Bakıda qaraçı qadınlar hicab bağlayıb marketi taladı – ANBAAN VİDEO
1878
20 Feb 2026 | 16:38

Bakıda qaraçı qadınlar hicab bağlayıb marketi taladı – ANBAAN VİDEO

Bu gün paytaxtın Keşlə qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bir neçə hicablı qadın Keşlə məscidinin yaxınlığındakı “Al Market” şəbəkəsinə məxsus mağazaya giriblər. Onlar kassirləri hədələyərək oradakı pulu götürüblər.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda çadralı qadınlar mağazaya BASQIN ETDİLƏR



DİN-in Mətbuat Xidmətindən bildirilib ki, şübhəlilər dilənçi və tüfeyli həyat sürən şəxslər olub:

“Mağazadan bir neçə qutu tütün məmulatlarını talayıblar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır”.

“Al Market”dən də hadisənin baş verdiyi təsdiqlənib. Bildirilib ki, bir qrup qaraçı olduğu ehtimal olunan qadın mağazadan oğurluq edib. Hər hansı bıçaqlı hücum olmayıb. Həmin şəxslərlə bağlı hüquqi tədbir görüləcək.


Bizim.Media

Link kopyalandı!
Son xəbərlər