“”x9dIslahat aparılmalıdır”x9d deyən adamlar gərək o məsuliyyəti hiss etsinlər”x9d
Müsahibə
6937
13 Nov 2015 | 11:09

“”x9dIslahat aparılmalıdır”x9d deyən adamlar gərək o məsuliyyəti hiss etsinlər”x9d

Görkəmli alim, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov gündəmin bir sıra aktual mövzularıyla bağlı Moderator.az - ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:


-Prezident AMEA - nın 70 illik yubileyindəki çıxışında alimlərə çağırış etdi. Siz bütün elmi fəaliyyətiniz boyu məhz millətin və dövlətin qayğılarını, ehtiyaclarını fəlsəfi dillə izah etmisiniz, çoxsaylı kitablar, məqalələr yazmısınız. Odur ki, başqa bir mövzu ətrafında suala cavab istəyəcəyik. Islahat deməkdən məmləkət insanının dili qabar oldu, nəticə isə yoxdur. Sizcə islahata gedilməmənin səbəbləri nədir? Bunun elmi-fəlsəfi izahını verin lütfən.

-Vaxtaşırı islahatın zəruriliyi müxtəlif səviyyələrdə gündəmə gətirilir. Özü də təkcə müxalif düşərgə təmsilçiləri tərəfindən yox, bitıərəf ziyalılar və hətta iqtidarın öz içindən də islahatın zəruriliyi barədə çağırışlar səsləndirilir. Bəzən elə iqtidarın özü iddia edir ki, əslində islahatlar aparılır və bu proses davam edir. Mən də sizinlə razıyam ki, islahat sözünü hər gün gündəmə gətirməklə problemi həll etmək mümkün deyil. Yaxın keçmişimizi, yəni sovetlər birliyinin özünü götürək. Nəinki Xruşşovun, hətta Brejnevin dövründə, SSRİ-nin görkəmli baş naziri Aleksey Kosıginin vaxtında belə, islahat çağırışları var idi və daha ciddi yanaşma ilə ortaya qoyulurdu. Ancaq bu təşəbbüslər köklü pozitiv nəticələrə gətirmədi, tənəzzül davam etdi və durğunluq qərarlaşdı. Ən sonralar Mixail Qorbaçov da, faktiki olaraq, yenidənqurma ilə bütün SSRİ məkanını əhatə edən genişmiqyaslı və çoxşaxəli “islahat modeli”x9dni həyata keçirməyə başladı. Amma bu təşəbbüs tam iflasa uğradı, islah edilməli dövlətin özü çökdü. Çünki islahatın elmi surətdə işlənilmiş konsepsiyası, adekvat yeni fəlsəfəsi yox idi. O dərəcədə ki, yenidənqurma ilə yanaşı sürətləndirmə də irəli sürülmüşdür ”“ daban-dabana bir-birinə zidd hədəflər. Görünür, baş məsləhətçisi Abel Aqanbeqyan belə məsləhət görübmüş. Mürəkkəb sistemlər nəzəriyyəsini bilən, enerjinin saxlanması qanunundan elementar xəbəri olan hər kəsə aydındır ki, sistemə yönəlik belə bir-birinə zidd tələblər sistemin özünü dağıda bilər. Üstəlik də neftdən və spirtdən (öz əlləri ilə!) axan maliyyə kanallarının qapanması şəraitində! Bir sözlə, köklü və müsbət nəticələr verəcək ilahat sanballı nəzəriyyə olmadan mümkün deyil. İslahatın, yumşaq desək, ciddi düşünülmüş yol xəritəsi, idarəetmə fəlsəfəsi olmalıdır. Yəni, islahatın epistemoloji sistemi yaradılmalıdır. Görüləcək işlərin, bütün fəaliyyətin qnesoloji, ontoloji, metodoloji, aksioloji, məntiqi əsaslarına, hətta zərurət yaranarsa, leksika və prosedurlara da yenidən baxılması lazımdır. Bununla bağlı da qanunvericilikdən tutmuş, inzibati idarəetmə üsullarına kimi hər şey yenidən nəzərdən keçirilməlidir. Deməyim odur ki, islahat ilk növbədə yeni bir yanaşma, fərqli bir fəlsəfə, yeni bir epistimolji sistem tələb edir. “Islahat aparılmalıdır”x9d deyən adamlar gərək o məsuliyyəti hiss etsinlər. Gəlin, “islahat labüddür”x9d qışqırmaq əvəzinə,  əvvəlcə həmin islahat üçün zəruri olan zəminləri yaradaq. Bir alim kimi boynuma düşən yük də ondan ibarətdir ki, Azərbaycanın müasir tarixi və sosial zamanın tələbləri baxımından səciyyəsini əks etdirən epistoloji sistemi işləyərək ortaya qoyum. Xüsusən də artan xaos istiqamətində mürəkkəbləşmiş dünyada, geoplitik mənzərənin xoşagəlməz durumunda, proseslərin çox dramatik, bəzən də faciəvi xarakter aldığı bir zamanda fundamental nəzəriyyə olmadan islahat oyunu qurmaq ölümə bərabər təhlükədir. Belə bir qlobal hərcmərclik, ayrı-seçkilik, islamofobiya məqamında amerikanlı, ingilis, alman, yapon gəlib bizim əvəzimizdən bizim üçün də xilas xəritəsi və ya konsepsiyası qoyası deyil. Mən düşünürəm ki, hətta əksinə, biz, Azərbaycan alimləri, təkcə özümüzün deyil, bəşəriyyətin yenidən tənzimlənməsi və mütərəqqi inkişafı üçün tələb olunan o zəruri İnformasiyanı, bilgilər sistemini verə bilərik. Nə olar ki, bir dəfə də bunu ingilis, alman, yaxud fransız deyil, azərbaycanlı etsin!. Biz millət və fərd olaraq buna qadirik. Mənim elə son onilliklərdə məşğul olduğum, apardığım tədqiqatların bir mühüm tərkib hissəsi elə məhz bu məsələlərlə bağlıdır. Vacibdir ki, millət və dövlət olaraq, bizi əhatə edən proseslərin, gedişatın qarşısında əliyalın, idraki silahsız qalmayaq. Yəni, həm bir millət kimi qürur hissimiz olsun ki, əllərimizi sallayıb oturmamışıq. Ikincisi, elə zərurət yaranıb ki, baş girləməklə, lovğalanmaqla, boşboğazlıqla və yaxud kimdənsə nəsə gözləməklə vəziyyətdən çıxmaq mümkün deyil. Ya səhnədən silinib getməliyik, ya, həqiqətən də, mövcud olub, yeniləşən dünyada öz layiqli yerimizi tutmaq üçün deyəcək sözümüz, fundamental fikrimiz və ağıla, qeyri-adi biliyə söykənən əməli işimiz olmalıdır. 

-Həmin sözümüz varmı? Bu tədqiqatlarınızı nə zaman oxuya biləcəyik?

- Bir çox kitablarım çap olunub. Hal-hazırda da çox fundamental bir kitabı tamamlamaq üzrəyəm. Kitab dünyanı cənginə alan problemlərə, bu problemlərdən çıxış yollarına həsr olunub. Kitabda bir çox məsələlərə işıq salınıb, yol göstərilib, elmi-fəlsəfi şərh verilib. İlk növbədə postneoklassik epistemologiya əsasında həm bir çox problemlər gündəliyə gətirilib, eyni zamanda həmin problemlərin həlli yolları, üsul və vasitələri göstərilib. Problemlərin həlli üçün müvafiq təsəvvürlər, ideya və prinsiplər sistemi verilir ki, başqaları bu mənbədən istifadə edə bilsinlər, problemlərə necə yanaşılmalı olduqları barədə əllərində hazır bilik şəbəkəsi olsun. Sual oluna bilər ki, hansı problemləri? Məsələn, bu gün qlobal siyasi arxitektura problemi hədsiz önəm kəsb etməyə başlayıb. Biz görürük ki, millətlərin, dövlətlərin üz-üzə gəlməsində həmin problemlə bağlı qeyri-müəyyənliklər və ziddiyyətlər xüsusi rol oynayır. Təsəvvür edin, bu gün dünya böhranlar məngənəsində çabalayır, amma ondan çıxış yollarına işıq salacaq elmi-fəlsəfi konsept işlənib hazırlanmayıb. Həqiqətən də, qlobal siyasi arxitekturanın bu gün və gələcək üçün nədən ibarət olduğu sonadək bəlli, aydın deyil. Bunun üçün də biz düşünməliyik və elmi biliklərimizi ortaya qoymalıyıq. Bu gün bir çox məsələlər var ki, mövcud beynəlxalq hüquq çərçivəsində onlara aydınlıq gətirmək mümkün olmur.

-Həmin kitab o problemlərə aydınlıq gəitirilirmi?

-Həmin kitabda, eyni zamanda, beynəlxalq hüquqa yenidən baxılması məsələsi qoyulur və hansı istiqamətdə baxılmalıdır, onun meyarları, koqnitiv fəzası nədən ibarət olmalıdır, onun aksioloji, qnoseoloji, metodoloji və s. tərəflərinin nədən ibarət olması kimi məsələlərə aydınlıq gətirilir. Elmdə-fəlsəfədə belə cəhdlər, təşəbüslər olub. Vaxtilə Kant “ümumi sülh”x9d konsepsiyasını işləyib. Amma həmin konsepsiya bütün qlobal dünya üçün ayaq tutub yeriməyib. Çünki həmin konsepsiya, sadəcə, xristian dünyası ilə məhdudlaşıb, burada yalnız həmin dünyanın əlamətləri nəzərə alınıb. Müasir dünyanın ən görkəmli filosoflarından biri Yurgen Habermas da bu məsələyə diqqət yetirib. Onun fikrincə, millətlərüstü bir nəzəriyyə olmalıdır. Mən hələ 12 il bundan qabaq həmin nəzəriyyəyə münasibət bildirmişəm. Görkəmli alimə hörmətimi bildirməklə yanaşı, həmin konsepsiyanın da ayaq tutub getməyəcəyinin səbəblərini göstərmişdim. Yəni, biz xalqların səciyyəsini, milli kimliyini nəzərə almadan millətlərüstü hansısa bir məqbul şey yarada bilmərik. Əksinə, gedişat göstərdi ki, milli özünəməxsusluq get-gedə qabarır. Hətta sivilizasiyaların toqquşması daha çox Qərb dünyası ilə islam dünyası arasında açıq nəzərə çarpır. Bütün bunların hamısı ondan xəbər verir ki, biz dünyaya bir rahatlıq gətirə biləcək irimiqyaslı konsepsiyanı o zaman ortaya qoya bilərik ki, bütün millətlərin spesifik xüsusiyyətlərini nəzərə alaq. Bir sözlə, gələcək nəzəriyyələrdə hamıya yer olmalıdır. 

-Amma indiki kimi qlobal güclər üçün yox. Dünya hamının yaşaması və rahat nəfəs alması üçün olmalıdır.

-Bəli. Dünya yalnız imtiyazlılar üçün olmamalı, digər millətlər və dövlətlər ucuz xammal, işçi qüvvəsi kimi istismar edilməməlıdir. Yalnız optimal balans qorunacağı halda dünya, nəhayət, rahatlıq tapa bilər. Həmin kitabda bugünki geosiyasi realizmi də tənqid edirəm. 

-Kitab nə vaxt ərsəyə gələrək oxucuların istifadəsinə veriləcək?

-Demək olar ki, tamamlamışam. Ancaq təbiətim belədir ki, təkrar oxuyaraq bəzi incəliklərə yenidən işıq salmaq istədiyimdən bir az yubanır.

-Hər halda 2016-cı ildə oxucular bu kitabla tanış olacaqlar...

-Təbii. 

-Bir halda ki, bütün millətlər üçün resept rolu oynayacaq, onun başqa dillərə tərcümə olunması lazım gələcək.

-O sonranın işidir. Kitabda, yeni bilik sistemi ilə yanaşı, fikir cərəyanının texnologiyası, refleksiya üsulu da verilir. Həmin texnologiyanı əxz edəndən sonra, demək olar ki, ortaya çıxan qlobal, regional, lokal problemləri daha asanlıqla həll etmək olur. İnanın ki, mən neçə illərdi ki, gecəmi-gündüzümü məhz həmin kitaba həsr etmişəm. Yəni çox ağır iş olub. Onu işləmək üçün humanitar bilgi azdır. Bunun üçün kompleks biliklərə yiyələnmnək lazımdır. Böyük ingilis tarixçisi və filosofu olub ”“ Arnold Toynbi, onun 2001-ci ildə rus dilində “Postijenie istorii”x9d, yəni tarixin dərki adlı 12 cildlik bir fundamental kitabı çıxmışdı. Əsərin ikinci cildi “Çağırışlar ”“ cavablar”x9d adlanır. Çox qəribədir ki, hələ o kitabla tanış olmadan, yəni, illər öncə məndə belə bir fikir yaranmışdı ki, bəşəriyyət bizlərə problemlər, çağırışlar qoyur və buna adekvat cavablar lazımdır. Həmin 12 cildlik kitabla tanışlıqdan sonra çox məmnun oldum. Çünki sivilizasiyanı qlobal miqyasda da, lokal miqyasda da xilas edən yaradıcı azlıqdır. Yaradıcı azlıq yoxdursa, əndazəni keçmiş, özündənrazı, vəziyyəti daha da tündləşdirən elita və ona həsəd aparan, hər şeydən məhrum (sonda hətta düşüncə qabiliyyətindən də!) edilmiş proletariat olur.  Və həqiqi yaradıcı azlıq, adətən, “akademik”x9dlər sırasından çıxmır. Toynbiyə görə, o sivilizasiya mövcud olaraq gələcək üçün vəsiqə qazanır ki, onun yaradıcı azlığı var. Yaradıcı azlıq sivilizasiyanın mövcudluğu və yenidən doğulması, yaşaması üçün yeni və zəruri informasiya ortaya qoyur. Mən onsuz da elə bu tədqiqatlarla məşğul idim, çünki buna daxilən inamlı idim, Toynbinin əsəri ilə tanışlıqdan sonra əminliyim artdı. 

-Belə çıxır ki, xeyli vaxtdır bu kitab üzərində işləyirsiniz.

- Qəribə çıxacaq, bəlkə də bu kitabdakı təqdiqatların müəyyən elementlərini, tərkib hissələrini 80-ci illərin yarısından üzü bəri işləyirəm. O vaxtlar da müəyyən yazılarım, kiktablarım çıxmışdı. Görürdüm ki, yalançı populizm, demokratiya hay-həşiri effekt verən deyil.  Əmin idim ki, insan cəmiyyəti, bəşəriyyət nədəsə uğura o vaxt nail ola bilər ki, fəaliyyət körtəbii proses olmasın, keçici dəbə, təsadüfi şuarlara və kütlə psixozuna əsaslanmasın. Əgər fəaliyyət yalnız çığırtıya-bağırtıya, diktata, təpkiyə, zora söykənirsə, bunun müsbət nəticəsi ola bilməz. 

- İctimai nəzarət də artıq o qədər dilə gətirilib ki, öz qədir-qiymətini itirib. Az qala hər tədbirdə prezident də ictimai nəzarətin vacibliyini vurğulayır, amma reallıqda kimsə bizlərin, sizlərin, millət vəkillərinin fikirlərinə, bir sözlə, cəmiyyətin bütün təbəqələrindən gələn çağırışlara əhəmiyyət vermir. 

- Aktual sualdır. İki il bundan qabaq “Milli maraqlar və ictimai rəy”x9d adlı bir kitabım çıxmışdı. Həmin kitab müəyyən qədər elə bu problemlə də bağlıdır. Müvafiq idarəetmə fəlsəfəsi olmadığından, bundan müəyyən merkantil, sırf supermaterialstcəsinə yalnız öz individual, şəxsi və qrup maraqlarını düşününən insanlar bəhrələnirlər. İnandırım sizi, hətta yaramaz bir insanın parlamentə düşməsində də onların çox böyük rolu var. Bəzən yeri gəldi-gəlmədi 5-ci kalon ifadəsi işlədirlər. Mənim aləmimdə 5-ci kalon bu gün, əsasən, iki kateqoriyadan ibarətdir. Birincisi, hakimiyyətdə, hansısa rıçaqlarda oturub oliqarxlaşmış, mafiyalaşmış qruplar və onlarla əlbir olan qurama, saxta, savadsız və vicdansız müxalifətdir. Təbii ki, mən kimlərisə aşağılamaq istəmirəm və etiraf etmək lazımdır ki, inanaraq səmimi şəkildə illər uzunu fədakarlıq göstərib, müxalifətçilik edənlər də az olmayıb. Onlar bu gün də var. Amma indiki geopolitik situasiyada məhz qondarma müxalifətçiliklə baş girləyənlərin və harınlaşmış, insani keyfiyyətlərdən məhrum məmurların vasitəsilə dövlətin daxili işlərinə müdaxilə etmək olur.

-İctimai nəzarətin ayaq tutub yeriməməsində onlar günahkar deyil axı...

-Fikrimi tamamlayıram. Prezident bu fikirləri dönə-dönə dilə gətirməkdə səmimidir. O bizlərdən informasiya istəyir, problemlərin qabardılmasında maraqlı olduğunu ortaya qoyur...

-Deməli, komandası onun çağırışlarını görməzdən gəlir...

-Elə problem komandanın özündədir. MTN ətrafında baş verənləri görmədinizmi? Prezidentin Eldar Mahmudovla bağlı 17 oktyabr sərəncamından bir neçə gün öncə bir neçə tanınmış ziyalı ilə oturub söhbət edirdik. Mən orada bir neçə məsələni dedim və bir mühüm problemi də vurğuladım. Anlaşıqlı olsun deyə, rus sözlərindən istifadə etdim, dedim ki, bu saat Azərbaycanda “perexvat, perelitsovka vlasti”x9d problemi var və təhlükə realdır. Artıq elə bir vəziyyət yaranıb ki, səlahiyyətlərdən sui-istifadə edərək mafiyalaşmış bəzi şəbəkələr hakimiyyəti ələ keçirməyin bir addımlığına gəliblər. Bildirdim ki, qabaqlayıcı addımlar atılmasa, vəziyyət əndazəni aşa bilər. Bu söhbətdən bir həftə sonra, MTN - də baş verənlər faş olduqda, həmin söhbətdə iştirak edənlər öncəki fikirlərimi mənə xatırlatdılar. 

-Deməli, bizi qorumalı olanlar milli təhlükəsizliiyimizə ermənilərdən betər təhlükə yaradıbmışlar...


Ardı var...
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər