Azad edilmiş ərazilərdə daha 44 mina aşkarlandı
Qarabağ
1383
06 Jul 2026 | 14:50

Azad edilmiş ərazilərdə daha 44 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftı (29.06.2026-05.07.2026) icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.
 
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Moderator.az-a verilən məlumata görə, işğaldan azad edilmiş bölgələrdə ötən həftə 23 piyada əleyhinə mina, 21 tank əleyhinə mina, 259 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
 
Bildirilib ki, 2 333, 3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər