Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı
Qarabağ
1447
19 Oct 2026 | 14:50

Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (12.10.2026-18.10.2026) məlumat açıqlanıb.
 
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Moderator.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 188 piyada əleyhinə mina, 66 tank əleyhinə mina, 631 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
 
Bildirilib ki, 1420,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər