Mədəniyyət
280
14:01, Bu gün

"Rasim Balayev bütöv bir sənətkar və şəxsiyyət idi" - Ramiz Rövşən

“Azərbaycan mədəniyyəti üçün çox böyük itkidir. Həm böyük sənətkar itirmişik, həm də sənəti ilə şəxsiyyəti bir-birini tamamlayan nadir bir insanı”.
 
Moderator.az xəbər verir ki, bunu Xalq artisti Rasim Balayevlə vida mərasimində Xalq şairi Ramiz Rövşən deyib.
 
Onun sözlərinə görə, erkən yaşlarında qazandığı böyük şöhrət aktyoru dəyişməyib:
 
“Rasim elə bir adam idi ki, o cür cavan yaşında üzərinə gələn o böyük şöhrət onu zərrə qədər də dəyişmədi. Nə ailəsində, nə dostları ilə münasibətdə bir qram belə fərqlilik görməzdin. Şöhrət çətin sınaqdır, hər adam ondan başıuca çıxa bilmir. Amma Rasim bütün dostları ilə münasibətdə eyni səmimiyyəti saxladı, ailəsində möhkəm oldu. O, bütöv bir sənətkar, bütöv bir şəxsiyyət idi”.
 
Şair əlavə edib ki, Rasim Balayevin mənfi tərəflərini heç vaxt müşahidə etməyib:
 
“Çox istedadlı adamlar var ki, yaxınlaşdıqca müəyyən mənfi tərəflərini görürsən. Amma mən Rasimdə heç bir qüsur görmədim. Onun bəlkə də tək "qüsuru" insanlara həddən artıq inanması idi”.
 
Sonda o, aktyorun fərqli cəhətlərindən də söz açıb:
 
“Kənardan bəlkə çox ciddi, sərt biri kimi görünə bilərdi, amma Rasimdə olan o yumor, o zarafat hissi nadir adamlarda vardı. Mən həmişə heyfsilənirəm ki, Rasim o cür komik rolları niyə oynamadı? Onun daxili dünyası çox rəngarəng idi”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər