Türkçülük tarixinin Mahmud Kaşğari zirvəsi
Müsahibə
Oxunub: 1856
03 Jul 2024 | 13:06
Türkçülük tarixinin Mahmud Kaşğari zirvəsi
“Divanü lüğat-it-türk” – 950
 
Xəbər verdiyimiz kimi, AMEA-da Dilçilik İnstiutunun təşkilatçılığı ilə “Mahmud Kaşğari “Divanü lüğat-it-türk” – 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Türk Dil Qurumunun başqanı, professor Osman Mert və Özbəkistan Respublikası Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Bahrom Abduxalimov çıxış edərək “Divanü lüğat-it-türk”ün misilsiz məziyyətlərindən bəhs ediblər. Daha sonra akademik Nizami Cəfərovun, professor Mahirə Hüseynovanın və professor İsmayıl Kazımovun məruzələri dinlənilib.
 
Konfransda Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fon­dun prezidenti, fəlsəfə üzrə fəlsəfə dok­toru Cavanşir Feyziyev də çıxış edib. "Xalq qəzeti"nin “Divanü lüğat-it-türk”ün – 950 illiyi və bey­nəlxalq elmi konfransla bağlı ondan aldı­ğı müsahibəni təqdim edirik. 
 
– Cavanşir müəllim, bu ilin dekabrında türklüyün böyük abidəsi olan “Divanü lüğat-it-türk”ün 950 illik yubileyi UNESCO səviyyəsində qeyd ediləcək. Bildiyimiz kimi, həmin əsər bir zaman it-bat edilmişdi, amma ötən il bizim Dilçilik İnstitutunun arxivindən tapılıb və nəşr edilib. Mart ayında ADA Universitetində dəyərli ensiklopediya­nın təqdimatı keçirilib, ötən həftə isə yubileylə əlaqədar Bişkek şəhərində “Yazılışının 950-ci ildönümündə “Di­vanü lüğat-it türk:” Türk dünyasının ortaq dəyəri” mövzusunda beynəlxalq konfrans təşkil olunub. İndi də Baklıda bu möhtəşəm tədbir keçirildi. Bu barə­də fikirlərinizi bilmək istərdik. 
 
– Ondan başlayım ki, türklük təəssü­bü, türkçülük ideyası bizim 5 ortaq ədəbi abidəmizdə – Orxon-Yenisey yazılarında, “Kitabi-Dədə Qorqud”da, Mahmud Kaş­ğarinin “Divanü lüğat-it-türk”ündə, Yusif Balasaqunlunun “Kutadqu-bilik” poema­sında, Xoca Əhməd Yasəvinin hikmətlə­rində öz ifadəsini tapmışdır. Amma geniş mənada türkçülük məfkurəsi ən ardıcıl şəkildə, konkret linqvistik, etnoqrafik, ta­rixi və folklor materiallarına əsaslanaraq, Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" kitabında əks olunmuşdur. Bu səbəbdən də böyük alimi haqlı olaraq türkçülüyün banisi adlandıra bilərik.
 
İlk türk ensiklopediyamız olan “Diva­nü lüğat-it-türk”dən danışarkən Azərbay­can türkologiya elminin inkişafına böyük töhfələr verən, Türk dünyasının görkəmli alimi, Kaşğari irsinin araşdırıcısı, “Divanü lüğat-it-türk” kitabının tərcüməçisi və tərti­bçisi, fədakar müəllim, əziz Ramiz Əsgə­rin unudulmaz xatirəsinə ehtiramla onun tədqiqatlarına müraciət etmək istəyirəm.
 
“Divanü lüğat-it-türk”ün Azərbaycan nəşrinə yazdığı ön sözdə Ramiz Əsgər qeyd edir ki, Mahmud Kaşğari Qərbi Avro­pa maarifçiləri – Russonu, Didronu, Vol­teri, Monteskyönü 7 əsr qabaqlamışdır. Divanın ən mühüm özəlliyi dünya dilçili­yi tarixində müqayisəli metodun əsasını qoyması, türk dillərinin müqayisəli qram­matikasını yaratması və zəngin türk dilini köklü ərəb dili ilə qarşılaşdırmaq surətilə bu iki dilin müqayisəsini aparmasıdır. Dillərin müqayisəsi sahəsində Mahmud Kaşğari öz böyük xələfi “Mühakimət ül-lü­ğateyn” əsərində türk dilinin fars dili ilə müqayisəsini verən dahi mütəfəkkir Əlişir Nəvaini 4 əsr, F.Ğrap, Ü.Qrim, V.Humbolt, R.Rask kimi məşhur dilçiləri isə təqrilən 8 əsr qabaqlamışdır.
 
– Bu məsələni “Divan”ın Azərbay­can nəşrinin ön söz müəllifi Süleyman Dəmirəl də vurğulayıb...
 
– Bəli, o yazırdı ki, türkologiyanın bahadırı M.Kaşğari yalnız türk dilçiliyinin deyil, bütövlükdə dünyada tarixi-müqa­yisəli metodun, elmi dilçiliyin banisidir. Mahmud Kaşğarinin özünün qeyd etdi­yi kimi, 10–15 il ərzində bütün türk ellə­rini şəhər-şəhər, kənd-kənd, oba-oba gəzərək, 30-dan yuxarı türk ləhcəsini incəliklərinə qədər öyrənmişdir. Bu gün bir çoxu müstəqil dillər olan bu ləhcələ­rin arasında oğuz, qıpçaq, bulqar, tatar, türkmən, başqurd, uyğur adlarını xüsusi qeyd edirəm. Müəllif özü yazır ki, “Mən türklərin, türkmənlərin, oğuzların, çiğillə­rin, yağmaların, qırğızların şəhərlərini və məskənlərini uzun illər başdan-başa do­laşdım, sözlərini topladım, müxtəlif sözlə­rin xüsusiyyətlərini öyrəndim, yaddaşıma həkk elədim. Mən onlara o qədər diqqət edirdim ki, türk, türkmən, oğuz, çiğil, yağ­ma, qırğız boylarının dilləri bütünlüklə məndə cəm oldu”.
 
Deməli, bizim günümüzdə meyda­na çıxan ortaq türk dili məsələsini 9 əsr bundan qabaq Mahmud Kaşğari türk dillərini mükəmməl mənimsəməkdə gö­rürdü. Əsərdən gətirdiyim bu sitat başqa bir cəhətdən də maraq doğurur. Kaşğa­ri “türk, türkmən, oğuz” yazır, deməli, hər halda, ən azı, bu 3 xalqı bir-birindən fərqləndirir. Bu mənada qədim türklərin varisləri bugünkü Anadolu türkləridirsə, türkmənlərin varisləri indiki türkmənlər­dirsə, oğuzların varisi olmaq bizə, azər­baycanlılara düşür. O da diqqətəlayiq bir məqamdır ki, tarixdə ilk türk xəritəsini ya­radan da məhz Kaşğari Mahmud olmuş­dur və “Divan”da verdiyi dairəvi dünya xəritəsində bizim vətənimiz Azərbaycan “ərzi Azərabadqan” şəklində göstərilir.
 
Beləliklə, böyük dilçi, neçə-neçə dilin və ləhcənin bilicisi, ensiklopedist, folk­lorçu, etnoqraf, tarixçi, ədəbiyyatşünas, coğrafiyaçı kimi müxtəlif sahələri öz şəxsində cəmləşdirən Kaşğari Mahmud tarixdə ilk türkçü, türkçülüyün banisi, nəzəriyyəçisi və fədakar təbliğatçısı kimi mövqe qazanır. Əlbəttə, bu Mahmud Kaş­ğarinin unikal dahiliyi ilə bağlıdır, amma, eyni zamanda, bu çoxtərəflilikdə dövrün də öz möhürü var. Qaraxanlılar imperi­yası tarixdə ilk türk-müsəlman dövlətidir. Türklərin islamı qəbul etmələri nisbətən dinc yolla olmuş və Kaşğari 2 dünyanın, 2 uyğarlığın, 2 mədəniyyətin qovuşduğu bir dövrdə yaşamışdır. Mahmud Kaşğari öz tarixi missiyasını ərəb dünyasına türk dilini və türk dünyasını bütün əlvanlığı ilə tanıtmaqda görürdü.
 
– “Divanü lüğat-it-türk” Mahmud Kaşğarinin yeganə əsəridirmi?
 
– Yox. O, “Divan”dan əlavə, “Türk di­linin nəhvi” adlı ayrı bir əsər də yazmış­dır, amma, çox təəssüf ki, həmin əsər əlimizdə yoxdur. Hər 2 əsər təsdiq edir ki, Mahmud Kaşğari eyni zamanda, türk dili qrammatikasının ilk müəllifidir, ilk dia­lektoloq və xalq ədəbiyyatı nümunələrini yazıya alan ilk folklorçu olmuşdur. “Di­van”dan türk boyları, türk adət-ənənəsi, türk dastan və əfsanələri, ilkin türk şeir inciləri, atalar sözləri və məsəllər barəsin­də zəngin məlumat alırıq. Bu baxımdan, konfransda çıxış edən Türkiyə Dil Quru­munun başqanı, professor Osman Mertin “Divan”ın əhəmiyyətinə yanaşması ilə tamamilə razıyam. O dedi ki, “Divani-Lü­ğat-it-türk” əsərinin bu günkü önəmi yazıl­dığı zamandakı əhəmiyyətindən dəfələr­lə çoxdur. Doğrudan da, əgər Mahmud Kaşqarinin bu irsi bizə gəlib çatmasaydı, 1000 il əvvəlki tarixdə əcdadlarımızın dili, mədəniyyəti, adət-ənənələri, yaşadıqları coğrafiya, etnoqrafik xüsusiyyətləri barə­də bilgi bazamız olduqca məhdud olar­dı. Bu baxımdan əsərin dəyərini nə iləsə ölçmək belə mümkün deyil. Bu Mahmud Kaşqarinin türk dünyası qarşısında əvəz­siz və misilsiz xidmətidir.
 
M.Kaşğari türkün və onun dilinin gələ­cəyinə inanırdı. Bu dilin ərəb dili ilə yarışa biləcək dərəcədə zəngin və gözəl olduğu­nu inamla bəyan edirdi. “Divan”da 7500-dən artıq sözün izah və şərhini verən müəllif yazırdı: “Həmin bütün türk boyla­rının dillərini, qafiyələrini əldə etdim, yal­nız unudulmuş kəlmələri bu kitaba aldım. Türk dilinə sonradan girmiş sözləri yaz­madım”. Yabançı sözləri yox, ancaq təmiz türk sözlərini lüğətə daxil edən M.Kaş­ğari doğru bir elmi yol tutmuşdur. Mah­mud Kaşğarinin bir fikri də çox vacib və əhəmiyyətlidir, deyir ki, ən təmiz türk dili başqa millətlərlə təmasda olmayan, yəni dilinə yad kəlmələr qarışmamış türklərin dilidir. Böyük alim sanki gələcək əsrlərdə ərəb və fars dillərinin ədəbi dilimizi qəliz ifadələrlə, yabançı sözlərlə yükləməsinin təhlükəsini çox öncədən görürdü.
 
– Bildiyimiz kimi, türkologiya ta­rixində bu möhtəşəm ensiklopedik əsərin ərəb dilindən latın qrafikası ilə ilk tərcüməsi Xalid Səid Xocayevə məxsusdur. Hətta buna görə o, təqib edilib...
 
– Xalid Səidin əqidəsi və məfkurəsi türkçülük idi. Belə güman edilir ki, Xalid Səid həbs olunan gecə NKVD əməkdaş­ları tərəfindən “Divanü lüğat-it-türk”ün tər­cüməsinin bir nüsxəsi müsadirə edilərək götürülmüş və alimin bir çox əsərləri kimi, “Divan” da məhv edilmişdir. Xoş­bəxtlikdən, “Divanü lüğat- it-türk” əsərinin tərcüməsi Dilçilik İnstitutunun arxivində qorunub saxlanılmışdır. 2021-ci ildə aka­demik İsa Həbibbəylinin təşəbbüsü ilə Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli kitabın axtarışına çıxır və bu iş uğurla nəticələnir. Düz 86 ildən sonra kəmtaleli kitabın bəxtinə Günəş do­ğur, “şəhid bir alimin sahibsiz qalmış elmi mirası”nın tapılma tarixi məhz o gündən başlayır − 19 yanvar 2022-ci ildən. Kaş­ğari irsinin günümüzə gəlib çatmasında böyük xidmətləri olan şəhid alim Xalid Səid Xocayevə, Ramiz Əsgərə Uca Tan­rıdan rəhmət diləyir, əziz xatirələrini ehti­ramla anırıq.
 
Mən konfransda “Divanü lüğat-it-türk”ün haqqında söz açdığım nüsxəsini itmək, unudulmaq təhlükəsindən xilas edən dəyərli professor Nadir Məmməd­liyə bu fədakarlığa görə minnətdarlığımı bildirdim və rəhbəri olduğum Mahmud Kaşğari adına Beynəlxalq Fondun təsis etdiyi medalı və layiq olduğu “Mahmud Kaşğari” ödülünü təqdim etdim.
 
– Maraqlı söhbət üçün çox sağ olun!
 
Oxşar xəbərlər
22:03, Bu gün
Məşhur aktyor insanlara hücum etdi
21:50, Bu gün
Qəzaya düşən Suriya prezidentinin müşaviri xəstəxanada keçinib
21:45, Bu gün
"Putin və Əsədə dəvət məktubu göndərə bilərik"
21:40, Bu gün
Pensiyalarla bağlı şad xəbər - Artım olacaq
21:33, Bu gün
Küncüt əzməsi-  XƏSTƏLİKLƏRƏ ÇARƏ
21:28, Bu gün
KİV: Ağ ev Baydenin sağlamlığından getdikcə daha çox narahat olur
21:23, Bu gün
67 yaşlı aktyor fəhləlik edir?
21:15, Bu gün
Sumqayıtda üzərinə şüşə düşən 12 yaşlı qız ölüb
21:10, Bu gün
Dırnaqlarınız gözəl görünsün istəyərkən xərçəng ola bilərsiniz – DİQQƏT!
21:05, Bu gün
Kolleclərə yeni direktorlar təyin olundu
21:03, Bu gün
“Hər kəs imkanı daxilində Qarabağın dirçəlişinə öz töhfəsini verməlidir”
20:48, Bu gün
General-polkovnik istefaya getdi, yeni komandan o oldu - FOTO
20:40, Bu gün
Atlantik okeanından 89 miqrantın cəsədi çıxarıldı
20:35, Bu gün
Evdən işləmək kimlər üçün daha çətindir?
20:30, Bu gün
Salome Zurabişvili: Gürcüstan hökuməti ABŞ-la strateji əməkdaşlığı təhlükə altına atır
20:25, Bu gün
“Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub
20:20, Bu gün
Ali məktəblərə qəbul balları artırılacaq?
20:14, Bu gün
Azərbaycanda "Green Card" udan ƏMƏKDAR ARTİST- Ölkədən gedəcək?
20:10, Bu gün
Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ: “Hər kəs həddini bilsin, yerində otursun...”
20:06, Bu gün
Bu daş ürək, qan-damar sisteminə müsbət təsir göstərir
19:57, Bu gün
Azərbaycan kino bazarında YENİLİK: Hind filmləri gəlir…
19:52, Bu gün
Medianın İnkişafı Agentliyində maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub
19:38, Bu gün
Azyaşlı hovuzda boğularaq ölüb
19:25, Bu gün
Qızmar istilər dəri xərçənginə səbəb ola bilər — HƏKİM
19:19, Bu gün
8 yaşlı oğlan qəhrəman elan edildi
19:13, Bu gün
Gənc qız binadan düşdü və...
19:00, Bu gün
Müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxs yüksək texnologiyalı xüsusi idman protezləri ilə təmin edildi
18:52, Bu gün
“Heydər Əliyev qiyamçılara qarşı hərbi qüvvə yeritdi, Rövşən Cavadov yaralandı və...”
18:24, Bu gün
Ədalət Şükürov evini nümayiş etdirdi - VİDEO
18:19, Bu gün
"Bir vaxtlar imkanlı ailələrin düşüncəsində ən prestijli ixtisaslar hüquqşünaslıq və tibb sahəsi idi" — AÇIQLAMA
18:18, Bu gün
Erməni bloger ad gününü Azərbaycanda qeyd etdi - VİDEO
18:12, Bu gün
“Putin Rusiyası ilə birləşməyin sonuclarından ehtiyat edin”- ABŞ senatoru Azərbaycana…
18:10, Bu gün
İlham Əliyev Hakan Fidanı qəbul etdi - YENİLƏNİB
18:07, Bu gün
Çimərliyin tualetində qadınları videoya çəkənlər həbs olundu
18:05, Bu gün
Prezident Şuşada Ersin Tatarı qəbul etdi - YENİLƏNİB + FOTO
18:00, Bu gün
Onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirildi - FOTOLAR
17:55, Bu gün
Azərbaycanlı aktrisa 11 milyonluq saat taxır? - Özü danışdı
17:50, Bu gün
UNEC rektoru abituriyent və valideynlərlə görüşüb - FOTO
17:45, Bu gün
"9 nəsnə həmişə sirr olaraq qalmalıdır" - Psixoloqlardan TÖVSİYƏ
17:40, Bu gün
İlham Əliyev Şuşada TDT-nin Baş katibini qəbul etdi - YENİLƏNİB
17:35, Bu gün
Şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verildi - FOTO
17:30, Bu gün
MDB: Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərməyə hazırıq
17:25, Bu gün
Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA
17:20, Bu gün
İlham Əliyev Dövlət Xidmətləri Mərkəzinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
17:15, Bu gün
Prezident Aşağı Gövhər Ağa məscidinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
17:12, Bu gün
Bölgələrdə sarı və narıncı xəbərdarlıq edildi - FOTO
17:10, Bu gün
İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında - YENİLƏNİB + FOTO
17:00, Bu gün
Prezident “Palace” hotelinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
16:57, Bu gün
Səhiyyə Nazirliyi əhaliyə MÜRACİƏT ETDİ
16:55, Bu gün
Xankəndi Konqres Mərkəzinin təməli qoyuldu - YENİLƏNİB + FOTO
16:50, Bu gün
İlham Əliyev “Qarabağ” hotelinin açılışında iştirak etdi - YENİLƏNİB + FOTO
16:45, Bu gün
Rusiya bitirmək istəyir, ABŞ hədələyir, Kiyev isə... - “cücələr”payızda sayılacaq?
16:40, Bu gün
Putinin macar dostu "sülh missiyası" ilə Moskvaya gəldi, Avropa İttifaqı münasibət bildirdi
16:35, Bu gün
Prezident Qarabağ Universitetində görülən işlərlə tanış oldu - YENİLƏNİB + FOTO
16:30, Bu gün
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
16:27, Bu gün
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb - FOTO
16:25, Bu gün
Prezident İlham Əliyev Xocalı hava limanında oldu - YENİLƏNİB + FOTO/VİDEO
16:22, Bu gün
“ATƏT PA-nın bu yanaşması Prezidentin və diplomatiyamızın növbəti uğurdur” – Azay Quliyev
16:20, Bu gün
Kürdə batan şəxslərin axtarışları davam etdirilir - VİDEO
16:16, Bu gün
Ərdoğandan bozqurd məsələsinə təpki: “Bəs siz niyə xoruzlanırsınız?”
16:12, Bu gün
Xatirə yeni bağ evi aldı - FOTO
16:08, Bu gün
Abituriyent ixtisas seçimini necə aparmalıdır: Şans və risk... – Qızıl qaydalar
16:04, Bu gün
Azərbaycan karateçisi Dünya Kubokunda üçüncü oldu
16:00, Bu gün
Təhsil tələbə kreditlərinə müraciətlərin qəbuluna BAŞLANILDI
15:55, Bu gün
Mikayıl Müşfiq küçəsində asfaltlanma işləri icra olunur - VİDEO
15:50, Bu gün
Vidadi İsayev Bərdənin Yeni Daşkənd kəndində səyyar qəbul-görüşü keçirdi - FOTOLAR
15:45, Bu gün
BDU-nun magistraturasına qəbul olan şəxslərin nəzərinə!
15:40, Bu gün
"İsrail-HƏMAS danışıqlarında gerçək irəliləyiş şansları var" - "Reuters"
15:35, Bu gün
Yayda bu qidaları yemək ölümcül ola bilər
15:33, Bu gün
Sadır Japarov Azərbaycana gəldi
15:30, Bu gün
Bu şəxslər dənizdə uzun müddət qalmamalıdırlar! – Həkimdən infarkt XƏBƏRDARLIĞI
15:20, Bu gün
Rəşad Dağlının oğlu ilə görüntüləri yayıldı - VİDEO
15:15, Bu gün
DƏHŞƏT: ana doğuş zamanı, körpə sonra öldü
15:10, Bu gün
UEFA-dan "bozqurd" işarəsinə görə Merih Demirala SƏRT CƏZA - FOTO
15:05, Bu gün
İran səfiri ermənilərə xəbərdarlıq etdi
15:00, Bu gün
Həkimlər də işə qəbul üçün imtahan VERƏCƏKLƏR
14:55, Bu gün
“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir - FOTO
14:46, Bu gün
Pensiyalarla bağlı şad xəbər - Artım olacaq
14:41, Bu gün
Qarabağ Universiteti belə olacaq - FOTOLAR
14:36, Bu gün
Ölkə ərazisində isti hava şəraiti müşahidə olunur
14:30, Bu gün
Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısı alınıb
14:25, Bu gün
"Mövcud beynəlxalq sistem Qəzzada çöküb" - Ərdoğan
14:23, Bu gün
İlham Əliyev İsa bulağında çay içdi - FOTO
14:20, Bu gün
Ramiz Mehdiyevin kürəkəninə qarşı İDDİA təmin olundu
14:15, Bu gün
Tramp Baydeni qaydasız debat keçirməyə dəvət edib
14:10, Bu gün
Gənc oğlanın tanış olduğu qadınla oteldə davası: "Dedi, yalnız bir dəfə..." – ŞOK
14:05, Bu gün
Maqadan düşərgəsinin dəhşətləri – uran yataqlarında 450 min nəfərin həyatına son qoyulub
14:00, Bu gün
Dezodorantın tərkibində bu maddə varsa, almayın - Xərçəng yaradır
13:56, Bu gün
Bakıda avtomobili qaçıran şəxs saxlanıldı
13:51, Bu gün
Aeroport şosesində baş verən qəza sıxlığa səbəb oldu
13:45, Bu gün
Halal hotellər kimlər üçündür... - DETALLAR AÇIQLANDI
13:40, Bu gün
MTK rəhbəri Vidadi Zeynalovun evini baş həkimə satmaq istəyirmiş
13:34, Bu gün
VI çağırış Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi? - MARAQLI SORĞU
13:32, Bu gün
Beş təhsil müəssisəsinin direktoru işdən çıxarıldı
13:27, Bu gün
Bakı İlahiyyat Kollecinə direktor təyin olundu
13:22, Bu gün
Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gəldi - FOTO
13:18, Bu gün
Rişi Sunakın partiyası Britaniyada parlament seçkilərində məğlub oldu - FOTO
13:13, Bu gün
Azərbaycanın Çinlə münasibətlərinin qarşılıqlı faydaya əsaslanması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir - ŞƏRH
13:08, Bu gün
Dövlət komitəsində yeni şöbələr yaradıldı - TƏYİNATLAR
GÜNLÜK
00:19, Bu gün
"Balıqçı" xüsusi əməliyyatı: rusiyalı matros raket gəmisini yandıraraq Ukrayna tərəfinə keçib
04 Jul 2024 | 22:37
"Qələt edərəm siyasətə qoşularam, məndən deputat olmaz"
04 Jul 2024 | 23:18
“Şəxsi və sirli məlumatları yayaraq, kiminsə eyvanını dronla çəkərlərsə...” -ARAŞDIRMA+ÖZƏL
04 Jul 2024 | 22:25
Azərbaycanın qadın güləşçisi Avropa çempionatının qalibi olub
00:22, Bu gün
"Ovcunuza nəzər salın, təhlükəli xolesterinin bu əlamətləri dəridə meydana çıxır..."
04 Jul 2024 | 22:40
“İstanbul razılaşması hələ də masadadır” — Putin
04 Jul 2024 | 22:43
İnsan beyni ilə idarə olunan robot
00:20, Bu gün
İsrailin şimalına güclü hücum edilib - "Hizbullah" 160 raket və 15 dron buraxıb
04 Jul 2024 | 23:08
Sumqayıtda 45 yaşlı kişi DƏNİZDƏ BATDI
00:17, Bu gün
Kremldə dünyaca məşhur trollara ordenlər təqdim edilib
HƏFTƏLİK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
29 Jun 2024 | 10:16
“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
04 Jul 2024 | 06:40
Bakıda bu tarixdə yeni metrostansiya açılacaq
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
29 Jun 2024 | 10:30
Tərk edilmiş və xarabalığa dönmüş evlər, yolsuz və susuz diyar - Şamaxının bu kəndində hələ də "daş dövrüdür" - ŞİKAYƏT-VİDEOLAR+ÖZƏL
30 Jun 2024 | 11:36
Zəng edib insanları aldadırlar: Yeni dələduzluq növü yayılıb - XƏBƏRDARLIQ
30 Jun 2024 | 07:40
Bakıda əmək haqqı 40 manat artdı- orta aylıq əmək haqqı 1 282 manat...
29 Jun 2024 | 19:25
Toyuğu kəsib yeməsəniz,nə qədər yaşayacaq? - Gözlənilməz CAVAB
AYLIQ
00:19, Bu gün
"Balıqçı" xüsusi əməliyyatı: rusiyalı matros raket gəmisini yandıraraq Ukrayna tərəfinə keçib
04 Jul 2024 | 22:37
"Qələt edərəm siyasətə qoşularam, məndən deputat olmaz"
04 Jul 2024 | 23:18
“Şəxsi və sirli məlumatları yayaraq, kiminsə eyvanını dronla çəkərlərsə...” -ARAŞDIRMA+ÖZƏL
04 Jul 2024 | 22:25
Azərbaycanın qadın güləşçisi Avropa çempionatının qalibi olub
00:22, Bu gün
"Ovcunuza nəzər salın, təhlükəli xolesterinin bu əlamətləri dəridə meydana çıxır..."
04 Jul 2024 | 22:40
“İstanbul razılaşması hələ də masadadır” — Putin
04 Jul 2024 | 22:43
İnsan beyni ilə idarə olunan robot
00:20, Bu gün
İsrailin şimalına güclü hücum edilib - "Hizbullah" 160 raket və 15 dron buraxıb
04 Jul 2024 | 23:08
Sumqayıtda 45 yaşlı kişi DƏNİZDƏ BATDI
00:17, Bu gün
Kremldə dünyaca məşhur trollara ordenlər təqdim edilib