“Rusiyanın iki variantı var: ya bu rejimə son qoyacaq inqilab, ya da ölkənin dağılması...”
Oxunub: 46285
03 Mar 2022 | 15:09
“Rusiyanın iki variantı var: ya bu rejimə son qoyacaq inqilab, ya da ölkənin dağılması...”

"Mən sizə "bağışlayın" deməkdən savayı nə deyəcəyimi bilmirəm" - Xodorkovski ukraynalılara müraciət edərkən göz yaşlarını saxlaya bilmədi...

Hansı sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharizəsini dayandıra bilər? Rusiyalılar müharibə əleyhinə kütləvi etiraz aksiyalarına çıxacaqmı? Nədən Xarkov şəhəri Rusiya prezidentində bu qədər nifrət oyadıb? Putinin sonu necə olacaq?..

Moderator.az xəbər verir ki, rusiyalı biznesmen və müxalif siyasətçi, Rusiyanın müharibə əleyhinə komitəsinin təşəbbüskarlarından biri Mixail Xodorkovski "QORDON" nəşrinin banisi Dmitri Qordona müsahibəsində bu və başqa suallara cavab verib.

 

"Putin ukraynalıların onu gül-çiçəklə qarşılamadıqlarına çox təəccüb edib. Xarkov şəhəri onda nifrət oyadıb, o, bunun rus şəhəri olduğunu güman edirdi və onu xilaskar kimi qarşılayacağını gözləyirdi"

 

- Mixail Borisoviç, bugünkü ağılsızlığı, dəliliyi necə qiymətləndirirsiniz?

- Biz Putin rejiminin Ukraynaya və Ukrayna xalqına qarşı təcavüzkar müharibəsi ilə üz-üzəyik. Buna heç bir şeylə haqq qazandırmaq mümkün deyil. Mən bunun Donetskə və ya başqa nəyəsə görə baş verdiyini eşidəndə, məni əsməcə tutur.

- Siz Putini şəxsən yaxşı tanıyırsınız. Deyin, görək, Putinlə nə baş verir, o, dəli olub?

- Buna heç bir şübhəniz olmasın, paranoyanın kliniki əlamətləridir. Biz bunu ən yaxın adamlarını əyləşdirdiyi uzun masadan görürük, o, qorxur ki, onu öldürə bilərlər. Amma o, bu mənada dəli deyil ki, bununla az təhlükəli olub.

O, 20 illik avtoritar hakimiyyəti ərzində özü üçün xəyali dünya yaradıb. Bu xəyali dünyada Ukrayna xalqını heç kimə məlum olmayan benderlərdən və nasistlərdən qoruyur. Onlar həqiqətən Ukraynada var, amma onların sayı, məsələn, Piterdə olanlardan çox deyil.

Bəli, mən belə nasistlərlə Puterdə həbsdə yatmışam. Mən gözəl anlayıram ki, hər bir ölkədə dəlilər var, onlar hesab edir ki, Hitler yaxşı olub. Hə, indi nə edək? Sankt-Peterburqu bombalayaq?

Bir sözlə, o, belə bir dünyada yaşayır.

Mən anlayıram, indi sizdə Vətən müharibəsidir, Putin faşistlər kimi davranır, Ukraynanı yer üzündən silmək istəyir. Mən bunlar haqqında sakit danışa bilmirəm.

- Ukrayna xalqının, ordusunun belə müqaviməti Sizin üçün yenilik oldu?

- Mənim üçün xeyr. Mən bir an belə şübhə etmirdim ki, Ukraynanın azad xalqı mütləq özünü qoruyacaq. Mühasirəyə alınan Kiyevdə hamıya silah paylananda məndə heç bir şübhə qalmadı. Mən hesab edirəm ki, bu, 100 faizlik referendumun bir formasıdır. Bu o deməkdir ki, xalq və hökumət birdir, bir yerdədir. Bu, xalq savaşıdır.

-  Necə düşünsünüz, biz ölkəmizi qoruyub saxlaya biləcəyikmi?

-  Mənim buna zərrə qədər şübhəm yoxdur. Putinin nə etdiyini mən anlamıram. O, Xarkovu da, tutalım, Kiyevi də zəbt edə bilər, sonra nə baş verəcək? Nifrət etdiyi 40 milyonluq ölkə ilə nə etmək fikrindədir? Mən bunun izahını bilmirəm.

Mənə Putinin nə düşündüyü maraqlı da deyil. Amma onu müttəhimlər kürsüsündə görməyə ümid edirəm.

- Mən tamamilə inanıram ki, Putin Qərbin işə qarışmayacağına əmin idi. Rusiya 2008-ci ildə Gürcüstana və 2014-cü ildə Ukraynaya hərbi müdaxilə edəndə qarışmadığı kimi. Nədən Qərb bu dəfə belə güclü birlik nümayiş etdirir?

- Çünki qorxdular, onlar bu dəfə müdaxilə etməməkdən qorxdular. Və əsl liderlər peyda oldu. Kim düşünə bilərdi ki, Consonda liderlik qabiliyyəti üzə çıxacaq? Şoltsda liderlik qabiliyyəti yaranacaq və alman xalqı onu müdafiə edəcək? Bunların hamısı gənclər idi və hamı bir ağızdan dedi: "Uşaqlar, buna dözə bilmərik!"

- Qərbin Putinə və Rusiyaya qarşı iqtisadi sanksiyaları bu rejimə son qoya bilərmi?

- Mən heç vaxt Rusiyaya qarşı sanksiyalara tərəfdar olmamışam. Mən yalnız günahkarlara qarşı sanksiyaları dəstəkləmişəm. Amma indi müharibəni dayandırmaq üçün total iqtisadi sanksiyaların tərəfdarıyam. Bunun nəticələri ağır olacaq, o cümlədən xaricdə yaşayan ruslar üçün də, elə mənim üçün də ağır olacaq. Amma Xarkovda insanların qətlə yetirildiyini görəndə, biz dözməliyik. İnsanlar anlamalıdır ki, onların hökuməti təcavüzkar müharibə aparır. Müharibəni dayandırmaq üçün bunu etmək lazımdır.

Oliqarxlara gəldikdə, onlar da seçim etməlidir: ya Putini hərbi cinayətkar saymalı, ya da onunla birgə müttəhimlər kürsüsündə əyləşməlidirlər. Bu, şərəf və ləyaqət məsələsidir. Navalnı şüurlu surətdə həbsxananı seçib, amma şərəfini və vicdanını qoruyub saxlayıb.

- Mən şəxsən rusiyalıların kütləvi surətdə küçələrə çıxmasına inanmıram. Moskvada yarım milyon, bir milyon insan küçələrə axın etsəydi, Putinin sonu gələcəkdi. Siz buna inanırsınızmı?

- Biz bunun baş verməsi üçün çalışacağıq. Həmin iqtisadi sanksiyalar insanların beyinlərinə təsir edə bilər, hətta o milyon dediyinizdən minlərlə insan müharibəyə etiraz etsə, yetərli olacaq.

Rusiyanın iki variantı var: ya bu rejimə son qoyacaq inqilab, ya da yavaş-yavaş 19-cu əsrə dönüş, nəticədə Rusiyanın dağılması.

- Siz Putinin ətrafını yaxşı tanıyırsınız. Onlar anlayırlarmı, bu, artıq sondur?

- Yox, hələ anlamırlar. Hətta taktiki nüvə silahının tətbiqi də onlar üçün son deyil. Amma nə etmək olar? Faşistlər də anlamırdı, sonu bəllidir.

- Siz rusiyalıların küçələrə çıxmasının təşəbbüskarlarından birisiniz. Fürsətdən istifadə edərək, rusiyalılara müraciət edə bilərsinizmi?

- Mən onlara demək istəyirəm, mənim əzizlərim, mənim həmvətənlərim, bilirəm, qorxunuz var, kimisə 15 sutka, kimisə daha çox müddətə həbs edə bilərlər. Siz işinizi itirməkdən qorxursunuz.

Amma indi sizin qonşularınızı, dostlarınızı, bəlkə də qohumlarınızı öldürürlər, onları Ukraynada heç nəyə görə qətlə yetirirlər. Sizin qorxunuz bunun yanında heç nədir. Xahiş edirəm, martın 6-da küçələrə çıxın və bu müharibəyə "Yox!" deyin. Bu, təkcə insanların həyatını deyil, həm də sizin ruhunuzu xilas edəcək.

- Sizin Putinə müraciət etmək imkanınız var…

- Vladimir, siz həmişə mənə praqmatik təsir bağışlamısınız. İndi sizin üçün yaxşı çıxış yolu yoxdur. Siz həmişə deyirdiniz ki, Rusiya sizin üçün nəsə deməkdir. Ölkənizi məhv etməyin, müharibəni dayandırın və çıxın gedin. Etdiklərinizə görə üzr istəyin. Sizi mühakimə edəcəklər, amma indi dayansanız, mən özüm sizi müdafiə edəcəyəm. Xahiş edirəm sizdən, ölkəmizi məhv etməyin.

- Putinin sonunu necə görürsünüz?

- Kədərli və ya çox kədərli. Biz bilirik ki, Stalinin həyatı necə bitib: hamı tərəfindən atılmış sidik gölməçəsində. Ola bilsin ki, onu zəhərləyiblər.

Biz bilirik ki, faşist rejiminin başçılarının həyatı necə bitib, ya özlərini zəhərləyib, ya asıb, ya da onilliklərlə kameralarda yaşamağa düçar edilib. Putin də bunu anlamalıdır.

- Bilirsiniz, bu yeddi gündə mən düşünürəm ki, təsəvvürümə gəlməzdi ki, 21-ci əsrdə qonşu dövlət sənin üstünə təkcə müharibə ilə gəlməyəcək, bütün odlu gücünü şəhərlərimizə yönəldəcək, insanları bu qədər quduzcasına, qəzəb və kinlə, bu qədər nifrətlə, hətta bu qədər ruh yüksəkliyi ilə öldürə bilərlər… Sizə elə gəlmir ki, bütün bunlar səfeh yuxunu xatırladır?

- Tamamilə doğrudur. Elə mən də belə hisslər keçirirəm, sanki yuxudayam və bu yuxudan yaxa qurtara bilmirəm.

"Mən yuxu görürəm, amma bu, həqiqət ola bilməz. Yəqin hansısa filmə baxıram…"

 

Mən ukraynalılarla danışıram. Həyat yoldaşım da ukraynalılarla danışır, bu gün bombalardan qorunmaq üçün sığınacaqlarda olan dostlarımızla danışırıq.

Bu, mümkün deyil... Bununla yaşamaq olmaz, insanın şüuru bunu qəbul etmir...

Mənim həmvətənlərim də... yaxşı insanlardır. Onların başında maneələr var, onlar nəsə etməyə qorxurlar.

Siz rəqəmlərə diqqət yetirin: 88 % insan Ukrayna ilə yaxşı münasibətlərin tərəfdarıdır, 66 % isə... müharibənin tərəfdarıdır. Belə şey ola bilərmi?

Normal adam belə cavab verərmi? Deməli, bu insanlar xəstədir, milyonlarla insan xəstədir. Biz onların xəstə təxəyyülünə yol tapmalı və onlara kömək etməliyik.

- Mixail Borisoviç, bu illər ərzində Ukraynada Sizə hörmətlə yanaşıblar, Sizi Ukrayna xalqının dostu hesab ediblər. Zəhmət olmasa, bu günlər Sizi eşidən ukraynalılara müraciət edin.

- Hə...Dostlar, mən ümid edirəm ki, əvvəlkitək sizə dostlarım deməyə mənəvi haqqım var.

Mən birinci dəfə 2014-cü ildə sizin qarşınızda Maydanda çıxış etmişəm. Mən ən dəhşətli yuxumda da təsəvvür edə bilməzdim ki, ikinci dəfə mənim müraciətim belə olacaq. Mən sizə "bağışlayın" deməkdən savayı nə deyəcəyimi bilmirəm... bağışlayın... (göz yaşlarına hakim kəsilə bilmir).

- Çox sağ olun...

Mən əminəm ki, biz onsuz da qalib gələcəyik və təkcə öz xalqımıza deyil, Rusiya xalqına da xoşbəxtlik gətirəcəyik.

Xoşbəxtlik isə bircə sözdədir - azadlıqda!

Xoşbəxtlik - azadlıq deməkdir.

Mən söhbətimizi qəmgin notlarla bitirmək istəməzdim.

Hər halda həyat qalib gələcək, gülüş və yumor qalib olacaq.

Elə bir söz deyin ki, insanlarda təbəssüm oyansın və onlar inansınlar ki, həyat davam edir və qələbə bizim olacaq.

- Mən istəyirəm ki, aramızdakı mübahisə yalnız bir şey üstündə olsun - qaluşkalar, yoxsa pelmenlər? (hər ikisi düşbərəyə bənzər xörəkdir - red.). Bax, bunun ətrafında güzəştsiz mübarizə aparmaq gərəkdir.

- Çox sağ olun, Sizə minnətdaram.

- Siz də salamat qalın.

Oxşar xəbərlər
20:25, Bu gün
Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
20:22, Bu gün
Samirə bu məşhurla əl-ələ GÖRÜNTÜLƏNDİ – VİDEO
20:19, Bu gün
Keçmiş erməni hərbçi nazirin üstünə cumdu
20:10, Bu gün
Hamı İlham Əliyevin iradəsi ilə hesablaşır - ŞƏRH
20:07, Bu gün
"Neftçi"nin baş məşqçisi: Finalda qələbə qazanacağımıza inanırdıq
19:59, Bu gün
Bağanis Ayrımın müdafiə zonası minalardan təmizlənir
19:59, Bu gün
İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR
19:56, Bu gün
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
19:50, Bu gün
Bakıda hoteldə yanğın olub - YENİLƏNİB
19:41, Bu gün
Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT
19:35, Bu gün
Bakıda taxta bazarındakı yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-4
19:30, Bu gün
Mərkəzi Afrika Respublikasında gəminin batması nəticəsində azı 60 nəfər ölüb
19:27, Bu gün
İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var
19:23, Bu gün
Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir
19:22, Bu gün
Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır
19:05, Bu gün
Sakinlərin bağladığı Ermənistan – Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb
19:00, Bu gün
Xidmət rəisi: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb
18:56, Bu gün
Niyə hər gün darçın istehlak edilməlidir?
18:52, Bu gün
Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR
18:48, Bu gün
Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”
18:42, Bu gün
Aktrisa illər sonra etiraf etdi: "Yoxsa saçsız qalacaqdım" - FOTO
18:24, Bu gün
Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
18:21, Bu gün
Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb
18:11, Bu gün
Xatirə İslam: "Mənə belə suallar verməyin!" - VİDEO
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
GÜNLÜK
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO