudan çıxarmaqda çətinlik çəkir" məsəlində olduğu kimi Azərbaycan cəmiyyəti neçə müddətdir "Tərtər işi" adlandırılan "Qordi düyünü"ün əlində girinc qalıb. 44 günlük savaş dönəmi bu istiqamətdə sosial şəbəkələrdə, çeşidli media resurslarında tozanaq qoparılmasını arxa plana keçirsə də ara sakitləşən kimi "Tərtər işi" yenidən səhnəyə çıxarılaraq eninə-boyuna çək-çevir predmetinə çevrilməyə başlanılıb. Reallığı əks etdirməyən iddialar, uydurma rəqəmlər səsləndirilərək baş verən olayların miqyası qəsdən şişirdilməklə hakimiyyətin iki strateji strukturuna - Müdafiə Nazirliyinə və Respublika Hərbi Prokurorluğuna qarşı misligörünməmiş qarayaxma kampaniyası aparılır. 
 
Əlbəttə, kimsə həmin hadisələr zamanı xeyli qanunazidd davranışlar və qeyri-adekvat hərəkətlər törədildiyini, yaxından-uzaqdan bu olaylarla əlaqəsi olanlara işgəncələr verildiyini, bu zaman qurunun oduna yaşların da yandığnı təkzib etmir və bütün bunlar əslində istintaqla, məhkəmə hökmləri ilə təsdiqini tapıb. Nəticədə vətənə xəyanət edənlərlə yanaşı həmin şəxslərin dindirilməsi zamanı törətdiyi qanunazidd əməllərə görə də azadlıqdan məhrum edilənlər adbaad hər kəsə məlumdur. İstənilən halda ortada xeyli günahsız canlar gedib və sağlamlıqlarına bərpaolunmaz fiziki-mənəvi yaralar vurulanlar da ortada. Bu baxımdan işgəncədən sonra dünyasını dəyişənlərin, xəsarət alanların ailə üzvlərinin üzüntüsünü və emosional ovqatda müxtəlif platformalarda çıxış edərək günahkarlara ən ağır cəzalar verilməsi və bəzi günahkarların hələ də azadlıqda qalması ilə bağlı üsyan püskürmələrini anlayışla qarşılamaq lazımdır. Eyni zamanda həmin hadisələrdən zərərəçəkmiş xeyli sayda insanın da sağlamlığını, işini itirməsini də kimsə dana bilməz və bu insanların da balta ilə günahkar axtarışına çıxmalarına haqq qazandırmamaq mümkün deyil. Amma açıqca görsənir ki, həmin kateqoriya insanların acınacaqlı vəziyyətindən sui-istifadə edənlərin dərdi başqadır və onlar yüksək çinli hərbçilərin adlarını mütəmadi hallandırmaqla ictimaiyyətin diqqətini özlərinə sərf edən tərəfə çəkməyə çalışırlar. Bu zaman əsassız və uydurma iddialar fonunda məqsədin heç də həmin zərərçəkmiş insanların halına acımaq deyil, bütövlükdə 44 günlük qələbəni millətin qursağında qoymağa çalışan xarici güclərin əlində alətə çevrildiklərinin fərqində olmadan kimlərisə linç etmək olduğu açıqca görsənir. 
İddia edilir ki, Bərdə korpusunun komandiri general-mayor Hikmət Həsənov həmin işgəncə  hallarının baş verməsində nəinki günahkardır, bilavasitə özü bu hadisələrdə iştirak edib, yaxud işgəncə faktları məhz onun göstərişi ilə həyata keçirilib. Bunu iddia edənlərin ümumiyyətlə hərbi nizamnamədən tutmuş hərbin yazılmamış oyun qaydalarınadək ən elementar anlayışı olmadığı qənaəti yaranır. Axı korpus komandiri niyə tabeçiliyindəki hərbçilərə işgəncə verilməsində maraqlı olsun? Axı az-çox məlumatlı adamlara bəllidir ki, prokurorluq orqanlarının müdaxiləsinə qədər işgəncə olayları Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin sabiq rəisi, ordumuzun 30 illik qara yarasına çevrilmiş Nəcməddin Sadıkovun ərköyün bacısı oğlu Ramin Əsgərovun birbaşa göstərişi və rəhbərliyi ilə həyata keçirilib. O Nəcməddin Sadıkov ki, illər uzunu Hikmət Həsənovun anasından əmdiyini burnundan gətirib və 44 günlük savaşın ilk günlərindən də Bərdə korpusuna qarşı açıq-aşkar təxribatla məşğul olub. Bizlərə bəlli olan tükürpədici təxribatın detallarını geniş ictimaiyyət bilməsə də olar, amma MN rəhbərliyinin və Ali Baş Komandanın da baş verənlərlə bağlı təfərrüatlı məlumata sahib olmalarında şübhə yoxdur.
Eyni zamanda bu olayları körükləyənlər bəlkə də məlumatsılıqdan "Tərtər işi"nin məhz kim tərəfindən üzə çıxarılmasının fərqində olmağı lazım bilməyiblər. Məhz Hikmət Həsənov onu hər cür qaralama kampaniyasının gözlədiyini, nəinki məşəqqətli olduğu qədər də uğurlu karyerasının və titullarının, hətta azadlığının da əlindən alınma ehtimalının çox yüksək olduğunu bilə-bilə, necə deyərlər, kəfəni boynuna geyinərək "vabank"a gedəcək qədər cəsarət nümunəsi sərgiləyib. Məsələni yuxarı komandanlığa məruzə edən Hikmət Həsənov Bakıdan gələnlərin onu da əli qandallı özləri ilə aparacaqlarını zənn edib. Amma bütün bu ehtimalları göz önünə alsa belə rəhbəri olduğu korpus haqqında həqiqətlərin üzə çıxmasında, günahkarların ifşa olunmasında maraqlı olub. Bunu MN rəhbərliyi də bilir, istintaq orqanları da, Ali Baş Komandan da. Odur ki, dişi-dırnağı ilə, kimsənin dəstəyi və himayəsi olmadan Bərdə korpusunun rəhbərliyindək gələrək özünü iliyinə-qanınadək vətənpərvər, cəsur komandir kimi tanıda bilmiş general-mayor Hikmət Həsənov haqqında dezinformasiyaların bu cür tirajlanması əslində silahlı qüvvələrimizin nüfuzundan təlaşa düşən xarici dairələrin dəyirmanına su tökməkdən başqa bir şey deyil. 
"Tərtər işi"nin İstintaqını həyata keçirən Respublika Hərbi Prokurorluğunun və onun rəhbəri Xanlar Vəliyevin ictimai qınaq hədəfinə çevrilməsi cəhdləri də eynilə Hikmət Həsənovla bağlı məsələdə olduğu kimi bəzən qərəzdən, bəzən də məlumatsızlıqdan qaynaqlanan dedi-qodular çələngindən başqa bir şey deyil. Müvafiq qurumlar və hətta istintaq altında olanların ailə üzvləri bilir ki, Hərbi Prokurorluğun müdaxiləsindən və Xanlar Vəliyevin qəti tapşırığından sonra işgəncə hallarına birmənalı olaraq son qoyulmaqla bərabər, xəsarət almış şəxslərin dərhal hospitallara köçürülərək müvafiq tibbi yardımlar almaları təmin edilib, bununla bağlı tibbi personala qəti tapşırıq verilib. İstintaq altında olan hərbçilərin öz ailə üzvləri ilə görüşünə şərait yaradılıb, işgəncə faktlarının və zərərçəkmişlərin qeydiyyatı aparılıb və üstəlik Xanlar Vəliyev şəxsən hadisələrin ilk günündən Mingəçevirə gedərək N saylı hərbi hissədə oturmaqla 15 gün istintaqa ümumi rəhbərliyi həyata keçirib. Təbii ki, istintaqda da təqsirləndirilən şəxsləri və ya zərərçəkmişləri qane etməyən məqamlar var və bunu da təbii qarşılamaq lazımdır. Amma bunu bu cür şişirtməklə təqdimatı başqa mətləblərdən xəbər verir.
 
Sonda vacib bir məqamı da vurğöulamaq yerinə düşər. Təcrübə göstərir ki, heç də hər zaman susmaq qızıl deyil və əsassız ittihamlara, qarayaxmalara, çeşidli desinformasiyalara cavab vermək, təkzib etmək, hansısa formada məlumat yaymaqla ictimaiyyəti çaşdırmaq istəyə qüvvələrin planlarını pozmaq olduqca vacibdir. Bu baxımdan Müdafiə Nazirliyinin və Baş Prokurorluğun baş verənləri sükutla müşahidə etməsi anlaşılan deyil. Ümid etmək olar ki, müvafiq rəsmi qurumlar "Tərtər işi" ilə bağlı ictimaiyyəti qane edən məlumatları paylaşmaqda xəsislik etməyəcək və bununla da obrazlı desək, qurbağa gölünə daş atılmış olacaq...
Oxşar xəbərlər
27 Jul 2024 | 23:53
Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib
27 Jul 2024 | 23:16
Livandan İsrailə raket atıldı: Ölənlər var
27 Jul 2024 | 23:10
"Rusiya həmişə məni özünün düşməni hesab edib" - Dmitri Qordon
27 Jul 2024 | 23:04
Qubada sel torpaq uçqununa səbəb oldu, kənd yolu bağlandı
27 Jul 2024 | 22:54
Bakıda yaşayış binasında yanğın olub
27 Jul 2024 | 22:47
Ukrayna Rusiyanın bu vilayətini yenə atəşə tutdu
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
27 Jul 2024 | 22:25
Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək
27 Jul 2024 | 22:17
Axşam yeməyinin kalori miqdarı 600 kkaldan çox olmamalıdır
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:05
"Olimpiadanın açılışı biabırçı idi"
27 Jul 2024 | 21:59
Dağıstanda terror tüğyan edir: FTX bir sıra hücumların qarşısını alıb
27 Jul 2024 | 21:57
DİN-dən xəbərdarlıq: Süni intellekt sizlə ailə üzvü adından danışıqlar apara bilər
27 Jul 2024 | 21:51
Mingəçevirdə ata oğluna qarşı zorakılıq edib?
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 21:40
Üzümü bu qidalarla birgə yemək olmaz!
27 Jul 2024 | 21:32
Məşhur aktrisa dünyanın ən gözəl qadını seçildi - FOTO
27 Jul 2024 | 21:31
Bu cihazlar insanların sağlamlıqla bağlı narahatlığını artırır
27 Jul 2024 | 21:17
Avropa çempionatı: Azərbaycan millisi finala yüksəldi
27 Jul 2024 | 21:14
“Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat
27 Jul 2024 | 21:09
"Belousov və Ostin Kiyevin Rusiyaya qarşı "məxfi əməliyyatı"nı müzakirə edib" - "The New York Times"
27 Jul 2024 | 21:00
Uğursuz insanların etdiyi 6 səhv
27 Jul 2024 | 20:53
Xərçəngdən qaçmağa kömək edəcək ən təsirli məhsul- HƏKİM
27 Jul 2024 | 20:45
"Deyir, üçüncü uşaq olmasa, boşayacağam səni"
27 Jul 2024 | 20:40
Qlobal D vitamini böhranının həlli varmı?
27 Jul 2024 | 20:35
Qarnında güllə olan KÖRPƏ DOĞULDU
27 Jul 2024 | 20:32
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yolları gecədən bağlanacaq
27 Jul 2024 | 20:26
FHN əməkdaşının ölümünün təfərrüatı bilindi
27 Jul 2024 | 20:20
2 il sonra səhnəyə çıxdı, 2 milyon dollar qazandı - FOTO
27 Jul 2024 | 20:12
Rusiya bir gündə iki bombardmançı təyyarəsini itirib
27 Jul 2024 | 20:08
Yeni hərəkət zolaqları tıxaca səbəb olur? — AYNA aydınlıq gətirdi
27 Jul 2024 | 20:00
Rusiya NATO-ya meydan oxuyur - TƏFƏRRÜATLAR
27 Jul 2024 | 19:53
Qarpızla necə həm arıqlayıb, həm də xərçəngdən qorunaq?
27 Jul 2024 | 19:45
FHN əməkdaşı faciəli şəkildə ÖLDÜ
27 Jul 2024 | 19:38
Ən bahalı evlər hardadır: -Bakı, Tiflis, yoxsa İrəvanda?
27 Jul 2024 | 19:30
Başına bit düşdü, dərman isə əcəli oldu
27 Jul 2024 | 19:23
Mətanətin əziyyət verən  xəstəliyi
27 Jul 2024 | 19:15
Azərbaycanda vəzifəli şəxs faciəli şəkildə öldü - FOTO
27 Jul 2024 | 19:07
Ağadadaşın mahnısı davadan sonra TRENDƏ DÜŞDÜ - VİDEO
27 Jul 2024 | 19:01
Ayaq qoxularını dərhal yox edən ən asan və TƏBİİ ÜSUL
27 Jul 2024 | 18:56
Yeni ÖLÜMCÜL VİRUS
27 Jul 2024 | 18:50
Gəlin qayınanasını  baltaladı
27 Jul 2024 | 18:43
Azərbaycanlılar getdikcə daha çox içirlər - Səbəbləri açıqlandı
27 Jul 2024 | 18:36
Binəqədidə Hindistan küçələrini xatırladan mənzərə
27 Jul 2024 | 18:34
Vüsalənin intiharında yeni DETALLAR: Xəyanətdə adı hallanan qadın İŞ ADAMIDIR
27 Jul 2024 | 18:31
Pəncərəni açıb yatmaq bədənə necə təsir edir?
27 Jul 2024 | 18:23
“Üçüncü Dünya Müharibəsinə yaxınıq” — Tramp
27 Jul 2024 | 18:16
Böyük qardaşını öldürüb, anasını yaraladı
27 Jul 2024 | 18:08
Asılılıq yaradan 17 qida maddəsi - Özünüzü qoruyun
27 Jul 2024 | 18:00
“Rəqabətə görə çörəyin içinə tük də qoyurlar” - Ekspertdən ağlasığmaz sözlər
27 Jul 2024 | 17:59
Keşiş Baqrat Kərkiyə də gedib çıxdı...-“Tezliklə bura da təhvil veriləcək!..-VİDEO
27 Jul 2024 | 17:58
"Deyirdim, bizim evdə nə vaxtsa "kartoşka" qızardılacaq?" - VİDEO
27 Jul 2024 | 17:51
Neftçalada məktəb binasında YANĞIN
27 Jul 2024 | 17:45
Bakı Təşəbbüs Qrupu “Paris-2024”lə bağlı bəyanat yaydı
27 Jul 2024 | 17:43
Dünən Olimpiya Oyunlarının açılışında olan səhnələr "Woke ağıl virusu" idi, yoxsa müxtəlifliyə dəstək və hörmət?”
27 Jul 2024 | 17:32
"Atəşkəs olarsa, ərazimizin 25 faizi Rusiyanın nəzarətində qalacaq" - Ukraynanın Türkiyədəki səfiri
27 Jul 2024 | 17:24
Qurban Yetirmişlidən zəlzələ iddialarına SƏRT REAKSİYA : “Mən fala baxmıram”
27 Jul 2024 | 17:17
COP29 Azərbaycan Əməliyyat Şirkəti genişmiqyaslı təlim proqramı keçirdi - FOTO
27 Jul 2024 | 17:10
Almaniyadakı Göy məscid niyə bağlandı? - VİDEO
27 Jul 2024 | 17:03
Laçında Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə - FOTOLAR
27 Jul 2024 | 16:55
Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü
27 Jul 2024 | 16:53
Türk Generalı Ermənistanla sülhdən danışdı - PROQNOZ NƏDİR?
27 Jul 2024 | 16:48
Fransada yüksəksürətli qatarların üçdə biri xəttə çıxmayıb
27 Jul 2024 | 16:41
Balabəy Ağayev Olimpiada ilə erkən vidalaşdı
27 Jul 2024 | 16:34
Oğlu və həyat yoldaşı Brilliantı izləməyə gəldi - FOTO
27 Jul 2024 | 16:27
Hindistanın baş naziri Moskvada Putinlə görüşdən sonra Kiyevə yollanacaq
27 Jul 2024 | 16:20
Bu tarixdə Bakıda 10 günlük karantin olacaq?
27 Jul 2024 | 16:12
Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi
27 Jul 2024 | 16:05
Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO
27 Jul 2024 | 15:58
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
27 Jul 2024 | 15:51
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
27 Jul 2024 | 15:44
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
27 Jul 2024 | 15:37
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
27 Jul 2024 | 15:30
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
27 Jul 2024 | 15:23
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
27 Jul 2024 | 15:16
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
27 Jul 2024 | 15:09
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
27 Jul 2024 | 15:02
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
27 Jul 2024 | 15:00
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
27 Jul 2024 | 14:55
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
27 Jul 2024 | 14:48
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
27 Jul 2024 | 14:41
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
27 Jul 2024 | 14:38
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
27 Jul 2024 | 14:33
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
27 Jul 2024 | 14:26
Kamilə toy tarixini açıqladı
27 Jul 2024 | 14:19
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
27 Jul 2024 | 14:12
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
27 Jul 2024 | 14:05
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
27 Jul 2024 | 13:57
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
27 Jul 2024 | 13:50
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
27 Jul 2024 | 13:44
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
27 Jul 2024 | 13:38
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
27 Jul 2024 | 13:32
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
27 Jul 2024 | 13:25
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
27 Jul 2024 | 13:18
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
27 Jul 2024 | 13:11
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
27 Jul 2024 | 13:04
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
27 Jul 2024 | 12:58
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
27 Jul 2024 | 12:53
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
GÜNLÜK
27 Jul 2024 | 02:30
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
27 Jul 2024 | 11:00
Bu xidmət Şəkidə PULSUZ OLDU 
27 Jul 2024 | 09:07
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
27 Jul 2024 | 11:59
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
27 Jul 2024 | 08:17
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
27 Jul 2024 | 12:17
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
27 Jul 2024 | 10:29
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
27 Jul 2024 | 08:19
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
27 Jul 2024 | 08:37
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
27 Jul 2024 | 07:59
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
AYLIQ
27 Jul 2024 | 02:30
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
27 Jul 2024 | 11:00
Bu xidmət Şəkidə PULSUZ OLDU 
27 Jul 2024 | 09:07
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
27 Jul 2024 | 11:59
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
27 Jul 2024 | 08:17
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
27 Jul 2024 | 12:17
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
27 Jul 2024 | 10:29
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
27 Jul 2024 | 08:19
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
27 Jul 2024 | 08:37
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
27 Jul 2024 | 07:59
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ