"Əslində mən siz jurnalistlərə bu sualı verməliyəm ki, sonuncu dəfə nə vaxt..."
Müsahibə
Oxunub: 3281
13 Feb 2022 | 19:01
XALQIN MƏNƏVİYYAT ÇIRAĞI
 
14 fevral Azərbaycan televiziyasının yaranmasının 66 ili tamam olur. Bu münasibətlə Moderator.az əməkdaşının “Mədəniyyət” kanalının direktor müavini, professor İlham Rəhimli ilə apardığı müsahibəni oxucularımıza təqdim edirik.
 
- 14 fevral televiziya günüdür. Siz də uzun illərdir televiziya ilə bağlısınız. Hətta başqa işlərdə çalışanda da televiziya ilə yaradıcılıq ünsiyyətlərinizi saxlamısınız. Müxtəlif verilişlərə aparıcılıq etmisiniz, öz layihələriniz olub. Bu bayram sizin üçün nə ilə daha əlamətdardır?
 
- 1956-cı ildə Azərbaycanda ilk televiziya verilişi öz yayımına “Salam, göstərir Bakı!” sözləri ilə başlayıb. Gündə bir neçə saat yayımlanan efirdə əsasən konsert və bədii film göstərilib. Bu gün isə Azərbaycan televiziyasna və onun “İdman Azərbaycan”, “Mədəniyyət” kanallarına dünyanın beş qitəsinin beşində də, sutkanın 24 saatının 24-də də baxmaq mümkündür. Yalnz elə bu fakt mədəniyyət və təbliğat ocağının möhtəşəmliyini, milli mənəvi-əxlaqi dəyərini göstərmək üçün kifayətdir.
 
AzTV güclü, əzəmətli təbliğat lokomotividir. Əsas odur ki, bu lokomativin məramı, məqsədi, amalı aydındır, milli olduğu qədər də bəşəri bədii-estetik zövqün, ülvi insani duyğuların carçısıdır, ana dilimizin müqəddəsliyinin, ülviyyətinin, şirinliyinin, lətafətinin, sirli-sehrli hüsnünün qoruyucusudur. Azərbaycan televiziyası ana dilimizin ən namuslu qoruyucusu, ən etibarlı keşikçisidir. Cəsarət və qətiyyətlə deyirəm ki, dilimizin paklığı, ülviyyəti, şirinliyi, dadı-ləzzəti, latafəti Azərbaycan televiziysı və radiosundakı qədər heç bir ideoloji qurumda qorunmur.
 
AzTV-nin hər bir üzvü üçün, adi texniki işçidən tutmuş sədrə qədər, sıravi işıqçıdan tutmuş rejissora qədər, montajçıdan tutmuş redaktorlara qədər, operatordan tutmüş ayrı-ayrı verilişlərin aparıcılarına qədər, hamı üçün Azərbaycan televiziyası xalqımız, vətənimizdə yaşayan müxtəlif millətlərin nümayəndələri üçün ölkəmizin mənəviyyat aynasıdır. Onun saflıq və qüdsiyyətini qorumaq isə televiziya işçilərinin müqəddəs borcudur.
 
Kollektiv səylə çalışır ki, efiri müqəddəs ideallarımızı, ülvi əxlaqi keyfiyyətlərimizi, halal arzularımızı, bakirə duyğu-düşəncələrimizi, möhtəşəm əməllərimizi tərənnüm edən verilişlərlə bəzəyək. Azərbaycan televiziyası bu inkaredilməz həqiqətə daim sadiq qalmağa çalışır. Yurdumuza gələn qonaqlar bu əlvan, konül oxşayan, estetik cazibə gücünə malik olan mənəviyyat aynasına heyranlıqla, məhəbbətlə, ehtiramla tamaşa etməklə Vətənimiz haqqında, onun vətəndaşları haqqında, millətin dövlətçiliyimizə müqəddəs yanaşması barədə müəyyən qənaətə gəlir.
 
- Kollektiviniz bayramı necə qarşılayır?
 
- Bizim işimiz göz qabağındadır, tamaşaçıların da qiymətləndirmə meyarları müxtəlifdir. Əsas odur ki, kollektivimizin hər bir üzvü üçün əsas meyar bayram, gün, saat deyil, hər dəqiqənin və hətta saniyyənin belə gözəlliyinin, mənalılığının, mahiyyətinin dəyəri böyükdür. AzTV-nin, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarının hər birini ayrılıqda 2-3 gün müntəzəm izləsəniz son illərdə ekranda göstəriliən verilişlərin bədii-estetik dəyərlərinin daha da gözəlləşdiyini, mövzu əlvanlığını, ümumilikdə XXI əsrə xas olan ritm-ahəng, dinamika-çeviklik özəlliklərini görə bilərsiniz.
 
Azərbaycanda elə bir sahə yoxdur ki, günün müəyyən saatlarında həmin mövzuya toxunulmasın. Dünya miqyasında, o cümlədən ölkəmizin xarici və daxili siyasətində elə bir vacib ictimai-siyasi, sosial yenilik olmur ki, “Çıxışa doğru”, “Əsas məsələ”, “Həftə” onu şərh və təhlil etməsin. Yer kürəsinin hər hansı nöqtəsində diqqətəlayiq idman hadisələri mütləq “İdman Azərbaycan” kanalının efirində tamaşaçılara çatdırılır. Respublikamızın idman sahəsindəki bəzi axsamalar, çatışmazlıqlar mütləq peşəkar idman jurnalistləri və dəvət edilən səriştəli mütəxəssislıri ilə bilikdə təhlil olunur. Onu da nəzərinzə çatdırım ki, dünya televiziyalarının böyük əksəriyyətinin idman kanalları pulludur. Barmaqla sayılacaq az ölkələrdən biri də Azərbaycandır ki, “İdman Azərbaycan” kanalı pulsuz yayımlanır. Heç uzağa getməyək, hazırda Çində keçirilən qış olimpiya oyunlarının gündəlik işıqlandırılmasına baxsanız hər cür lazımı məlumatı ala bilərsiniz.
 
“Mədəniyyət” kanalının ana xəti milli mədəniyyət və incəsənət sərvətimizi diqqət mərkəzində saxlamaqdır. Bunula belə, kanalımız dünyanın möhtəşəm tarixi abidələri, təbiət gözəllikləri, açıq havadakı qoruq-muzeyləri, teatrları, sənət muzeyləri, ayrı-ayrı qitələrdəki qədim möcüzələri, yaradıcılıqları bəşəri əhəmiyyət kəsb edən yazışılar, rəssamlar, bəstəkarlar, aktyorlar və digər sənət dühaları haqqında xaricdə ictehsal olunan publisit oçerkləri, sənədli, elmi-kütləvi, sənədli-bədii filmləri tərcümə edib yayımlayır.
 
- Proqram tərtibi hansı prinsipdə işlənir?
 
- Hər kanalın ayrılıqda oz proqram şöbəsi var. Eyni zamanda AzTV-nin baş proqram şöbəsi ümumi kordinasiyaya ciddi nəzarət edir. Proqramın hazır olmasına qədər qaynar yaradıcılıq prosesi keçilir. Yeri gələndə hansısa tarixi hadisəyə aid proqram tərtibi 2-3 ay əvvəl, bəzən daha uzun müddət şöbə və redaksiya rəhbərlikləri ilə geniş müzakirə olunur, mövzular, verilişlərin janrları, forma-məxmun vəhdəti dəqiqləşdirilir. Yeri gəlmişkən qeyd edim ki, AzTV-də həm ictimai, həm da daxili bədii şuralar fəaliyyət göstərir. İctimai bədii şurada Xalq yazıçısı Anar, akademik Kamal Abdulla, Xalaq artisti, bəstəkar Eldar Mansurov, Xalq artisti, məşhur diktor Ofeliya Sənani və bu kimi tanınmış simalar təmsil olunurlar. Televiziya rəhbərliyi ilə birlikdə keçirilən müzakirələr lentə alınır və kollektivin vacib struktur rəhbərləri onlara baxıb öz qeydlərini götürürlər. Daxili bədii şura azı ayda iki dəfə, vacib tarixi hadislər olanda hər həftə yığılıb efirdə gedən verilişləri köklü şəkildə müzakirə edir. Sirr olsa da deyim ki, biz öz verilişlərimizə çox sərt tamaşaçıdan da amansız yanaşmağı bacarırıq və ilk vəzifəmiz də mütləq ən xırda qüsur və çatışmazlığı belə aradan qaldırmaqdır.
 
- Tamaşaçıların zövqü sizin üçün vacibdirmi? Və nəzərinizə çatdırılan qüsurlara necə münasibət bəsləyirsiniz?
 
- Burada bir incə məqam var. Bizim milyonlarla tamaşaçımız var, onların hər birinin fərdi istəyini ekranda reallaşdırmağa çalışsaq onda gərək sutka 24 saat yox, 124 saat ola. Bununla belə söylənilən iradları mütləq ümumiləşdirib kompleks şəkildə müzakirəyə çıxarır və onların həllinə əsaslı prinsiplərlə yanaşırıq. Əsaslı prnsip deyəndə nəyi nəzərdə tuturam? AzTV-nin minimum 5 ilə hesablanmış yaradıcılıq məramnaməsi işlənib. Təbii ki, ilbə-il mövcud reallıqla bağlı bu məramnaməyə əlavə və dəyişikliklər edilir. Əsas odur ki, konsepsiyamız, məramımız, estetik ölçü-meyyarlarımız aydındır və bu bədii, eləcə də texniki keyfiyyətlərə əsaslanmaq fəaliyyət kompasımızdır, yaradıcılıq nizamnaməmizin ana xəttidir.
 
- İki-üç gündür efirdə yeni layihə olan “Şuşam mənim” verilişinin anonsunu görürük. Yeni veriliş hansı istəkdən doğub, onun məram və məqsədi nədir?
 
- Əvvala, onu fəxr və qürurla, tam qətiyyətlə deyə bilərəm ki, Şuşa hər bir Azərbaycan vətəndaşının doğma şəhəridir. Ona görə layihənin adını “Şuşam mənim” qoymuşuq. Bu, öz yerində. Ölkə prezidenti cənab İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan edib. Prezidentin sərancamı çıxan kimi teleşirkətin sədrinin yanında geniş tərkibdə müzakirə keçirdik və bu layıhənin reallaşması fikir çoxluğu ilə qəbul edildi. Yaradıcı heyət müəyyənləşdirildi. Artıq beş verilişin çəkilişləri edilib. İlk verilişimiz bu həftənin ortalarında efirdə göstərilicək. Teatr tamaşası hazırlananda quruluşçu rejissor tərəfindən onun məqsədi, ali məqsədi və ən ali məqsədi müəyyənləşir. Bizm məqsədimiz Şuşanı tamaşaçılarımıza daha yaxından tanıtmaq, sevdirmək, onun hüsnünün füsunkarlığına daha gur çıraq tutmaqdır. Əsas məqsədimiz odur ki, Şuşanın özü, qollarını şəhərin boynuna dolamış qalası, tarixi abidələri, məhəllələri, bulaqları, məscidləri, bu şəhərdən çıxmış dühaları barədə tamaşaçılara bilavasitə şəhərin öznüdən, məhəllələri, küçələri gəzə-gəzə məlumat verməkdir. Ən ali məqsədimiz də odur ki, Şuşanın müqədds Azərbaycan şəhəri olduğunu, orada gedən əsaslı, əzəmətli milli memearlıq üslubuna əsaslanmaqla bəşəri dəyərlərdən şirələnən yeni quruculuq işlərinin möhtəşəmliyini, “Şuşa ili”nin müqəddəs məramını həm xalqımıza, həm də bütün sülhsevər, haqqsevər ölkələrə bəyan etməkdir.
 
- Şuşa ilə bağlı verilişləriniz silsilə olacaq?
 
- Bəli, il boyu davam etməlidir. Şirkətin sədri Rövşən Məmmədov başda olmaqla, ayrı-ayrı qrum rəhbərlərinin, eləcə də layihənin yaradıcı heyətinin məqsədi adi veriliş hazırlamaq deyil. Çalışmışıq və gələcək işlərimizdə də çalışacayıq ki, Şuşanın dünənindən bu gününə çanlı körpü salaq: Həqiqət və gözəllik körpüsü! Həmçinin Şuşanın indisinin canlı salnaməsini yaradaq. Çünki bir müddətdən sonra Şuşada bizim verilişlərimizdə görəcəyiniz dağıntılardan, vandalizmin nümunələrindən əsər-əlamət qalmayacaq. Çünki şəhərdə nəhəng quruculuq işləri aparılır və bütün bunlar ölkə rəhbərinin daim nəzarətindədir. Biz orada işləyən müxtəlif peşə sahibləri ilə söhbətlər edirdik. Onların şövqlə, qürurla, sevə-sevə işləmələri, səmimi ehtirasla danışmaları bizə coşqunluq bəxş edir, qürur verirdi. Məhz bütün bunlara görə də çəkiliş qrupumuzda hamımız xüsusi səylə çalışırıq ki, “Şuşam mənim” verilişləri gəlcək nəsillər üçün yaddaş aynası olsun. Tarixi həqiqətlər unudulmasın.
 
Elə buradaca qeyd edim li, “Oxuyur Vətən” layihəsi də geniş mənada Qarabğın işğal olunmuş ərazilərindəki ürək göynədən dağıntılar fonunda çəkilib. Bu da daha çox gələcək nəsillərin yaddaşına hesablanıb. Eyni zamnda xalqımızın qürurunu, hər ağrılı kədəri belə nəğməylə ovundura bilmək bacarığını, həqiqət hayqırtısını, vətənpərvərlik coşqusunu, ülviyyət sevgisini dünyaya göstərməyin parlaq və ecazkar nümunəsidir.
 
- Adi bir ziyalı kimi 66 yaşlı Azərbzycan televiziyasının ümumi fəaliyyətini neçə qiymətləndirərdiniz?
 
- Azərbaycan televiziyasının 66 yaşı tamam olur. İlk baxışda bu iki rəqəm quru, soyuq, adi, bəlkə də ötəri təsir bağışlaya bilər. Amma di gəl ki, Azərbaycan televiziyası öz verilişlərində, öz yaradıcılıq qayəsində xalqımızın indi içində yaşadığı 2022-ci ildən də çox qədimlə bağlı olan mədəniyyətmizin salnaməsini yaradıb və yaratmaqda davam edir.
 
Azərbaycan televiziyası 66 ildə onlarla 66 ilə bərabər olan sənət xəzinəsinə lentlərdə əbədiyyət ömrü verib. Xalqımızın keçdiyi rəşadətli, qəhrəmanlıq dolu, həmçinin ziddiyyətli, burulğanlı tarixi yolun salnaməsini məhz Azərbaycan televiziyası əbədiləşdirib. Qarabağdakı 44 günlük zəfər savaşının da nadir lentləri məhz Azərbaycanın qızıl fondndadır. Cəsarətlə deyə bilərəm ki, min ildə müxtəlif vasitələrlə xalqa verilən maarifçilik işığından daha artığını Azərbaycan televiziyası 66 ildə millətimizə bəxş edib.
 
- Azərbaycan televiziyasının gələcək planları varmı? Varsa nədən ibarətdir?
 
- Perspektiv plansız işləmək mümkün deyil. Plan sözü bəlkə də yerinə düşmür. Çünki, yuxarıda dediyim ki, şirkət öz işini fundamental konsepsiya və təsdiqlənmiş məramnamə əsasında qurmağa səylə çalışır. Təkcə son beş-altı ayda yeni verilişlərimiz efirə çıxıb. Verilişlərimizin ritm ahəngi köklü şəkildə dəyişib. Yeni forma və janrlarda verilişlər hazırlanır. Çalışırıq ki, formaya “forma” xatirinə yanaşılmasın, məzmunun estetik dəyəri, mövzunun əsas qəyəsi, ideyasının poetik, lirik, dramatik, publisit (hər mövzunun öz təqdimetmə xüsusiyyətini reallaşdırmağa səy göstərilir) təqdiminə uyğun olsun. Dil-ifadə özəlliklərini həssaslıqla qorumaq ilk vəzifələrimizdəndir. Səmimi etiraf edim ki, biz işlərimizdə çatışmazlıqları tamaşaçılardan qat-qat daha yaxşı görürük və yol verdiyimiz qüsurlara qarşı barışmaz olduğumuza siz də inanın.
 
- Deyirsiniz ki, son vaxtlar xeyli yeni verilişləriniz efirə çıxıb. Adlarını çəkə bilərsinizmi?
 
- Əslində mən siz jurnalistlərə bu sualı verməliyəm ki, son dəfə AzTV-nin, “Mədəniyyət” və “İdman Azərbaycan” kanalının hansı verilişinə baxmısınız? Nə sizi qane edib, nəyə iradlarınız var? Bu qalsın gələn müsahibəmizə... Mən burada xeyl maraqlı yeni verilişlərin adını çəkə bilərəm. Ancaq hansısa verilişin adını çəkməyi unudaram və bunu özümə bağışlamaram. Ona görə də ad çəkmirəm, ancaq tamaşaçı rəylərini dinləmək və onlara səmimi ehtiramla yanaşmaq borcumuzdur.
 
Bir məsləni də diqqətinizə çatdırmaq istəyirəm. Telefilm son illər sırf adının daşıdığı estetik meyara və janr xüsusiyyətlərinə uyğun olaraq səmərəli işlər görür. Azərbaycanın televiziya məkanında seriallar çəkilir, məqsəd yaxşıdır, ancaq keyfiyyət baradə danışmaq üçün geniş ictimai müzakirə aparılmalıdır. Şirkətimiz tarixi, sosial, uşaq mövzularında seriallar çəkmək üçün Türkiyənin TRT kanalı ilə sıx yaradıcılıq əlaqələri qurmaqdadır. Əminəm ki, tamaşaçılarımız il ərzində bu istiqamətdə də görülən yaradıcılıq işləri ilə tanış ola biləcəklər...
Oxşar xəbərlər
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 12:16
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
19 Apr 2024 | 12:13
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
19 Apr 2024 | 12:38
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:12
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 12:16
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
19 Apr 2024 | 12:13
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
19 Apr 2024 | 12:38
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:12
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...