Üçtərəfli razılaşma bu vaxt qüvvədən düşəcək: Ancaq bir məsələ qalıb - MÜSAHİBƏ
Müsahibə
166
13:05, Bu gün

Üçtərəfli razılaşma bu vaxt qüvvədən düşəcək: Ancaq bir məsələ qalıb - MÜSAHİBƏ

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir:
 
- Elmar müəllim, Zəngəzur dəhlizinin (“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) açılması ilə bağlı avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmaya qarşı region dövlətlərinin reaksiyası hər ötən gün daha da artır. Bu narazılıq nə ilə nəticələnə bilər?
 
- Azərbaycan bu dəhlizin açılması ilə bağlı tərəflərlə davamlı təmasda olmalıdır. Çünki bu yolun başlanğıcı Azərbaycan ərazisindədir və Naxçıvana qədər uzanır. Naxçıvan da Azərbaycan ərazisi olduğu üçün Zəngəzur dəhlizi və yaxud “Tramp marşrutu” ilə bağlı razılaşma əldə etmiş hər iki tərəflə yəni, ABŞ və Ermənistanla təmasların olması mütləqdir. Yolun çəkilişləri məsələsində Azərbaycan hökuməti ilə razılıq əsasında bu işləri icra etmək mümkün olacaq. Bunun başqa bir yolu da yoxdur.
 
- Rəsmi İrəvan 10 noyabr 2020-ci ildə imzalanmış (Azərbaycan, Rusiya və Ermənistan) üçtərəfli razılaşmanın qüvvədən düşdüyünü bəyan edib. Kremlin buna reaksiyası necə olacaq?
 
- Bunu indi söyləmək biraz çətindir. Faktiki olaraq, bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin ilkin mətni paraflanıb. Bu ilk addım idi. Bundan sonra yekun sülh sazişinin imzalanması və onun hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya etməsindən sonra üçtərəfli razılaşmanın tarixdə qaldığını demək olar. Reallıqda bu razılaşma indi əhəmiyyətini itirsə də, de-yure o mövcuddur. Yekun razılaşmadan sonra bu mümkün olacaq.
 
- Sentyabrın 1-də ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərar qəbul edildi. Bakının sülhlə bağlı iki mühüm şərtindən biri həll edildi. Digər məsələlərin də qısa zamanda həlli mümkün olacaqmı?
 
- Avqustun 8-də ABŞ-də bu məsələ ilə bağlı razılaşma əldə edildikdən sonra ATƏT-in üç həmsədrindən (ABŞ, Fransa, Rusiya) biri olaraq Fransa buna ilk reaksiya verən tərəf oldu. Rəsmi Paris bunun mümkünlüyünü bəyan etdi. Daha sonra isə Rusiya da bununla bağlı mövqeyini ortaya qoydu və beləliklə Minsk qrupu artıq tarixə qovuşdu. Sözsüz ki, bundan sonra digər məsələlərin də həllinə ümidlər daha da güclənir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər