Əlisəttar Quliyev : “Qurbanov filmi ilk dəfə zalda hamı ilə birlikdə izlədi” - MÜSAHİBƏ + FOTO
Oxunub: 2175
29 Nov 2023 | 16:33
Əlisəttar Quliyev : “Qurbanov filmi ilk dəfə zalda hamı ilə birlikdə izlədi” - MÜSAHİBƏ + FOTO

“90-lar mənim tələbəlik illərimə təsadüf edir. Uşaqlıqdan futbol azarkeşiyəm. Ona görə bu ideya mənə olduqca cəlbedici gəldi. Qurban Qurbanov kinematoqrafiya baxımdan mənim üçün çox maraqlı obrazdır”.

Bunu “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filminin rejissoru Əlisəttar Quliyev Teleqraf.com-un suallarını cavablandırarkən deyib.

Müsahibəni təqdim edirik.

- Əlisəttar bəy, səhv etmirəmsə, bu film “Əlvida, Şmit”, “Olimpia”dan sonra sayca üçüncü tammetrajlı filminizdir. Noyabrın 30-dan etibarən film kinoteatrlarda nümayiş olunacaq. Öncə təbrik edir, bol tamaşaçı arzulayırıq. Filmin ideyası kimə məxsusdur?

- Çox sağ olun, doğru qeyd etdiniz, tezliklə film Azərbaycanın bütün kinoteatrlarında yayıma başlayacaq. İdeya və təşəbbüs Gənclər və İdman Nazirliyinə aiddir. Yazın sonlarına doğru belə bir ideyanın olduğunu dedilər və mən Qurban Qurbanovla bağlı araşdırmaya başladım.

90-lar mənim tələbəlik illərimə təsadüf edir. Uşaqlıqdan futbol azarkeşiyəm. Ona görə bu ideya mənə olduqca cəlbedici gəldi. Qurban Qurbanov kinematoqrafiya baxımdan mənim üçün çox maraqlı obrazdır.

Nəzərə alsaq ki, uzun illərdir Azərbaycanda bioqrafik dram janrında filmlər çəkilmir, üstəlik, qəhrəman hələ sağkən ondan film çəkilməsi nadir hadisədir, ona görə böyük maraqla işə başladım.

Bu filmdə Qurban Qurbanovun uşaqlıq illərini - Zaqatalanın Aşağı Tala kəndindəki günlərini, “Daşqın” futbol klubunda atdığı ilk addımları, 90-cı illərdə Tovuzun “Turan”, sonra “Neftçi”dəki çempionluğunu, 2000-ci illərin əvvəlində Rusiya klublarında oynamasını, 2006-cı ildə futboldan gedişini, ardınca məşqçiliyə başlaması və 2017-ci il “Qarabağ” futbol klubunun Çempionlar Liqasında yüksəlişinə qədərki dövrü əhatə etməyə çalışmışıq.

- Qurban bəylə bağlı araşdırma edəndə güman ki, onunla dəfələrlə görüşüb söhbət etmisiniz.

- Cəmi bir dəfə görüşdük. O çox təvazökar adamdır, özündən danışmağı sevmir. Mənə uşaqlığından, başına gələn hadisələrdən danışdıqca beynimdə onları bədiiləşdirməyin yollarını axtarırdım.

Mənə görə, hər bir insanın həyatı kinodur. Üstəlik belə bir futbolçu-məşqçinin həyatı ola... Bu peşədə sıfırdan başlayıb bu yüksəkliyə qalxmaq çox çətindir.

Qurban müəllim futbola gec başlayıb. 15 yaş futbolçu üçün gecikmiş yaş hesab olunur. Buna baxmayaraq 20 yaşında milli komandaya götürülmüşdü. Milli komandanın bombardiri idi. Bunları danışıram, amma elə başa düşməyin ki, film ancaq Qurban Qurbanovun uğurlarından bəhs edir, xeyr, paralel məğlubiyyətlərinə, çətinliklərinə də işıq tutur. Çünki məğlubiyyət olmasa, qələbə heç vaxt şirin olmaz.

- Sizin üçün bu söhbətlərdə ən təsirli açar nöqtə hansı idi?

- Futbol mütəxəssisi Yunis Hüseynov bizə 90-cı illərin çətinliklərini o qədər gözəl anladırdı ki... Maaş ala bilmədiklərini, çətinliklə oynadıqlarını... Bəlkə bu cür çətinliklər olmasaydı, onlar dünya səviyyəli futbolçular olardı. Sadəcə şəraitsizlik bu vəziyyətə gətirib çıxardı.

Qurban müəllim bizə ilk maaşını necə aldığını danışmışdı. Söhbətlərində onun qardaşına, ailəsinə necə bağlı insan olduğunu duyurdum. Yazı prosesində bunlar mənim üçün önəmli idi. Ssenarini Rüstəm Babazadə, Azər Quliyev və Nicat Muxtarovla birgə işləmişik. Filmin çəkilişləri sentyabr ayında oldu, əsasən Bakı və Zaqatalada çəkdik.

- Aktyor seçimində hansı problemlə üzləşdiniz?

- Aktyor seçimində məsələ bir az başqa cür idi. Mənə aktyorluq bacarığından savayı, həm də idman plastikası olan, futbol oynamağı bilən aktyorlar lazım idi. Onlar həm futbol oynamağı bacarmalı, həm də aktyor olmalıydılar. Gərgin seçimdən sonra hər yaş dövrünün öz Qurbanını tapa bildiyimizi düşünürəm.

- Qurban müəllim öncədən filmə baxmışdımı?

- Baxmamışdı. İlk dəfə zalda hamı ilə birlikdə izlədi. Nə Qurban müəllim, nə də komandasında bizə məkanlarla bağlı köməklik göstərən şəxslər baxmışdılar. Onlar mənə etibar etdilər, mən də yazıb çəkdim...

- Özünün filmdə razılaşmadığı məqam oldumu?

- Filmin nümayişindən sonra Qurban Qurbanovla çox qısa söhbətimiz oldu, ümumən xoşuna gəldiyini bildirdi. Ola bilər, nə vaxtsa bu barədə ətraflı söhbət edək. Tamaşaçıların da ümumi təəssüratı yaxşıdı. Ən çəkindiyim məqam bu idi... Filmin, məkanın fərqi yoxdur, ilk təqdimat olanda rejissor həmişə qorxur, ehtiyat edir. Bu mənada təqdimat günü çox həyəcan keçirdim. Zalda oturmağa yer yox idi. Dərk edirdim ki, hazırda hamı mənim əl işimə baxır...

- Filmin büdcəsi barədə nə deyə bilərsiniz?

- Bu barədə heç nə deyə bilmərəm (gülür). Mən sadəcə bu filmdə yaradıcı şəxs kimi çıxır edirəm: ssenari müəllifi və rejissoram.

- Söhbətin əvvəlində dediniz ki, futbol azarkeşisiniz. Maraqlıdır, hazırda hansı kluba azarkeşlik edirsiniz?

- Bütün Azərbaycan klublarına. Hansısa klubumuz Avropada oynayanda qürur hissi keçirirəm.

Onu da deyim ki, uşaq yaşlarından futbola azarkeşlik etməyim İtaliya yığmasına sevgimdən qaynaqlanır. Bağda ağ-qara televizorda İtaliya yığmasının oyununa maraqla baxmağım indiyə kimi yadımdadır.

Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO