Müsahibə
4985
02 Oct 2020 | 00:24

"Azərbaycana qarşı düşmən münasibət bəsləyən dövlət necə həmsədr ola bilər..?"

Konfliktoloq Elxan Mehdiyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

- Elxan bəy, Fransa Prezidenti Makronun son çıxışlarını necə qiymətləndirirsiniz? 

- Fransa prezidenti Makronun çıxışları Paşinyanın çıxışlarımndan heç nə ilə fərqlənmir. O erməni müharibə propoqandasının önündə gedir. Bu dəqiqə Makron Azərbaycanın düşməninə çevrilmişdir. O Azərbaycan əsgərinin müqəddəs Vətən savaşını ləkələməklə məşğuldur. Artıq Azərbaycanın müqəddəs davasına qarşı heç bir arqument tapmayan Makron-Paşinyan çütlüyü guya ki, Türkiyədən və özəlliklə Qaziantepdən Azərbaycana cihadçı terrorçuların göndərildiyini məsuliyyətsizcəsinə bəyan edir və bunu Avropa Birliyinin dövlət başçıları görüşünə çıxarır.  Bu dəqiqə Makron Azərbaycana qarşı beynəlxalq koalisiya qurmaqla məşğuldur. Azərbaycan rəhbərliyi və XİN-i  bütün bu addımlara qarşı sərt addımlar atmalıdır. Bu cür mövqe tutan bir ölkə nə cür həmsədr – vasitəçi ola bilər? Azərbaycan həmən ona etiraz etməli və sərt şəkildə onun hərəkətlərini pisləməlidir. Əgər o belə davam edərsə, birmənalı olaraq Fransanın vasitəçilik missiyasından imtina edilməlidir.
Təkcə hökümət yox, bütün siyasi partiyalar və  təşkilatlar və fərdlər buna etiraz etməli və səslərini qaldırmalıdır. İnanın, beynəlxalq aləmdə Azərbaycanın əleyhinə işləyə bilən yeganə amil bu cihadçı qüvvələrin Azərbaycana gəlib ermənilərə qarşı savaşması iddialarıdır. Azərbaycan xalqı Makrondan dəfələrlə artıq şəkildə cihadçılara qarşıdır. Biz susduqca bu yalanları beynəlxalq ictimai rəydə həqəqətə çevirəcəklər. Ermənistanın fikirləşdiyi bu cür primitiv addım artıq Fransanın rəsmi siyasətinə çevrilmişdir.  Makron Rusiyanı da bu işə soxmuş və ona qarşı Azərbaycan höküməti sərt cavab verməsə, o daha da azğınlaşacaq.

- Bəs həmsədr dövlətləri prezidentlərinin birgə bəyanatına fikriniz nədir?

- O bəyanat da Makronun təşəbbüsü ilə hazırlanıb və Rusiya ilə koordinasiya edilib. Bu dəqiqə Prezident Trampın başını qaşımağa vaxtı yoxdur və onu bu məsələ ilgiləndirmir. Biz bu bəyanata növbətçi bəyanat kimi baxmalıyıq. Onlar cavab istəsələr, cavabları da aydındır. Həmən dövlətlərin səs verdiyi BMT TŞ –nın dörd qətnaməsini yerinə yetirsinlər.  İkincisi, atəşkəs dönəmindən bəri verdikləri onlarla bəyanatlara baxsınlar. Səkkizlərin görüşündə verdikləri bəyanatlara baxsınlar. Bu da onlarıın biridir. Onların bəyanatı ilə ermənilər torpaqdan çıxacaqlar ki, biz də danışıqlara gedək? Yox. Baxın Makronun bəyanatlarına. Əgər o, Azərbaycana qarşı bu cür düşmən münasibət bəsləyirsə, bu cür dövlət necə tərəfsiz adlandırılan həmsədr ola bilər? Dərhal onun vasitəçiliyinə son verilməlidir. Bu elə Azərbaycandan asılı olan məsələdir. Əgər o işğalçını dəstəkləyirsə, ona da aşağılayıcı cavab bu cür addım olmalıdır.  
Azərbaycan ordusu özünün VƏTƏN müharibəsini davam etdirməlidr. Bizləri Makronların çərənnəmələri maraqlandırmır.
Link kopyalandı!
Son xəbərlər