“İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə…” – Deputatdan FƏRQLİ baxış
Müsahibə
209
15:42, Bu gün

“İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə…” – Deputatdan FƏRQLİ baxış

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə cavablandırıb. Müsahibəni təqdim edirik:

- Asim müəllim, İranın 40 günə yaxındır davam edən müqaviməti ona psixoloji üstünlük qazandırıbmı?

- Əslində, İranın vəziyyəti aqoniya (canvermə - E.S) halıdır, nəinki psixoloji üstünlük. Çox güman ki, ABŞ bu gün İranda hücumların yeni mərhələsinə keçid edəcək. Ümumiyyətlə, təkcə ABŞ yox, İsrail də onunla birlikdə İranın bütün mühüm strateji mərkəzlərini məhv etməyə çalışacaq. Sadəcə, İrana bağlı beynəlxalq şəbəkə ona dəstək verir. O deməkdir ki, İrana dəstək verən dairələr ciddi informasiya resurslarına malikdirlər. Ona görə də aparılan təbliğat nəticəsində görüntü yaradılır ki, İran psixoloji üstünlüyə malikdir.

- ABŞ paralel şəkildə danışıqlar getdiyini bildirir, İsrail atəşkəsə qarşı çıxır, İran isə dialoqu rədd edir. Bu şəraitdə masaya oturmaq mümkün görünürmü?

- Hazırda məsələ ondan ibarətdir ki, kim kiminlə danışıqlar aparacaq… İranda normal hakim qüvvə yoxdur ki, onunla müzakirələr başlansın. Eyni zamanda, İran aldığı zərbələrdən nəticə çıxarmalıdır. Burada söhbət hansısa ideoloji sistemdən getmir. Ümumiyyətlə, bu qüvvələr 1979-cu ildən - islam inqilabından bu yana İranı məhvə sürükləyir. Bu gün də eyni addımları atır və uçuruma doğru gedirlər. Ona görə də ciddi araşdırsanız görəcəksiniz ki, İran haqda beynəlxalq ictimai rəydə müsbət fikir yaratmaq istəyənlər Sosinterndir. Onlar İrana dəstək verib. Yəni bu dəstəyin arxasında solçu qüvvələr dayanıb. Onlar isə ABŞ-nin zəifləməsində maraqlıdırlar.

- Beynəlxalq dəstək demişkən, Tramp NATO ölkələrini günahlandırır ki, Vaşinqtona dəstək vermirlər. Sizcə, bu dəstək niyə gəlmədi?

- Avropa dövlətləri öz iqtisadi maraqlarını düşünür. Bu da gələcəkdə Avropanın ya öz təhlükəsizlik sistemini qurmağa məcbur edəcək, ya da ona böyük təhlükə yaradacaq. Çünki uzun illər Avropanın təhlükəsizliyi ABŞ tərəfindən maliyyələşdirilib. İndi Birləşmiş Ştatları bu çətiri onun üstündən qaldıracaq və həmin maliyyəni başqa səmtə yönəldəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər