Bizi sosial şəbəkələrdən izləyin:
"Tailand dayanıqlı kənd təsərrüfatı, ərzaq istehsalı və təmiz enerji kimi sahələrdə Azərbaycanın dövlət qurumları və korporasiyaları ilə geniş əməkdaşlıq edə bilər".
Bunu "Report"a müsahibəsində Tailand Krallığının Ankarada iqamət edən Azərbaycan üzrə fövqəladə və səlahiyyətli səfiri Apirat Suqondhabhirom deyib.
Onun sözlərinə görə, hər iki ölkənin böyük əhəmiyyət verdiyi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq ərzaq təhlükəsizliyi üçün əsas məsələdir:
"Hesab edirəm ki, Tailand və Azərbaycan da qida sənayesinin potensialında məhsul və inqrediyentlərlə zəngindir. Tailand kənd təsərrüfatı məhsulları və qida emalı sənayesində böyük təcrübəyə malikdir. Tailanddakı həm dövlət qurumları, həm də bu sahələrdə özəl sektorlar Tədqiqat və İnkişaf (R&D), texnologiyanın ötürülməsi və insan resurslarının inkişafı sahələrində böyük uğurlar qazanıb. Tailand qida texnologiyasında halal məhsul sertifikatına sahibdir ki, bu da dünyanın ən yaxşı markalarından biridir".
Səfir qeyd edib ki, hazırda Tailand Xarici İşlər Nazirliyi yanında Tailand Beynəlxalq Əməkdaşlıq Agentliyi (TİCA) vasitəsilə artıq bir çox azərbaycanlı ölkəmizdə qida təhlükəsizliyi üzrə kurslarda təhsil almaq üçün təqaüd haqqı qazanıb: "Tailand qida təhlükəsizliyi təcrübəsinə malik olduğu sahələrdə insan resurslarının artırılması istiqamətində Azərbaycana dəstəyini davam etdirməyi nəzərdə tutur ki, bu da ona bir nümunədir. Odur ki, Tailand dayanıqlı kənd təsərrüfatı, ərzaq istehsalı və təmiz enerji kimi sahələrdə Azərbaycanın dövlət qurumları və korporasiyaları ilə geniş əməkdaşlıq edə bilər".