Qüdrət Həsənquliyev: “Yeni parlament keçid dövrü üçün olacaq” - MÜSAHİBƏ
Müsahibə
Oxunub: 2984
17 Apr 2024 | 11:55
Qüdrət Həsənquliyev: “Yeni parlament keçid dövrü üçün olacaq” - MÜSAHİBƏ
“Düşünmürəm ki, 2024-cü ildə keçiriləcək seçkilər zamanı formalaşdırılacaq parlament 5 il fəaliyyət göstərəcək”
 
Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib, gözlənilən parlament seçkiləri və bir çox məsələlərdən danışıb. 
 
- Qüdrət bəy, partiyanız yeni adla Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındı. Ədalət, Hüquq və Demokratiya BAXCP-dən nə ilə fərqlənəcək?
 
- Əslində heç nə ilə fərqlənməyəcək. Bizim nə nizamnamədə, nə də partiyanın proqramında heç bir dəyişiklik baş verməyib. Dəyişiklik yalnız partiyanın adındadır. Biz artıq bunun izahatını ictimaiyyətə vermişik ki, Xalq Cəbhəsi Qarabağ hərəkatından doğdu. Sonradan o, milli azadlıq hərəkatı xarakteri aldı. Görəndə ki, Moskva ədalətli mövqe tutmur, erməni separatçılarına gizlin, bəzən açıq dəstək verir, bundan sonra Qarabağ hərəkatı milli azadlıq hərəkatı oldu. 1989-cu ildə AXC yarananda da Xalq Cəbhəsi sözü Pribaltika respublikalarından götürüldü. Bu da özündə bunu ehtiva edirdi: xalqı birləşdirmək, həm Azərbaycanın müstəqilliyini əlindən almış Moskvaya qarşı, həm də erməni separatizminə və işğalçı Ermənistana qarşı. Hazırda Xalq Cəbhəsinin yaranmasını şərtləndirən əsasların ikisi də aradan qalxıb. Etiraf edək ki, əgər AXC-nin Azərbaycanın müstəqilliyinin əldə olunmasında müstəsna xidmətləri olmuşdusa, yaranmasında əsas səbəbkar olan məsələ - Azərbaycanın ərazi bütövlüyünü qorumaq missiyasını Yeni Azərbaycan Partiyası, İlham Əliyevin liderliyi ilə yerinə yetirdi. Yəni Xalq Cəbhəsi klassik mənada öz missiyasını başa vurub. Əlbəttə, Xalq Cəbhəsinin proqramında ölkənin demokratikləşməsi də var idi, Azərbaycana Qərb siyasi dəyərlərinin, dövlət hakimiyyətinin idarə olunmasının gətirilməsi də var idi, onlar olduğu kimi qalır. Biz o zaman BAXCP-ni yaradanda demişdik ki, Elçibəyin liderliyi ilə iki təşkilat olub: Bütöv Azərbaycan Birliyi və Azərbaycan Xalq Cəbhəsi. Biz bu iki adı özümüzdə birləşdirmişdik. Bütöv Azərbaycan ideyası da xalqımızın əsas amalı kimi həmişə bizim mübarizəmizin, ideya xəttimizin əsasını təşkil edəcək.
 
- Yəni heç kim narahat olmasın...
 
- Bəli. Heç bir dəyişiklik baş vermir. Sadəcə olaraq, hesab edirik ki, bu gün xalqımızın qarşısında duran ən böyük vəzifə Şimali Azərbaycanı həm də Cənubi Azərbaycan üçün çox cəlbedici edəcək ədalətli bir cəmiyyətin qurulması, hüquqi dövlətin yaradılması, ölkədə demokratiyanın inkişaf etdirilməsidir. Ona görə də bax, bu üç dəyər bizim partiyanın adında öz əksini tapır. Partiyamız Ədalət, Hüquq, Demokratiya adlanır. Bəziləri deyir ədalətli cəmiyyət həm də hüquqi dövlət deməkdir. Amma yox. Hüquqi dövlət qanunların aliliyinin təsbit olunduğu ölkədir. Amma  qanunlar ədalətli olmaya bilər. Ona görə də qanunun aliliyi təmin olunmalıdır, ancaq qanunlar ədalətli olmalıdır. Bundan başqa, tutaq ki, tarixdə çoxlu imperatorlar olub və onlar çox ədalətli olublar. Məsələn, Qanuni Süleyman. Qanunun aliliyi məmləkətdə yüksək səviyyədə təmin edilib, amma demokratiya olmayıb, hakimiyyəti xalq formalaşdırmayıb, o ölkədə rəqabət olmayıb. Biz də hesab edirik ki, inkişafı təmin edən əsas amillərdən biri həyatın bütün sahələrində rəqabətin olmasıdır, istəyir siyasətdə olsun, istəyir iqtisadiyyatda, istəyir mədəniyyətdə və s. Biz hesab edirik ki, həm də demokratiya inkişaf etdirilməlidir. Bu baxımdan partiyamızın qarşısında duran əsas məqsəd budur. Bizim partiya milli demokratik partiyadır, liberal mühafizəkarlardır. Həm milli demokrat, həm liberal mühafizəkarlar olaraq  sağ mərkəzçi partiyayıq. Sağ mərkəzçilər olaraq biz cəmiyyətin inkişafını təkamüldə görürük. Biz inqilablar yolu ilə dəyişikliklərdən çəkinirik, bunu zərərli və ziyanlı hesab edirik. Ona görə də sağ mərkəzçi olan partiyamızın əsas məqsədlərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsi, qorunmasıdır. Hesab edirik ki, dövlətin, iqtisadiyyatın inkişafı sahibkarlara diqqət və qayğıdan keçir. Yalnız bu yolla iqtisadiyyatı inkişaf etdirmək, ölkədəki sosial problemlərin öhdəsindən gəlmək olar. 
 
- Qüdrət bəy, Ədliyyə Nazirliyinin yeni rəhbərliyinin sizin müraciətə operativ şəkildə reaksiya verərək, müsbət cavablandırması Azərbaycanda yeni dövrə keçiddə sizin atdığınız addımlara dəstək sayıla bilərmi?
 
- Burada yeni bir partiyanın qeydə alınmasından söhbət getmir ki, bunun üçün Ədliyyə Nazirliyinin kollegiyası toplansın, ciddi araşdırma aparsınlar, partiya üzvlərini yoxlasınlar. Bu, əlbəttə, çox vaxt aparan məsələdir. Burada, sadəcə olaraq, biz ad dəyişirik, idarə səviyyəsində həll olunur və texniki məsələdir. Ona görə də bu, qısa müddətdə həll olunub. Əlbəttə, bir çox hallarda görürük ki, qanunla göstərilən müddətlər aşılır, süründürməçilik olur, biz bunu müşahidə etmədik. Buna görə də Ədliyyə Nazirliyinin yeni rəhbərliyinə də öz təşəkkürümüzü bildiririk. Bilirsiniz ki,  Azərbaycan Prezident Administrasiyasında Siyasi partiyalarla iş şöbəsi yaradılıb. Biz zamanında bunu çox mütərəqqi bir addım kimi qiymətləndirmişik. Bizim birbaşa Prezident Administrasiyası ilə mütəmadi əməkdaşlıq, əlaqə saxlamaq imkanlarımız var. Vacib deyil ki, hər dəfə Ədalət müəllimin (Ədalət Vəliyevlə - E.P.) özü ilə əlaqə saxlayaq. Amma o şöbənin əməkdaşları, müavinlərlə mütəmadi əlaqə saxlamaq imkanlarımız var. Əgər hansısa bir dövlət orqanı tərəfindən siyasi partiyanın fəaliyyətinə problem yaradılırsa, yersiz süründürməçiliyə yol verilirsə, biz problemləri Prezident Administrasiyası səviyyəsində də çözə bilirik. Bu baxımdan partiyamızla bağlı heç bir problem olmadı və zamanında ad dəyişikliyi qeydə alındı.
 
- Yeri gəlmişkən, ötən müsahibəmizdə ədliyyə naziri Fərid Əhmədovla bağlı müəyyən gözləntilərinizi bölüşmüşdünüz, ümidlərinizi ifadə etmişdiniz... Artıq gözləntilərin doğrulduğunu demək olar?
 
-  Səmimi deyirəm ki, texniki məsələ olsa da, zamanında dövlət orqanlarının öz vəzifələrini yerinə yetirməsini mən çox müsbət qiymətləndirirəm. Mən yeni nazirlə ilk dəfə Baş Prokurorluğun təşkil,  baş prokuror Kamran Əliyevin moderatorluq etdiyi  “Rəqəmsal cinayət prosesi-müasir çağırışlar və hədəflər” mövzusunda konfransda görüşdüm. Açılış  nitqi ilə çıxış edənlərdən biri də o idi. Mən onun çıxışına da diqqətlə qulaq asdım. Əvvəllər də söyləmişəm ki, o, kifayət qədər nüfuzlu universitetlər bitirib, hüququn fəlsəfəsini, qanunvericiliyi bilən adamdır. Onu da demişdim ki, biz zamanla onun fəaliyyətinə baxıb, qiymət verəcəyik. Yəni insanın savadlı olması o demək deyil ki, həmin şəxs öz vəzifələrini layiqincə yerinə yetirəcək, təmənnasız fəaliyyət göstərəcək və sair. Zamanla biz onun xalqımız, dövlətimiz üçün nə dərəcədə faydalı olacağını, bu dəyişikiyin ölkəmiz üçün nə dərəcədə xeyirli olacağını müəyyənləşdirəcəyik.
 
- Əsl seçki havasıdır. Siz necə düşünürsünüz?
 
- Bəli, sözsüz, seçkilər yaxınlaşır. Hesab edirəm ki, bir neçə ay vaxt qalır. Noyabrda seçkilər olmalıdır. Biz bilirik ki, sentyabrın ortalarında "Formula-1" yarışları keçiriləcək. Fikrimcə, Formula yarışlarınadək, sentyabrın ortalarına qədər sağlam və siyasi məntiq parlament seçkilərinin keçirilməsinin zəruriliyini diqtə edir. Böyük ehtimalla, hökumət də bu mövqedən çıxış edəcək və həm "Formula-1"dək, həm COP29-a qədər ölkədə seçkilərin keçirilməsini təmin edəcək. COP29-un əsas tədbirinin noyabrın 22-də keçiriləcəyini nəzərə alsaq, seçkilərin vaxtında keçirilməsi ehtimalı da var. “Formula-1" 13-15 sentyabrda keçiriləcəksə, düşünürəm ki, sentyabrın 10-dək seçkilər keçirilə bilər. İki ay tez və ya gec heç nəyi dəyişmir.
 
- Sizə rəsmi, yaxud qeyri-rəsmi nəsə deyilibmi?
 
- Yox, hər hansı bir məlumat yoxdur. Sadəcə olaraq, ehtimallardır. 
 
- Qüdrət bəy, sizcə, budəfəki seçkilər əvvəlkilərdən nələrlə fərqlənəcək?
 
- Sözün doğrusu, mən istəyərdim ki, ölkədə öncə konstitusiya islahatları həyata keçirilsin və sonra parlament seçkilərinə gedilsin. Amma artıq zaman yoxdur. Konstitusion müddəti də pozmaq olmaz. Yəni parlamentin fəaliyyətini 5 ildən artıq uzatmaq olmaz. Yalnız ölkədə hərbi vəziyyət olduqda müddət uzadıla bilər. Amma ölkədə konstitusion islahatlar da qaçılmazdır, buna çox böyük ehtiyac var. Düşünmürəm ki, 2024-cü ildə keçiriləcək seçkilər zamanı formalaşdırılacaq parlament 5 il fəaliyyət göstərəcək. Yəni belə bir ehtimal azdır, amma 5 il fəaliyyət göstərə də bilər.
 
- Kifayət qədər sensasion yanaşmadır. Nəyə əsasən belə deyirsiniz?
 
- Ona görə ki, konstitusiya islahatlarına ehtiyac var. Ölkədə dövlət idarəetməsi təkmilləşdirilməlidir.
 
- Yəni budəfəki çağırış keçid dövrünün parlamenti olacaq?
 
- Bəli. Mən düşünürəm ki, 2025-ci ildə ölkədə referendum keçirilsə və yeni konstitusiya qəbul olunsa da - buna çox böyük ehtiyac var, 1995-ci ilin konstitusiyası keçid dövrünün konstitusiyası idi - ölkədə yenidən parlament seçkilərinin keçirilməsinə ehtiyac olacaq. Ola bilsin konstitusiyada qeyd oluna bilər ki, konstitusiyanın parlament seçkilərinə aid olan hissəsi növbəti parlament seçkilərindən sonra, yəni 2029-cu ildən sonra tətbiq olunur. Yəni belə ehtimal da var. Amma zamanı o qədər uzatmağın da adı yoxdur. Ona görə ki, cəmiyyət inkişaf edir. Biz 33 ildir dövlət müstəqilliyimizi əldə etmişik, amma dövlət idarəetməsi təkmilləşməyib. Baxmayaraq ki, cəmiyyət çox sürətlə irəli gedib, inkişaf edib. 1991-ci illə indiki dövrü müqayisə edin. O vaxt heç mobil telefonlar yox idi. Görün bu 33 il ərzində dünya haradan-haraya inkişaf edib. O baxımdan dövlət idarəetməsində mütləq yeniliklər olmalıdır. Şərait də göstərir ki, bizdə həm dövlət aparatı şişib, bir çox dövlət orqanlarının funksiyaları üst-üstə düşür, optimallaşdırma, struktur islahatları aparmaq lazımdır. Ona görə də yeni konstitusiyanın qəbulu zərurətdir. Məhkəmə hakimiyyətinin, parlamentin rolu artırılmalıdır. Yeni konstitusiyada vitse-prezidentlik institutu saxlanılacaqsa, Nazirlər Kabineti ləğv olunmalıdır. Hökumət üzvləri parlamentin razılığı ilə vəzifəyə təyin olunmalı, onlara Milli Məclis tərəfindən etimadsızlıq ifadə olunduqda vəzifələrindən azad olunmalıdırlar. Konstitusiyada parlamentdə siyasi fraksiyaların yaradılmasını təmin edən mexanizmlər yaradılmalı, proporsional seçki sistemi bərpa olunmalı, Milli Məclisə geniş səlahiyyətlər verilməlidir. Parlament hökumət üzərində normal nəzarət funksiyasını yerinə yetirə bilməlidir. Bizim indiki nəzarətimiz ildə bir dəfə hökumətin hesabatını dinləməkdir. Amma Hesablama Palatasından kənar parlamentin müvafiq komitəsini yaratmaqla birbaşa nəzarət mexanizmləri yaradılmalıdır. Əlbəttə, bizim partiyanın mövqeyi, ümumiyyətlə, ondan ibarətdir ki, parlamentli respublika modelinə keçək. Amma inanmıram ki, YAP hakimiyyətdə olduğu dövrdə buna getsin. Ona görə də ən azından məhkəmə və qanunverici orqanın səlahiyyətləri genişlənməli, məhkəmələrin qismən də olsa, müstəqilliyi təmin edilməli, hakimiyyətin qanadlarının bir-birinə qarşılıqlı nəzarət mexanizmi yaradılmalıdır. Köklü islahatlar aparmadan güclü iqtisadiyyat qurmaq, iqtisadiyyatda neftdən asılılığa son qoymaq, vətəndaş məmnunluğuna söykənən güclü hüquqi dövlət qurmaq mümkün olmayacaq.
 
Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO