“İranda rejimin çöküşü O HALDA baş verəcək ki…” – Deputatdan ŞOK gözlənti
Müsahibə
178
15:15, Bu gün

“İranda rejimin çöküşü O HALDA baş verəcək ki…” – Deputatdan ŞOK gözlənti

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin növbəti müsahibi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə olub. Həmkarımız deputatla İrandakı son hadisələri müzakirə edib.

- Asim müəllim, İranda əsas fiqurlar bir-bir aradan götürülür. ABŞ-İsrail koalisiyası nə etmək istəyir?

- Mənə elə gəlir ki, hərbi əməliyyatlara baxmayaraq, son sözü İranda xalq deyəcək. Rejim illərlə xalqı soyub, ac-yalavac qoyub, ölkəni sanksiya altına salıb, iqtisadiyyatı zəiflədib, dövlətin pulunu Yaxın Şərqdəki silahlı birləşmələrə xərcləyib. Bu da xalqın yoxsul bir həyat yaşamasına səbəb olub və rejimə nifrətini formalaşdırıb. Ona görə də xalq İranda yeni dövrün başlanması üçün həll yolu tapmalıdır. O baxımdan, hazırkı hərbi əməliyyatlar yox, xalq rejimi dəyişə bilər.

- Əgər rejim dəyişmirsə, onda İranın bombalanması ilə hansı nəticə əldə olunacaq?

- Hərbi əməliyyatların hədəfi cinayət törətmiş hərbçilərin, kəşfiyyatçıların fəaliyyətinə son qoymaqdır. Bu əməliyyatlar nəticəsində SEPAH-ın Tehranda və başqa şəhərlərdə böyük qərargahları dağıdılıb. Ancaq hər bir ölkədə xalqın iradəsi ilə yeni sistem formalaşa bilər. İranda xalqın iştirakı olmadan kənardan müdaxilə rejim dəyişikliyi üçün nəticə verə bilməz. Görünür ki, xalqı ayağa qalxması üçün vaxt çatmayıb. ABŞ-nin məqsədi isə İranın raket və dron silahlarını məhv etməkdir.

- Bundan artıq fürsət ola bilməzdi, xalqın rejimi devirməsi üçün nə çatışmır?

- İran hökumət rəsmiləri bəyanatlarla çıxış edir və deyirlər ki, bu hərbi əməliyyatlarda geri çəkilmək olmayacaq. Amma xalqda onlara inam qalmayıb. Sadəcə, ölkədə real siyasi qüvvə yoxdur ki, xalq ona arxalanıb ölkəni irəliyə aparsın. İranda siyasi qüvvələr məhv edilib. Ona görə gözləmək lazımdır ki, xalqın içində yeni liderlər çıxsın, ölkəni sabitliyə aparsın. Bu əməliyyatlar isə İranın raket və PUA potensialı məhv edilənə qədər hələ davam edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər