"Biz Ermənistan adlı dövləti tanımırıq..."
Müsahibə
Oxunub: 3437
12 May 2022 | 15:40
Moderator.az Türkiyənin Kayseri şəhərindəki Erciyes universitetinin professoru Qafar Çaxmaqlının Turan İnformasiya Agentliyinə müsahibəsini təqdim edir:
 
 
Turan: Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası 2017-ci ilin mayında Doğu Perinçekin lehinə qərar qəbul edəndən sonra sanki Türkiyə `erməni soyqırımı` iddialarının başa çatdığına inandı.Siz necə qiymətləndirirsiniz?
 
Çaxmaqlı: Doğu Perinçekin şikayəti “erməni soyqırımı” ideologiyasıyla   bağlı Ermənistan dövlətinin və Diaspoarsının dünyada apardığı  antitürk fəaliyyətlərinə önəmli ölçüdə zərbə vurdu. Buna qədər onlar zənn edirdilər ki, beynəlxalq məhkəmələrdə Türkiyəni məhkum edən qəararlar çıxarda biləcəklər. Ortaya o çıxdı ki, dünyanın müxtəlif ölkələrinin parlamentlərinə təqdim olunan və qəbul edilən “erməni soyqırımı” qəraları siyasi xarakter daşımışdır və onun heç bir hüquqi bağlayıcılığı yoxdur. Hər hansı  cinayətin isbatı üçün məhkəmə qərarı olmalıdır və Avropa İnsan Haqları  Məhkəməsinin Doğu Perincək lehinə çıxardığı  qərar da ermənilərin həmin məsələ ilə bağlı müraciət etmə imkanını məhdudlaşdırdı. Amma bu o demək deyildir ki, həmin məsələ ilə bağlı ermənilər AİHM-nə müraciət edə bilməyəcəklər. Və ya illərlə üzzərində durduqları bu görüşdən imtina edəcəklər. Bu mənada Doğu bəyin məhkəmədə qazandığı dava müəyyən mənada qələbə sayıla bilər. Əsas odur ki, ermənilərin parlamentlərə təqdim etdikləri Qanun layihələrində  1915 hadisələrinin   cinayət olduğu nəticəsi çıxarılmayacaq.  Ermənilərin təqdim etdikləri layihələrə daxil edilən “sənədlər” saxta və müxtəlif yazarların xatirələrinə, bir romançının yazdıqlarından vəs. ibarət olduğundan onlar hüquqi sənəd kimi qəbul edilə bilməz. Həm də soyqırım cinayəti ilə bağlı 1948-ci ildə BMT-nin qəbul etdiyi Konvensiya var, erməni iddiaları həmin Konvensiyanın maddələrinə ziddiyyət təşkil edir.
 
Tarixə baxsaq, 1915 27 May tarixli Osmanlı dövlətinin Köçürülməylə  bağlı çıxardığı qərar, yəni ölkənin bir yerində yaşayan erməni əhalinin ölkənin  başqa bir ərazisinə müvəqqəti köç etdirilməsi həmin ölkənin qanuni haqqı idi və müharibənin diqtə etdiyi məcburi addım kimi çox dəqiqliklə yerinə yetirilmişdir və bu zaman heç bir soyqırım suçu işlənməmişdir. Ermənilərin hər il hay-küy qaldırdıqları 24 apreldə də insan ölümü ilə nəticələnən bir hadisə baş verməmişdir. İstanbulda üsyan çıxaran 235 erməni fəalı həbs edilmiş və onların çoxu da bir qədər sonra sərbəst qalmışdır.Məsələn, onlardan biri bəstəkar Komitas sonralar Fransaya köçmüş orada yaşamışdır. 1930-cu ildə o ağlını itirmişdir, ermənilər indi belə təbliğat aparırlar ki, 1915-də Komitas həbs olunmasaydı, 30-cu ildə dəli olmayacaqdı. Ermənilərin “soyqırım”  təbliğat bax belə saçma iddialardan ibarətdir.
 
Turan: Köçrülmə vaxtı  ermənilər heç itki verməmişdilərmi?  
 
Çaxmaqlı: Əlbəttə olmuşdur. Bunu danmırıq. Müharibənin ağır şərtlərini həm də  müxtəlif bulaşıcı xəstəliklər müşaiət etmişdir. Xəstəlikdən və başqa səbəblərdən yüz minlərlə insanlar ölmüşdür, həm də təkcə ermənilər deyil, türk- müsəlman əhali arasında itkilər olmuşdur, köç etdirilən erməni karvanlarına qaçaq quldur dəstələrinin basqınları da olmuşdur, öldürülüb mal- mülkünün yağamalanması kimi hallar da olmuşdur. Dirəniş göstərən üsyançı silahlı erməni qruplara qarşı da müxtəlif yerlərdə əməliyyatlar keçirilmişdir.  Amma dövlət bütün gücü ilə öz vətəndaşlarını  qorumaq tədbirlərini almışdır. Amma yenə insan ölümləri ilə nəticələnən hadisələrdən qaçmaq mümkün olmamışdır. Osmanlı dövlətinin məqsədi erməniləri fiziki cəhətdən aradan qaldırmaq olsaydı, niyə köç etdirdiyi ərazilərdə bunu edirdi, elə yaşadıqları yerlərdə məsələni həll edərdi. 
 
Dövlətin bir milləti ortadan qaldırmaq siyasəti olmamsını dünyanın ən məşhur tarixçiləri də təsdiq edir Bu yaxınlarda Türkiyə Respublikası Kommunikasiya  başkanlığının təşkil etdiyi 1915 olayları konfransına dünyanın ən məşhur tarixçiləri, ermənişünas alimləri, hüquqşünaslar qatılmışdı. Bu konfransda mənim də məruzəm oldu. 1918-1920- ci illərdə erməni dilində çıxan qəzetlərdə erməni- türk münassibətlərini anlatdım. O dövrdə hətta ən qatı erməni milliyətçilərin belə çıxardığı mətbuat orqanlarında yaşanan olaylar indiki kimi bir millətə qarşı “soyqırım”və yaxud planlaşdırılmış qətl kimi keçmir. Əksinə o dövrün qəzetlərində ermənilərin özləri suçlanır və Türkiyənin yeganə dost ölkə olacağı və onunla münasibət qurulmasının alternativi olmadığı dilə gətirilir.  Erməni heyəti  aylarla İstanbulda qalıb Tələt paşa, Ənvər paşa, Xəlil paşadan yardım istəyirlər,  Türkiyə ilə dost olmağı özlərinə şərəf bilirlər. Əlbəttə, o illərdə ermənilərin “soyqırıma məruz qalması” fikri də olmamışdır.
 
Turan: Prezident Bidenın 2 ildən bəri 24 aprel müraciətində  `soyqırım` deməsi Türkiyədə bir neçə saatlıq eyforik vəziyyət yaradandan sonra unudulub gedir.Sizcə,Qərbdəki erməni diasporası da bu istiqamətdəki işləri zəiflədibmi?
 
Çaxmaqlı: Bundan əvvəlki  heç bir ABŞ prezidenti  24 aprel çıxışlarında bu sözü  işlətməmişdi. Çünki yalanı anlamışdılar.  Əslində Amerika hakimiyyət dairələrində çox gözəl bilirlər ki, 1915 olayları “soyqırım” deyildir. Amma siyasi mübarizədə , ABŞ- da yaşayan erməni seçicilərinin səsini almaq üçün bu  vasitədən istifadə etmək istəyənlər də olmuşdur. Elə prezident var idi ki,  seçki ərəfəsində bu sözcüyü işlədəyəcəyini söz verirdi, amma seçkidən sonra demirdi. Məsələn, Barak Obama  “soyqırım” deyil, “böyük fəlakət “ demişdi. Baydenin  prezidentliyi elə bir dövrə təsadüf etdi ki, Türkiyə ilə ABŞ arasında bir çox məsələlərdə gərginlik hökm sürürdü, Bayden bundan Türkiyəyə qarşı təzyiq vasitəsi olaraq istifadə etməyə qalxdı.  Amma Amerika  dövlətinin içində bu hərəkətin yanlış olduğunu dərhal dilə gətirənlər oldu.
 
Bir çoxları bu məsələnin siyasət adamların işi olmadığını söyləməkdədirlər. Göründüyü kimi Baydenin bu il də söylədiyi “soyqırım” kəlməsi heç nəyi dəyişdirməmişdir.
 
Təzyiqlə, basqı ilə həyisə qəbul etdirmək mümkün deyil. Türkiyəyə isə bu yolla təzyiq etmək də mənasız cəhddir və onun heç bir mənası yoxdur. Məncə bunu anlamışlar. Bayden bu məsələni aydınlaşdırmaq üçün bir tarix komissiyasının yaradılması təklifi ilə çıxış etsəydi, daha anlamlı qarşılanardı. “Erməni soyqırımı”  ideolojisi içi boş ideologiya olduğunu həm dünya, həm də ermənilərin özləri anlamışlar. Onun  mənasız cəhdlər olduğu arxasındakı hədəflərin həyata keçirilməsinin mümkünsüzlüyü ilə bağlıdır. Ermənilərin özlərini dünyaya sunacağı başqa bir şeyləri olmadığınadan hələ ki “soyqırım”la çıxırlar və təbii ki, bu artıq ikrah doğurmaqdadır  və ildən ilə bu ideologiya da iflasa uğrayır. Çünki yalan üzərində, saxta sənədlərlə bir yerə qədər getmək olar.
 
Turan: Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində ilk addımlar atıldı,Ankara və İrəvan xüsusi təmsilçilər təyin edəndən sonra Moskvada ilk görüş keçirildi.O istiqamətdə görülən işlər varmı?
 
Çaxmaqlı: Hesab edirəm ki, Türkiyə baxımından  burada heç bir problem yoxdur, Türkiyə səmimi şəkildə öz qonşusu ilə münasibətlər qurmağa, sərhədlərini açmağa hazırdır, belə normallaşma əslində Ermənistana lazımdır, bunun reallaşması üçün Ermənistanın  bəzi məsələləri həll etməsi şərtdir. 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında iki protokol imzalanmışdı. Onun onaylanmaması ilə bağlı çoxlu fikirlər var. Amma əsas səbəb bu protokolların Ermənistan Konstitusiyası ilə ziddiyyət təşkil etməsi idi, çünki Ermənistan Konstitusiyası ilə Türkiyənin Şərqi Anadolu vilayətlərinə ərazi iddiaları bu baş qanunda təsbit olunub,hələ də qüvvədədir.
 
Bundan əvvəl isə Ermənistanın 1991-ci ildə Müstəqillik Bəyannaməsində də ərazi iddiaları vardı, 1995-də qəbul olunan Konstitusuyada bunlar var. İndi Ermənistan Türkiyənin torpaq bütünlüyünü tanıması üçün Konstitusyasını dəyişdirməsi lazımdır. Bu ölkədə Konstitusiyay dəyişiklik edilməsi üçün Komissiya yaradılıb. Amma bu “gözdən pərdə asmaqdır”. 
 
Təmasların davam etməsi üçün Ermənistan Türkiyə ilə münasibətlər qurulmasında heç bir  şərt irəli sürülməsini ortaya atır. Öz-özlüyündə artıq şərt ortadadır.  Bu ərazi iddiaalarından və ona bağlı olan “Erməni soyqırımı” deyilən fəaliyyətlərdən vaz keçilmədikcə hansı münasibətlərin qurulmasından söhbət gedə bilər?
 
Türkiyə bu məsələdə böyüklüyünü göstərir. 1918-ci ildə də Ermənistanın mövcudluğu üçün hər şeyi etmişdi. Hətta Azərbaycanla müharibə şəraitində olan dövlətə elə  Azərbaycanın özündən yanacaq, taxıl verilməsini istəmişdi və erməniləri aclıqdan xilas etmişdi.
 
İndi də təxminən həmin vəziyyətdir. Ermənistan Türkiyə ilə əlaqələri bərpa etməklə özünün xilasına nail ola bilər. Elə Azərbaycanla da həmçinin...
 
Danışıqlar davam edir, hələlik təmsilçilər səviyyəsində. Hansısa mərhələdə XİN səviyyəsində danışıqların davam etdiriləcəyi mümkündür.Beynəlxalq qurumlar və bəzi dövlətlər bunda maraqlı olduğundan Ermənistan belə bir anlaşmaya getməlidir.
 
Turan: Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair atılan addımlar Ermənistan tərəfində necə reaksiya görür?
 
Çaxmaqlı: Bu günlərdə Ermənistan həqiqətən “nə etməli? “sualı qarşısındadır. Türkiyə ilə münasibətlərin qurulmasına Ermənistan cəmiyyətinin reaksiyası fərqlidir. Onların bir qrupu, şovinistləşmiş siyasilər buna qarşı çıxırlar, Türkiyəyə hələ də düşmən gözü baxırlar, çox təəssüf ki, bunlar çoxluq təşkil edirlər. Hələ də onlar antitürk ruhunda olan qüvvələri  ətraflarına kütləni toplaya bilirlər, amma önların özlərinin önərəcəyi bir təklifləri də yoxdur. Başqa bir qrup qorxur ki, güclü  Türkiyə kapitalı Ermənistan iqtisadiyyatını əlinə alacaq, erməniləri qula çevirəcək. Hakimiyyət isə siyasi gedişlərin fonunda Ermənistanda öz hakimiyyətini qorumağı düşünür, xalq üçün nəfəs almaq imkanı yaratmaq da istəyir ki, onun dəstəyini alsın.
 
Türkiyəyə və dünyaya bir az bələd insanlar isə münassibətlərin normallaşması tərəfdarı kimi çıxış edənlər də vardır, amma onların səslərini eşidən yoxdur, çünki bu qrup azlıqdadır. Belə durumda hakimiyyətin qərarlı addımlar atması lazımdır, Paşinyan isə hələ belə cəsarət göstərmir. Onlar həm Azərbaycanla həm də Türkiyə ilə danışıqlar prosesinə  vaxt uzatmaq vasitəsi kimi baxırlar.
 
Turan: Sizin rəhbərliyiniz  altında 10  may 2020-ci ildə İrəvan Türk Cümhuriyyəti elan edildi,cümhuriyyətin atributlarını hazırlayıb  Millət və Məşvərət məclisini yaratdnız. Dövlət Şurası da fəaliyyət göstərir. İşlərinizin indiki mərhələriylə  bağlı məlumat verə bilərsinizmi?
 
Çaxmaqlı: İrəvan Türk Cümhuriyyətinin elan olunması zamanın tələbi idi, bizə qədər də belə təşəbbüslər olmuşdu. Ermənistan adlı dövlət bizim tarixi ərazilərimizddə qurulub, burada yaşayan milyonlarlaəhali öz ərazisindən çıxarılıb, öldürülüb, başlarına min müsibət gətirilib.
 
Qərbi Azərbaycan kökənli insanlar öz tarixi ərazilərinə dönmək istəyirlər. Bu onların təbii haqqıdır və indi biz beynəlxalq təəşkilatlardan bu haqqımızı tanımalarını tələb edirik. Fəaliyyətimizi haqlarımızı almaq istiqamətində davam etdiririk. Eyni zamanda təşkilati işləri aparmaqla İTC-ni bir yasal bir dövlət kimi  formalaşdırmağa və tanıtmağa yönəlik fəaliyyətimizi genişləndirirk.
 
Azərbaycan və Türkiyədə regional mərkəzlərin qurulmasına başlamışıq.  Daha çox İTC ideyasının reallaşdırılması yönündə işlərimizi davam etdiririk. Xalqımızın bu ideyaya sahib çıxmasını istəyirik. Biz Ermənistan adlı dövləti tanımırıq.
 
Mais Əlizadə
Oxşar xəbərlər
N.Tusi adına Klinika
00:45, Bu gün
Rübabə Muradovanın əldən-ələ keçən qavalının aqibəti Moderator.az-ın xüsusi araşdırmasında...
00:42, Bu gün
Sonsuzluqdan əziyyət çəkən qadın 9 uşaq doğdu: "9 tək rəqəmdir, birini də istəyərdim..."
00:23, Bu gün
İsrailin kənd təsərrüfatı naziri: “Azərbaycandan buğda almağa hazırıq”
00:01, Bu gün
Məşhur filmlərin bəstəkarı vəfat etdi
19 May 2022 | 23:41
Bu tərəvəzlər siqaretin zərərini azaltmağa kömək edəcək - Kərəviz, cəfəri və kök...
19 May 2022 | 23:37
“Deyirdi ki, uşaqlar ağlamasın, amma özü bizi ağlar qoyub getdi...” - FOTO
19 May 2022 | 22:45
Broyler toyuqlara iynə vurulur? - Mütəxəssis Şəlalə Zeynalovadan AÇIQLAMA + VİDEO
19 May 2022 | 22:24
“Fəxri adı mənə Zeynəb Xanlarova verdirdi, kənd uşağı olduğuma görə mənə dəstək oldu...”
19 May 2022 | 22:07
İlham Əliyevlə Paşinyanın bu tarixdə Brüsseldə görüşəcəyi iddia edildi...
19 May 2022 | 22:03
ABŞ Ukraynaya əlavə 100 milyon dollarlıq yardım edəcək
19 May 2022 | 22:00
"Mən ona atəş açmaq istəmirdim, anlayırdım ki, qarşımdakı mülki şəxsdir..."
19 May 2022 | 21:47
“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır
19 May 2022 | 20:47
“Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib
19 May 2022 | 20:32
BDU-da simvologiya haqqında təlim...
19 May 2022 | 20:30
"İnsanları qidalandıra bilmiriksə, deməli, münaqişələri qidalandırırıq"
19 May 2022 | 20:27
BDU kollektivi DTX-nın “Şöhrət” muzeyini ziyarət edib
19 May 2022 | 20:25
BDU-da “Kimya və kimya texnologiyası” mövzusunda Respublika elmi konfransı
19 May 2022 | 20:23
Biologiya fakültəsinin tələbələri istehsalat təcrübəsində...
19 May 2022 | 20:22
BDU-da elmi nəşrlərin beynəlxalq reytinq göstəricilərini yaxşılaşdırmaq imkanları müzakirə olunub
19 May 2022 | 20:18
Bugünədək Mediasiya Şurasına 15018 iş daxil olub
19 May 2022 | 19:19
"İran "Ağıllı kəndlər"in İsrail kəşfiyyatının bazaları olduğundan şübhələnir..."
19 May 2022 | 19:18
Ədliyyə naziri Şəmkirdə ətraf rayonlardan olan vətəndaşların qəbulunu keçirdi
19 May 2022 | 18:55
MN: “Azad edilən ərazilərdə 140 km-dən artıq yeni təminat yolu çəkilib” - FOTO/VİDEO
19 May 2022 | 18:41
SOCAR-ın vitse-prezidenti şirkətdə hansı kadrlara tələbat olduğunu AÇIQLADI
19 May 2022 | 18:30
Azərbaycana qarşı hücumlar və Ermənistanın himayəçiləri - ŞƏRH
19 May 2022 | 18:25
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunda dəyişiklik TƏSDİQLƏNDİ
19 May 2022 | 18:22
“Uşaq evində böyüdüm, 8 il həbs yatdım” - Nizami Rəmzinin oğlu
19 May 2022 | 18:21
Səfir: “Ukrayna Finlandiya və İsveç kimi tez bir zamanda NATO-ya üzv ola bilər”
19 May 2022 | 18:20
İki rayona yeni rəis TƏYİN EDİLDİ
19 May 2022 | 18:16
Bakıda oğlan ailə məsələsinə görə özünü öldürmək istədi
19 May 2022 | 18:12
İspaniyanın didərgin düşmüş keçmiş kralı illər sonra vətəninə qayıdır - FOTO
19 May 2022 | 18:05
"Bu gün mütləq şərin rəmzi olan bir ad və ona qarşı birləşən dünya mövcuddur"
19 May 2022 | 18:04
"Azəriqaz" İB-nin xanım əməkdaşı təqaüdə yola salındı
19 May 2022 | 17:54
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Qarabağa səfər edəcək
19 May 2022 | 17:52
“Putini kəsdilər və bu, hələ son deyil... -O, artıq Türkiyəyə uçmayacaq...”-VİDEO
19 May 2022 | 17:50
ABŞ-ın Ermənistandakı səfiri: "Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına..."
19 May 2022 | 17:49
Norveçin keçmiş deputatı Ukrayna uğrunda döyüşlərə qatılıb - FOTO
19 May 2022 | 17:48
ABŞ Rusiyanın neft gəlirlərinə zərbə vurmağa hazırlaşır
19 May 2022 | 17:47
Ukrayna kəşfiyyatı keçmiş deputatın qardaşını saxladı - şəhərdə partlayış planlayırmış
19 May 2022 | 17:40
Avropa Parlamentində Azərbaycanla əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO
19 May 2022 | 17:37
Məşhurlarımızın bilinməyən əsl adları - ARAŞDIRMA + FOTO
19 May 2022 | 17:31
Türkiyə razı olacaq, ancaq bunları alandan sonra...
19 May 2022 | 17:28
Fələstin səfiri: “Ümid edirəm ki, Qarabağda mina problemi tezliklə həllini tapacaq”
19 May 2022 | 17:25
Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”
19 May 2022 | 17:23
Bakıda polis maşını qadını vurub? - DYP-dən AÇIQLAMA - VİDEO
19 May 2022 | 17:12
Krım ssenarisi davam edəcək?.. - Kreml Xerson və Zaporojye barədə planlarını açıqlayıb...
19 May 2022 | 17:10
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ - FOTO/VİDEO
19 May 2022 | 17:10
Öhdəliklərə əməl etməyən İrəvan: Anklav, vassal, xidmətçi Ermənistan... - ŞƏRH
19 May 2022 | 17:08
Almaniya kansleri: "Putin daha sülh şərtlərini diktə etməyəcək"
19 May 2022 | 17:04
Sərdar Çam: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”
19 May 2022 | 17:04
Litvanın "INTA" şirkətinin nümayəndələri Azərbaycan-Litva biznes forumu səfəri çərçivəsində Gömrük Akademiyasında olublar
19 May 2022 | 16:59
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
19 May 2022 | 16:56
Bazarda qiymətlər AT BELİNDƏ - Ərzaq böhranından XİLAS YOLU...
19 May 2022 | 16:51
Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində İsveçdə keçirilən seminarda təmsil olunur
19 May 2022 | 16:48
Balıqovlama biletinin verilməsi dövlət rüsumuna cəlb olunacaq
19 May 2022 | 16:46
"Deyirlər sən düz söz deyənsən, yalandan tərifləməzsən, eləsi var, az qalır desin ki..."
19 May 2022 | 16:44
Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb
19 May 2022 | 16:43
BSU-da Məmməd Səid Ordubadinin 150 illik yubileyi qeyd olunub
19 May 2022 | 16:40
Türkiyənin tanınmış ədəbiyyatşünas alimi və yazıçısı Ali Kafkasyalı BDU-da
19 May 2022 | 16:40
Qusarda gənc oğlan anasının başını niyə kəsib? – ŞOK TƏFƏRRÜAT
19 May 2022 | 16:39
"Kadırovçular talançı, rusiyalı "spesnaz" daha qəddar və qaniçəndir, Omsk desantçıları isə..."
19 May 2022 | 16:35
Türkiyə və Azərbaycanda imtahan suallarını satan şəxslər həbs edildilər - RƏSMİ
19 May 2022 | 16:34
BDU alimlərinin həmmüəllif olduqları məqalə impakt faktorlu jurnalda çap olunub
19 May 2022 | 16:23
Azərbaycanda hibrid avtomobillərinə güzəştlər tətbiq edilməyə başlanılıb
19 May 2022 | 16:20
TDT-nin baş katibi: “Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyasının qələbəsidir”
19 May 2022 | 16:18
Bakının məşhur parkındakı yaşıllıqlar niyə məhv olur? - AÇIQLAMA
19 May 2022 | 16:17
Aydın Kərimov: “Şuşada birinci yaşayış kompleksinin tikintisi üzərində işlər aparılır”
19 May 2022 | 16:16
Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək
19 May 2022 | 16:11
İrəvan biolaboratoriyaları etiraf etdi: "Yalnız ermənilər çalışır"
19 May 2022 | 16:08
Rusiyalı deputat Finlandiya və İsveçi atom bombası ilə HƏDƏLƏDİ - VİDEO
19 May 2022 | 15:57
“Azəriqaz” İB yanında İctimai Şura növbəti monitorinq keçirib - FOTOLAR
19 May 2022 | 15:51
Çay daşlarından unikal sənət nümunələri yaradan Xaçmaz sakini - VİDEO
19 May 2022 | 15:44
Qənirə Paşayeva Xalq artistini 65 illik yubileyi münasibəti ilə təbrik edib - FOTO
19 May 2022 | 15:40
İndi də “Meymun çiçəyi” virusu yayılır - Ancaq kişilər yoluxur
19 May 2022 | 15:38
Qalmaqallı görüntülərindən danışan Renka: "Bu VİDEOdan sonra məclislərim çoxaldı"
19 May 2022 | 15:34
Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın tərkibini formalaşdırıb
19 May 2022 | 15:22
Hindistanlı turist Azərbaycan dağlarında YOXA ÇIXDI
19 May 2022 | 15:02
Arestoviç Rusiya ilə barışığın yeganə variantını AÇIQLADI
19 May 2022 | 15:01
Rusiya MN müharibədə istifadə olunan "Z" və "V" işarələrinin mənasına aydınlıq gətirib
19 May 2022 | 14:58
Prezident Administrasiyasında bu şöbə ləğv olundu
19 May 2022 | 14:56
“Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-da sertifikat və medala layiq görülüblər
19 May 2022 | 14:49
Sabah "Azəriqaz”ın növbəti “Açıq qapı” aksiyası keçiriləcək
19 May 2022 | 14:47
Zelenskinin Putinin qızı ilə görüşdüyü bəlli oldu...-"Der Spiegel” 
19 May 2022 | 14:41
Əli Həsənov Şahbaz Quliyevin ittihamlarına cavab verdi: “Şahbazı tanımıram"
19 May 2022 | 14:38
Azərbaycanlı tələbələr İsrailə səfər edəcəklər
19 May 2022 | 14:36
Ərdoğanın mesajından sonra geri addım – “Ankaranın şərtini yerinə yetirməsək..."
19 May 2022 | 14:36
"Hazırda ruslar səylərini bir şəhərin, bir kəndin, bəzən yolayrıcının ələ keçirilməsinə yönəldib"
19 May 2022 | 14:33
TƏBİB Qadir İbrahimlinin kəskin qaraciyər sirrozu olduğunu açıqlayıb, vəziyyəti ağırdır...
19 May 2022 | 14:33
Akademiyada vəzifə saxtakarlığı: Cinayət işi başlanıb
19 May 2022 | 14:32
İrəvan "Qazaxıstan ssenarisi"nə hazırlaşır?
19 May 2022 | 14:30
Şuşada beynəlxalq konfrans başlayıb - FOTO
19 May 2022 | 14:28
Paşinyan Azərbaycanı aldatdı? - Ermənistan üçün "ölüm zəngi" ÇALINIR
19 May 2022 | 14:28
BDU-da Beynəlxalq Muzeylər Günü qeyd olunub
19 May 2022 | 14:25
Cabir İmanov biznesə başladı
19 May 2022 | 14:25
BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün yeni imkan
19 May 2022 | 14:14
SOCAR işçisinin adı keçən şok cinayət işi: Yarım milyona yaxın pul... – TƏFƏRRÜAT
19 May 2022 | 14:10
İranda bahalığa qarşı etirazlar qızışır: Tanklar şəhər küçələrində, ölən və yaralananlar var - VİDEO
19 May 2022 | 14:08
Gəncə Avtomobil Zavodu ilə Belarusun iki müəssisəsi arasında memorandumlar imzalanıb - FOTO
19 May 2022 | 14:06
Sabina Katanovanın 130 min manatını mənimsəyən vəkil HƏBS EDİLDİ
19 May 2022 | 14:01
Ərdoğan: “İsveç əsl terror yuvasıdır”
GÜNLÜK
19 May 2022 | 10:26
“Bizi kənddən çıxarmaq istəsələr, silaha sarılacağıq...”-Laçının kəndindəki Andranik...
19 May 2022 | 07:55
Ukrayna aviasiyası Rusiyanın 20-yə yaxın zirehli texnikasını məhv etdi...
19 May 2022 | 11:25
Bizim inşaatçılar ermənilərin arasında Laçın dəhlizinə alternativ yolu belə çəkir...-REPORTAJ
19 May 2022 | 08:32
Rusiyada 12-ci hərbi komissarlıq da yandırıldı...-VİDEO
19 May 2022 | 09:16
10 yaşlı bədii qiraətçi Zəhra İmranlı Azərbaycan radiosunun keçirdiyi müsabiqədə birinci oldu -VİDEO
19 May 2022 | 14:47
Zelenskinin Putinin qızı ilə görüşdüyü bəlli oldu...-"Der Spiegel” 
19 May 2022 | 07:09
"Vaxtlı-vaxtında namaz qılmaq insanın gündəlik həyata uyğunlaşmasını təmin edir..."
19 May 2022 | 09:24
Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? - Özü açıqladı
19 May 2022 | 09:20
Taleh atasını öldürdüyü qızla 4 ay əvvəl evlənibmiş
19 May 2022 | 08:50
Vitse-spiker: “Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb”
HƏFTƏLİK
17 May 2022 | 01:19
“Zaura dedim ki, mənimlə zarafat etmə, canlı efirdə cavab qaytardım, dedi ki...”
16 May 2022 | 11:45
"Rusiya ordusu Sxinvalidə - Qarabağda ara qarışarsa, ora dəhliz açmaq üçün dayanıb...”
14 May 2022 | 11:25
“Bu dəfə atəşkəsin uzanmaması üçün ən əsas vəzifə Qarabağın məskunlaşdırılmasıdır...”
14 May 2022 | 12:59
Xüsusi təyinatlı komandirlər... - Əfsanəvi zabitlər kimlərdir?
16 May 2022 | 18:09
“Rusiyanın hazırkı elitası yalnız korrupsioner və oğrulardan ibarətdir...”
14 May 2022 | 17:54
“Hayastan” fondu Tərtər rayonu ərazisində yeni yol çəkilişini davam etdirir...-VİDEO
14 May 2022 | 12:51
"Nə zaman ki “biz” içimizdəki “mən”dən bir az yuxarı olacaq, onda xor oxuyacağıq..."
17 May 2022 | 21:08
Laçın rayonunun Rusiyanın nəzarətində qalan hissəsində son durum...-ARAŞDIRMA
18 May 2022 | 15:06
"Qarabağda erməni və azərbaycanlının belə yaxın dayandığını ilk dəfə gördüm..."-VİDEO
15 May 2022 | 10:21
“Bir gecəyə məşhurlaşdım, mahnımı oxuyaraq arxamca düşürdülər...”  - FOTOLAR
AYLIQ
19 May 2022 | 10:26
“Bizi kənddən çıxarmaq istəsələr, silaha sarılacağıq...”-Laçının kəndindəki Andranik...
19 May 2022 | 07:55
Ukrayna aviasiyası Rusiyanın 20-yə yaxın zirehli texnikasını məhv etdi...
19 May 2022 | 11:25
Bizim inşaatçılar ermənilərin arasında Laçın dəhlizinə alternativ yolu belə çəkir...-REPORTAJ
19 May 2022 | 08:32
Rusiyada 12-ci hərbi komissarlıq da yandırıldı...-VİDEO
19 May 2022 | 09:16
10 yaşlı bədii qiraətçi Zəhra İmranlı Azərbaycan radiosunun keçirdiyi müsabiqədə birinci oldu -VİDEO
19 May 2022 | 14:47
Zelenskinin Putinin qızı ilə görüşdüyü bəlli oldu...-"Der Spiegel” 
19 May 2022 | 07:09
"Vaxtlı-vaxtında namaz qılmaq insanın gündəlik həyata uyğunlaşmasını təmin edir..."
19 May 2022 | 09:24
Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? - Özü açıqladı
19 May 2022 | 09:20
Taleh atasını öldürdüyü qızla 4 ay əvvəl evlənibmiş
19 May 2022 | 08:50
Vitse-spiker: “Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb”