"Bizdə “qoy qolu mən vurum” fikri dəyişməsə, alınmayacaq..."
Oxunub: 4426
18 Feb 2022 | 00:33
Dəqiq qiymət vermək meyarı əxlaq kodeksindən irəli gəlməlidir. İnsanın davranışı, bacarığı, ictimaiyyətə, vətənə, dövlətə verdiyi xeyir, özünü düzgün dərk etmə  bacarığı, məsuliyyəti, işgüzarlığı, istedadı qiymətləndirilməlidir”.
 
Moderator.az dünya səviyyəli görkəmli alim Rafiq Əliyevin rupor.az-a  verdiyi müsahibəni təqdim edir:
 
- Cəmiyyətin sağlam təməllər üzərində formalaşmasına nail olmaq üçün hansı meyarlara üstünlük verilməsinin tərəfdarısınız?
 
- İki sərhəd üzərində dayanmaq lazımdır. Coğrafi sərhəd və mənəvi sərhəd. Daha pisi mənəvi sərhədin işğalıdır. Biz birinci işğala son qoyduq, cəmiyyətimizi düçar etdiyimiz ikinci işğaldan hələ tam qurtara bilməmişik. Bu qalibiyyət də öz əlimizdədir. Milli-mənəvi dəyərlərimizdən uzaqlaşmağımız və kökümüzdən ayrı düşməyə meyl göstərməyimiz cəmiyyətdə fəsadlar törədir. Güclüyük, vətəni və dövləti sevirik. Belə olan təqdirdə mənəviyyatımızı qoruya bilərik və qorumalıyıq. Mən qloballaşmanın əleyhinə deyiləm, Qərbin də ali dəyərləri var ki, ümumi insanlığa xidmət edir. O dəyərləri seçməliyik.  Ancaq xalqa məxsus yaxşı cəhədlərimizi də qurban vermək qəti olmaz. Ümumiyyətlə, yaxşı nə varsa ona doğru meyillənmək ən düzgün variantdır. 
 
- Bir vaxtlar dünya üzrə başladılan qloballaşma prosesi demək olar dayandırıldı. Qloballaşmanın vacibliyindən danışan siyasi liderlər qonşu ölkələrin arasında hündür hasarlar çəkdilər. Deyə bilərikmi qlobalizm özünü doğrultmadı?
 
- Şirməmməd Hüseynovun, Famil Mehdinin dəvəti ilə Bakı Dövlət Universitetində multimediadan kurs keçirdim. Həmin dövrdə elektron qəzetlər, saytlar yox idi. Tələbələr qloballaşmanın hansı cəhətdən müsbət olduğunu soruşdular. Dedim ki, təsəvvür edin, qonşuluğunuzdakı mənzildə taxtabiti var və o sizin də mənzilinizə ayaq aça bilər. Neyləyəcəksiniz? Bildirdilər ki, qonşudan mənzilini təmizləməsini tələb edəcəklər. Qonşu bu tələbə əhəmiyyət verməsə necə? Cavablar bu oldu ki, Sanepidemstansiya (Respublika Gigiyena və Epidemiologiya Mərkəzi – red.) müraciət edərik, gəlib təmizləyərlər. Buyurun bu da nəticə, həmin qonşunun natəmzliyinə dözə bilmədilər, çünki taxtabitilərin onların da mənzilinə keçmə təhlükəsi var idi. Qlobal yanaşma sakinləri neqativ vəziyyəti aradan qaldırmağa yönəltdi. Hər bir xalq özünəməxsusluğu, üstün dəyərləri ilə vahid dünyanın tərkibinə daxil olmalı və ümumi dəyərlərə – azadlıq, millilik, qarşılıqlı hörmət, özünə məxsus olmayana göz dikməmək, həqiqətlərə çamur atmamaq kimi mədəni davranış tərzini özünün xarakterinə çevirməli, belə bir mədəniyyətə söykənməlidir. Əksi baş verəndə əlbəttə bütün insanlıq ziyan çəkəcək və kimsə sadaladığımız dəyərlərdən xali olan insanla bir arada yaşamaq istəməyəcək. 
 
- Seçmək istədiyimizin yaxşı, yaxud pis olduğunu necə müəyyənləşdirək?
 
- Bir neçə il öncə mediada “Yenidən kodlaşdırma” adlı yazım dərc olundu. Aldığım rəylərdən belə anlaşılırdı ki, yazı yaxşı qarşılanıb. Orada söhbət insanlarda milli kodların dəyişməsindən gedirdi. Genetik kodlar dəyişəndə dəyərlər də dəyişir. Hər bir xalqın min illərdən süzülüb gələn genetik kodları var, ziyanlı informasiyaların hücumu o kodları zədələyir, davamlı təsirin nəticəsində isə məhv edərək, əvəzinə mutasiya uğramış variantnı yarada bilir. Yaxşını seçmək odur ki, sən milli dəyərlərinə sadiq qalacaqsan, bəşəri dəyərlərdən öz soy kökündən aralı düşmədən faydalanacaqsan. Əlbəttə, texnoloji cəhətdən inkişaf etmiş ölkələrin xüsusən texniki imkanlarından yararlanmaq vacibdir. Fiziki həyatımızı daha asan idarə etməyimizdə yeni texnologiyaların, mütərəqqi ixtiraların əvəssiz rolu var. Sadəcə unutmaq olmaz ki, insan daha çox mənəvi varlıqdır, həm də tək deyil, cəmiyyətin bir parçasıdır.  O, mənəviyyatını təmiz saxlamaqla əzəli dəyərlərini qoruyaraq ruhu rahatlığa nail ola bilər. Belə insanın beyin mexanizmi də aydın işləyəcək, cəmiyyətə faydalı xidmət göstərəcək, ölkəsinin inkişafında payı olacaq. 
 
- Milli kodlarımıza zərbə olan informasiyaların qarşısını almaq mümkün deyil?
 
- Çox çətindir. İcazəsiz evimizə daxil olan televiziyalarda ailə mədəniyyətinə zidd serialların sayı sürətlə artır. İnternet resurslarında ailə-məişət zəminində yaşanan olayların, yaxud digər xarakterli kriminal hadisələrin paylaşılması əndazəni aşıb. Belə vəziyyətin qarşısını ilk növbədə insan özü almalıdır. Bilməlidir ki, göstərdiyi filmlər, videolar gələcəyimzi məhv edir və bu işdən əl çəkməlidir. İkinci, ciddi maarifləndirilmə işi aparılmalıdır. Nəticəyə təsir edə bilən maarifləndirmə. Üçüncüsü, dəyərləndirmə indeksi tamam dəyişməlidir. Gözü valideynin əlində qalan müəllimin bu durumundan şagirdin də xəbəri varsa, bilik vermə və bilik alma mexanizmi necə düzgün işləyə bilər?..  Yaxud, filan işçi bu ay su pulunu çox yığıb, ona “afərin” deyək səviyyədə qiymətləndirmə meyarı seçmək nə dərəcədə düzgündür? Kimin pulu çoxdursa, onu hörmətli adam hesab etmək mərəzi hələ də düşüncəmizə hakim kəsilib. Dəqiq qiymət vermək meyarı əxlaq kodeksindən irəli gəlməlidir. İnsanın davranışı, bacarığı, ictimaiyyətə, vətənə, dövlətə verdiyi xeyir, özünü düzgün dərk etmə  bacarığı, məsuliyyəti, işgüzarlığı, istedadı qiymətləndirilməlidir. Qiymətləndirmə bu prizmadan tətbiq olunmalıdır. Məmurlar elit təbəqə hesab olunurlar. O tutulanların mənzilindən qutularla dollarlar çıxanda “elit” təqdimatında yanlış düşüncədə olduğumuz bir daha təsdiqini tapdı. Pandemiya vaxtı idi, aynəbəndə çıxmışdım, gördüm aşağıdan su pulu yığan qışqıraraq deyir ki, su pulunu vaxtında ödəməsəniz, suyunuzu kəsəcəyik. Adamın hadisəyə, insanlara, özünə, suya, ümumi-bəşəri problemə verdiyi qiymətin ölçüsünə baxın. İlk növbədə insanlar düşüncə tərzini dəyşiməlidir. 
 
- Azərbaycanın 20 faiz ərazisinin işğalda olduğu illərdə Sizin belə bir fikriniz vardı: “Qarabağ problemi beyin laboratoriyasnda həll olunmalıdır. Torpaqlarımızı işğaldan azad etdik. Qələbəmizdə beyin laboratoriyasnın rolu nə qədər oldu? 
 
-Torpaqlarımızın işğaldan azad olunması üçün ən optimal vaxt seçildi. ABŞ-da seçkilər, Qərbin Paşinyanı hakimiyyətə gətirməsi, rəsmi İrəvanın terrorçu xislətli siyasəti, regional vəziyyətə uyğun olaraq, Rusiyanın Azərbaycan və Türkiyə ilə isti münasibətinin yaranması, Azərbaycan-Türkiyə qardaşlığının yüksək səviyyəyə çatması, Qarabağı heç vaxt unutmamağımız, işğalına dözməməyimiz, ölkəmizə qarşı törədilən erməni vəhşiliklərini yaddaşımıza hopdurmağımız, hər yerdə, həmişə Qarabağ mövzusunda danışmağımız, bütün xarici səfərlərdə, ölkəmizə gələn qonaqlarla rəsmi və qeyri-rəsmi görüşlərdə, qəbullarda, söhbətlərdə, dövlət rəhbərliyinin beynəlxalq trubunlardakı çıxışlarında məhz bu mövzunu əsas kimi gündəmdə saxlaması beyin laboratoriyasında həll olunmuşdu. Qarabağ məsələsi əvvəlcə masa arxasında, beyinlər tərəfindən çözüldü, daha sonra PUA-lar işə düşdü. Dəqiq strategiya quruldu. Dövlət, xalq, ordu birləşərək həqiqətən dəmir yumruğa çevrildi, nəticədə 28 il keçməsinə baxmayaraq, haqq qalib gəldi. 
 
- Bir neçə il öncə Sizə qarşı hücumlar olmuşdu. Ziyalı düşüncəniz, açıq mövqeyiniz təpki ilə qarşılandı. Bu savaşda necə, haqq qalib gələ bildimi?
 
- Haqqın qalib gəlməmək şansı yoxdur. Qələbə gec baş verə bilər, ancaq ilahi ədaləti, riyazi məntiqi əbədi pozmaq və bu pozuntu içərisində rahat yaşamaq mümkün deyil. Mənə qarşı mənfi fikirlər söyləyənlər, qara kampaniya aparanlar bu gün yoxdur. Heç vaxt orden-medal üçün yaşamamışam. Həmişə demişəm ki, müxalifətçi deyiləm, müxalifəm. Mən siyasətlə heç vaxt məşğul olmamışam. Siyasətçilik nə xarakterimə, nə arzuma, nə biliyimə, nə bacarığıma, nə də kimliyimə uyğundur. Birinci özümə, ikinci sənə, dostum Ramiz Rövşənə müxilfəm. Özümün, sənin, dostumun daha yaxşı olmasını istəyirəm ona görə. 6-7 il əvvəl deyirdik ki, korrupsiya var, deyirdilər yoxdur. Sonra nə oldu? İcra başçılarından pul kassaları çıxmadı?  Deyirdik ki, Azərbaycanda birlik lazımdır. Son nöqtəyə çatmaq üçün vəhdət qurmalıyıq. Dediyimiz baş verdi. Vətən müharibəsindən əvvəl, hamı ayağa qalxdı, birləşdi, işğala son qoyduq, həm də 28 illik işğala 44 gün içərisində son qoyduq. Biz istədiyimiz oldu. Dediklərimizi ziyanlı sayanların məkrli məqsədləri daha aydın göründü – onlar bu birliyi istəmirdilər. 
 
- Yəqin ona görə Azərbaycan haqq uğrunda qələbəsinə nail olandan sonra cəmiyyət bu nəticəni arzulamayanları, hər addımda əks siyasət toru hörənləri indi divara qısnayıb.
 
- Qənaətinizi tam bölüşürəm və bircə əlavəm var: O adamları daha əvvəllər zərərsizləşdirsəydik, cəmiyyətə vurduqları böyük zərərin miqyası da indikindən az olardı. Bax biz bu gerçəkdən çıxış edirdik – təhlükənin qarşısını daha tez almaq. Yenə də sevindiricidir ki, proses başlayıb. Ölkəni uçuruma aparmaq xətti tutanlar ifşa olunurlar, cəzalandırılırlar, struktur və kadr islahatları şaxələnərək sürətlənib.  
 
- Daha yüksək səviyyədə İctimai Platforma yaradılsa, o quruma üzv olmaq istəyərsiniz?
 
- Mən fərdiliyi daha çox sevirəm. Çoxluğun atəşində yanmaq istəmirəm. Bacardığım dəstəyi kənardan verməyə hazıram. Düşünürəm ki, fərd olaraq ölkəmə daha böyük xeyrim dəyər. İctimai nəzarətin tam təkmil formada qurulmasına əlbəttə ehtiyac var. Bu platformada millətini, xalqını, vətənini həqiqətən sevən, merkantil maraqlara boyun əyməyən, illərin sınağından alnı açıq, üzü ağ çıxan, məsuliyyətli, peşəkar səviyyəli insanlar toplaşsa Azərbaycan dövləti qazanar. Amma “səhv düşəndə yerimiz” mərəzi olmasın.
 
- Tələbələrə dərs deyirsiniz?
 
- Universitetdə cəmi bir dərs deyirəm, əsas doktorantlarla işləyirəm. Tələbələrlə həmişə dost oluram. Dərslər ingilis dilində keçir. Əsasən elmi işlərlə məşğul oluram. Tələbələrimizin 38-40 faizi xarici ölkələrdə işləyirlər.
 
- Ölkənin ali təhsil səviyyəsindən nə dərəcədə razısınız? 
 
- Biz 2006-da Boloniya sisteminə keçmişik. Gəlin baxaq görək, formalaşdıra bilirikmi? Necə olur, Harvard Universiteti komputer mühəndisliyinin proqramını bir cür hazırlasın, biz başqa cür.  Beynəlxalq tədris fəzasına daxil olmaq lazımdır. Boloniya sisteminin əsas qayəsi təhsildə mobillik, tələbələrin transfer ola bilməsidir. Bunun üçün gərək kurikulumların, sillabusların uyğunluğu təşkil olunsun, qərbin aparıcı universitetləri təhsilinə inteqrasiya olunsun. 1998-ci ildə ölkəmizdə ilk dəfə olaraq ADNSU-da ABŞ-ın Corciya Dövlət Universiteti ilə birlikdə MBA (Biznesin idarə olunması) Proqramını yaratdıq. Bugün 12 ixtisas üzrə kadr hazırlayırıq. Bu proqrama rəhbərlik edirəm. 5 ixtisasımız beynəlxalq akkreditasiyadan keçmişdir, yəni bu ixtisaslar üzrə məzun olanların diplomları dünyanın hər yerində qəbul olunur. Qalan ixtisaslarda da yaxın vaxtlarda belə sertifkatlar olacaq. Düşünürəm ki, ali təhsilimizdə islahat əsasən ixtisasların beynəlxalq akkreditasiyasından keçir.
 
- Təhsilimiz bu yolla niyə aparmırıq? 
 
- Daha çox xarakter məsələsidir. Mütəxəssislər arasında birlik yoxdur. 5 nəfərin söylədiyi fikrə 25 nəfər etriaz edir. Müzakirələr mübahisələrlə əvəzlənir, elmi müstəvidən məişət müstəvisinə endirilir. Ümimi fikir ətrafında birləşmək ənənəsindn çox uzaq düşmüşük. Ümumi uğura yox, xüsusi uğura aludəçilik  şəxsi maraqlardan doğur. Bizdə “qoy qolu mən vurum” fikri dəyişməsə, alınmayacaq.
 
- Təhsil sahəsində islahatlara başlanılıb. Sürətlənməsi və effektiv nəticə verməsi üçün təklifləriniz varmı? 
 
- Təkliflərimiz həmişə olub. Bir müsahibəyə sığacaq fikirlər deyil. Problemi obrazlı şəkildə belə təqdim edərdim: Çörəyi çörəkçiyə verməliyik, dəmiri dəmirçiyə. Çörəkçi dəmir düzəltsə, xəmir kimi yumşaq olacaq, bu da dəmirin tərkibinə ziddir, əksinə, dəmirçinin də bişirdiyi çörək bərk olacaq, belə qidaya da çörək deyə bilməyəcəyik. Şair Qabil demişkən, müsibət oluruq biz səhv düşəndə yerimiz. Bir də əsas mənfi cəhət mənəmlikdir. O yox olmasa, inkişaf baş verə bilməz. 
 
- İşğaldan azad olunan dogma yurdunuz Ağdama getmisinizmi?
 
- Yox. O vaxt gedəcəm ki, Novruzlu qəbirstanlığı minalardan təmizlənsin, atamın qəbrini ziyarət edə bilim. Bu ziyarətdən sonra başqa yerlərə gedərəm.
 
- Ziyalı olub yaşamaq çətindir, asan? 
 
- Şərəfdir. Şərəfli yaşmaqsa həmişə çətin olub: səni qısqanacaqlar,  paxıllığını çəkəcəklər, özlərinə oxşatmağa çalışacaqlar, kütlənin içərisində əritmək istəyəcəklər. Sənsə fərdi düşüncənlə, həqiqəti daha aydın görmək bacarığınla, insanlara doğru yol göstərmək arzunla birgə bu əzablara dözəcəksən, qarşını kəsməyə atılan daşa, kəsəyə rəğmən  yolundan dönməyəcəksən. Maddi həyatın fövqündə dayanmaq, mənəviyyata tapınaraq yaşamaq imtina mədəniyyətini düşüncənə həkk etdirməkdən keçir. Ziyalılıq imtina etməyi bacarmaqdır. 
 
- Darıxanda görüşmək istədiyiniz, görüşdüyünüz insanlar kimlərdir?
 
- Son vaxtlar Ramiz Rövşən, Anar, Kamal Abdulla, Ramiz Həsənoğlu, ilə tez-tez görüşürəm. Ən gözəl ünsiyyət sənin anladığın, səni anlayan insanlarla daha çox bir yerdə olmaqdır. Belə insanlar susanda belə, bir-birini eşidir və dərk edirlər. 
Oxşar xəbərlər
19:22, Bu gün
Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır
19:13, Bu gün
Bakıda hoteldə yanğın başlayıb
19:05, Bu gün
Sakinlərin bağladığı Ermənistan – Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb
19:00, Bu gün
Xidmət rəisi: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb
18:56, Bu gün
Niyə hər gün darçın istehlak edilməlidir?
18:52, Bu gün
Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR
18:48, Bu gün
Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”
18:42, Bu gün
Aktrisa illər sonra etiraf etdi: "Yoxsa saçsız qalacaqdım" - FOTO
18:24, Bu gün
Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
18:21, Bu gün
Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb
18:11, Bu gün
Xatirə İslam: "Mənə belə suallar verməyin!" - VİDEO
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
17:35, Bu gün
Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
GÜNLÜK
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər