İsa Qəmbər: “İştirak etdiyimiz bütün seçkilərdə qalib gəlmişik” - MÜSAHİBƏ
Müsahibə
Oxunub: 4267
16 Jul 2013 | 11:45
İsa Qəmbər: “İştirak etdiyimiz bütün seçkilərdə qalib gəlmişik” - MÜSAHİBƏ

Müsavat Partiyasının başqanı İsa Qəmbər “Qafqazinfo”ya müsahibə verib. none;text-underline:none">Moderator.az müsahibəni təqdim edir.  

- İyulun 13-də Müsavat Partiyası Məclisinin toplantısında hamı Məclisin yekun seçki qərarını verəcəyini gözləyirdi və qərar verildi də. Amma Müsavatın bu qərarı Milli Şurada təmsil olunan bəzi qüvvələr tərəfindən yenə də birmənalı qarşılanmadı. Ümumiyyətlə, İsa bəy nə etmək lazımdır ki, bu söz-söhbətlər səngisin?

- Biz Müsavat Partiyası olaraq mövqeyimizin düzgün, ədalətli və xalqın, ölkənin, demokratik düşərgənin xeyrinə olduğuna əminik. Ona görə də mən Məclisdə fərqli bir qərar qəbul olunacağını gözləmirdim. Çünki partiya rəhbərliyinin mövqeyi mənə bəlli idi. Məclis üzvlərinin də bir çoxları ilə fikir mübadiləmiz, məsləhətləşmələrimiz olmuşdu. Ona görə də, biz fərqli bir qərar gözləmirdik. Həmin gün kifayət qədər açıq diskussiya getdi, fərqli fikirlər də söylənildi. Amma bütövlükdə partiya Məclisi yekdilliklə həm Milli Şuranın yaranmasını, həm Milli Şurada vahid namizədin müəyyənləşdirilməsini, həm də Müsavat Partiyasının Milli Şuranın yaranmasında, fəaliyyətində və vahid namizədin müəyyənləşdirilməsindəki rolunu, mövqeyini müsbət qiymətləndirdi. Bütövlükdə partiya rəhbərliyin qərarlarını təqdir etdi. Bu bizim üçün gözlənilən mövqe idi və yolumuza davam edirik. Fərqli fikirlər ola bilər və biz fikirlərin hamısına diqqətlə yanaşmağın tərəfdarıyıq. Amma hesab edirəm ki, əgər biz düzgün mövqedəyiksə, fərqli maraqlardan Müsavatın mövqeyini qəbul etmək istəməyənlərin fikri bizim üçün həlledici ola bilməz. Bizim üçün həlledici ölkənin, xalqın, demokratik düşərgənin maraqlarıdır və biz bu yolumuzu davam etdirəciyik. Əslində mövqeyimiz də çox aydın və şəffafdır. Biz bildirmişik ki, Milli Şuranın, demokratik düşərgənin seçkilərdən kənarda qalmasına yol vermək olmaz. Əminəm ki, bunu cəmiyyətin də əksəriyyəti başa düşür və düzgün qiymətləndirir.

- Amma elə Milli Şurada təmsil olunan partiya liderlərindən ACP sədri Sülhəddin Əkbər sizin partiyanın prezidentliyə namizəd irəli sürmək qərarının saxlanmasını demokratik qüvvələrin, Milli Şuranın yürütdüyü strategiya baxımından düzgün hesab etmədiyini bildirib.

- Bu da onun fikridir.

- İsa bəy, kənardan belə görünür ki, siz vahid namizəd olmağa iddialısınız. Namizədliyinizi saxlamağınız da buna sübut kimi göstərilir.

- Biz dəfələrlə bildirmişik ki, bu gün mövzu Müsavat - Milli Şura, Rüstəm İbrahimbəyov- İsa Qəmbər mövzusu deyil. Mövzu odur ki, Milli Şura, demokratik düşərgə, real müxalifət seçkilərdə iştirak edəcək yoxsa etməyəcək. Bizim mövqeyimiz də Milli Şuranın əksəriyyəti tərəfindən anlayışla qarşılanır. Elə Milli Şuranın bir çox üzvlərinin bu mövzudakı açıqlamaları, müsahibələri də bunu təsdiq edir. Milli Şuranın fəlsəfəsi partiyalara birbaşa bağlı olmayan intellektuallardan birinin iki illik keçid dövrünə vahid namizədliyi ilə bağlı bir yanaşmadır. Biz də öz mövqeyimizlə, qərarımızla Milli Şura üzvlərini bu istiqamətdə düşünməyə dəvət etmişik. Hesab edirəm ki, bu düşünmə prosesi başlayıb və davam edir. Biz Rüstəm İbrahimbəyovun vahid namizədliyinə səs vermişik, vahid namizədliyinin uğurlu olması, qeydiyyatdan keçməsi və seçkilərdə qalib gəlməsi üçün Müsavatdan asılı nə varsa ediləcək. Hətta, diqqət yetirdinizsə mən Məclisdəki çıxışımda dedim ki, əgər zərurət varsa Müsavat Partiyası Rüstəm İbrahimbəyov üçün 40000 imzanın hamısını toplamağa qadirdir. Eyni zamanda Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə Milli Şuranın, demokratik düşərgənin, real müxalifətin seçkidən kənarda qalması bizim üçün məqbul deyil. Hesab edirəm ki, demokratik düşərgənin maraqlarından çıxış edən əksəriyyət üçün də məqbul deyil.

- Əgər seçkidə iştirak edib məğlub olsanız, bu sizə mənəvi zərbə vura bilərmi? Eyni zamanda xalqın inamı da yenidən sarsılar.

- Müsavat Partiyası və mən iştirak etdiyimiz bütün seçkilərdə qalib gəlmişik. İndiyə qədər heç bir seçkini uduzmamışıq. Bu gerçəklikdir ki, əksər hallarda qələbəmiz oğurlanıb. Seçkidə hər zaman qalib gəldiyimiz üçün inanırıq ki, iştirak etdiyimiz bundan sonrakı seçkilərdə də qalib gələcəyik. Eyni zamanda mən yenə də deyirəm ki, bu gün mövzu bizim seçkidə iştirakımız deyil, demokratik düşərgənin seçkilərdən kənarda qalmamasıdır.

- Ümumiyyətlə, prezident seçkiləri ilə bağlı namizədlik məsələsi müzakirə olunanda AXCP ilə Müsavat arasında qalmaqal baş verir. Sizcə bu nə ilə bağlıdır?

- Partiyaların üst-üstə düşən mövqeləri olduğu kimi, fərqli yanaşmaları da ola bilər. AXCP-nin də bir çox məsələlərdə mövqeyi Müsavat Partiyası ilə üst-üstə düşür. Ancaq eyni zamanda fərqli maraqları da ola bilər. Fərqli maraqları da müxtəlif şəxslər, müxtəlif şəkillərdə ifadə edə bilərlər. Sadəcə olaraq, bu proses zamanında hər kəs diqqətli olmalıdır, müəyyən sərhədləri keçməməlidir.

- Bu ilki prezident seçkilərində müxalifətin son şansı olduğunu, əgər bu son şansı əldən verərsə, zəif olan müxalifətin məhv olacağını söyləyənlər var. Bu fikirlərlə razısınız?

- 1995-ci ildən bəri bu fikir səslənir. O vaxtdan hər dəfə deyirlər ki, müxalifət zəifdir və bu seçki müxalifətin son şansıdır. Amma seçkilərin hamısında da biz qalib gəlirik, qələbəmiz oğurlanır və yenə də həmin söhbət başlayır. Ölkədə avtoritar rejim var. Xalqın əksəriyyəti bu hakimiyyətdən narazıdır və hakimiyyətin dəyişməsini istəyir. Bu vəziyyətdə müxalifətin zəif olması mümkün deyil. O baxımdan bu rejim dəyişənə qədər Azərbaycanda güclü müxalifət olacaq. Çünki əslində bütün xalq müxalifətdədir.

- Siz də qeyd etdiniz ki, hər kəs bu hakimiyyətin dəyişməsini istəyir. Bəs səslərin oğurlanmaması, seçkinin şəffaf keçirilməsi üçün nə etmək lazımdı?

- Siyası qüvvələrin yekdil və düzgün mövqe nümayiş etdirməsi lazımdır. Diqqət etdinizsə hər iki şərti dedim. Həm yekdil, həm də düzgün mövqe lazımdır. Çünki bəzən yanlış mövqedə yekdillik, həmrəylik ifadə olunursa, o uğura aparan yol deyil. Eyni zamanda cəmiyyətin fəallaşdırılması lazımdır. Bu da təbii ki, ilk növbədə demokratik düşərgədən, vətəndaş cəmiyyətindən asılıdır. Yekdil və düzgün qərarlar qəbul edib, cəmiyyət fəal olarsa hakimiyyət seçkiləri saxtalaşdıra bilməz.

- Əgər bu dəfəki prezident seçkisində müxalifət qələbə qazanmazsa, ölkədə nə baş verəcək?

- Biz qələbəyə inanırıq və qələbə uğrunda mübarizə aparırıq. Başqa variantları ekspertlər araşdırsınlar. Bizim məqsədimiz seçkilərdə qələbədir.

- Facebook sosial şəbəkəsindəki qruplardan birində sizin qərargahın xərclərinin Ramil Usubov tərəfindən ödənildiyi ilə bağlı müzakirələr getmişdi. Bununla bağlı sizin də mövqeyini bilmək istərdik.

- Bu cür gülünc söhbətləri səsləndirmək özü qeyri-ciddidir.

- Həmin məsələyə Arif Hacılı da münasibət bildirmişdi. Düşündüm ki, başqanın da fikrini öyrənmək maraqlı olar.

- Hər dəfə kimsə bir yalan söz deyəcəksə, biz rəsmi surətdə o yalanı təkzib etməliyik? Yalan elə yalandı da... Bu, azacıq vicdanı, obyektiv yanaşması olan hər kəsə bəllidir.

- İsa bəy, maraqlıdır niyə məhz sizinlə Rüstəm İbrahimbəyovu qarşı-qarşıya qoyurlar. Əgər bu namizədlik məsələsi ilə bağlıdırsa KXCP sədri Mirmahmud Mirəlioğlu da hələ ki, namizədliyi geri götürməyib. Ona qarşı niyə belə təpkilər yoxdur?

- Müsavat Partiyası ölkədə həlledici siyasi qüvvələrdən biridir. Bəlkə də birincisidir. Aydın məsələdir ki, ölkədə fəaliyyət göstərən siyasi qüvvələr öndə olan qüvvələrlə bağlı hər zaman müəyyən narahatçılıq yaşayırlar, yaşayacaqlar və həmin qüvvəyə qarşı müəyyən əks təbliğatlar da olur. Buna biz adət etmişik və bu bizi narahat etmir.

- Milli Məclisin eks-spikeri Rəsul Quliyevin ya Rüstəm İbrahimbəyov, ya da boykot fikrinə münasibətinizi də öyrənmək istərdik.

- Bunu yanlış mövqe hesab edirik. Çünki biz də elə diqqəti ona cəlb etmək istəyirik ki, boykot yanlış xətdir və demokratik düşərgə, Milli Şura mütləq seçkilərdə iştirak etməlidir. Çünki hakimiyyətə gəlməyin yolu biz demokratik qüvvələr üçün seçkilərdə iştirak etməkdir.

- Sizcə Rüstəm İbrahimbəyov söylədiyi vaxtda gələ biləcəkmi?

- Mənə elə gəlir ki, dediyi vaxtda gələcəksə, işlərin hamısını çatdırmaq mümkün olacaq.

- Bəs Rüstəm İbrahimbəyovun həbs olunmaq təhlükəsi varmı?

- Azərbaycanda həbs olunmaq təhlükəsi bu hakimiyyətə qarşı mübarizə aparan hər bir insan üçün var. Siyasi liderlər, ictimai fəallar, sadə vətəndaşlar bir sözlə hər kəs üçün bu risk var. Bu mübarizənin məntiqidir. Ölkədəki avtoritar rejim ona qarşı mübarizə aparanlara repressiyanı heç zaman dayandırmayıb və nə qədər ki, hakimiyyətdədirlər dayandırmayacaqlar da.

- Bildirilir ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması üçün hakimiyyət hər vəchlə əngəl törətməyə çalışır. Onun Rusiya vətəndaşı olmasını, vergi borclarını, Azərbaycanda yaşamamasını və sairəni əsas gətirərək namizədliyini qeydə almaq istəmir. Bu qədər problemləri olan birini nə üçün vahid namizəd seçdiniz?

- Milli Şuranın fəlsəfəsinə uyğun gələn əsas namizədlərdən biri Rüstəm İbrahimbəyovdur və Milli Şuranın yaranmasında da əsas təşəbbüskarlardan biri olduğunu nəzərə alsaq məhz onun üzərində konsensus əldə olundu.

- Siz özünüz də bildirmişdiniz ki, Milli Şurada Rüstəm İbrahimbəyovla yanaşı başqa ziyalılar da təmsil olunur. Elə o digər ziyalıları vahid namizəd elan etmək olmazdımı?

- Bu Milli Şuranın müzakirə edib qərar qəbul edəcəyi bir məsələdir.


Oxşar xəbərlər
15:14, Bu gün
Azərbaycanın beynəlxalq təsisatlarla əlaqələri keyfiyyətcə yeni müstəviyə keçir
15:08, Bu gün
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
15:03, Bu gün
Azərbaycanın beynəlxalq təsisatlarla əlaqələri keyfiyyətcə yeni müstəviyə keçir
14:58, Bu gün
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
14:54, Bu gün
“Azərişıq” paytaxtda və regionlarda enerjidoldurma məntəqələri quraşdırır - VİDEO
14:48, Bu gün
Azərbaycanda ŞOK olay: Əməkdar məşqçi üç qız tələbəsiylə min oyundan çıxdı.. – TƏFƏRRÜAT
14:42, Bu gün
Ermənistanla əlaqələr belə qurulur: Kazanda razılaşdırılıb ki... - Detallar
14:37, Bu gün
İsa Həbibbəyliyə yeni vəzifə verildi
14:33, Bu gün
Limonla təzyiqi salmaq OLMUR
14:29, Bu gün
Xanəndənin anası oğlu üçün göz yaşı tökdü - VİDEO
14:25, Bu gün
Manaf Ağayev: "Xalq artistinin dəfninə gələn olmadı" - VİDEO
14:19, Bu gün
2 ay sonra həyatı dəyişəcək bürclər AÇIQLANDI
14:14, Bu gün
Emil Nəsirli Rusiya Təbiət Elmləri Akademiyasının akademiki seçilib - FOTO
14:08, Bu gün
"Rusiya Ukraynaya qarşı müharibəni hələ bir neçə il davam etdirə bilər" - "The Washington Post"
14:03, Bu gün
Azərbaycanda namus üstündə qətl - Qəbiristanlığa aparıb bıçaqladı - FOTO
13:58, Bu gün
Sabah da Bakıya yağış yağacaq - PROQNOZ
13:55, Bu gün
Şahbaz Şərif Azərbaycana gələcək
13:52, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
13:48, Bu gün
Dəhliz bu cür açılır: Bakı və İrəvan belə razılaşacaq - Detallar açıqlandı
13:44, Bu gün
“Bizi Bəxtiyar Vahabzadə xilas etdi” - VİDEO
13:40, Bu gün
Biləsuvarda baş verən qətllə bağlı RƏSMİ AÇIQLAMA
13:36, Bu gün
Azərbaycan gimnastları Almaniyada birinci və ikinci yeri tutublar
13:32, Bu gün
Bakıda su basmış yerlərdən suyun çəkilməsinə başlanılıb - VİDEO
13:27, Bu gün
Əkizlər ATV və “Xəzər TV”də aldıqları maaşı açıqladılar - VİDEO
13:23, Bu gün
Prezident pakistanlı generalı qəbul etdi - YENİLƏNİB + FOTO
13:18, Bu gün
Günelin təsbehi türk mediasının gündəmində - FOTO
13:13, Bu gün
Yüklərin arasında Rusiyaya keçməyə çalışan şəxs saxlanıldı
13:08, Bu gün
Daşkənddə Yunus Oğuzun “Əmir Teymur” tarixi romanının təqdimatı olub - FOTO
13:02, Bu gün
"BRICS dolları "batıra" bilməz, bu, fantaziyadır" - "Bloomberg"
12:57, Bu gün
Miri Yusif doğum gününü şəhid ailələri ilə keçirdi - VİDEO
12:52, Bu gün
Lalə Məmmədova əməliyyatlardan əvvəl - İnanılmaz dəyişim + FOTO
12:46, Bu gün
Bina sakinlərinin DİQQƏTİNƏ – Belə aldadılırsınız
12:40, Bu gün
5:2 pəhrizi nədir? - İstədiyini ye və arıqla
12:35, Bu gün
Bakıda ödənişsiz parklanma yerləri təşkil edildi - İLK DƏFƏ
12:29, Bu gün
“Bağırov” körpüsündə subasma təhlükəsi aradan qaldırılıb - RƏSMİ + VİDEO
12:24, Bu gün
Sabunçu tunelinə giriş-çıxış bağlandı - VİDEO
12:20, Bu gün
Bakıda güllə atıcılığı üzrə Federasiya Kubokunun mükafatçıları bəlli oldu - FOTO
12:18, Bu gün
“Aygün Kazımova mənə gizlin və aşkarda o qədər jestlər edib ki...”-FOTOSESSİYA
12:15, Bu gün
Azərbaycanda vəzifəli şəxslər ifşa edildi – RƏSMİ
12:10, Bu gün
Bu gün Superliqada İstanbul derbisi olacaq
12:09, Bu gün
Ucalığın mübarək, Atam Balası!
12:08, Bu gün
"Kartdan karta" görə xəbərdarlıq - 6000 manat cərimə
12:04, Bu gün
ADSEA Qarabağda: Bu şəhərlərdə su təsərrüfatı belə qurulur - FOTO/VİDEO
12:00, Bu gün
Kərə yağının qiyməti artır, bəs keyfiyyəti?
11:55, Bu gün
Uçan maşınlar dövrü başlayır - İlk addım atıldı
11:52, Bu gün
İlqar Muradov: “Qarabağ yenidən parlamağa başlayır” - VİDEO
11:49, Bu gün
"Kanallar reytinq xatirinə tərbiyəsizliyi nümayiş etdirir" - VİDEO
11:46, Bu gün
Bu yolda sürət həddi endirildi
11:42, Bu gün
İş adamı Abdolbari Gozala fəxri doktor adı verildi - FOTOLAR
11:36, Bu gün
Yağış nə vaxt kəsəcək?
11:33, Bu gün
İlham Əliyev çexiyalı həmkarını təbrik etdi
11:26, Bu gün
Qripin dərmanı olan bitkilər -SİYAHI
11:19, Bu gün
Bulvardakı gəzinti gəmiləri fəaliyyətə BAŞLAYIR
11:14, Bu gün
İrəvana da müharibəyə başlamaq təklif edilib
11:09, Bu gün
“Azəriqaz” “AAAF Holdinq”in şirkətinə qarşı iddia qaldırıb
10:58, Bu gün
İvanişvilinin üzrü işə yaramadı: Kreml dəyişməyəcək!
10:57, Bu gün
“Gürcü xalqı ağlını başına yığmış xalqdır, ermənilər kimi ağlını itirmiş satqın xalq deyil...”    
10:50, Bu gün
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan EDİR
10:42, Bu gün
Noyabr "tətil" ayı oldu - Qeyri-iş günləri açıqlandı
10:35, Bu gün
Tbilisi Moskva ilə diplomatik münasibətləri bərpa edir? - Kobaxidze açıqladı
10:29, Bu gün
Bəlli oldu, "Qızıl top"u o qazanacaq: İncə mesaj - VİDEO
10:19, Bu gün
Trampın seçicilərlə görüşü zamanı Melania amerikalıları şoka saldı: Qəfildən...
10:10, Bu gün
“Zibili qutuya atmamağa görə cərimələnirik.. –Bəs seçki qutusuna topa-topa bülleten atmağın cəzası nədir, hə?..” 
09:56, Bu gün
Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs
09:48, Bu gün
Azərbaycana ət idxalı kəskin artıb: Qiymət niyə enmir? - VİDEO
09:40, Bu gün
Yeni doğulmuş körpələrin yeməyinə spirt qoydular: Bir körpə öldü, altı körpə..
09:32, Bu gün
Qəbirdən çıxarılan meyit hamını DƏHŞƏTƏ SALDI - Bakıda FİLM KİMİ CİNAYƏT- CİNAYƏTİN FOTOLARI 
09:24, Bu gün
Mərkəzi Bankdan dollarla bağlı MÜHÜM AÇIQLAMA
09:16, Bu gün
Kirayə yolu ilə mənzil almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
09:08, Bu gün
Toyda bəy gəlini "İSTƏMİRƏM" dedi: Sevdiyi qızı göstərib, qarşısına getdi - DAVA DÜŞDÜ + VİDEO
09:00, Bu gün
7 addımda başqalarından öndə olmaq üçün karyera İPUCLARI - Özünüzü tanıyın
08:56, Bu gün
Bakı metrosunda problem yarandı - FOTOlar
08:39, Bu gün
Xocalıya getmək istəyənlərin NƏZƏRİNƏ
08:25, Bu gün
İran Prezidenti: Biz müharibə istəmirik
08:16, Bu gün
Nostradamus və Vanqadan qorxunc proqnoz: "Avropa viran olacaq"
08:09, Bu gün
Bu peşələrə böyük tələb yaranacaq - SİYAHI
08:00, Bu gün
Passiv gəlir yaratmağın 5 YOLU 
07:55, Bu gün
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb
07:39, Bu gün
Xoşbəxt cütlüklər yatmazdan əvvəl nə edirlər?
07:04, Bu gün
Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?..-Daha biri vuruldu!..
00:50, Bu gün
"Ölümsüzlük bitkisi": Əzvay təbii sağlamlıq eliksiridir...
27 Oct 2024 | 23:10
Hacıqabul sakinini ilan sancıb
27 Oct 2024 | 22:52
Rusiyada AN-2 təyyarəsi qəza enişi edib, xəsarət alanlar var
27 Oct 2024 | 22:13
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir”-Aşıq Ələsgərin nəticəsindən ETİRAZ-FOTO+ÖZƏL
27 Oct 2024 | 22:13
Saakaşvili müxalifəti etirazlara çağırıb
27 Oct 2024 | 22:12
Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib
27 Oct 2024 | 22:04
İsrailin Baş Qərargahı: İrandakı sistemlərə imkanlarımızın bir hissəsindən istifadə edərək zərbələr endirmişik
27 Oct 2024 | 21:50
Su kanalından çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır
27 Oct 2024 | 21:48
Türkiyədə zəlzələ oldu
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
27 Oct 2024 | 21:42
"Netanyahu hərbi cinayətkar və sionizmin övladıdır" -"Compact"
27 Oct 2024 | 20:29
Kiyev və müttəfiqləri hiddət içindədir: "Quterriş Putinin əlini sıxıb, Lukaşenkonu bağrına basıb" - "Bloomberg"
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 20:12
Nigeriyada bina çökdü: 40-a yaxın adam dağıntılar altında qaldı
27 Oct 2024 | 19:46
"Neftçi" "Sabah"la heç-heçə edib
27 Oct 2024 | 18:58
"İsrailin zərbəsi İranın ballistik raketlər istehsal etmək imkanını sarsıdıb" - "Axios"
27 Oct 2024 | 18:53
Bir vaxtlar qadağan edilən və hər gün etdiyimiz 10 şey
27 Oct 2024 | 18:44
Gürcüstan MSK: Parlament seçkilərində səssayma başa çatlb, “Gürcü Arzusu” qalibdir
27 Oct 2024 | 18:34
Özbəkistanda seçkilərdə seçici fəallığı 63 faizə çatıb
27 Oct 2024 | 18:25
Öləndən sonra bizi nə gözləyir? – Çox maraqlı CAVAB
GÜNLÜK
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 15:35
Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
27 Oct 2024 | 17:28
Abbasdan qalmaqal yaşadığı Ramalla bağlı gözlənilməz açıqlama
27 Oct 2024 | 17:15
“Gürcüstanda nə baş verdiyi aydındır... İvanişvili "KQB"-nın xüsusi əməliyyatını keçirdi..."
27 Oct 2024 | 18:53
Bir vaxtlar qadağan edilən və hər gün etdiyimiz 10 şey
27 Oct 2024 | 15:19
"Diktatura rejimlərinə münasibətdə güc nümayişi çox vacibdir" - "The Telegraph"
27 Oct 2024 | 15:26
15 saniyəyə 3 milyon QAZANIR
27 Oct 2024 | 15:52
Bu ayda doğulan uşaqlar ən ağıllı olurlar
27 Oct 2024 | 17:44
Xoruza görə qonşularını məhkəməyə verdi
HƏFTƏLİK
22 Oct 2024 | 22:58
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
23 Oct 2024 | 11:38
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq”- Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT-FOTO
23 Oct 2024 | 00:01
İsrail alimləri xərçəngin metastazlarını dayandıran preparat icad edib
23 Oct 2024 | 10:58
Ermənistan parlamenti Azərbaycanla sərhədlərin demarkasiyası komissiyalarının əsasnaməsini ratifikasiya etdi...
23 Oct 2024 | 14:11
"Putin BRICS sammitində Ukraynada hərbi səylərini gücləndirmək üçün mexanizm yaratmaq istəyir" - ISW
21 Oct 2024 | 23:00
Altıncı hissi olan bürclər - Onlardan heç nəyi gizlədə bilməzsiz...
24 Oct 2024 | 17:05
İlham Əliyevlə Paşinyan bu məsələləri müzakirə ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Oct 2024 | 16:27
İlham Əliyev XVI BRİCS Sammitinin ilk plenar iclasında çıxış etdi - YENİLƏNİB + FOTO
23 Oct 2024 | 15:26
"Putinin BRICS sammiti Rusiyanın təcridi ilə bağlı Qərbin yalanını ifşa edib" - "The Telegraph"
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
AYLIQ
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
27 Oct 2024 | 15:35
Dünyaca məşhur nəşr qusarlı aşpazdan YAZDI
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
27 Oct 2024 | 17:28
Abbasdan qalmaqal yaşadığı Ramalla bağlı gözlənilməz açıqlama
27 Oct 2024 | 17:15
“Gürcüstanda nə baş verdiyi aydındır... İvanişvili "KQB"-nın xüsusi əməliyyatını keçirdi..."
27 Oct 2024 | 18:53
Bir vaxtlar qadağan edilən və hər gün etdiyimiz 10 şey
27 Oct 2024 | 15:19
"Diktatura rejimlərinə münasibətdə güc nümayişi çox vacibdir" - "The Telegraph"
27 Oct 2024 | 15:26
15 saniyəyə 3 milyon QAZANIR
27 Oct 2024 | 15:52
Bu ayda doğulan uşaqlar ən ağıllı olurlar
27 Oct 2024 | 17:44
Xoruza görə qonşularını məhkəməyə verdi