Sabiq nazir: “Paraşütlə tullananda yerə çırpıldım, hərəkət qabiliyyətimi itirdim” - MÜSAHİBƏ + FOTO
Müsahibə
Oxunub: 2248
12 Feb 2024 | 13:24
Sabiq nazir: “Paraşütlə tullananda yerə çırpıldım, hərəkət qabiliyyətimi itirdim” - MÜSAHİBƏ + FOTO

“Antarktidada bir mövsümlük elmi-tədqiqat bazası yaratmağı düşünürük. Bunu Qərbi Kaspi Universitetinin imkanları ilə həyata keçirmək istəyirik. Tarix boyu bu cür elmi ekspedisiyalar, tədqiqat bazalarının yaradılması universitetlər tərəfindən həyata keçirilib. Elmi-tədqiqat bazasının yaradılması üçün bir neçə variant var. Təbii ki, bu günə qədər kimsə bunu edə bilərdi, lakin hələ ki, edilməyib. Ümid edirəm ki, biz bunu edə biləcəyik”.

Oxu.Az-ın keçmiş ekologiya və təbii sərvətlər naziri, Qərbi Kaspi Universitetinin rektoru, ilk dəfə Azərbaycan-Antarktida ekspedisiyasını həyata keçirən Hüseynqulu Bağırov ilə müsahibəsini təqdim edirik:

- Rəsmilər qeyri-rəsmi formatı kimi olsa da, necəsiniz, vəzifədən uzaqlaşdıqdan sonra hansı sahədə fəaliyyət göstərirsiniz?

- Mən təhsil işçisi olmuşam. Şablon səslənsə də Vətənə, ölkəyə bağlı insanam. O vaxt ölkə rəhbərliyi lazım bilib, məqsədəuyğun hesab edib və mənə lazım bildiyi sahədə iş tapşırıb. Düşünürəm ki, dövlət işində çalışdığım illərdə ölkə rəhbərliyinin mənə tapşırdığı işləri layiqincə yerinə yetirməyə çalışmışam, nə dərəcədə alındığına tapşırıq verən ölkə rəhbəri və buna şahidlik edən insanlar qiymət verə bilər. Mənə tapşırılan funksiyanı yerinə yetirib dövlətə borcumu verdikdən sonra yenidən həyatımı öz sevdiyim sahədə – müəllimlikdə davam edirəm.

- Nazir olduğunuz dövrlərdə də pedaqoji fəaliyyətinizi davam etdirirdiniz?

- O vaxt iş həcmi o qədər böyük idi ki, mən pedaqoji fəaliyyətlə çox məhdud çərçivədə məşğul ola bilirdim. Universitetin idarə edilməsi, inkişafı ilə bağlı işlərdən tamam kənar idim. Oradakı vəziyyəti izləyə belə bilmirdim. Bu gün isə mən özümü səhhətim imkan verdiyi qədər pedaqoji fəaliyyətə həsr edə bilirəm. 

- 2001-ci ildə nazir təyin olunmuşdunuz və kifayət qədər yaddaqalan fəaliyyət dövrünüz olub. 2001-ci ildən bu günə qədər maraqlıdır, nələr dəyişib?

- Çox şey dəyişib. Həyat davam edir, fəaliyyət sahələri dayanmadan inkişaf edir. Əlbəttə, ölkənin bir sıra fəaliyyət sahəsindən cavabdeh şəxs olmaq çətin və məsuliyyətlidir. Yeni yaradılan nazirliyin təşkil edilməsi mənə tapşırılmışdı. Bu işləri görərkən, nazirliyi qurarkən ixtisaslı kadrlar arasında ən uyğun peşəkarlardan faydalanmağa çalışmışam. Düzdür, 10 min işçisi olan bir təşkilatda hamını yaxşı tanımaq, əslində necə bir insan olduğunu anlamaq mümkün deyil. Mən vicdanla mənə etimad göstərilən sahədə işimi layiqincə görməyə çalışmışam.

- Vəzifənin müsbət tərəfləri, yoxsa əlavə məsuliyyət və yorğunluq çoxdur?

- Nazir olmaq peşə deyil. Müəllim, həkim, mühəndis və digər sahələrdə çalışmaq, işini görmək peşə fəaliyyətidir. Bu isə hərbi xidmət kimi Vətənə qulluq etmək deməkdir. Mən də Vətənə mülki dövlət qulluqçusu kimi üzərimə düşən borcu, xidməti vermişəm. Təbii ki, müsbət tərəfi sənin atdığın hər bir doğru addımın dövlət başçısı tərəfindən bəyənilməsidir. Məsuliyyət - bəli, çox idi.

- Sizin 68 yaşınız tamam olub, gec də olsa təbrik edirik. Sizin çox yaxşı səyyah və alpinist olduğunuz barədə çox yazılıb. Hələ də bu hobbiləriniz davam edir?

- Əslində, mental baxımdan yanaşsaq, bəli, davam edir. Lakin səhhətimdə ciddi problemlər yaşadım, bir neçə əməliyyat keçirdim. Bu səbəbdən də müəyyən fəsadlar yarandı. Və nəticədə praktiki olaraq ekspedisiyaların təşkilində fasilə vermək məcburiyyətində qaldım.

- Səhhətinizdəki problem nə ilə bağlıdır, sirr deyilsə, bilmək olar?

- O vaxt biz ekstremal idman növləri ilə bağlı Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası yaratmışdıq. Özüm də paraşütdən tullanırdım. Bir dəfə uçuş zamanı paraşütün əyləci düzgün verilməmişdi, o dolaşmışdı. Təəssüf ki, mən havada olarkən bunun fərqinə vardım. Paraşütün əyləci ayrı-ayrılıqda sağa və sola dönmə üçün istifadə edilir. Lakin ikisi bir yerdə sürətin azaldılmasına xidmət edir. Onlar doğru tənzimlənmədiyi halda sən 30-40 km/saat sürətlə yerə çırpılırsan. Mən havada çox qala bilməzdim, çıxış yolu axtardım, bir yamaca eniş etməyi sınadım. Lakin təəssüf ki, yerə çırpıldım və onurğa sütununda iki fəqərəm sındı. Bütünlükdə hərəkət qabiliyyətimi itirdim.

Almaniyada bunun əməliyyatının mümkün olduğunu öyrəndim və məni ora apardılar, xüsusi sement maddədən qırılan iki fəqərələri bərpa etdilər. Yerimə qabiliyyətim bərpa olundu. Lakin görünür ki, sement canlı maddə olmadığı üçün zaman keçdikcə süni fəqərələr yeyilməyə başladı. İllər sonra həkim müayinəsi zamanı iki fəqərənin yeyildiyi məlum oldu. Bu bel sütunun qabarmasına səbəb oldu. İki ağır cərrahi əməliyyatlar keçirdim. Nəhayət 30 santimetr ölçüsündə titan implant qoyuldu. Hazırda hərəkət edə, gəzə bilirəm. Lakin implant yad cisim olduğundan orqanizmlə tam adaptasiya olmayıb. Bu, çox yeni texnologiyadır və nə həkim, nə də mən bilmirik ki, iki-üç il sonra nə baş verəcək.

- 2008-ci ildə sizin başçılığınız ilə ilk dəfə Azərbaycan-Antarktida ekspedisiyası Bakıdan yola düşüb. Neçə nəfərlik heyət olub, ekspedisiya zamanı nələr baş vermişdi?

- Biz Çiliyə məxsus olan və istifadə edilməyən “Patriot Hills” stansiyasına Cənubi Amerikadan, Çilinin Punta Arenas şəhərindən xüsusi təyyarə ilə uçmağa icazə ala bildik. Ora ekspedisiya üçün icazə almaq asan olmayıb, təxminən altı aya qədər müvafiq sənədlər hazırlanıb. Orada xüsusi yaşamaq, davranış, hətta məişət tullantılarından istifadə qaydaları var. Bunların hər birinə riayət etməlisən. Orada olduğun müddətdə tullantıları da xizəklərlə xüsusi qablaşdırılmış formada özünlə daşımalısan və sonda baza stansiyasında təhvil verməlisən. Tullantıların utilizasiya prosesi xüsusi qaydalarla məhz baza stansiyalarında aparılır.

Biz həm də Çilidən olan tədqiqatçılarla əlaqə qurmağa müvəffəq olduq. Cənubi Afrikadan da bir ekspedisiya hazırlaşırdı. Dörd nəfər Cənubi Afrika vətəndaşı bizə təklif etdi ki, ekspedisiyanı birlikdə təşkil edək və biz də razılaşdıq. Nəzərə alsaq ki, xüsusi geyimlər alınmalı, təyyarə icarəyə götürülməlidir, maliyyə cəhətdən birgə çalışmaq daha əlverişli idi. “Patriot Hills” (Vətənpərvər təpələri) stansiyası ətrafında doğurdan da təpələr var, Antarktika buzları adətən hamar olmur, orada küləyin formalaşdırdığı iti kəskin buz çıxıntıları çox olur. Lakin Çili stansiyasının ətrafında hamar, mavi buz olduğu üçün, təyyarə ora enə bilir. Biz bunun üçün Çiliyə viza almalı idik, oranın ən cənub şəhəri olan Punto Arenasın hava alanına endik.

Qazaxıstanda qeydiyyata alınan, rus ekipajlı bir yük təyyarəsi Antarktidaya səfər edir. Ora gedən ekspedisiyaların yükləri Punto Arenasdan “Patriot Hills”ə daşınır. 2008-ci il dekabrın axırı getdik, fevralın əvvəlində döndük. “Patriot Hills” stansiyasından Kanada istehsalı olan kiçik təyyarə bizi Antarktidanın ən hündür zirvəsi olan Vilson zirvəsinin (5000 metr) yaxınlığına apardı. İki azərbaycanlı - mən və Tərlan Ramazanov adlı komanda üzvü, həmçinin dörd nəfər Cənubi afrikalı həmin zirvəyə qalxdıqdan sonra oradan Cənub qütbünə  yürüşə başladıq. Antarktidada cəmi 42 gün qaldıq. Onun 37 gününü qitədə keçirdik, tədqiqatlar apardıq.

- Ən vacib alınmalı təchizat nələr idi?

- Xüsusi çadırlar, rütubəti buraxmayan və eyni zamanda havalandırma imkanına malik gödəkçələr, nazik yun və ya sintetik materialdan olan alt geyimləri alınmalıdır. Pambıq material qətiyyən olmaz. Çünki pambıq təri özündə saxlayaraq islanır. Suyu canında saxladığı üçün soyuq hava şəraitində buza çevrilir və donma təhlükəsini real edir.

Qidalar önəmli idi, orada bir gün ərzində bir dəfəyə 6 min kalori qəbul etməlisən ki, səhər saat 10:00-dan axşam saat 19:00-a qədər xizək üzərində ümumi çəkisi 60-70 kq-lıq yükü - çadırlar, qida, tədqiqat üçün zəruri avadanlıqlar və tullantıları özünlə bərabər daşımağa gücün olsun. Havadan asılı olaraq elə gün olurdu 8 km, elə gün olurdu 22 km-lik yol qət edə bilirdik.

- Bu ekspedisiya zamanı həyati əhəmiyyətli nə kəşflər etdiniz?

- Çox şey... İnanın. Mən anladım ki, ibtidai insan heç vaxt daim 34-35 dərəcə şaxta olan yerdə uzun müddət yaşamayıb. İnsan 40 dərəcə şaxtanı hiss edir, hətta mənfi 40-la mənfi 44 dərəcənin fərqini də hiss edir. Amma 44 dərəcə şaxtadan sonra fərq hiss etmir. 

İbtidai insan, bəlkə də, təsadüfi olaraq bir qış mövsümünü çox soyuq ərazidə yaşayıb, amma insanın daim belə temperatur şəraitində yaşamaq üçün təkamül etmədiyini deyə bilərik.

- Bəs gətirilən nümunələr harada qorunur?

- Peyk rabitəsi vasitəsilə Bakı ilə danışırdıq. Onlara məlumat vermişdik ki, biz buradan geoloji nümunələr toplayırıq. O nümunələr Azərbaycan Geologiya Muzeyində saxlanılır. 

- Yenidən Antarktikaya getməyi düşünürsüzmü?

- Bizim yeni planlarımız var. Antarktidada bir mövsümlük elmi-tədqiqat bazası yaratmağı istəyirik. Bunu Qərbi Kaspi Universitetinin imkanları ilə etməyi düşünürük. Tarix boyu bu cür işlər universitetlər tərəfindən həyata keçirib. Elmi-tədqiqat bazasının yaradılması üçün bir neçə variant var. Onlardan biri Paraqvaya məxsus, istifadəsiz, boş saxlanılan bir stansiyadır, oranı icarəyə götürməyi düşünürük. Digər variant Antarktidanın materikə yaxın adalarından birində baza yaratmaqdır. Bu məsələyə tezliklə qayıdacağam, sadəcə səhhətimi bir qədər normallaşdırmağa çalışıram.

- Dediyiniz bu layihəni neçə nəfərlik heyətlə gerçəkləşdirməyi düşünürsünüz?

- Çox ibtidai bir planlama aparmışıq, hələlik tam plan hazır deyil. Biz Qərbi Kaspi Universiteti olaraq düşünürük ki, bunu 3-4 nəfərdən ibarət kiçik bir qrupla gerçəkləşdirə bilərik. Təbii ki, bu günə qədər kimsə bunu edə bilərdi, lakin görünən odur ki, hələ edilməyib. Biz ümid edirik ki, edə biləcəyik. İlkin olaraq meteoroloji müşahidələr aparmaq, iqlim dəyişikliklərinin tendensiyaları, insan orqanizminin sərt qışa, soyuğa necə davam gətirəcəyini və s. kimi tədqiqatlar aparmağı düşünürük.

- Ekspedisiya zamanı gün ərzində fasilə etmək imkanı olur, yoxsa dayanmaq olmaz?

- Fasilə müddəti maksimum 3-4 dəqiqədir. Ondan artıq bir yerdə dayanmaq olmaz. Üç dəqiqədən sonra bədən soyuyur, tər buz bağlayır. Dayandığın müddətdə çərəzlər, bal, xüsusi kalorisi çox olan qidalardan yeyə bilərsən. Geri qalmaq qətiyyən olmaz. Kim olur-olsun heç kim geri qalanları 3-4 dəqiqədən artıq gözləməyəcək. Burada qaydalar belədir. Geri qalan qruplar dumanda görünməz olurlar. Düzdür, onlar xizək izləri ilə gəlib çata bilirlər, amma istənilən halda bu təhlükəlidir.

- Oradakı stansiyalarda süni formada məhsul yetişdirilirmi?

- Bəli, Cənub qütbündə yerləşən ABŞ-yə məxsus “Amidsen-Skott” stansiyasında süni işıq, enerji istehsalı ilə göyərti yetişdirilir. Mən düşünürəm ki, o stansiya hətta Mars planetinə hazırlıq stansiyasıdır. Marsda orta hesabla mənfi 200-250 dərəcə temperatur olur. Bu stansiya sanki bu temperaturların fərqinə hesablanıb, onlar belə mühitin gözlənilməz nəticələrinin yarada biləcək hallarını araşdırırlar.

- Bu səfərlər barədə kitab, yaxud memuar yazmısınızmı?

- Yazılan kitablar var, hansı ki, onlar dərs vəsaitləri kimi istifadə edilir. “Afrikanın geologiyası”, “Afrikanın bioloji müxtəlifliyi”, “Antarktidanın qlobal iqlimə təsiri”, “Antarktidanın geologiyası”, “Cənubi Amerikanın geologiyası” və digər kitablar dərc edilib. Azərbaycan vətəndaşları üçün faydalı ola biləcəyini düşündüyümüz məlumatları, fotofaktları bir araya gətirərək, elmi işçilər cəlb edərək ərsəyə gətirdiyimiz dərs vəsaitləri bu gün də istifadə edilir. Ümumiyyətlə düşünürəm ki, insanların iradəsi, istəyi olarsa, öhdəsindən gələ bilməyəcəkləri heç bir iş ola bilməz. Bu, bütün sahələrdə, peşələrdə belədir. İngilislər, almanlar bu cür istəklər, iradə əsasında vaxtilə dünyanı gəzərək kəşf edirdilər. Biz niyə etməyək?

Hətta bu barədə amerikalı tədqiqatçı “Cənub Antarktida müqaviləsi və onun proseslərinə” adlı kitab yazıb. O kitabda Azərbaycana yarım səhifəlik hissə həsr edib. Orada qeyd edib ki, Azərbaycanın dinamikliyini ölkənin iqtisadi inkişafını nəzərə alsaq, belə düşünürük ki, yaxın gələcəkdə Azərbaycan da burada stansiya yaradacaq. Bu, bizim üzərimizə daha bir məsuliyyət qoyur ki, bunu mütləq yaratmalıyıq.

- Azərbaycan-Antarktida ekspedisiyasından savayı hansı səfərləri olub?

- Antarktida, Afrika, Cənubi Amerikaya ekspedisiya etdik. Növbəti səfərimiz Alyaskaya planlaşdırılırdı. Alyaskanın Denali dağlarına aid massivdə hündürlüyü 6190 metr olan, Şimali Amerikanın ən yüksək dağı sayılan Mak-Kinli dağına çıxmağı düşünürdük. Sadəcə mənim səhhətimdə yaranan problem səbəbindən bu ekspedisiyanı reallaşdıra bilmədik.

Təsəvvür edin ki, orada insanlar yetərincə uzun müddət günəş çıxmayan, qaranlıq bir yerdə yaşayırlar. Çox sərt şərait olsa da, onun geologiyası, bitki müxtəlifliyi çox maraqlıdır. Antarktidada elmi-tədqiqat bazasını yarada bilsək, sonra Alyaska səfərini də gerçəkləşdirməyi düşünmək olar.

Bunlarla bərabər Azərbaycanda da layihə həyata keçiririk. Bununla bağlı deyə bilərəm ki, bu gün Azərbaycanda 1600 metr yüksəklikdən yuxarıda meşə demək olar ki, qalmayıb. Bu da intensiv otarmanın nəticəsidir. Dağlarda o qədər mal-qara saxlanılıb ki, yavaş-yavaş meşə zolağındakı cavan ağaclar yeyilib, yaşlı ağacların da bioloji ömrü sona çatıb, aşıb. Nəticədə cavan ağaclar olmadığı üçün meşəli sahə 1600 metr yüksəklikdən yuxarıda qalmayıb.

Bir neçə ildir icra etdiyimiz layihənin səbəbi 2600, hətta 3000 metr yüksəklikdə belə meşələrin mümkün ola bilməsini sübut etməkdir. Artıq kiçik bir orman yaranıb. Orada 5-6 metr hündürlükdə toz ağacı, həmişəyaşıl ağaclar böyüməyə başlayıb. Bu il də yaz aylarında həmin ərazilərdə ağaclar əkiləcək. Bu, yaxşı eksperimentdir. Azərbaycanda meşənin haqqını özünə versək, dağlıq ərazinin hesabına iqlim üçün, landşaftlar üçün dəyərli ola biləcək mühit yaranacaq.

- Hüseynqulu Bağırov bu yaşa qədər səyahət, ekspedisiyalar çərçivəsində hansı zirvələrə çıxmağa müvəffəq olub?

- Deməzdim ki, elə çox zirvələrə çıxmışam. İndi də imkan olanda səhhətimin vəziyyətindən asılı olaraq ara-sıra dağlarımızı gəzirəm. Hazırda mən Beynəlxalq Dağçılıq Federasiyasının Dağların mühafizəsi komissiyasının üzvüyəm. Əslində, dağlara eqonu qidalandırmaq üçün getmək olmaz. Ora nəsə yaxşı bir iş görməyə, buzlaqları öyrənməyə, landşaftları tədqiq etməyə getmək lazımdır.

Hansı ölkənin ki, dağı çoxdursa, onun su ehtiyatı zəngin olur. Məsələn, Azərbaycanın 100 faiz içməli su ehtiyatlarının 72 faizi xaricdə, qalan 28 faizi ölkə ərazisindəki dağlarda formalaşır. Xaricdən gələn su ehtiyatları da Türkiyə dağlarında formalaşır. Dağa gedən adamlar gərək öz bacarıqlarını təkcə zirvəyə çıxmaq üçün istifadə etməsinlər, dağları tədqiq etsinlər, bioloji müxtəlifliyinin vəziyyətini, dağlarda formalaşan və tədricən itməkdə olan mədəniyyəti, landşaftları öyrənsinlər. Azərbaycanda çoxsaylı buzlaqlar olub. Əgər bacarırsansa, fürsətdən istifadə edib buzlaqların ölçməsini apar, vəziyyətini öyrən. Tarixən dağ kəndlərində təzək qurudub yanacaq kimi istifadə edirdilər. Deməzdim bu, super çıxış yoludur, amma istənilən halda bu, insanların istilik əldə etməsi üçün kəşf etdiyi unikal alternativ vasitədir.

Dağda yaşamaq, dağlarda sağ qalma ənənəsi, mədəniyyəti formalaşıb. Bunu nə qədər dağçı, alpinist, dağa çıxmağa maraqlı olan insanlar bilir? Çox az... Bunları öyrənmək lazımdır. Sizə bir fakt da deyim, 2000-2200 metr yüksəklikdə mən nə zamansa şumlanmış ərazilər görmüşəm. Çox tez yetişən, az vaxt tələb edən yazın sonu - yayın əvvəlinə aid rütubətli mövsümə uyğun, nisbətən ilıq hava şəraitində dənli bitki növləri yetişdiriblər. Bütün bunları öyrənmək üçün mütləq məqsəd olmalıdır. Zirvəyə qalxarkən insan ilk olaraq özünün, daha sonra ümumiyyətlə, canlı olaraq insan növünün fiziki imkanlarının maksimum nə qədər genişlənə biləcəyini ölçmüş olur. Sən nümunə olursan və digər insanlar da bunun mümkün olduğunu düşünür.

- Dağçılıq sahəsində fəaliyyət göstərən təşkilatlarda pərakəndəlik var?

- Bəli, pərakəndəlik var. Yaxşı sistemli yanaşma olmalıdır. Süni şəkildə yox, hər kəsin bölüşdüyü dəyər üzərində qurulmalıdır. Belə olanda hamı biri-birinə etibar edir və qəbul edilmiş qaydalara əməl etməyə çalışır. Bu, gənclər üçün xüsusi bacarıqların formalaşmasına dəstəkdir. Baxın 44 günlük Vətən müharibəsi zamanı o zirvələrə, dağlara komando qüvvələri necə çıxdı? Bu təcrübəni qazanmış gənclər dağ görəndə qorxmurlar. Vəziyyətə hakim ola bilir, harada necə davranacağını bilir.

Oxşar xəbərlər
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib