"Buna səbəb rektorun universitetdə kreativ mühitin formalaşmasına imkan yaratmasıdır"
Müsahibə
Oxunub: 2076
13 Apr 2021 | 18:29
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BA (MBA, BBA, ZU) Proqramları direktor müavini dosent Nailə Həsənova ilə müsahibəni təqdim edirik.
 
Qeyd edək ki, bir neçə gün bundan əvvəl bu proqramlarda 5 ixtisas Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Akkreditasiya Təşkilatı olan FİBAA tərəfindən akkreditasiya olunub. Bu isə o deməkdir ki, Azərbaycanda həyata keçirilən bu proqramlar artıq bütün dünyada qəbul ediləcək.
 
Xatırladaq ki, BA  Proqramlarının həmtəsisçilərindən biri dünya çapında tanınan alim, Lütfi Zadənin elmi irsinin varisi, professor Rafiq Əliyevdir
 
- BA Proqramları nə vaxt və kimlər tərəfindən yaradılıb? Proqram dövlət hesabına, yaxud xüsusi qrantlarla maliyyələşir?
 
- BA Proqramları tərkibində 3 Proqram fəaliyyət göstərir: MBA (Master of Business Administration), BBA (Bachelor of Business Administration), ZU(Siegen University, Bachelor of  “Business  New Technologies” Program).
 
“Biznesin idarəolunması üzrə magistrların hazırlanması və professor–müəllim heyətinin təkmilləşdirilməsi” (“Master of Business Administration”) MBA Proqramı üzrə magistratura 1998-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və ABŞ-ın Corciya Dövlət Universiteti(CDU) tərəfindən hazırlanmış birgə layihəyə əsasən təşkil olunub. Proqramın həyata keçirilməsi ABŞ Dövlət Departamentinin Milli İnformasiya Agentliyinin qrantı sayəsində mümkün olub. 15 iyun 1999-cu ildə Proqramın əsasnaməsi Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.
 
2001-ci ildə ADNSU və ABŞ-ın Corciya Dövlət Universiteti tərəfindən birgə hazırlanan layihəyə əsasən  BBA (Bachelor of Business Administration) Proqramı yaranıb. Bu Proqramın da fəaliyyəti ABŞ Dövlət Departamentinin qrantı əsasında həyata keçirilib.12 iyun 2002-ci ildə Proqramın Əsasnaməsi Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.
 
Hər iki proqram  Professor Rafiq Əliyev və Corciya  Universitetinin professoru Bican Fəzlullahi tərəfindən təşkil olunub.
 
Almaniyanın Zigen Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin arasında “Yeni texnologiyalar üzrə bakalavr hazırlanmasına dair əməkdaşlıq Proqramı” ZU Proqramı  2001-ci ildən fəaliyyət göstərməyə başladı. 01 oktyabr 2003-cü ildən Proqramın Əsasnaməsi Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.
 
- Azərbaycanda MBA və BBA təsilinin başlanğıcı bildiyimiz qədər sizin proqramlar vasitəsilə qoyulub. Bu barədə nə deyə bilərsiniz?
 
- Bəli, dövlət universitetləri arasında həm MBA, həm BBA təhsilinin başlağıcı bizim universitetdə olan Proqramlar tərəfindən qoyulub. Bu yolda ilk olmaq qarşımıza müxtəlif çətinliklər çıxarsa da Azərbaycan təhsilinə bir yenilik gətirmək və tələbələrimizin günü-gündən artan uğurlarını görmək bizi həmişə qürurlandırmış, fərqli bir stimul verib.
 
- Bizdə olan məlumata görə, bu yaxınlarda  sizin proqramlarda 5 ixtisas Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Akkreditasiya Təşkilatı olan FİBAA tərəfindən akkreditasiya olunub. Bu böyük uğur necə əldə edildi?
 
- Azərbaycan təhsil sistemındə ilk dəfə olaraq ADNSU-nun BA (MBA,BBA,ZU) Proqramları üzrə 5 ixtisas  Beynəlxalq Akkreditasiya Agentliyi olan FIBAA (Foundation for International Business Administration Accreditation) tərəfindən akkreditasiya olundu. 1994-cü ildə Almaniyanın Bonn şəhərində yaradılmış FİBAA Almaniya Beynəlxalq Akkreditasiya Təşkilatı tərəfindən qəbul olunan ilk akkreditasiya agentliyidir. Bu  agentliyin əsas prinsipi keyfiyyətin təkmilləşdirilməsi, təhsilin Avropa və Beynəlxalq standardlara uyğunluğunun təmin edilməsidir. Cari ilin 24-26 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq BA Proqramlarında  FİBAA -nın nümayəndə heyəti tərəfindən Beynəlxalq Akkreditasiya yoxlanılması keçirildi. Nümayəndə heyəti arasında Erfurt, Albştad –Ziqmaringen, Osnabrük  kimi nüfuzlu universitetlərin professorları vardır.
 
Bu yoxlama zamanı proqramda tədrisin bütün strukturları, bütün tədris materialları, dərs vəsaitləri, kurikulumlar, sillabuslar  və s. hərtərəfli yoxlanıldı. İnzibati heyət, professor-müəllim heyəti, tələbələrlə, məzunlarla görüşlər keçirildi, geniş müzakirələr aparıldı. Sonrasında davam edən prosedurlar nəticəsində BA Proqramlarında yuxarıda adları çəkilən 5 ixtisas akkreditasiya qazandı. Proqramın 20 illiyinə ən böyük hədiyyə olan bu uğur ən yeni tədris metodologiyaları, texniki vəsaitlər, ingilis dilində yüksək səviyyəli təhsilə əsaslanan  BA Proqramlarının təhsil standartlarının Avropa və beynəlxalq standatlara uyğun olmasının ən aydın göstəricisidir. Və qeyd etməliyəm ki, akkreditasiyanı uğurla başa vurmağımızın ən əsas səbəblərindən biri də rektor, professor Mustafa Babanlının universitetdə kreativ mühitin formalaşmasına imkan yaratmasıdır.
 
- Tədris proqramları (kurikulumlar) hansı prinsiplər əsasında hazırlanıb?
 
- Proqramların kurikulumları  Avropa standartlarına uyğun tərtib edilib. Onlar ixtisasların məqsədlərini kifayət qədər əks etdirir, fənnlərin məzmunu düzgün balanslaşdırılıb, məntiqli və bir -biri ilə əlaqəlidir və nəzərdə tutulan öyrənmə nəticələrinə yönəldilib. Seçmə fənnlər tələbələrə fərdi maraqlarına uyğun əlavə bilik və bacarıqları əldə etmələrinə imkan yaradır.
 
Proqramların beynəlmiləl yönümlü struktura malik olması kurikulumlara daxil edilmiş hər bir fənnin modulunda aydın nəzərə çarpır.
 
Modullar və sillabuslar hər bir fənnin təsvirini, nəzərdə tutulan öyrənmə nəticələrini, prirekvizitləri, tədris metodlarını, əsas və əlavə oxu materiallarını, yeni tədris texnologiyalarını, simulyasiyaları və tədrisin strukturununa və məzmununa dair məlumatların ətraflı təsvirini verir.
 
- Tədrisin keyfiyyəti necə ölçülür?  Müəllimlər və proqram necə qiymətləndirilir?
 
- Hər semestrin sonunda həm müəllimləri, həm proqramı hərtərəfli dəyərləndirmək üçün  gizli  “Evaluation” (qiymətləndirmə) keçirilir. Tələbələrə təhsilin keyfiyyətini ölçmək üçün xüsusi suallardan ibarət olan  blanklar təqdim olunur və onlar həmin blankları anonim şəkildə dolduraraq təhvil verirlər. Qeyd etmək istərdim ki, “Evaluation”  BA Proqramları tərəfindən qəbul olunmuş ən əsas keyfiyyət göstəricisidir və onun nəticələrinə ciddi şəkildə əməl olunur. Bundan başqa Proqram tərəfindən təşkil olunmuş  komissiya vaxtaşırı açıq dərslərdə iştirak edir, irad və təkliflərini Proqram rəhbərliyinə bildirirlər. Bütün qiymətləndirmələrin nəticələrinə Proqram Şurasında baxılır və qərarlar səs çoxluğu ilə qəbul olunur. Qeyd etməliyəm ki, bu semestr “Evaluation” nəticələrinə görə, Proqram Şurasının qərarı ilə 2 müəllim dərslərdən kənarlaşdırılmış, bir neçəsinə isə xəbərdarlıq edilib.
 
- Tələbələrinizin bilik və bacarığı FİBAA nümayəndə heyəti tərəfindən necə qiymətləndirildi?
 
- Ümumiyyətlə, qazandığımız bütün uğurlar arasında bizi ən çox sevindirən tələbələrimizin uğurlarıdır. Boloniya sisteminin tətbiqi nəticəsində artıq çox sayda tələbələrimiz xaricdə təhsil alır, müxtəlif elmi konfranslarda iştirak edir, yarışlarda yüksək uğurlar qazanırlar.
 
Yuxarıda qeyd etdiyim kimi, FİBAA nümayəndə heyəti  tələbələrlə və məzunlarla görüşlər keçirdi, onların ümumi bilik və bacarığını,intellektual səviyyələrini, dilbilmə qabiliyyətlərini yüksək qiymətləndirdi.
 
- BA Proqramlarında mövcud olan  Avropa və beynəlxalq səviyyəli etik standartları necə əldə etmisiniz?
 
- BA Proqramlarını Azərbaycan təhsil sistemində fərqləndirən xarakterik xüsusiyyəti məhz etik normaların Avropa və beynəlxalq səviyyədə qorunmasıdır. Proqramda bu mühit illərdir qorunur. Biz bunun üçün xüsusi səy göstərmirik. Yəni Bu artıq Proqramın üzərinə oturmuş bir xüsusiyyətidir. Tələbələrimiz də, müəllimlər də artıq bu mühitdə yetişiblər. Mən inanmıram ki, bizim tələbələr Proqramı bitirdikdən sonra hansısa başqa mühitdə o normaları pozsunlar. Belə fikirləşirəm ki, bizim FİBAA tərəfindən akkreditasiya əldə etməyimizin ən əsas səbəblərindən biri budur.
 
- Hər bir universitetin əsas göstəricisi onun kitabxanasıdır. Kitabxananız beynəlxalq standartlara cavab verirmi?
 
- Proqramın zəngin kitabxanası var. Elə kurslar var ki, onların tədrisi 20-25 dərs kitabı əsaında keçirilir. Kitabxananın açılış saatları həm tələbə, həm də müəllimlər üçün məqbuldur. Rəqəmsal  kitabxanaya giriş (məsələn, elektron kitabxana, verilənlər bazası) təmin edilir. BA Proqramlarının kitabxanasında tədqiqatlar üçün tələb olunan ədəbiyyatlar mövcuddur. Proqram yerli kitabxanada kitab çeşidini daima yeniləyir.
 
- BA Proqramlarının elmi istiqamətində hansı nailiyyətləri var?
 
- BA  Proqramlarının elm yönümlü təhsil müəssisəsi olması yenə də onun xarakterik xüsusiyyətidir. Proqram heyətinin vaxtaşırı müxtəlif nəşriyyatlarda (məs. Science Ctation İndex-də indeksli nəşrlər) kitabları və məqalələri nəşr olunur.
 
- Hansı tədris texnologiyalarından istifadə edilir? Dərslər hansı mərhələlərdən ibarətdir?
 
- Bildiyiniz kimi, bütün dünyada iki tədris texnologiyası vardır: tələbəyönümlü tədris texnologiyası və müəllimyönümlü tədris texnologiyası. Bizim Proqramda məhz tələbəyönülü tədris texnologiyasından istifadə edilir.
 
Dərslərdə tələbələr qruplara, komandalara bölünür, müxtəlif tapşırıqları birgə yerinə yetirirlər. Dərslərdə praktik hissələrin olması vacibdir.Komputer simulyasiyasına geniş əhəmiyyət verilir.
 
- Tədris yalnız ingilis dilində aparılır?
 
- BA Proqramları tədris tamamilə ingilis dilindədir. İngilis dilində tədris tələbələrə müxtəlif mübadilə proqramlarında iştirak etməyə, xaricdə təhsil almağa, geniş ədəbiyyatlardan istifadə etmələrinə və s. imkanlar yaradır. 90-a yaxın müəllim əsas xarici universitetlərdə təhsil almışdır. Həmçinin, ingilis dilində dərslərin keyfiyyətini yüksəltmək məqsədilə 30-da çox müəllim xarici universitetlərə təcrübə üçün göndərilmişdir. Bir çox müəllimlər ABŞ-da staj keçmiş və sertifikat almışlar. Proqrama mütəmadi olaraq xarici universitetlərdən müəllimlər və “guest lecturer”lər dəvət olunurlar.
 
- PhD səviyyəsi haqqında məlumat verməyinizi istərdik.
 
- PhD Proqramı Proqram Corcia Dövlət Universiteti  J. Mak Robinson Kolleci (Atlanta, ABŞ) ilə birgə əməkdaşlıq əsasında hazırlanıb.  PhD Proqramının məqsədi tələbələrin elmi araşdırmalar və tədqiqatların aparılması üçün zəruri bacarıqlarının inkişaf etdirilməsi və onlara lazımi biliklərin verilməsi sahəsində nəzəri baza ilə təmin edir. Kredit sistemi ilə təhsil alan tələbələr yalnız nəzəri biliklər deyil, eyni zamanda  elmi-tədqiqat və tədris sahəsində öz karyeralarının uğurlu davamı üçün də bacarıqlar əldə edəcəklər. Məzunlar yeni bilik yaratmaq məqsədilə müasir tədqiqat  metodlarını tətbiq edə və mövcud problemlər üzərində nəzarəti yaxşılaşdırmaq üçün müasir elmi standartlar ilə yanaşı, digərlərinin təhsili üçün ən yaxşı mövcud tədris metodlarından istifadə edə bilirlər. Proqramın bir hissəsi kimi əldə edilən təhsil, doktorantlara gələcək professional inkişaf üzrə uğur qazanmaları üçün möhkəm təməl olacaq və onlara nəzəri və praktiki biliklərini sintez etmələrinə imkan verir. Ziqen Universiteti ilə ADNSU arasındakı müqaviləyə əsasən məzunlara Ziqen Universitetinin qoşma diplomu verilir.(azedu.az)
Oxşar xəbərlər
12:58, Bu gün
"ABŞ özünün çoxdankı qlobal lider rolunu davam etməlidir..."
12:52, Bu gün
Xarıbülbül şəhid əsgərlərin xatirə rəmzidir
12:47, Bu gün
Təkbaşına 22 düşmən əsgərini məhv edən qəhrəman zabit
12:41, Bu gün
Sabaha olan hava proqnozu AÇIQLANDI
12:36, Bu gün
Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR - Görüntülərdən məlum oldu ki... - FOTO
12:30, Bu gün
İçərişəhərə maşınlar buraxılmayacaq? - VİDEO
12:25, Bu gün
Sevgi ötəri, izi daimi: Aldatma bu xəstəliklərə səbəb olur
12:20, Bu gün
Həyatda həlledici məqamla üz-üzə olan 4 BÜRC: astroloqlardan XƏBƏRDARLIQ
12:15, Bu gün
Bu da Azərbaycanın ilk lazer silahı - VİDEO
12:10, Bu gün
İlham Əliyev Zəfər parkında oldu - YENİLƏNİB + FOTO
12:05, Bu gün
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi açıqlandı
12:01, Bu gün
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
11:58, Bu gün
Kamal Abdullanın “Seçmələrin seçməsi - qranulalar” kitabının təqdimatı keçirilib - FOTOLAR
11:54, Bu gün
“Balaxanı dairəsi”ndə təmir işləri aparılacaq
11:50, Bu gün
Zabrat yoluna avtobus zolağı çəkildi - FOTO
11:46, Bu gün
Səttar Möhbalıyevin xanımı işdən çıxarıldı
11:44, Bu gün
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
11:40, Bu gün
“Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi” - Kamaləddin Qafarov
11:35, Bu gün
27 Sentyabr - Anım Gününə həsr olunan fləşmob keçirilib - VİDEO
11:32, Bu gün
Tramp sosial mediada saat satmağa başladı: Qiyməti heyrətləndirdi - FOTO
11:24, Bu gün
Putinin nüvə təhdidlərinə AB-dən cavab
11:19, Bu gün
AzTV-nin əməkdaşının azyaşlı qızının bağçada ölməsi ilə bağlı araşdırma aparılır
11:11, Bu gün
Dünyadakı bütün qurular okeanlar və bütün okeanlar quru olsaydı NƏ BAŞ VERƏRDİ?
11:00, Bu gün
İnfarktın 10 gizli əlaməti- EKSPERT AÇIQLADI
10:52, Bu gün
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
10:39, Bu gün
Oqtay Əsədovun xanımının yerinə TƏYİNAT
10:31, Bu gün
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
10:21, Bu gün
Ermənistanda dəhşət: morqlarda qalan 88 hərbçi kimdir? - 4 il sonra sirlər açılır
10:11, Bu gün
Vətən uğrunda canlarını qurban verənlərlə qürur duyuruq - ŞƏRH
10:00, Bu gün
Azərbaycanda bir günü 1000 manata evlər təklif edilir - VİDEO
09:52, Bu gün
Göyçayda qadın toy mərasimində ölüb
09:33, Bu gün
İkinci Fəxri Xiyabanda şəhidlərin məzarları ziyarət olunur
09:30, Bu gün
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
09:26, Bu gün
"Aqrora"nı cərimə gözləyir
09:23, Bu gün
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO
09:16, Bu gün
Pik saatlarda metroda eskalatorlar niyə işə salınmır? - VİDEO
08:59, Bu gün
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
08:41, Bu gün
Zülfiyyə İbrahimova vəfat etdi - FOTO
08:31, Bu gün
"FSB" Ukrayna ordusunun Kursk vilayətində irəliləməsini dayandıra bilmir..."- ISW
08:23, Bu gün
Gözəllik ondur, biri də... plastik əməliyyat - “başqa adama” çevrilənlərə DİN nə deyir?
08:00, Bu gün
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
07:34, Bu gün
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusu gizlənir..." -  Müdafiə nazirləri...
06:26, Bu gün
27 sentyabr böyük zəfərin təməlinin qoyulduğu şərəfli tarixdir
01:59, Bu gün
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
26 Sep 2024 | 23:06
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
26 Sep 2024 | 23:01
"HƏMAS lideri sağdırmı?": İsrail müdafiə naziri aydınlıq gətirib
26 Sep 2024 | 22:37
"Putin Ukraynaya nüvə zərbəsi endirəcəkmi?" - ISW
26 Sep 2024 | 22:33
Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:28
"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb
26 Sep 2024 | 22:27
Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb
26 Sep 2024 | 22:26
Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
26 Sep 2024 | 21:59
ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
26 Sep 2024 | 21:10
"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb
26 Sep 2024 | 21:07
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
26 Sep 2024 | 21:02
ABŞ və Avropa İttifaqı Putinin nüvə təhdidlərinə cavab verib
26 Sep 2024 | 20:52
Qarabağ Universitetində daha bir İLK- Xanəndələr QAYITDI- VİDEO
26 Sep 2024 | 20:43
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
26 Sep 2024 | 20:35
"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
26 Sep 2024 | 20:25
Nyu-York meri korrupsiyada ittiham olunur
26 Sep 2024 | 20:22
Ən faydalı bitkilərin ADLARI AÇIQLANDI
26 Sep 2024 | 20:17
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
26 Sep 2024 | 20:08
SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
26 Sep 2024 | 19:50
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 19:42
Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldılar
26 Sep 2024 | 19:31
"Lənkəran" ABŞ-li basketbolçunun keçidini rəsmiləşdirib
26 Sep 2024 | 19:27
“Mədəniyyətimizin incisi – Şuşa” layihəsi uğurla davam edir
26 Sep 2024 | 19:23
"Hamster Kombat" tokeni birjaya çıxdı
26 Sep 2024 | 19:22
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 19:14
Zelenskidən sensasion anons - müharibə bitir, yoxsa...
26 Sep 2024 | 19:13
Diyetoloqlar su içməyin yeganə düzgün yolu haqqında mifi dağıtdı
26 Sep 2024 | 19:10
Nənə nəvəsini orqanlarına görə SATDI -ŞOK TƏFƏRRÜATLAR
26 Sep 2024 | 19:05
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26 Sep 2024 | 18:55
Elza Seyidcahan səhnədə YIXILDI: qabırğası qırılıb
26 Sep 2024 | 18:47
Uğur 6 BÜRCDƏN üz döndərəcək: Çətinliklərlə üzləşəcəklər
26 Sep 2024 | 18:43
“Emin Əmrullayev dostumdur, qardaşımdır, amma təhsilimzidə çat var” - Prezident təqaüdçüsü
26 Sep 2024 | 18:37
Niyə innovasiya mərkəzləri iqtisadi inkişaf baxımından vacibdir?
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 18:29
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
GÜNLÜK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 15:18
Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq - Qazilərin müavinəti 2 dəfə artır
26 Sep 2024 | 14:08
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 15:21
“Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..”
26 Sep 2024 | 16:08
Prezidentdən maaşla bağlı müjdə
26 Sep 2024 | 13:38
“Ermənistanda revanşist hərəkatı yenidən qızışdıranlara nəticə yox, başqa şey gərəkdir...”
26 Sep 2024 | 15:30
İqtisadi məsələlərə həsr olunmuş mühüm müşavirə: Prezident çıxış etdi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 15:18
Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq - Qazilərin müavinəti 2 dəfə artır
26 Sep 2024 | 14:08
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 15:21
“Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..”
26 Sep 2024 | 16:08
Prezidentdən maaşla bağlı müjdə
26 Sep 2024 | 13:38
“Ermənistanda revanşist hərəkatı yenidən qızışdıranlara nəticə yox, başqa şey gərəkdir...”
26 Sep 2024 | 15:30
İqtisadi məsələlərə həsr olunmuş mühüm müşavirə: Prezident çıxış etdi - YENİLƏNİB + FOTO