İrəvanın “B” variantı: “Bakı ilə bütün məsələləri həll etmişik deyirlər” - MÜSAHİBƏ
Müsahibə
287
15:30, Bu gün

İrəvanın “B” variantı: “Bakı ilə bütün məsələləri həll etmişik deyirlər” - MÜSAHİBƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.
 
Onunla müsahibəni təqdim edirik:
 
- Səməd müəllim, Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşma əldə edildikdən sonra hərbi-siyasi müstəvidə İrəvanın təxribatları bir qədər çoxalıb. Bunu necə izah etmək olar?
 
- Sülh mətni razılaşdırıldıqdan sonra Ermənistanın bununla bağlı az qala dünyaya tez-tələsik car çəkməyi, telefon diplomatiyasına başlamağı fərqli mahiyyət kəsb edir. İndi az qala deyirlər ki, İrəvanla Bakı arasında bütün məsələləri həll etmişik. Əslində, burada məsələnin mahiyyəti tam aydın idi. Onlar istəyirdilər ki, Ermənistanın daxilində olan müharibəni törədən amilləri qoruyub saxlasınlar. Sülh müqaviləsini isə sadəcə olaraq beynəlxalq ictimaiyyətə təqdim edib, növbəti dəfə dividendlər qazanmaq niyyətləri var.
 
 
- İrəvanın sülhlə bağlı tələskənliyinə səbəb nədir?
 
- Onlar bununla öz əllərində əsas variantı, yəni müəyyənləşdirdikləri “B” variantını saxlamağa çalışırlar. Düşünürlər ki, birdən nəsə dəyişiklik olsa, sülh müqaviləsini kənara atıb, ikinci variantdan istifadə etmək olar. Bu da Ermənistan konstitusiyasında Azərbaycan torpaqlarına olan iddia və ATƏT-in Minsk Qrupunun saxlanılması ilə bağlıdır. Hazırda erməni tərəfi sülhlə bağlı süni şəkildə canfəşanlıq etməklə məşğuldur. Ona görə də “artıq hər şey qurtardı, yeri və vaxtı deyin, qaça-qaça gedib sülh sazişini imzalamalıyıq, biz dost-qardaş olduq” kimi absurd mesajlar səsləndirirlər.
 
 
- Sülhlə yanaşı, müharibə ritorikası da güclənir. Bu nə ilə bağlıdır?
 
- Ermənistan tərəfinin sülhlə bağlı tələskənliyi müharibə variantını qoruyub saxlamaq niyyətləri ilə bağlıdır. Sözsüz, bu hiyləgər oyun və tələdir. Azərbaycan tərəfi düzgün olaraq bu məsələyə konkret şəkildə verdi. Sülh mətnində Azərbaycanın təkliflərinin qəbul edildiyi açıqlandı. Amma rəsmi Bakı sülh müqaviləsini ancaq razılaşma, Nikol Paşinyanı populyar etmək, hansısa bəyanat naminə imzalamaq niyyətində deyil. Azərbaycan regionda real sülhün təmin edilməsi üçün təşəbbüslər irəli sürür. Sülhlə bağlı birinci mərhələ razılaşdırılıbsa, qarşıda görüləsi işlər də çoxdur.
 
Link kopyalandı!
Son xəbərlər