Üç oğlu İsraildə olan hüquq müdafiəçisindən İLGİNC açıqlamalar
Müsahibə
513
15:45, Bu gün

Üç oğlu İsraildə olan hüquq müdafiəçisindən İLGİNC açıqlamalar

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin suallarını Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu cavablandırıb. Üç oğlu İsraildə yaşayan hüquq müdafiəçisi ilə yəhudi dövlətindəki son vəziyyət və Yaxın Şərqdə gedən müharibə haqda söhbətləşmişik.
 
- Novella xanım, övladlarınızla əlaqə saxlayırsınızmı, İsrail raket hücumlarına qarşı vətəndaşların təhlükəsizliyini necə təmin edir?
 
- Hər gün onlarla danışıram. Mənim övladlarımdan həm paytaxt Təl-Əvivdə, həm də Beer-Şeva şəhərində yaşayanları var. Əlbəttə ki, hamı üçün vəziyyət gərgindir. Ancaq İranın zərbələri nəticəsində ölənlər və yaralıların sayı azdır. Sadəcə, müharibə olan hər yerdə psixoloji gərginlik hökm sürür. Hazırda İsrail dövləti havadan hücumları zərərsizləşdirməyə çalışır və yaşayış binalarını qoruyur. Vətəndaşlar üçün sığınacaqlar var və təhlükə yarananda əvvəlcədən əhalini xəbərdar edirlər. Amma həyət evi olanlar üçün betonlu ev tikiblər, təhlükə olanda onlara da həyəcan siqnalı verilir, həmin yerlərə daxil olurlar.
 
- Sizin üçün çətin olduğunu bilirəm, amma İsrailin və müttəfiqi ABŞ-nin İrana hücumlarını necə qiymətləndirirsiniz?
 
- Mənim üçün birinci növbədə azərbaycanlıların hüquqlarının qorunması gəlir. Hətta güneyli soydaşlarımıza bir muxtariyyat verilməsinin tərəfdarıyam. Sadəcə, ABŞ və İsrail qarşısına hədəf qoyub ki, İran terrorçu dövlətdir, terror qruplarına dəstək verir deyə onun zəiflədəcəyəm. Əslində, bu hadisələrə daha qlobal miqyasda baxanda əsas məqsədin heç bu da olmadığı görünür. Məncə, əsas hədəf Çini neftlə zəngin ölkələrdən uzaqlaşdırmaqdır. ABŞ əvvəlcə Venesuelanı ələ keçirdi, indi İran məsələsini həll etmək istəyir.
 
- Demək istəyirsiniz ki, İran xalqının hüquq və azadlıqları prioritet məsələ deyil?
 
- İnsan hüquqları barədə biz danışa bilərik – yəni siyasət adamları, hüquq müdafiəçiləri, jurnalistlər... Amma böyük dövlətlər üçün enerji maraqları, strateji hədəflər olur. Sadəcə, 30 il İranın Ermənistana dəstəyi mənə elə təsir edib ki, onlara bunu bağışlaya bilmirəm. Çünki işğalçının yanında olublar, torpaqlarımıza narkotik daşıyıblar. Ona görə də İrana simpatiyam yoxdur, amma xalqı sevirəm. Məsələ burasındadır ki, İran xalqı müqəddəratını özü həll etməlidir. Ona kənardan azadlıq gətirən olmayacaq. Ümumiyyətlə, insanlara və xalqlara azadlıq xaricdən gətirilmir.
 
Link kopyalandı!
Son xəbərlər