Erməni bloqer: “Ermənistan üçün ən yaxşı müdafiə Azərbaycanla münasibətləri normallaşdırmaqdır” - MÜSAHİBƏ
Oxunub: 1531
21 Nov 2023 | 13:35
Erməni bloqer: “Ermənistan üçün ən yaxşı müdafiə Azərbaycanla münasibətləri normallaşdırmaqdır” - MÜSAHİBƏ

Qarabağda 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan regionda sabitliyin bərqərar olması və Ermənistanla sülh sazişinin bağlanması üçün hər cür səy göstərir.

Təəssüflər olsun ki, həm qonşu ölkənin rəhbərliyi, həm də ölkənin daxilindəki radikal dairələr buna müxtəlif formalarda müqavimət göstərdilər. Şərti sərhəddə hərbçilərimizin atəşə tutulması davam edirdi. Eyni zamanda, təxribat xarakterli bəyanatlar səsləndirilir, Qarabağdakı separatçı rejimə hər cür dəstək verilirdi. O cümlədən İrəvan onların silahla təchizatını davam etdirirdi ki, bu da cari ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən lokal antiterror tədbirlərinin həyata keçirilməsini zəruri etdi. Nəticədə qanunsuz separatçı rejimin mövcudluğuna son qoyuldu, Azərbaycanın bütün ərazisində suverenliyi tamamilə bərpa olundu.

Belə təsəvvür yaranırdı ki, indi heç nə sülhün bağlanmasına mane olmamalıdır, düşmənçiliyə son qoymaq və mehriban qonşuluq münasibətləri qurmaq üçün yeni fürsət yaranıb.

Lakin Ermənistanın informasiya sahəsində revanşist əhvali-ruhiyyənin necə dəstəkləndiyini, azərbaycanlılara qarşı nifrətin qızışdırıldığını, ərazi iddialarının davam etdiyini, həmçinin erməniəsilli sakinlərin guya Qarabağdan qovulması ilə bağlı ittihamları və bu mövzu ətrafında manipulyasiyaların həyata keçirildiyini müşahidə etmək olar.

Bütün bunlar həm Ermənistan hakimiyyətinin təhriki, həm də xarici qüvvələrin təsiri ilə baş verir.

Bununla belə, qonşu ölkədə düşmənçilikdən usanan, rəhbərlərinin yalançı bəyanatlarına inanmaqdan yorulan, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyənlər də az deyil. Bir qayda olaraq, bu barədə orada ucadan danışmaq adət halını almayıb, amma bu fikirləri səsləndirməkdən çəkinməyənlər, Azərbaycanla sülhün, yaxşı münasibətlərin qurulmasına çağırış edənlər də var.

Bu insanlardan biri erməni bloqer Natali Aleksanyandır.

O, açıq şəkildə azərbaycanlılara qarşı düşmənçiliyin ermənilər tərəfindən başladıldığını, hazırkı hakimiyyətin səhvlərini, ölkədə söz azadlığının olmamasını söyləməkdən çəkinmir. Bloqer Ermənistanın keçmiş prezidentlərinin - qondarma “Qarabağ klanı”nın nümayəndələrinin təhriki ilə sülhü təbliğ edən insanların necə terrora məruz qalmasını da açıq şəkildə ifadə edir.

Natali Aleksanyan, xüsusilə, özünün sosial şəbəkələrdə sülh çağırışlarına aid son paylaşımına az bəyənmənin gəlmədiyini qeyd edərək, vurğulayır ki, bu onun göstəricisidir ki, insanlar hələ də öz fikirlərini açıq şəkildə ifadə etməkdən qorxurlar:

“Ona görə də mən Ermənistan hakimiyyətinə müraciət edirəm. Əgər insanlar öz fikirlərini bildirməyə qorxurlarsa, deməli, dövlətdə söz azadlığı yoxdur. Mən istəyirəm ki, ölkəmiz, doğrudan da, demokratiyanın mərkəzinə çevrilsin, amma nə qədər ki, vətəndaşlar sülhdən danışmaqdan çəkinirlər, biz heç bir demokratiyadan danışa bilmərik. Söz azadlığı təkcə mənə və Alen Simonyana aid deyil. Ölkədə əsl demokratiyanı bərqərar edin, əks halda siz “Qarabağ klanı”ndan heç nə ilə fərqlənməyəcəksiniz”.

Media.Az erməni bloqerlə söhbətləşərək, ondan erməni cəmiyyətinin Azərbaycanla sülhə necə yanaşdığını, qonşu ölkədə kimlərin etnik ədavəti və ksenofobiyanı qızışdırmaqla məşğul olduğunu soruşub.

- Siz Ermənistanda açıq şəkildə Azərbaycanla barışıq tərəfdarı olan azsaylı insanlardansınız. Ermənistan cəmiyyətində indiki əhvali-ruhiyyə necədir, sizin kimi Bakı ilə sülh tərəfdarlarının sayı çoxdurmu?

- Xalq sülh istəyir. İnsanlar çəkdiyimiz çətinlikləri, ağrıları yaxşı xatırlayırlar və heç kim onların təkrar olunmasını istəmir. Vətəndaşlar bir daha itkilər barədə eşitmək istəmirlər, sadəcə olaraq, əllərində olanı itirməkdən qorxurlar. Müharibə qorxusu insanların barışıq haqqında düşünməsinə mane olur, amma fakt budur ki, hamı sülh istəyir.

- Sizcə, kim Ermənistanda revanşist əhvali-ruhiyyəni qızışdırmaqda və azərbaycanlılara qarşı nifrət yaratmaqda davam edir?

- Ermənistanda düşmənçiliyi keçmiş “Qarabağ məmurları” ilə “Qarabağ klanı”nın tərəfində olan müxalifət körükləyir. Onlar bunu nəzarətlərində olan və daim yalan xəbərlər dərc edən medianın köməyi ilə həyata keçirirlər. Düşmənçiliyi Bakıda həbsxanada olanlar deyil, İrəvanda əyləşən “general”lar qızışdırırlar. Nifrəti yayanlar onillərdir Qarabağı talayan, indi isə bu fürsətdən məhrum olan şəxslərdir.

- Ermənilərin bütün bəlalarının “Daşnaksütyun” partiyasının təşəbbüsü ilə başladığı fikri ilə razısınızmı? Axı Ermənistanın ərazisini qonşu dövlətlər hesabına genişləndirmək istəyənlər bu partiyanın millətçi ideyalarını daşıyan üzvləri idi...

- Bəli, mən bununla razıyam. Erməni xalqının bütün bəlaları, məhrumiyyətləri məhz daşnak partiyasının fəaliyyəti ilə bağlıdır. Daşnaklar müharibəyə təhrik edib, özləri isə təhlükəsiz yerdə əyləşib ona tamaşa edirlər. Mən onları Ermənistanın və erməni xalqının düşməni hesab edirəm. Qafqaza müharibələri gətirən məhz daşnakların fəaliyyətidir.

- Fikirləriniz, paylaşımlarınızla bağlı sadə vətəndaşlardan və yaxud birbaşa Ermənistan hakimiyyətindən ciddi təhdidlər almısınızmı?

- Dövlətdən heç bir təhdid almamışam, amma dövlətə bağlı bəzi şəxslər rüşvət və şantaj yolu ilə mənə təzyiq göstərməyə çalışıblar. Müxtəlif başqa üsullardan da istifadə olunurdu ki, bunları qeyd etmək istəmirəm, amma düzünü desəm, hakimiyyətlə birbaşa bağlı insanlardan özümə belə münasibət gözləmirdim. Mənə qarşı birbaşa təhdidlər Robert Koçaryan və Serj Sarqsyanın tərəfdarlarından gəlir və onlarla əlaqəli media resursları hər cür yolla adımı ləkələməyə çalışırlar. Sizin onlayn medianızdan istifadə edib onlara çağırış edirəm, bütün bu cəhdlər boşa çıxacaq. Məni qorxutmaq mümkün deyil və fəaliyyətimi məqsədimə çatana qədər davam etdirəcəyəm. Qafqaza sülh gəlməlidir.

Erməni cəmiyyəti 30 ildir ki, deqradasiyaya məruz qalıb. İnsanlar guya demokratik ölkədə yaşayırlar, amma eyni zamanda, daim qorxu içindədirlər, düşündüklərini söyləməkdən qorxurlar. Mən onlarla danışmağa, onları inandırmağa çalışıram və buna nail oluram. Şüurda dəyişiklik olmalıdır və burada hakimiyyət həlledici rol oynamalıdır - mən bunu tək edə bilmərəm.

- Ermənistan rəhbərliyinin hazırda ölkəni aktiv şəkildə silahlandıran Fransa və Hindistanla hərbi əməkdaşlığı genişləndirməsi barədə nə düşünürsünüz?

- Müharibə zamanı nə Hindistan, nə də Fransa Ermənistana heç bir şəkildə kömək etmədi. İndi onlar İrəvanı silahlandırırlar ki, onu yeni müharibəyə salıb, yenə də kənardan izləsinlər. Mənim silahlardan bir az məlumatım var və qeyd etmək istəyirəm ki, Fransanın tədarük etdiyi silahlar Ermənistana heç bir şəkildə kömək etməyəcək. Ölkənin öz müdafiə qabiliyyətini artırmasında qəbahət yoxdur, lakin Ermənistan üçün ən yaxşı müdafiə yalnız Azərbaycanla münasibətlərin normallaşması ola bilər.

- Siz, yəqin ki, Qarabağı tərk edən ermənilərlə ünsiyyətdə olmusunuz. Onlar Qarabağı tərketmə səbəbi haqqında nə deyirlər? Nəzərinizə çatdırım ki, Azərbaycan dövləti onları qalmağa, ölkəmizin vətəndaşlığını qəbul etməyə və Azərbaycanın bütün digər vətəndaşları kimi bütün hüquqlara malik olmağa dəvət edib...

- Qarabağ ermənilərinin öz evlərini tərk etmələri ümumi bir sxem üzrə gedirdi: yerli “hakimiyyət”in nümayəndələri adamlara söyləyirdilər ki, azərbaycanlılar tezliklə burada olacaqlar və guya hamını öldürəcəklər. Bundan sonra isə onlara əşyalarını yığıb oranı tərk etməyə vaxt qoyurdular. Ermənilər oradan çıxarkən Azərbaycan əsgərlərini görməyiblər. Hazırda onların çoxu qayıtmaq istəyir, amma bunu necə edəcəyini bilmir. Qorxurlar və qayıdanda onları nə gözlədiyini anlamırlar. Ermənistanın özü hələ ki bu insanların öz evlərinə qayıtmasını təmin etmək barədə düşünmür.

- Siz Azərbaycan Prezidentinə müraciət edərək Xankəndiyə gəlməyiniz və yerli ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına köməklik göstərməyiniz üçün xahiş etmisiniz. Qarabağ ermənilərinin reinteqrasiyası və ümumiyyətlə, Azərbaycan və erməni xalqlarının barışması prosesini necə görürsünüz? Yekun sülhə necə nail ola bilərik?

- Münaqişə başlamazdan əvvəl ermənilərlə azərbaycanlıların bir yerdə yaşadıqlarını və bu gün Azərbaycanda onminlərlə erməninin yaşadığını nəzərə alaraq hesab edirəm ki, barışıq məsələsi təkcə Azərbaycan hökumətinin deyil, həm də Ermənistan hökumətinin gündəmində olmalıdır. Bu, bir-biri ilə əlaqəli məsələdir və burada birtərəfli fəaliyyətin heç bir təsiri olmayacaq. Birincisi, həm ermənilər, həm də azərbaycanlılar arasında qorxu mühiti aradan qaldırılmalıdır. Ona görə də Qarabağda həm erməni, həm də Azərbaycan milliyyətindən olan sakinlərin etibar edəcəyi bir erməninin olmasını zəruri sayıram. Mənim Azərbaycan Prezidentinə məktubumun səbəbi də bu idi. Güvənli mühiti bərpa etmək lazımdır və bunu yalnız insanların özləri öz insani münasibəti ilə edə bilərlər (qeyd edək ki, Natali Aleksanyan Azərbaycan kanallarından birinə müsahibəsində bildirmişdi ki, lazım gələrsə, bu məqsədlə Azərbaycan vətəndaşlığını almağa hazırdır - red).

Oxşar xəbərlər
N.Tusi adına Klinika
01:03, Bu gün
Dilan-Engin cütlüyündən sonra onların da əmlakları müsadirə edildi - FOTO
01:01, Bu gün
Yelena Zelenskaya: “Həyat yoldaşımın növbəti müddətə prezident olmasını istəmirəm”
00:58, Bu gün
Şəkidə avtomobil dərəyə aşdı: Xəsarət alan var - YENİLƏNİB + FOTO
00:50, Bu gün
Ailəsi tərəfindən döyülən məktəbli qız sığınacağa yerləşdirildi - FOTO
00:21, Bu gün
Almaniyada uşaqlar arasında kəskin respirator xəstəliklər artıb
01 Dec 2023 | 23:57
Yaxın günlərdə 8 kənd qaytarılmasa ORDUMUZ hərəkətə keçəcək!" - Rauf Arifoğludan SENSASİON MƏLUMAT - VİDEO
01 Dec 2023 | 23:54
“Hizbullah” Livanla sərhəddə İsrail hərbi postunu atəşə tutub
01 Dec 2023 | 23:50
Bolqarıstan parlamenti ABŞ-dan silah alınması ilə bağlı müqaviləni ratifikasiya edib
01 Dec 2023 | 23:45
KİV: Qəzzada atəşkəs müddətini uzatmaq üçün aparılan danışıqlar nəticəsiz qalıb
01 Dec 2023 | 23:32
Həndbol üzrə Azərbaycan çempionatı: IV turun təqvimi müəyyənləşib
01 Dec 2023 | 23:23
Türkiyə Ordusu PKK-ya məxsus sığınacaqları məhv edib
01 Dec 2023 | 23:16
Moldova Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasına təkid edir
01 Dec 2023 | 23:14
Sumqayıtda xaos: Taksilər avtobusların hərəkətinə mane olurlar - VİDEO
01 Dec 2023 | 23:10
Çempionlar Liqasında həftənin oyunçusu seçildi
01 Dec 2023 | 23:04
Qadın futbolçulardan ibarət Azərbaycan millisi B Liqasına yüksəlib
01 Dec 2023 | 23:01
Rusiya MN: Ordunun şəxsi heyətinin sayı artırılır, səfərbərlik planlaşdırılmır
01 Dec 2023 | 22:53
Badamdar sakinlərinə ŞAD XƏBƏR: Yeni su xətti çəkilir - FOTO/VİDEO
01 Dec 2023 | 22:47
Polad Bülbüloğlu: "Ermənilərin Azərbaycandan getməsi ilə bağlı məsuliyyət İrəvan və separatçı rejimin üzərinə düşür"
01 Dec 2023 | 22:37
Türkiyə Qarabağ üçün günəş panelləri istehsal edib
01 Dec 2023 | 22:30
Azərbaycan güləşçiləri dünya çempionatında 5 medal qazanıblar
01 Dec 2023 | 22:23
Tovuzda yaşlı qadın dəm qazından ölüb
01 Dec 2023 | 22:22
İsveçrə Rusiyanın milyardlarla dollarlıq aktivlərini dondurub
01 Dec 2023 | 22:21
Vəkillər Kollegiyasında Misir Dövlət Şurasının və Dünya Bankının nümayəndə heyətləri ilə görüş keçirilib
01 Dec 2023 | 22:10
Türkiyə 2053-cü ilə qədər atmosferə zərərli maddələrin emissiyasını sıfıra endirməyi planlaşdırır
01 Dec 2023 | 22:09
"Tülkü toyuq hininə gözətçi təyin edilib..."
01 Dec 2023 | 22:05
Messini autist adlandırdılar
01 Dec 2023 | 22:00
Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanıldı - FOTO
01 Dec 2023 | 21:57
Naxçıvanda “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC təsis edilib
01 Dec 2023 | 21:55
Qərbi Azərbaycan Xronikası: “Qonşu bizə dedi ki, babanızın evinə ermənilər hücum ediblər” - VİDEO
01 Dec 2023 | 21:50
ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarını genişləndirib
01 Dec 2023 | 21:43
Yevlaxda 24 yaşlı qadın ata evində intihar edib
01 Dec 2023 | 21:39
“Bakıdakı bəzi nazirlik və müəssisələrin Xankəndiyə köçürülməsi mümkündür”
01 Dec 2023 | 21:34
Qəzzaya humanitar yardımın verilməsi dayandırılıb
01 Dec 2023 | 21:34
Zahidan şəhərinə təhlükəsizlik qüvvələri yeridildi - VİDEO
01 Dec 2023 | 21:25
“Namiq yanıma gəlməsin, istəmirəm” - Meyxanaçı
01 Dec 2023 | 21:22
Qubada polisin adından restoranlara qarşı dələduzluq edilib
01 Dec 2023 | 21:21
İspaniya iqlim fonduna 20 milyon avro ayıracaq
01 Dec 2023 | 21:20
Zambiyada mədən çöküb, 30-dan çox insan dağıntılar altında qalıb
01 Dec 2023 | 21:12
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir
01 Dec 2023 | 21:01
Rusiyanın Baykal-Amur Magistralı sutka ərzində iki dəfə partladılıb
01 Dec 2023 | 21:00
“Azəriqaz” İB-nin rəsmisi: “Azəristilik” ASC və  “Azəriqaz” İB arasında ciddi olaraq problem yoxdur”
01 Dec 2023 | 20:59
Ermənistan Azərbaycanla sülh prosesində imitasiya edir?
01 Dec 2023 | 20:53
O, hansı səbəbdən sağalmaz xəstəliyə tutuldu? – Məmməd Araz haqqında
01 Dec 2023 | 20:45
Nazir: "Azərbaycan və Rumıniya arasında enerji əməkdaşlığı ümum-Avropa miqyası qazanır"
01 Dec 2023 | 20:34
Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransında çıxış edib
01 Dec 2023 | 20:31
Ukrayna Avropa ilə sərhədində ciddi yoxlamalara başladı - VİDEO
01 Dec 2023 | 20:20
Vasile Soare: "Rumıniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 700 milyon dollar təşkil edib"
01 Dec 2023 | 20:13
Ermənistanda sabiq korpus komandiri külli miqdarda korrupsiya işində ittiham olunub
01 Dec 2023 | 20:11
Qusarda tapança satmaq istəyən şəxs saxlanılıb
01 Dec 2023 | 20:07
Tovuzda 69 yaşlı qadın dəm qazından boğularaq ölüb
01 Dec 2023 | 19:58
UFAZ-da Karyera sərgisi keçirildi - FOTOLAR
01 Dec 2023 | 19:50
Hiyləgər ABŞ və Cənubi Qafqaz planı - VİDEO
01 Dec 2023 | 19:46
Aynişanın vəziyyəti ağırlaşdı: "Danışa bilmirdim"
01 Dec 2023 | 19:45
Səfir: "Rumıniya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təminatında maraqlıdır"
01 Dec 2023 | 19:41
Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir
01 Dec 2023 | 19:30
Bakıda Rumıniyanın Milli Günü qeyd olunur
01 Dec 2023 | 19:29
Putin müharibə başlanandan ilk dəfə olaraq xalqla birbaşa ünsiyyətdə olacaq
01 Dec 2023 | 19:27
Biləsuvarda əfsanəvi döyüşçü Natiq Qasımova həsr olunan “Oğul” filmi nümayiş edilib
01 Dec 2023 | 19:25
Şəkidə fermerlərə dəymiş ziyana görə ödəniləcək kompensasiya məbləği açıqlanıb
01 Dec 2023 | 19:20
Azərbaycanlı diplomatdan “Fair Observer”a cavab: “Azərbaycan ərazilərini işğal edən Ermənistan olub”
01 Dec 2023 | 19:17
Qəzzada döyüşlər bir neçə gün davam edəcək
01 Dec 2023 | 19:11
Azərbaycanın antikorrupsiya təcrübəsi beynəlxalq platformada...- FOTO/VİDEO
01 Dec 2023 | 19:10
İsrail ordusu Qəzza zolağında 200-dən çox hərbi obyekti məhv edib
01 Dec 2023 | 19:07
Bakıda ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb
01 Dec 2023 | 19:05
Mingəçevirdə "Audiovizual mediada ictimai maraqların qorunması" mövzusunda dəyirmi masa təşkil olunub
01 Dec 2023 | 19:00
“Kurtlar vadisi”nin Tataroğlusu vəfat etdi
01 Dec 2023 | 18:55
BDU-da “Fizikada müasir trendlər” mövzusunda 8-ci Beynəlxalq elmi konfrans başa çatıb
01 Dec 2023 | 18:55
Qubada avtomobil su kanalına düşüb - VİDEO
01 Dec 2023 | 18:50
"Anadolu" Agentliyinin Qəzzadakı operatoru hava zərbəsi nəticəsində ölüb
01 Dec 2023 | 18:50
“Cənab nazir, Rusiyanın Azərbaycandakı hərbi mövcudluğu qanunidirmi?..”
01 Dec 2023 | 18:45
Azərbaycanda sabiq bank sədri məhkəmə zalında həbs olunub
01 Dec 2023 | 18:42
Avropada sürətlə artan İİV epidemiyası müşahidə olunur
01 Dec 2023 | 18:35
Qanunsuz ağac kəsənlər və ətraf mühiti çirkləndirənlər məsuliyyətə cəlb olunub
01 Dec 2023 | 18:30
Madriddə helikopter qəzaya uğrayıb - VİDEO
01 Dec 2023 | 18:28
AzTV-nin əməkdaşının BDU tələbələri üçün təlimi  - FOTO
01 Dec 2023 | 18:20
“Sumqayıt” klubunun Müşahidə Şurasının iclası keçirilib, sədr dəyişib
01 Dec 2023 | 18:15
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda saxlanılaraq ölkəyə gətirilib
01 Dec 2023 | 18:10
Azaflı kəndində ünvanlanan 4 müraciətin bir səbəbi “Açıq mikrofon”da - FOTOLAR
01 Dec 2023 | 18:05
İsrail HƏMAS-ın Qəzza zolağında saxlamağa davam etdiyi girovlardan danışdı
01 Dec 2023 | 18:03
Venesuela Prezidenti dekabrda Rusiyaya səfər edəcək
01 Dec 2023 | 18:02
2024-cü ildə Rusiyada genişmiqyaslı hərbi təlimlər keçiriləcək
01 Dec 2023 | 18:00
İordaniya Kralı iqlim problemlərinin həllinə çağırıb
01 Dec 2023 | 17:58
Baş nazirdən dövlət qurumlarına Şuşa ilə bağlı TAPŞIRIQ
01 Dec 2023 | 17:55
BDU-nun Fizika fakültəsinin əməkdaşları Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun fəaliyyəti barədə məlumatlandırılıb - FOTO
01 Dec 2023 | 17:52
Müğənni Nəfəsin maşınından pul oğurlayana hökm oxundu
01 Dec 2023 | 17:50
Bakıda kasıb təbəqənin üz tutduğu bazarın aqibəti necə olacaq? - REPORTAJ + FOTO
01 Dec 2023 | 17:46
"Mən cəfəngiyyat teatrına məftunam, amma bu, axmaq lətifəyə bənzəyir..."
01 Dec 2023 | 17:41
İranda polis qüvvələri ilə silahlı qarşıdurma olub, ölənlər və yaralanan var - VİDEO
01 Dec 2023 | 17:37
Tıxaclarla necə mübarizə aparaq - Tbilisi nəqliyyatının uğur yolu - VİDEO
01 Dec 2023 | 17:33
Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb
01 Dec 2023 | 17:29
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik etdi
01 Dec 2023 | 17:25
Polad Bülbüloğlu: "Ermənilərin Azərbaycandan getməsi ilə bağlı məsuliyyət Ermənistanın üzərinə düşür" - FOTO
01 Dec 2023 | 17:20
COP28 Azərbaycanın "yaşıl enerji" strategiyasının nümayişi üçün yaxşı platformadır - RƏY + FOTO
01 Dec 2023 | 17:17
702-ci Bölmədə İran həyəcanı - ŞƏRH
01 Dec 2023 | 17:15
Azərbaycanın daha iki güləşçisi Bakıdakı dünya çempionatında medal qazanıb
01 Dec 2023 | 17:12
Azərbaycan ABŞ şirkəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək
01 Dec 2023 | 17:10
Azərbaycanda neçə nəfər qrip əleyhinə peyvənd vurdurub?
01 Dec 2023 | 17:05
“Gecələr yata bilmirdim, elə bilirdim ki, yatsam, oyananda Laçında olmayacağam” - FOTOREPORTAJ
01 Dec 2023 | 17:02
ABŞ-dəki məşqçilər azərbaycanlı basketbolçunun inkişafını yüksək qiymətləndirib
01 Dec 2023 | 17:00
"Rusiya öz mövqelərini möhkəmləndirir və təşəbbüsü ələ keçirməyə cəhd göstərir" - fon der Leyen
GÜNLÜK
01 Dec 2023 | 07:23
“Paşinyan İttifaq dövlətinə qoşulacaq...” -Karapetyantsdan gözlənilməz ehtimal...
01 Dec 2023 | 09:32
“O illərdə xoşbəxt yox, bədbəxt idim, sanki yaşamırdım”-FOTOLAR
01 Dec 2023 | 10:17
Vardanyan hansı məşhur simalarla işbirliyində olub? - İstintaqda ŞOK SİRLƏR açıldı - VİDEO
01 Dec 2023 | 09:39
“Bəxtiyar Vahabzadə yolda saxlayıb soruşdu ki, ansamblının adını niyə “Röya” qoymusan?”-FOTO+ÖZƏL
01 Dec 2023 | 12:12
Naxçıvan səhiyyəsində yenilik: Orqan transplantasiyası əməliyyatları aparılacaq
01 Dec 2023 | 09:44
“Şurtvatsların Qarabağdan kütləvi köçü ilk növbədə Rusiya üçün gözlənilməz oldu...”
01 Dec 2023 | 13:34
Xatirə İslama qarşı dələduzluq edilib - FOTO
01 Dec 2023 | 14:20
Qarabağın separatçı erməniləri “Daşnaksütyun”la birləşirlər: Paşinyan hökumətinə qarşı təhlükə - ŞƏRH + FOTO
01 Dec 2023 | 09:44
"Ürəyə hökm etmək olmaz": Nazarbayev "müsəlman adətilə" ikinci həyat yoldaşı olan məşuqəsindən danışıb
01 Dec 2023 | 09:30
“Laçının itkisiz azad olunması Azərbaycanın tarixi-diplomatik uğurudur”
HƏFTƏLİK
25 Nov 2023 | 08:22
Şahramanyan dedi ki, 23 saatlıq əməliyyatdan sonra...
25 Nov 2023 | 16:45
“Deyim ki, yox, sənə ev vermirəm?” – Anar sürücüsü və katibəsinə ev verdiyini təsdiqlədi
27 Nov 2023 | 12:50
“Kinostudiya rəhmətə gedib, mən də ölümümü gözləyirəm, üzdəniraqlar televiziyadan millətə dərs keçir”
28 Nov 2023 | 11:11
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
28 Nov 2023 | 22:32
Şəhidin evinə oğru girdi- “Şəhidin ildönümü üçün yığılan pulu oğurlayıblar” - ÖZƏL
26 Nov 2023 | 13:27
“Filarmoniyada rəhbər işlədiyim illərdə Elmira Rəhimova, Flora Kərimova və Şövkət xanımın etdiyi yaxşılıqları unutmaram”-FOTO+VİDEO
26 Nov 2023 | 12:23
Kəlbəcərdə möcuzəvi tikili: Dünyanın ən böyük tunellərindən birinin görüntüləri (VİDEO)
26 Nov 2023 | 19:39
"Nə zamansa biz rus qızları ilə evlənmişik, həyat yoldaşlarımız bizimlədir..."
30 Nov 2023 | 09:56
Erməni aktyor Azərbaycan ziyalılarıyla görüşə hazır olduğunu bəyan etdi... Amma vasitəçisiz...
26 Nov 2023 | 15:27
"Belə bir təxribata əl atarlarsa Zəngəzura qoşun yeridilməli və..." - Qüdrət Həsənquliyev
AYLIQ
01 Dec 2023 | 07:23
“Paşinyan İttifaq dövlətinə qoşulacaq...” -Karapetyantsdan gözlənilməz ehtimal...
01 Dec 2023 | 09:32
“O illərdə xoşbəxt yox, bədbəxt idim, sanki yaşamırdım”-FOTOLAR
01 Dec 2023 | 10:17
Vardanyan hansı məşhur simalarla işbirliyində olub? - İstintaqda ŞOK SİRLƏR açıldı - VİDEO
01 Dec 2023 | 09:39
“Bəxtiyar Vahabzadə yolda saxlayıb soruşdu ki, ansamblının adını niyə “Röya” qoymusan?”-FOTO+ÖZƏL
01 Dec 2023 | 12:12
Naxçıvan səhiyyəsində yenilik: Orqan transplantasiyası əməliyyatları aparılacaq
01 Dec 2023 | 09:44
“Şurtvatsların Qarabağdan kütləvi köçü ilk növbədə Rusiya üçün gözlənilməz oldu...”
01 Dec 2023 | 13:34
Xatirə İslama qarşı dələduzluq edilib - FOTO
01 Dec 2023 | 14:20
Qarabağın separatçı erməniləri “Daşnaksütyun”la birləşirlər: Paşinyan hökumətinə qarşı təhlükə - ŞƏRH + FOTO
01 Dec 2023 | 09:44
"Ürəyə hökm etmək olmaz": Nazarbayev "müsəlman adətilə" ikinci həyat yoldaşı olan məşuqəsindən danışıb
01 Dec 2023 | 09:30
“Laçının itkisiz azad olunması Azərbaycanın tarixi-diplomatik uğurudur”