Azad edilmiş ərazilərdə ötən ay 788 mina aşkarlanıb
Qarabağ
1332
03 Aug 2026 | 14:44

Azad edilmiş ərazilərdə ötən ay 788 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyul ayında icra olunan əməliyyatlar barədə aylıq məlumat (İyul 2026-cı il) açıqlanıb.
 
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Moderator.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən ay 614 piyada əleyhinə mina, 174 tank əleyhinə mina, 2106 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
 
Bildirilib ki, 8 012,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər