Dietoloq:
Müsahibə
3830
09 Jan 2019 | 10:53

Dietoloq: "Kökəlmək qorxusu ilə ac qalmaqdan uzaq durmalıyıq"

Qışda hər birimizi narahat edən və çox qarşılaşdığımız problemlərdən biri də çəkimizin artmasıdır. Niyə qış aylarında tez kökəlirik? Qış aylarında çəkimizi normada saxlamaq üçün nələrə diqqət etməliyik?


Dietoloq Tutu Zeynalova Moderator az.-a açıqlamasında bildirib ki, qış aylarında günlərin qısalması və qapalı məkanlarda, televizorun qarşısında daha çox vaxt keçirdiyimizdən fiziki aktivliyimiz azalır:


 “Qış aylarında iştahımız da artır. Bu da öz növbəsində aşırı qida qəbuluna səbəb olur  və nəticədə artıq çəki meydana gəlir. Qışda görülən depressiv hallar özü də kilo almağa gətirib çıxaran səbəblərdən biridir. Bu da qışda günəş işığının azalması, günlərin qısalması ilə bağlıdır ki, qaranlıqda melatonin hormonunun ifrazı artır və bu da öz növbəsində depressiya hallarının yaranmasına səbəb olur. Bu zaman insanlar xoşbəxtliyi qlisemik indeksi yüksək qidalarda tapırlar. Nəticədə, yaza artıq çəki ilə girməli olurlar”. 
 
Dietoloqun qışda düzgün qidalanmağa dair müsahibəsini təqdim edirik:



 - Qış aylarında hansı qidalar rasionumuzdan əskik olmamalıdır?


 - Ümumiyyətlə meyvə və tərəvəzləri mövsümündə istifadə etmək çox önəmlidir. Qış aylarında süfrəmizdə portağal, kök, naringi, kələm, balqabaq, brokoli, gül kələmi, kərəviz, qabaq, ispanaq, cəfəri kimi meyvə-tərəvəzlər mütləq olmalıdır. Çünki qış aylarında immun sistemimizi qorumaq üçün, tez-tez xəslənməmək üçün , A və C vitaminləri ilə zəngin, antioksidant dəyəri yüksək olan yaşıl və narıncı rəngli meyvə tərəvəzlərə üstünlük vermək önəmlidir.  Həmçinin E vitamini ilə zəngin paxlalıların, fındıq ,qoz kimi çərəzlərin rasionda olması vacibdir.
Qış aylarında günəş işığının azalması səbəbi ilə D vitamini əskikliyi görüldüyü üçün  həftədə heç olmasa 2 dəfə balıq yemək lazıdır. Həmçinin yetərli A vitamini, Zn almaq üçün yumurtadan istifadə etmək də önəmlidir. Bunlarla yanaşı, kalsiumla zəngin süd, ayran, qatıq kimi məhsullar da gündəlik rasionumuzda yer almalıdır.


 - Hansı içkilərə üstünlük verilməlidir?


 - Qış aylarında su əvəzinə daha çox qəhvə və çaya üstünlük veriririk.  Bu içkilərin yanında yedimiz şirniyyatlar da bir müddət sonra bizə artıq çəki olaraq geri gəlir. Amma unutmamaq lazımdır ki, qış gəldi deyə, orqanizmimizin su ehtiyacı azalmır və bədənimizin normal çalışması üçün hər gün ən az 1,5 l suya ehtiyacımız var. Bundan əlavə, çay və qəhvə çox qəbul olduğu zaman bədəndən su atılmasına səbəb olur. Buna görə gündə 4 stəkandan artıq çay və ya qəhvə içməmək lazımdır. Bunun yerinə ayran və ya antioksidant dəyəri yüksək olan nar suyu istifadə etmək olar. (əks göstəriş yoxdursa)

 - Bəs, qışda hansı qidalardan uzaq durmalıyıq?



 - Kökəlmək qorxusu ilə ac qalmaqdan uzaq durmalıyıq. Bir növ qida istifadəsindən, yağda qızarmış qidalardan uzaq durmalıyıq. Həmçinin, “Fast-food” tipli və rafinə olmuş, qlisemik indeksi yüksək olan qidalardan və spirtli içkilərdən yan qaçmalıyıq. 




 - Soyuq aylarda arıqlama diyeti saxlamaq doğrudurmu?



 - Az kalorili olmamaq şərti ilə, mütəxəssis nəzarəti altında qışda da arıqlama diyeti saxlamaq mümkündür. Önəmli olan diyetin az kalorili olmaması, 5-6 öyündən ibarət olması, rasiona hər qrupdan (ət, süd,, taxıl, meyvə-tərəvəz, yağ) qidaların salınmasıdır. Orqanizmin su ehtiyacının  ödənilməsi və fiziki aktivliyin artırılması önəmlidir. Belə olduğu halda bədən gücdən düşməz, əksinə artıq çəkidən azad olmağa da kömək edər.
Qışda iştahanı nəzarət altında tutmaq üçün nə etmək lazımdır?
Qışda iştahanı kontrol altında tutmaq üçün tez-tez və az-az yemək, həftədə ən az 2 dəfə quru paxlalılardan istifadə etmək, çörəyin tam buğda, çovdar unundan hazırlanmasına diqqət etmək,  həftədə ən az 2 dəfə balıq yemək, omega-3 turşuları ilə zəngin qidalar olan qoz, kətan toxumu və digər qidalara rasionda yer vermək, qan şəkərini düzənli bir səviyyədə tumaq üçün qlisemik indeksi aşağı olan qidalardan istifadə etmək, təmiz havada gəzmək vacibdir.



 - Meyvə və tərəvəz seçərkən nəyə diqqət yetirməliyik?



 - Təbii ki, mövsümə uyğun meyvə və tərəvəzlərə üstünlük verməliyik.  Meyvə və tərəvəzlər rənglərinə görə, müxtəlif təsirlərə malikdirlər. Məsələn, qırmızı rəngli meyvə -tərəvəzlər ürək-damar sistemi üçün faydalı hesab olunurlar, ağ rəngli olanlar bizi daha uzun müddət tox tutanlar sırasındadır, sarı və narıncı rəngdə olanlar dərimizi gözəlləşdirər və immun sistemimiz üçün faydalıdır, yaşıl rəngli olanlar da, həmçinin immun sistemimizi qoruyanlar sırasındadır, bənövşəyi rəngdə olanlar isə xərçənglə mübarizədə faydalı hesab olunurlar.


 Son olaraq isə


Əgər artıq çəki probleminiz varsa mütləq bu problemin səbəbini araşdırın, mütəxəssisə müraciət edərək müayinədən keçin. “Hansı mövsüm olursa, olsun arıqlayacam” deyib sağlamlığınızı itirməyin. Unutmayın ki, həyatda heç nə və heç vaxt Sizin sağlamlığınızdan daha vacib ola bilməz!!!


Ülviyyə Qarayeva

Link kopyalandı!
Son xəbərlər