“Qapıma papaq atanda pul qoyuram, qoy onlar da sevinsinlər”- FOTO+ÖZƏL
Mədəniyyət
490
19:25, Bu gün

“Qapıma papaq atanda pul qoyuram, qoy onlar da sevinsinlər”- FOTO+ÖZƏL

“Sevirəm ki, Novruz bayramını evimdə olum. Bilmirəm, bəlkə övladlarım gələcək, ya mən onlara gedəcəyəm. Onların zəngini gözləyirəm. Hərhalda məni tək qoymayacaqlar. Hər zaman bayram şirniyyatlarını özüm hazırlamışam. Gecədən səhərə qədər bayram şirniyyatlarını hazırlayırdım, sonra işə gedirdim. Yuxu görməmişəm, taksilərdə yatmışam, evdən yoldaşım maşınla aparanda yolda yuxumu almışam”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, diktor Ofeliya Sənani deyib.

O daha sonra səhhəti ilə əlaqədar evdə iş görə bilmədiyini deyib:

“Bu gün heç nə hazırlaya bilmirəm. Özümə bir stəkan çay belə süzə bilmirəm. Gücüm yoxdur. Evimdə işləyən xanım da var, qohumlarım da gəlib gedir. Heyf o günlərimdən... Mən mətbəxdən çıxmırdım. İndi görün necə olmuşam?!” deyə o bildirib.

Sənətkar bildirib ki, qapısına atılan papaqlara bayram şirniyatları ilə birlikdə pul da qoyur:

“Hər il qapıma papaq atırlar. Evdə bərəkət, şirniyyat olanda qoyuram, üstündə də pul. Bir halda ki, papaq atıblar, qoy uşaqların pulu da olsun. Dəqiqədə bir papaq atırlar. Qoy onlar da sevinsinlər. Axı onlar uşaqdır. Böyüyəndə yadlarında qalacaq ki, Ofeliya Sənani bizim papağımıza pul qoyub. Bu bilirsiniz uşaq üçün nə qədər böyük sevincdir?!” deyə xalq artisti bildirib.

Link kopyalandı!
Son xəbərlər