Bizi sosial şəbəkələrdən izləyin:
“Çox pisəm. Danışmağa belə halım yoxdur. Səhhətimdə problem yaranıb. Rasim Balayevi itirdikdən sonra dünya artıq gözümdə deyil”.
Moderator.az xəbər verir ki, bu barədə Musavat.com-a açıqlamasında Əməkdar artist Suğra Bağırzadə bildirib.
Aktrisa qeyd edib ki, son günlər yaşadığı sarsıntı onu dərin kədərə qərq edib:
“Son günlər çox ruhdan düşmüşəm. Rasimi itirməyimiz mənə çox pis təsir edib. Böyük aktyorumuzu itirdik. Yəqin ki, hələ bir müddət bu vəziyyətdə olacağam”.
Qeyd edək ki, Suğra Bağırzadə Azərbaycan kino və teatr sənətində özünəməxsus yeri olan aktrisalardandır. O, illər ərzində bir çox yaddaqalan obrazlar yaradıb, eyni zamanda rəssam və florist kimi də fəaliyyət göstərərək incəsənətin müxtəlif sahələrində uğur qazanıb. Əməkdar artist kimi onun sənətə verdiyi töhfələr tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir.