“Biz Putindən kimyəvi hücum da gözləyirik..."-Ukrayna Zabitlər Birliyinin azərbaycanlı üzvü
Oxunub: 3658
21 Feb 2022 | 19:05
“Biz Putindən kimyəvi hücum da gözləyirik...
“O, Ukraynada düşdüyü pat vəziyyətindən hansısa formada çıxmalıdır...”
 
Azərbaycan diasporunun Ukraynadakı tanınmış simalarından biri, Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri  olan hərbi ekspert Elxan Nuriyev Moderator.az-a növbəti geniş müsahibəsində ölkə və ölkə ətrafındakı son durum, Rusiyanın hücum ehtimalı, Ukrayna xalqının öz ordusuna münasibəti, ölkə ordusunun real durumu, Donbasdakı gerçək vəziyyət, Qərbin Ukraynanı Gürcüstan kimi dar ayaqda qoyub-qoymayacağı ehtimalı və s. haqda ətraflı məlumat verib. 
 
“Bu saat dünyanın inkişaf vektoru Ukraynanın “bədəni”ndən keçir…”
-Elxan bəy, hazırda Ukraynada gerçəkdən nə baş verir? Rusiya doğrudanmı bu ölkəni işğal etmək niyyətindədir, yoxsa Qərb bu informasiya hay-küyü ilə Kremli müharibəyə təhrik edərək tələyə salmaq istəyir?
 
-Ukrayna artıq 8-ci ildir ki, Rusiya tərəfindən demək olar, müharibə vəziyyətinə salıb.  2014-cü ildə Putin Krımı ilhaq etdi və Şərqi Ukraynanın xeyli hissəsini –Donbası nəzarətə götürdü. Bunu da Qərbin təhrikləri etmədi ki?.. Bütün bunlarla və hazırkı təhdidləri ilə Rusiya ilk növbədə özünü çox mürəkkəb duruma salıb. Qərbin qəbul etdiyi sanksiyalarla beynəlxalq aləmdə təklənib. Bu gün Belarusdan başqa Rusiyanın yanında duran ikinci  bir ölkə, demək olar ki, yoxdur. Və Rusiya bu saat arzuolunmaz, əlisıxılmaz bir dövlət statusundadır. Belə bir şəraitdə, təbii ki, Qərbdə də Rusiya probleminin biryolluq həll olunmasını istəyən qüvvələr, o cümlədən siyasətçilər var... 
 
Və belə bir şəraitdə Rusiya aylarla öz daxilində müharibə təbliğatı aparır.  Bu günlərdə “Levada” mərkəzinin keçirdiyi sorğuların nəticələrinə görə, Rusiya əhalisinin yarıdan çoxu Ukrayna ilə müharibə tərəfdarı deyil. Çünki Rusiya cəmiyyəti də baş verənləri obyektiv dərk edir. Təbii ki, hamısı yox. Təəssüf ki, hələ də işğalçı, şovinist xislətlilər də var... 
 
Amma Rusiya özü-özünü bu vəziyyətə gətirib çıxardı. Başını soxdu depressiv regionlara: Donbasa, Krıma. Əlavə xərc qoyub həmin regionları millitarlaşdırdı. Məsələn, 2014-cü ildən bəri Krımın militarlaşdırılması 5 dəfə artıb. Yəni oradakı hərbi qüvvə və texnikanın sayı 5 dəfə çoxalıb. Fəqət, Rusiyanın təhdidlərinə baxmayaraq Ukrayna bu gün də NATO-ya və Avropaya Birliyinə üzv olmağa can atır. Bu, ölkə konstitusiyasında da təsbit edilib və Ukrayna xalqı da bunda iddialıdır. Son sorğulara  görə NATO-ya üzvlük tərəfdarları olan vətəndaşlar əhalinin təxminən 70 faizini təşkil edir. Odur ki, vəziyyət gərgin olaraq qalır. Ötən ilin aprelindən bəri Ukraynanın şərq, cənub-şərq və şimal(yəni Belarusla) sərhədləri boyu Rusiya 150-170 minə yaxın hərbi qüvvə toplayıb. Və mənim  bir hərbi mütəxəssis olaraq əsas təhlükə gözlədiyim istiqamətlərdən biri  məhz Belarusdur, çünki Lukaşenko hakimiyyətinin Ukraynaya münasibəti bəllidir. Bundan başqa Qara dəniz, Kerç boğazı, Azov dənizi, Mariopol istiqamətləri də həssasdır. Bunu da Rusiyanın Krımla quru əlaqələrini genişləndirmək niyyəti ilə bağlamaq olar. Amma nəzərə almaq gərəkdir ki, Ukrayna ordusu artıq 2014-cü ildəki ordu deyil. Ölkə də kifayət qədər hazırlıqlı və təchiz olunmuş 200 min nəfərlik ordu var. Və rəsmi Kiyevin arxasında NATO kimi hərbi blok və bütövlükdə Qərb dünyası dayanır… 
 
“Ötən həftə keçirilmiş sorğulara görə əhalinin 86 faizi “Ən çox etibar etdiyiniz dövlət qurumu hansıdır?” sualına cavab olaraq Ukrayna ordusunun adını çəkib...”   
 
-Ukrayna xalqının ümumi əhval-ruhiyyəsi necədir? Ölkə ordusuna inam  varmı?
 
-Son müşahidə və təhlillərimə görə,  belə nəticəyə gəlmişəm ki, hazırda Ukrayna cəmiyyətində təşviş və qorxu hissi yoxdur.  Ukrayna xalqı da sıx birləşib və öz ordusuna inanır və onunla bir yerdədir. Özü də ölkədəki rusdilli əhalinin böyük əksəriyyəti də öz vətənlərini istənilən təcavüzdən qorumağa hazırdır.  Mən Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri kimi tez-tez müharibə bölgəsində, Donbas ətrafında oluram. Orduda və ehtiyatda olan yüksək vəzifəli rus mənşəli hərbçilərin çoxunu tanıyıram. Onların da hamısı özlərini Ukrayna vətəndaşı kimi bu ölkəni qorumağa borclu hesab edir. Bu mənada xarici təcavüz təhdidi Ukrayna xalqını birləşdirib. Və bunda yoldaş Putinin də böyük “xidmətləri” olub.  Eyni zamanda Ukrayna xalqı öz ordusuna inanır. Ötən həftə keçirilmiş sorğulara görə əhalinin 86 faizi “Ən çox etibar etdiyiniz dövlət qurumu hansıdır?” sualına cavab olaraq Ukrayna ordusunun adını çəkib... 
 
 
-Bir keçmiş döyüşçü, hərbi mütəxəssis kimi Ukrayna Silahlı Qüvvələrinin mövcud durumunu necə xarakterizə edərdiniz? Bu ordu Rusiya ordusunun genişmiqyaslı hücumundan müdafiə olunmağa hazırdırmı?
 
-Ukrayna ordusu, dediyim kimi, son 8 ildə çox güclənib. Hərbçilərin, o cümlədən generalların əksəriyyəti 2014-cü ildən bəri böyük döyüş təcrübəsi qazanıb. Öncə onu  deyim ki, Ukrayna ordusu artıq peşəkar ordu sisteminə keçir. Çağırışçılar azlıq təşkil edir və onlar da ağır, hərbi cətdən çox təhıükəli məntəqələrə yerləşdirilmirlər.  Silahlı Qüvvələrin təchizatı normaldır. Hazırda Ukrayna ordusunda  ən aşağı rütbəli hərbçilərin əmək haqqı 700 dollardır. Yüksək rütbəlilər isə 2 min dollaradək maaş alır. Eyni zamanda döyüş yeri və tapşırıqlardan asılı olaraq Ukrayna ordusunda daha yüksək maaşlar da mövcuddur. Onu da vurğulamaq gərəkdir ki, Ukrayna ordusu digər sırf hərbi aspektlərlə yanaşı, maliyyə sistemi ilə bağlı da tam NATO standartlarına keçmək üzrədir… 
 
Son illər ordu kifayət qədər yüksək texnologiyalı öldürücü silahlarla təchiz olunub. Hava hücumundan müdafiə məqsədli “Nlov”, “Stinger” tipli silahlar, tank əleyhinə müasir raket qurğuları var ki, Rusiya ordusunda belə, onların alternativi yoxdur…
 
Həmçinin Ukrayna ordusu Qərb təlimatçılarının da dəstəyi ilə yaxşı təlim də görüb. Ordu yüksək keyfiyyətli rabitə sistemi ilə təchiz olunub. Ukraynanın bir az çəkindiyi həssas Qara dəniz bölgəsində isə 3 dost böyük dövlət Türkiyə, ABŞ və Böyük Britaniya ilə texniki dəstək barədə razılıqlar əldə olunub…
 
Onu da deyim ki, 200 minlik ordudan əlavə, Ukrayna xalqı özü də bütövlükdə döyüşməyə hazırdır. Dünən mən Kiyevdə Mərkəzi Zabitlər Evində baş növbətçi idim, könüllü orduya yazılmaq istəyən vətəndaşların telefon zənglərinin ardı-arası kəsilmirdi. Və digər ekspertlərlə birgə hesablarımıza görə, bu gün Ukraynada 8 milyondan çox vətəndaş silah götürməyə hazırdır... Bu saat ölkənin 560 minlik ehtiyat ordusu var. Ərazi prinsipi ilə onlarla könüllü yeni taborlar yaradılır. Onların üzvləri mütəmadi təlimlər keçir. Amma hər biri öz evində olur və genişmiqyaslı müharibə zamanı hər biri harada, hansı mövqedə  olacağını və hansı silah, yaxud texnika ilə döyüşəcəyini dəqiq bilir. Buna Ukrayna qanunları da icazə verir. Bu haqda həm Prezident fərmanı, həm də Nazirlər Kabinetinin qərarı var. Eyni zamanda mülki müdafiə məsələlərinə də ciddi diqqət yetirilir.  Xüsusən iri şəhər və qəsəbələrdə əhalinin hava və  artilleriya hücumlarından qorunması üçün mümkün qədər sığınacaqlar hazırlanır.  Çünki  biz Putindən hər  bir alçaq addım gözləyirik, hətta kimyəvi hücum da.... Ancaq dediyim kimi, ölkədə güclü xalq-ordu birliyi var. Hətta hamının tam rusdilli hesab etdiyi Xarkov vilayəti əhalisinin də azı 60-70 faizi Ukrayna ordusunun yanındadır, hərbi hissələrə könüllü yardımlar edirlər, özləri orduya yazılırlar və s.. Odur ki, bu və digər səbəblərdən hətta Rusiyanın genişmiqyaslı hücumu olduğu təqdirdə belə, ölkənin böyük ərazisinin işğal oluna biləcəyini ehtimal etmirik. Hücum olacaq. Amma hansı formada olacağı bir az qaranlıqdır. Birbaşa genişmiqyaslı hücum olacaq, yoxsa sadəcə, Ukrayna daxilində müxtəlif təxribatlar ediləcək? Bunu söyləmək çətindir. Fəqət, Putin hansısa formada düşdüyü pat vəziyyətindən çıxmalıdır. Bütün hallarda Ukrayna vətəndaşları, xüsusən xidmətdə və ehtiyatda olan hərbçi və döyüşçülər - hər birimiz öz postumuzda gözləyirik və hər cür qarşılıq verməyə hazırıq… 
"Türkiyənin üzərinə çox böyük məsuliyyət düşür. Və Ukrayna xalqı da daha çox Türkiyənin sözünə etibar edir…"
 
-Donbas regionunda son durum necədir? Xəbərlərdə deyildiyi kimi, doğrudanmı Ukrayna ordusu oradakı separatçı rejimlərin qanunsuz silahlı qüvvələrinə atəş açır, yoxsa? 
 
-Həftələrdir ki, Rusiyanın mərkəzi və regional rəsmi və iqtidaryönlü kanalları guya Ukrayna ordusunun Donbasa hücum etməsindən, dinc əhalini qətlə yetirməsindən və s. danışır. Amma reallıqda belə bir şey yoxdur. Ukrayna dövləti milliyyətindən asılı olmayaraq hər bir vətəndaşının həyatını qorumağa çalışır. Və əslində Donbas və Luqanskda təmas xəttinin o tərəfindəki adamları da öz vətəndaşı hesab edir. Halbuki, o ərazilərdəki  1,4 milyona yaxın vətəndaşa qanunsuz olaraq  Rusiya pasportu verilib. Ukrayna ordusu, sadəcə, separatçı qüvvələrin açdığı atəşlərin cavabını verir və o, buna məcburdur… 
 
Bu günlərdə mən də Zabitlər Birliyinin digər rəhbər üzvləri ilə birgə Donetsk yaxınlığındakı Marianka şəhərində olmuşam və baş verənləri durbinlə müşahidə etmişəm… Atışmalar heç zaman Ukrayna ordusunun təşəbbüsü ilə başlamır. Hər şey Donbasdakı separatçı qurumların qanunsuz silahlılarının təxrubatlarıyla başlayır. Amma təbii ki, onlar cavab atəşi ilə susdurulurlar… 
 
-Qərbin, ABŞ-ın Ukrayna ilə bağlı siyasətinə əhalinin münasibəti necədir?
 
-Qərb, təbii ki, birbaşa fiziki gücü ilə Ukraynadakı prosesdə iştirak etmir. Amma yaxşı bilir ki, Ukrayna  Rusiya ilə onun arasında ön səngərdir. Ona görə də  müəyyən mənada  Ukraynanı dəstəkləmək məcburiyyətindədir…
 
-Ukrayna xalqının inamı varmı ABŞ-ın, Avropanın sonadək onun yanında olacağına? Yoxsa şübhə edir ki, 2008-ci ildə Gürcüstanda olduğu kimi, Ukraynanı da dar ayaqda qoya bilər?
 
-Təbii ki, inanırlar… Və Gürcüstanı dar ayaqda qoyub getmələri başqa məsələdir. Çünki Ukrayna kontinental Avropanın  mərkəzi hissəsində böyük bir dövlətdir. Gürcüstan isə Ukraynanın kiçik bir vilayəti boydadır… Və burada artıq prinsipial məsələdir. Çünki dünyanın inkişaf vektoru Ukraynanın “bədəni”ndən keçir… Qərb də bunu yaxşı bilir. Sadəcə, onlar gəlib ukrayınlar əvəzindən səngərdə vuruşan deyil ki… Özlərindən asılı olanı edirlər… Qərb silah verir, maliyyə yardımı edir, hərbi təlimatçı verir. Bundan artıq nə etməlidir ki? Bu mənada Türkiyənin üzərinə çox böyük məsuliyyət düşür. Və Ukrayna xalqı da daha çox Türkiyənin sözünə etibar edir…
Qısası, bu gün Ukraynada sivilizasiyalar savaşı gedir; ya demokratiya, Avropa yönlülük, ya da Rusiya tipli, avtoritar, diktatura tipli dövlət idarəçiliyi… Bu mənada Ukrayna Rusiyanın boğazından keçmir.. Bir yandan da tarixi mübahisələr uğrunda mübarizə gedir: Kiyev Rus dövləti məsələsi uğrunda… Çünki əgər Ukrayna  Rusiyanın yanında olmursa, bu, Rusiyanın tarixini böyük şübhə altına alır…Və bəzən ukrayınlar arasında da belə çağırışlar olur ki, elə bu minillik tarixi söhbəti Rusiyanın indiki durumunda birdəfəlik həll etmək gərəkdir. Çünki Rusiya bugünkü qədər zəif, incidilmiş, gözdən düşmüş vəziyyətdə olmayıb. Faktiki olaraq II Dünya savaşından bəri ilk dəfədir ki, Rusiyaya qarşı azad dünyanın vahid koalisiyası yaranıb… O dövrdə Hitler Almaniyasına qarşı yarandığı kimi… Amma belə zəif durumda da Kremldəkilər, Putin rejimi hər şeyə gedə bilər. Çünki imperiyanın kökündən dağılma prosesi başlayıb. Və bu çox ağrılı-acılı bir prosesdir… 
 
Sultan Laçın
 
Oxşar xəbərlər
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:06, Bu gün
Cavanşir Məmmədovla vida mərasimi başa çatdı - YENİLƏNİR + FOTO/VİDEO
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
GÜNLÜK
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib