"İnsan Allahdan öncə anasını görür" - Xalq yazıçısı ilə MÜSAHİBƏ
Oxunub: 3378
24 May 2022 | 20:02
Moderator.az Xalq  yazıçısı Çingiz Abdullayevin lent.az -a müsahibəsini təqdim edir:.
 
Uzun müddətdir görüşmək üçün can atsam da,  onun uyğun zamanı olmurdu. Özlüyümdə bu qədər görüşlərə, səfərlərə fiziki olaraq necə enerji çatdıra bilməsinə təəccüblənirdim. Nəhayət, görüşdük. Söhbət zamanı nə qədər alicənab, səmimi insan olmasının canlı şahidi oldum. Nə gizlədim, bütün qadınlar kimi mən də cənab “Dronqo”nun pərəstişkarına çevrildim. İlk başda mənə yorğun təsir bağışladı, elə söhbətə də belə başladıq.
 
Tanrı qəsdən İblisi yaradıb ki, insan seçim edə bilsin
 
- Yorğun görünürsünüz.
 
- Həddən artıq görüşlərim olur, yorğun görünməm normaldır. Köməkçilərim hesablayıblar, bu günə qədər ümumilikdə 170 məktəbdə görüşüm olub. Bu ay  Tibb Universitetində, Prokurorluqda görüşlərim oldu, Şuşaya, Gəncəyə səfər etdim. Sabah 3 tədbirim var. Ramanada oxucularla bir görüşüm olasıdır. Bu görüşlərdən sonra 5 nəfər  kitab oxusa, bu artıq uğurdur.
 
- Bu qədər görüşləriniz səfərləriniz olur. Bəs  yazmağa necə zaman tapırsınız?
 
- Gecələr. Çox az yatıram. Görüşlərə dəvət edirlər, getməyəndə də inciyirlər. 2 ay öncə  yazılanlar var. Sabirabad, Naxçıvan, Quba  küsüb.
 
- Kimsənin kiminsə kitabını oxumadığı bir dövrə gəlib çıxmışıq. Sözün həqiqi və məcazi mənasında. Bu  yazıçılar  üçün ağrılı bir məqam olmalıdır...
 
- Universitetlərdən birində görüş zamanı bu sözü dekan müavini də demişdi. Mən dedim “kim mənim kitabımı oxumayıb, əlini qaldırsın”. 500 nəfərdən bir neçə nəfər əl qaldırdı. Mən şəkərbura deyiləm ki, hamı bəyənsin, məni oxumaz, başqasını oxuyar. Bizim gələcəyimiz bu nəsillərin əlindədir. Kitab başqa bir dünyadır və o həmişə oxunacaq. Düzdür, internet var, telekanallar var, amma kitab müqəddəsdir. Nəsimini, Nizamini bu gün oxumurlarmı? Oxuyurlar. Bütün dinlər kitabdan başlayıb. Kitab möcüzələrin açarıdır.
 
- Kitablarınızın əsas prinsipi  insan olmağı öyrətməkdir? Bir əsərinizdə “İnsan olmaq çətindir” yazmışdınız...
 
- Mənim əsas prinsipim Allah tərəfində  vuruşmağa inandırmaqdır. İnanmaq lazımdır. Borxes demişdi ki, insanlar heç olmasa, bircə faiz Tanrının varlığına inanmalıdırlar. Hamımızı Tanrı yaradıbsa, onda İblisi də  Tanrı yardıb. Nəyə görə yaradıb? Tanrı qəsdən İblisi yaradıb ki, insan seçim edə bilsin. Mən inanıram ki, kitablarımla insanlara Allah tərəfini seçməyə kömək edirəm. Belə bir kitabım da var-”Allah tərəfində”
 
- Siz müsəlmansınız?
 
- Əlbəttə. Mən Məkkədə, Mədinədə, Kərbəlada, Qüdsdə, Məşhəddə olmuşam. İmam Hüseyni, onun inancı, ideyaları yolunda həlak olmasını qəhrəmanlıq hesab edirəm.
Çox istərdim axirət olsun, bunu ən çox mən istərdim. Elə ona görə deyirəm ki, insan olmaq çətindir. Tanrıdan qorxmadan, hansısa mükafat gözləmədən insan kimi yaşamaq asan deyil. Elə yaşamalısan ki, öləndə səni heç olmasa 10 ləyaqətli insan  dəfn eləsin. Hər şey bu dünyadadır. Bax İslamda deyirlər ki, 3 qızı olanın yeri Cənnətdir. Mən deyirəm ki, kimin 3 qızı varsa, o cənnəti elə burda yaşayacaq. O qızlar atalarını elə sevəcək, elə əzizləyəcəklər ki,  ata özünü  Cənnətdə hesab edəcək.
 
- İmkan olsaydı, o tərəfdə kiminlə yoldaş olmaq və ya görüşmək istərdiniz?
 
- Belə bir imkan olsaydı, atamla danışmaq istərdim. Onunla yuxularımda çox  danışıram. Ən az ayda 2 dəfə. Mən valideynlərimi doya-doya görmüşəm, amma yenə də çox yaşamalarını  istəyərdim. Nə qədər ata-ana yaşayır, deməli, sən hələ uşaqsan, xoşbəxtsən. Biz valideynlərimizə onları sevdiyimizi dönə-dönə deməliyik. Bir dəfə məndən radioda nəyi eləmədiyimi soruşdular. Dedim “atama onu sevdiyimi deməmişəm və buna görə çox peşmanam. Baxmayaraq ki, biz dost kimi idik onunla”. Bu sözü deyəndə dostum Bəhram Bağırzadə hönkür-hönkür ağladı və dedi ki, mən də deyə bilməmişəm. Nə qədər ki, biz onları itirməmişik, bunu deməliyik. Utanırıq ata- anaya öz sevgimizi bildirməyə. Deyin, bəlkə bununla onların ömrünü 3-4 gün uzadacaqsınız. Ən böyük xoşbəxtlik odur ki, evinə qayıdıb atanı-ananı evdə görürsən.
 
Kişi qadını döyürsə, incidirsə, arxaya itələyirsə o ümumiyyətlə kişi deyil
 
- Qadınlara da fərqli bir münasibətiniz var?
 
- Əsl kişi münasibəti (gülür)
 
- Amma hər kişi də sizin kimi düşünmür. Bizdə kişilər sevgini də, sahiblənməyi də fəqrli anlayırlar. Tipik Azərbaycan kişisinin fikrincə qadın  hər sahədə ondan bir neçə addım geridə dayanmalıdır.
 
- Ağıl uşağa anadan keçir.Ona görə qadın savadlı güclü olmaldır. Qadın və kişilər iki ayrı sivilizasiyadır. Əgər kişi qadını döyürsə, incidirsə, arxaya itələyirsə o ümumiyyətlə kişi deyil. Axı biz anadan olanda ilk olaraq Allahı görmürük, anamızı görürük, qadını görürük. Bunu eşitmək istəmirsənsə, heç olmasa müsəlman kimi yadına sal, peyğəmbər “cənnət  anaların ayağı altındadır” demişdi.
 
- Məsələ ondadır ki , həmin kişilər analarına qarşı yox, xanımlarına qarşı kobud mövqe sərgiləyirlər.
 
- Birincisi o qadın da ana olur gec və ya tez. İkincisi xanımına qarşı pis olan kişinin, elə anasına qarşı da da münasibəti düz olmayıb. Qızını sevən adam  imkan verməz ki, arvadını əzələr. Evi idarə edən qadındır. Uşaqla məşğul olan  qadındır. Kişi evdə pərdə, pal-paltar, qab-qacaq davası eləsə, nə kişidir. Kişi getsin pul qazansın,ailəsini dolandırsın, vuruşsun, vətəni qorusun. Qadının 30, kişinin 40 yaşında xarakteri oturuşur. Dünyaya övlad gətirən qadın dünyanın ən böyük sirrini bilir. Onun fikri harda olsa da, intuitiv bir xətlə  övladına bağlıdır. Ana olan qadın möcüzədir və o bilir ki, onun həyatından daha  vacib bir şey var-övladının həyatı.
 
- Cəmiyyətin kişilərini özünüzə qarşı qaldırmaqdan qorxmursunuz?
 
- Yox qorxmuram, əsl kişilər məni başa düşəcək. Kişi getsin bir dəfə doğsun, görsün qadın olmaq nə deməkdir. Bizim ölkədə 4 vacib vəzifədən ikisini qadınlar tutub. Vitse-prezident və parlament spikeri. Qadın hüquları şərqdə ilk dəfə Azərbaycanda təsbit edilib. Sadəcə, cəmiyyətimiz özü-özünə divarlar hörüb və bunun içində özünü əzir. Murad Adıgözəlzadə mənim dostumdur, onun 4 qızı, bir oğlu var. Deyirəm Cənnətdə sənin ayağının altına qırmızı xalı sərib gözləyəcəklər. VİP yerin hazırdır. Hər bir ata qızı olandan sonra başa düşür ki, ondan böyük hədiyyə ola bilməzdi. Mən qızımın toyunda dedim, hər qadının həyatında 3 sevdiyi kişi olmalıdır. Atası, əri və oğlu. Qadını bu 3 kişinin məhəbbəti qorumalıdır.
 
- İslamda qadına hörmətdən danışdınız, amma bizim kişilər də islamdan ən çox özlərinə yarayanı əzbərləyirlər.
 
- Hə, 4 dəfə evlənmək məsələsini( gülür). Qadınları müdafiə etməyəcəksə, ziyalılar nəyə lazımdır? Biz kütləni aparmalıyıq, kütlə bizi yox. Əsrlər boyu sevgidən məhəbəbətdən yazmışıq. Məhəbbətdə bir tərəf kişidirsə, bir tərəf də qadındır.
 
- "Sevgi iki nəfərin valsıdır" deyə eşitmişdim. Bizdə sevgi də, ailə qurmaq da “Yallı” kimi kollektiv məsələyə çevrilir.
 
- Ata-ana əlbəttə məsləhət verməlidirlər. Zor tətbiq etmədən. Xoşbəxt ailə xoşbəxt uşaqlar deməkdir. Bizdə boşanmış kişi sərbəst adamdır, subay oğlan kimi yenidən evlənə bilər, boşanmış qadın isə çox ağrılar yaşamalı olur. Cəmiyyət qadınları anlamalıdır. Qadın deməsin, gülməsin niyə? Bəzən deyirlər kişilər qalmayıb. Qalıb. 3000 şəhid vermişik, mən inandım ki bizim gözəl kişilərimiz yetişib. Onlar bizə inanıb həyatlarından keçiblər. O 3000 nəfər əsl kişilər idilər.Uşaq evdə atanın daim zorakılıq etdiyini görürsə, hansı psixologiya ilə böyüyəcək?
 
Bütün qadınların sevdiyi bir kişi-Dünyada onun  adına 6 qadın klubu var
 
-Tək qalsaydınız sizcə uşaqlarınızı tək yetişdirə bilərdiniz?
 
- Onu deyə bilmərəm. 35 ildir ailəliyəm və bunu heç düşünməmişəm.
 
- Evdə xanıma zarafatla deyirsinizmi ki, məni bərk qoru, sevənlərim çoxdur?                    
 
- Bilir. Dünyada Çingiz Abdullayev adına 6 qadın klubu var. Qırğızıstanda mənə həsr olunmuş “Dronqo” klubu var prezidenti Qırğısıztanın eksprezidenti Roza Otunbayeva idi. Yığışırlar, danışırlar, yəni bu qadınlar hamısı birləşib, bir kişini sevirlər və o kişi indi sizinlə danışır (gülür).
 
- Xanımınız sizi anlaya bilir ?
 
- Əsas odur, məni insan kimi başa düşür. Yazıçı kimi anlamasa da olar. 
 
- Məşhur bir kişinin xanımı olmaq  asan yük olmamalıydı.
 
- Məncə də asan deyildi. Bir gün mən və bir məşhur dostum pillələri qalxırdıq və arxadan 5 xanım gəlirdi. O, əlini pilləkənin məhəccərinə söykəyib yuxarı qalxdıqca, arxadan gələn xanımlar  onun əli dəyən yerdən öpürdülər. Söhbət Müslüm Maqomayevdən gedir. Qadınlar onun mindiyi avtomobili havaya qaldırmışdılar, ağ  “Volqa” pomada izlərindən qıpqırmızı olmuşdu. Onda Tamara Sinyavskaya dünyanı dağıtmalıydı?
 
- Bir az da övladlarınızdan danışaq. Uşaqların karyerasında sizin rolunuz olub?
 
- Onların şəkillərini heç yerdə vermirəm. Sevmirlər. Adlarını çəkmirəm. Uşaqlar  hüquqşünadırlar. Qızım rəssam kimi ən gözəl  rəssamların ensklopediyasına daxil edilmişdi, bununla belə o da mənim kimi hüquqşünaslığı seçdi. Biz ailəliklə hüquqşünasıq. 8 il  bu sahədə işləmişəm. Ailəmdən danışmışkən bir maraqlı məqamı da yada salım. Mən ən cavan Xalq yazıçısı adını almış insanam. Bu ad mənə 45 yaşımda verilib. Adətən bu adı ən tez 60, 70, 80 yaşda alırlar. 50 yaşdan tez heç kəs almayıb. 50 yaşda bu ad bircə Səməd Vurğuna verilib. Mənə veriləndə 3 gün gözlədim, desinlər ki, bu bir zarafat idi.
 
- Yaratdığınız obrazlarda, qəhrəmanlarınızda sizdən nələrsə varmı?
 
- Mütləq . Geyimlərində, xarici görünüşlərində mütləq məndən bir şeylər var. Mənim geyindiyim brendlər, istifadə etdiyim ətirlər onlarda da var. 32 dildə, 30 milyon kitabım nəşr olunub. İnsanlar mənim özümə yox, kitablarıma, ordakı obrazlara vurulublar
 
- Əsərlərinizdə qadın duyğularını həddən artıq inandırıcı verirsiniz. Bu qədər həssaslıq hardandır?
 
- Bilirsinizmi, Tolstoy “Hərb  və sülh” romanında qadının doğuş sancılarını çox real verirdi, bu o demək idi ki, o doğuş sancısı çəkmişdi? Bu sadəcə hiss etməkdir.Yazıçı göyləri də görür, cəhənnəmi də. Rasim Ocaqov və Emin Sabitoğlu deyirdi ki, sən əslində dedektiv yazmırsan, sən  tənhalığın təsvirini verə bilirsən, hər insanın ürəyində kiçik bir məzarlıq var. Sadəcə sevmək lazımdır. Hemenquey deyirdi ki, mən sevməsəm yaza bilməyəcəm. Mən də sevmədiym gün yaza bilmərəm.
 
- Sizcə neçə yaşa qədər sevəcəksiniz?
 
-  Atam deyirdi ki, kişi 80 yaşından sonra müəyyənləşdirir, sevir yoxsa sevmir. Mən də görünür ölənə qədər sevəcəyəm. İnsan özünə yaxşı baxmalıdır. Mən hələ siqaretin dadını bilmirəm. İçki içmirəm. Yalnız təyyarəyə  minəndə 100 qram içirəm. Mən təyyarədə yanmışam, qəzaya düşmüşəm, ona görə  sakitləşim deyə içirəm. 200 qr içsəm lap rahat olaram. 300 qr içsəm onda uçmaq  üçün mənə təyyarə lazım olmayacaq, təyyarənin qanadlarının yanında uçaram (gülür). 
 
- Sizi bəlkə də insanların sizə olan sevgisini görmək də  güclü və gənc saxlayır.
 
-  Yaradıcılıq təvazökarlıq sevmir. Yazıçı yazır ki, oxunsun, indi insanlar sosial şəbəkələrdə like xatirinə şəkillər paylaşırlar, sən yazırsansa oxunmalıdır,  görünməlidir, bilinməlidir. Mən  duyğularımın oxunmasını sevirəm. Həddən artıq diqqət bir qədər insanı poza bilir. Bəlkə məni də pozubdur. Amma bu özlüyündə insana güc verir, enerji mənbəyidir. Dünyada elə bir kişi yoxdur desin ki, mən dost olmuşamsa sadiq olmamışam və elə bir qadın yoxdur desin ki, mən onu incitmişəm, aldatmışam. 
 
- 81 ölkədə olmusunuz. Müxtəlif mədəniyyətlər, cəmiyyətlər  görmüsünüz.
 
- Həm də müxtəlif xalqarın qadınlarını (gülür)
 
- Hə qadınları da soruşum onda. Cəmiyyətimizi və qadınlarımızı müqayisə edəndə, nə deyə bilərsiniz?
 
- Qadınlarımız ailə üçün özlərini qurban verəcək qədər fədakardırlar. Xaricdə qadın-kişi dalaşanda dava məhkəməyə gedir, qadın  kişinin bütün sirlərini açıb tökür. Bizdə dalaşsalar da, barışırlar və qadın hər bir halda kişini müdafiə edir. Cəmiyyətimizin  qüsurları olsa da, yaxşı cəhətləri çoxdur. O qədər eybəcər adətləri olan xalqlar var. Bizdə böyüyə kiçiyə hörmət, dəyərlərimizə sayğı var. Bəzi şeylər bizdə asan deyil. Düşünürəm ki, ikinci dəfə seçmək imkanım olsaydı, mən yenə Azərbaycanı, yenə Bakını seçərdim.
 
- Çingiz müəllim, bu qədər  sevilirsiniz, pərəstişkarlarınız var. Müxtəlif ölkələrdə çoxlu sayda  qadın tanışlarınız var? Başqa övladlarınızın olmadığına əminsiniz?
 
- 40-dan sonra heç bir kişi buna əmin ola bilməz(gülür).
 
- Olsa, qəbul edərdiniz?
 
- Yəqin sevinərdim (gülür). Əlbəttə, bütün bunlar hamısı zarafatdır.
Oxşar xəbərlər
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
GÜNLÜK
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 16:51
"ABŞ NATO ərazisinin hər qarışını qətiyyətlə müdafiə edəcək" - Pentaqon
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 16:51
"ABŞ NATO ərazisinin hər qarışını qətiyyətlə müdafiə edəcək" - Pentaqon
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı