Mədəniyyət
246
12:15, Bu gün

"Xoşbəxtəm ki, Allah o qadını qarşıma çıxarıb"

"Hörmətli Prezidentimiz bizə 5 otaqlı ev hədiyyə edib. Yaşadığım binada tanınmışlar yaşayırdı. Dördüncü mərtəbədə rəhmətlik Səməndər Rzayev, beşincidə Əliabbas Qədirov, altıncıda Mübariz Əlixanoğlu, yeddinci mərtəbədə Yaşar Nuri yaşayırdı. Mən isə səkkizinci mərtəbə yaşayıram. Bir dəfə evimizdə su açıq qalıb. Yaşar Nurinin evini su basıb. Gecə gəlib qapını döyür, əlində bir qab və konyak. Deyir ki, qonşu qonşunun başına su tökmədi nə ləzzəti".

Bu sözləri Xalq artisti Rafiq Əzimov "Həftənin qonağı proqramında deyib.

Aktyor mərhum həmkarları ilə bağlı xatirələrini bölüşüb. 

Rafiq Əzimov xanımından bəhs edib:

"Məni həyat yoldaşım saxlayır. Qastrollara həyat yoldaşımla gedirdim. Allah məni xoşbəxt edib ki, o qadını qarşıma çıxarıb. Bayramda paxlava, şəkərbura çox yedim. Şəkər qalxan kimi dərman verir. Təzyiqim olsa da, olmasa da səhər, axşam dərman verir. Ayaqqabım təmiz, geyimim səliqəli olmalıdır". (Axşam.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər